Müzakirə:Məhəmməd Əmin Rəsulzadə

Vikipediya saytından
Ən son rəy:1 ay öncə, Gadir tərəfindən "Doğum tarixi" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç
Zəhmət olmasa, aşağıdan yeni mövzu əlavə edin
ARXİV
ARXİV
Müzakirələrin arxivi:

Haqqında yazılmış kitablar[mənbəni redaktə et]

Dəyərli həmkarlar, həmvətənlər. Məmməd Əmin Rəsulzadə haqqında bildiyiniz kitabları yazın. İlk kitabın adını mən deyirəm


• Qulu Məhərrəmli. Məmməd Əmin Rəsulzadə 2023 Altun kitab Nəşrityatı Cavid Ahmedli (müzakirə) 14:04, 11 yanvar 2024 (UTC)Cavabla

Salam. Haqqında yazılmış kitabları məqaləyə, müvafiq bölmələrə əlavə edə bilərsiniz. Hörmətlə, Gadirmüzakirə 15:16, 11 yanvar 2024 (UTC)Cavabla

Doğum tarixi[mənbəni redaktə et]

Məncə Rəsulzadənin doğum tarixi mübahisəlidir. Nəsiman Yaqublunun kitablarında 31 yanvar olduğu yazılıb (17-ci səh, 8-ci səh). Ədalət Tahirzadə isə iddia edir ki, 31 yanvar tarixi səhvdir, Rəsulzadənin atası tərəfindən yazılan əmək dəftərində tarix 29 fevral (yuli təqvimi ilə) kimi qeyd olunub. Bu tarixi qriqorian təqviminə çevirdikdə isə 12 mart olur. @Dr.Wiki54, @Sortilegus, @White Demon, fikirləriniz maraqlıdır. Nemoralis (müzakirə) 09:27, 31 yanvar 2024 (UTC)Cavabla

@Nemoralis Məqalənin içərisində qeyd formasında verilməlidir. Şiroi Akuma 10:03, 31 yanvar 2024 (UTC)Cavabla
@Nemoralis, salam. Bu müzakirə tarixçilərin işidir. Mən Ədalət Tahirzadəni doğru qəbul edirəm. Yaşayan iki tanınmış AXC tarixçisi (biri Müsavat, biri Cəbhə ekolundan gəlir) bu mövzuda sosial şəbəkə (Facebook) üzərindən dəfələrlə qızğın müzakirələr aparsalar da, yekun qərara gələ bilməmişdir. Geniş yayılmış 31 yanvar əsas olmaqla digər tarix də məqalədə qeyd olunmalıdır, lakin iddia kimi. - Dr.Wiki54 (müzakirə) 20:36, 31 yanvar 2024 (UTC)Cavabla
Nemoralis, ümumqəbulolunmuş tarix 31 yanvardı, bizdə də 31 yanvar qalsın, səhifənin içində Ədalət Tahirzadənin iddiasına yer verək.— Sortilegus (müzakirə) 22:30, 31 yanvar 2024 (UTC)Cavabla
@Nemoralis, elə həmin Facebook statusunda neçə məlumatlı insan rəy yazıb ki, Rəsulzadə özü sağlığında öz doğum tarixini 31 yanvar yazırmış. Bu çox mühüm məqamdır. Tahirzadəninki isə sadəcə olaraq bircə ilkin mənbəyə əsaslanan bir iddiadır. Hansı ki, yenə elə həmin paylaşımda 1 nəfər yazıb ki, o ilkin mənbə özü Rəsulzadənin doğulmasından 17 il sonra tərtib edilib. samral müzakirə 21:47, 1 fevral 2024 (UTC)Cavabla
@Samral və əlavə etmək lazımdır ki, Nəsiman Yaqublunun fikrinə görə əmək dəftərləri "başdansovdu" hazırlandığı üçün etibarlı mənbə hesab olunmur. - Dr.Wiki54 (müzakirə) 21:54, 1 fevral 2024 (UTC)Cavabla
Əgər fb postundan başqa, etibarlı mənbələr varsa, onları da əlavə edib istinad kimi göstərməklə qeyd edə bilərik. Hörmətlə, Gadirmüzakirə 11:14, 28 aprel 2024 (UTC)Cavabla
@Nemoralis, müzakirəni siz açmısınız deyə sizi teq edirəm. Hörmətlə, Gadirmüzakirə 11:15, 28 aprel 2024 (UTC)Cavabla