İstifadəçi müzakirəsi:Dr.Wiki54

Vikipediya, azad ensiklopediya
Ən son rəy:2 gün öncə, Dr.Wiki54 tərəfindən "Əhməd bəy Hacınski barədə" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Hörmətli istifadəçi! Xahiş olunur sualınızı/mesajınızı aşağıya qeyd edin. İstifadəçi ən qısa zamanda mesajınıza cavab yazmağa cəhd edəcəkdir!

Azərbaycan Milli Məclisinin üzvü[mənbəni redaktə et]

salam bəy. Azərbaycan Milli Məclisinin üzvü dedikdə millət vəkili nəzərdə tutulur? ya ayrı şeydir? məlumatsızam, dəqiqləşdirmək istəyirəm. üzürlü sayın Atakhanli (müzakirə) 00:50, 9 yanvar 2024 (UTC)Cavabla

Salam, @Atakhanli bəy. Eyni ifadədir. Bu biraz imgilis dilindəki "Member of the Parliament"="MP" ifadəsinin qarşılığıdır. Siz hansı situasiya üçün soruşurdunuz? - Dr.Wiki54 (müzakirə) 04:41, 9 yanvar 2024 (UTC)Cavabla
təşəkkürlər, elə bu lazım idi Atakhanli (müzakirə) 07:41, 9 yanvar 2024 (UTC)Cavabla

Azərbaycan Respublikası Müdafiə Şurası[mənbəni redaktə et]

salam hörmətli həmkar. Azərbaycan hökuməti şablonunda Azərbaycan Respublikası Müdafiə Şurası-nı gördüm, hansı ki, məqaləsi yoxdur. bildiyiniz kimi, Şura yaradılıb və qısa müddətdən sonra da ləğv olunub. mən təklif edirəm ki, uyğun bir məqalədə misal elə Azərbaycan Hökuməti məqaləsində və ya dövlət quruluşu tipli məqalədə Azərbaycan Respublikası Müdafiə Şurası başlığı ilə kiçik məlumat verilsin və şablondakı həmin o başlıq qırmızı keçid kimi qalmaq yerinə, elə həmin başlığa yönləndirmə etsin. Atakhanli (müzakirə) 06:07, 30 yanvar 2024 (UTC)Cavabla

@Atakhanli Salam. Ay sonunda məqaləsini yaradaram. - Dr.Wiki54 (müzakirə) 06:36, 30 yanvar 2024 (UTC)Cavabla

1-ci çağırış SSRİ Ali Sovetinin deputatları[mənbəni redaktə et]

salam həmkar. Sizi yenidən narahat edirəm :) Siz bu mövzuda daha təcrübəlisiniz deyə Sizə müraciət etdim. mənə 1-ci çağırış SSRİ Ali Sovetinin deputatları barədə onlayn əlçatan pdf və ya mənbə lazımdır. əslində mən Yəhya Hüseynov barədə məqaləni genişləndirmək istəyirdim. açığı bir neçə mənbəyə baxdım, amma ciddi bir şey tapmadım. hamısında sadəcə 2-3 cümlə qeyd olunub. heç olmaya real və keyfiyyətli fotosunu tapsaq məqaləsinə yükləyərdik. mənim ruscam elə də yaxşı səviyyədə deyil, mütləq ki, var, mən sadəcə bəlkə də düzgün yerlərdə axtarmamışam. amma rus vikisinə də nəzər yetirdim, tapa bilmədim istinadlardan əlçatan mənbə. Atakhanli (müzakirə) 12:49, 30 yanvar 2024 (UTC)Cavabla

@Atakhanli, salam, narahatlıq deyil, xoşdur, mən AzSSR ilə bağlı kömək edə bilərəm. SSRİ ilə bağlı isə @Toghrul R bəy bəlkə kömək edə bilər. - Dr.Wiki54 (müzakirə) 20:37, 31 yanvar 2024 (UTC)Cavabla

Ağ Partiya və Vəhdət Partiyası haqqında[mənbəni redaktə et]

Salam.

Ağ PartiyaVəhdət Partiyası İslamçı partiyalar deyil.

Azərbaycanda dini partiyaların yaradılması qanunla qadağandır və onların fəaliyyəti də qadağandır.

Azərbaycanda İslamçılığa və İslamçı təşkilatlara qarşı sıfır dözümlülük siyasəti yürüdülür və onların fəaliyyətinə qətiyyən dözümlülük göstərilmir.

Azərbaycanda dini təmayüllü siyasi partiya yaradılmasına qadağa qoyulur

Azerbaycan Respublikası Siyasi partiyalar haqqında qanun

Hörmətlə, 31.200.17.54 11:02, 22 fevral 2024 (UTC)Cavabla

Salam. Qanunda "dini ekstremitzm" nəzərdə tutulur və yazılıb. İslamçılıq qadağandır yazılmayıb. Ağ Partiyanın Proqramında islamçı olduğu açıq-aşkar yazılır. Məsələn; "islam ümməti ilə birliyin təmin edilməsi". Dr.Wiki54 (müzakirə) 11:43, 22 fevral 2024 (UTC)Cavabla
Salam.
Partiya proqramı İslam teokratiyasını və ya şəriəti müdafiə etmir və təklif etmir və buna görə də "İslamçı" partiya deyil.
Əgər belə olsaydı, partiya Ali Məhkəmə tərəfindən qeyri-qanuni elan edilərək bağlanardı.
Hörmətlə, 31.200.17.54 13:12, 22 fevral 2024 (UTC)Cavabla
İslamçı partiya olmaq şəriəti mütləq şəkildə müdafiə etmək deyil. Məsələn: Ədalət və İnkişaf Partiyası islamçı partiyadır, amma şəriəti müdafiə etmir. Partiya özünü necə ifadə edirsə, elə də kateqoriyalanır. İfadələr nə qədər icra olunur, bu müzakirə mövzusu deyil. Azərbaycan İslam Partiyası isə terror və vətənə xəyanət iddiaları ilə bağlanıb. - Dr.Wiki54 (müzakirə) 19:39, 26 fevral 2024 (UTC)Cavabla

Daxil olduğunuz istifadəçi qrupuna əlavələr haqqında məlumat[mənbəni redaktə et]

Nümunə

Bu mesaj standart olaraq "addəyişdirici qrupu"na daxil olan istifadəçilərə göndərilir.

Salam hörmətli Dr.Wiki54. Daxil olduğunuz səhifəfayl addəyişdiriciləri qrupuna yeni texniki icazə (suppressredirect) daxil edildi. Belə ki, yanlış adlandırma və digər hallarda, istiqamətləndirmə qoymadan, yəni keçmiş adı silərək (nümunə şəkildə) addəyişmə edə biləcəksiniz.

Xoş vikilər! Turkmen müzakirə 11:34, 13 mart 2024 (UTC)Cavabla

Salam[mənbəni redaktə et]

Salam Ali Məclis haqqında xırda məlumatlar dəyişdirilib tərəfimizdən. Amma hər dəfəsində sizin tərəfdən geri qaytarılır. Orda istinad göstərilməli hər hansısa bir məlumat yoxdur. Çünki orda olunan dəyişikliklər 2 sədr müavinlərinin şəkilidir. birdə vakant yerlərin siyahısı. Bununla bağlı hər hansısa bir istinaddan söhbət gedə bilməz! AfrailZeynal (müzakirə) 06:51, 3 may 2024 (UTC)Cavabla

@AfrailZeynal, salam. Sizi vikipediyanın işləmə prossesiylə tanış olmağa çağırıram. Vikipediya:Beş əsas prinsip, Vikipediya:Etibarlı mənbələr, Vikipediya:Şəklin istifadə qaydası, Vikipediya:Stil kitabçası, Vikipediya:Nəzakət. Lokal və ya Vikianbara istənilən şəkli yükləyib istifadə edə bilməzsiniz. Bu fayl ya azad olmalı ([1]), ya da faylın müəllifi siz olmalısınız. Sizin yüklədiyiniz şəkillərin exif datası belə yoxdur. Vakant partiyalar siyahısına AXCP-nin adını əlavə edirsiniz, lakin bu mənbədə şəxsin kxcp üzvü olduğu qeyd olunur və partiya 2020-ci il seçkilərini boykot edib. Zəhmət olmasa, üzvlüklə bağlı etibarlı mənbələr göstərin. Dr.Wiki54 (müzakirə) 08:27, 3 may 2024 (UTC)Cavabla
Əgər o faylların müəlliflik hüququnun sizə aid olduğunu iddia edirsinizsə (müəllifinin siz olduğunuzu), bununla bağlı sübutlarınızı VP:OTRS-yə göndərə bilərsiniz. Dr.Wiki54 (müzakirə) 08:35, 3 may 2024 (UTC)Cavabla
AXCP olmasına yetərli mənbədir bu? Əhəd Məmməd oğlu CƏFƏRLİ
Zəhmət olmasa keçid edin.
Fayla qaldıqda isə şəkilin müəllifi biz olmalıyıq deyərkən yəni şəkil ümumiyyətlə heç bir yerdə istifadə olunmayan şəkil olmalıdır? və bizim tərəfimizdən çəkilməlidir? AfrailZeynal (müzakirə) 13:16, 6 may 2024 (UTC)Cavabla
@AfrailZeynal, mənbə üçün təşəkkürlər, AXCP seçkilərdə iştirakdan imtina etmişdi və Naxçıvandakı deputatla KXCP-nin əlaqəsinin olduğu qeyd edilmişdi. Maraqlı faktdır. Fayl isə müəllifi siz olmalısınız. - Dr.Wiki54 (müzakirə) 09:16, 18 may 2024 (UTC)Cavabla

Əlaqə haqda[mənbəni redaktə et]

zəhmət olmazsa hər hansısa sosial şəbəkə hesabınızı verin sizə bəzi şeyləri verməliyəm Siyasivikiler (müzakirə) 12:20, 16 may 2024 (UTC)Cavabla

@Siyasivikiler, sosial şəbəkə hesablarımı paylaşmıram. Buraya yazın. - Dr.Wiki54 (müzakirə) 17:14, 16 may 2024 (UTC)Cavabla

Azərbaycan SSR xalq deputatlarının siyahısı[mənbəni redaktə et]

Əziz həmkar, hər vaxtınız xeyir olsun. Çox təəssüf edirəm ki, tərtib etdiyim siyahını bu hala salmağa qərara gəldiniz. Sözün düzünü deyim, "sadələşdirmə" dedikcə siz nəyi nəzərdə tutdunuz, mənə aydın olmadı. Bütün deputatların dəqiq vəfat tarixi məlum olmayan siyahıda deputların adları altında vəfat tarixinin qeyd edilməsi, deputatların siyahıda soyadı üzrə tərtib olmasının mümkünsüzləşdirilməsi, əlavəcə seçilmiş deputatların ayrı siyahıya salınması sadələşdirmədir? Görünür ki, siz sadəcə bu siyahının sizin əvvəlki tərtib etdiyiniz Milli Məclisin deputatlarının siyahılarına uyğun olsun deyə, bunu etmisiniz. Amma buna gəldikcə, mənim də siyahıları tərtib etməkdə öz üslubum var. Düzdür, vaxtınızın nəyə sərf edilməsi - edilməməsi mənə qalmayıb, amma bu (mənim şəxsi baxışdan) faydasız işi gördükcə, siz onu daha səmərəli şəkildə sərf edə bilərdiniz - AzSSR Ali Sovetinin 1-ci çağırışdan 7-ci çağırışadək deputatlarının siyahıları Vikipediyada hələ də mövcüd deyil.

Yenə də özünüz bilərsiniz.

Hörmətlə. Azərbaycan-e-Cənubi 15:04, 25 may 2024 (UTC)Cavabla

Salam, @Азербайджан-е-Джануби. Burada sizin, mənim, başqasının məqaləsi yoxdur. "Bu hal" isə düzgün ifadə deyil, çünkü hələ ki "iş gedir" şablonu oradadır. Əvvəla, məqalədə doğum tarixinin ayrı sütun kimi verilməsi lüzumsuzdur. Həmçinin, hər komissiyaya gerb şəkli əlavə olunması. Soyadı siyahısıyla olmamasına baxmayaraq soyadlarla verilməsi. Hiperlinklərin olmaması. Məqalənin sadəcə 1991-ci ilədək olan qismi əhatə etməsi. Ümumviki təcrübəsində əlavə seçkilərlə (təkrar yox) seçilən deputatlar ayrı başlıq altında ayrı cədvəldə göstərilir və ya göstərilə bilər. Xülasə, təəssüf ki, siz məsələni şəxsiləşdirmisiniz. Özünüzün də qeyd etdiyiniz kimi mənim redaktələrimin nəyə həsr olunacağı sizə qalmır. Həmçinin, məqalə üzərində hələ ki, işlərim davam edir. Çoxpartiyalı dövrün ən rəngarəng parlamentinə aid məqalədə sadəcə Sov.İKP və Bitərəf olaraq göstərilməsi (91-ci ilədək) düzgün deyil. Məqalə həm natamam, həm lüzumsuz mürəkkəb idi. Az.SSR Ali Sovetin çağırışları isə məni maraqlandırmır. Sizi maraqlandırırsa, buyurun, hazırlayın. Son çağırış isə Sovet dövründən çox müstəqillik dövrünə aiddir. Mənim fəaliyyətimə gəldikdə, hər kəsə açıqdır, məqalələrim və redaktələrim də ortada. Hərhalda, sizə uğurlar! - Dr.Wiki54 (müzakirə) 15:48, 25 may 2024 (UTC)Cavabla
Yeri gəlmişkən, mən bu çağırışla bağlı 2022-ci ildə işlərə başlasam da, işlərimin çoxluğundan ara vermişdim. - Dr.Wiki54 (müzakirə) 15:53, 25 may 2024 (UTC)Cavabla

Xəbərdarlıq[mənbəni redaktə et]

Salam. Buradaburada vandalizmlik bir şey yoxdur. Yeni istifadəçidir, təcrübəsizlikdən olan şeydir. Belə hallarda istifadəçiyə xəbərdarlıq edə bilərsiniz. Bu şəkildə VP:3GQ qaydası pozulur və redaktə müharibəsi başlayır artıq. Xahiş edirəm, diqqət edəsiniz. Hörmətlə, Gadirmüzakirə 14:07, 26 may 2024 (UTC)Cavabla

@Gadir, salam. Oldu, təşəkkür. - Dr.Wiki54 (müzakirə) 09:57, 28 may 2024 (UTC)Cavabla

Əhməd bəy Hacınski barədə[mənbəni redaktə et]

Salam. Camo bəy Hacınski məqaləsində, onun ailəsi haqqında bölmədə qardaşı Əhməd bəy Hacınski haqqında maraqlı məlumatlar əlavə etmisiniz. Təşəkkür edirəm. Amma, mənə çox maraqlıdır ki, həmin şəxs barədə məlumatlar hansı mənbəyə istinad edir? Çünki, bu vaxta kimi Camo bəyin yalnız Mehdi bəy adlı qardaşının olduğunu bilirdik.

Hörmətlə,

Taurus-AZE

Taurus-AZE (müzakirə) 13:32, 28 may 2024 (UTC)Cavabla

@Taurus-AZE, salam. Təəssüf ki, məlumat verə bilməyəcəyəm. Çünki, yazıları mən yazmamışam. Şəxs haqqında müstəqil məqalə olub. Daha sonra VP:AİLƏ pozulduğu üçün, həmin məqalədəki məlumatları əlaqəli məqaləyə köçürmüşəm. Şəxs məqaləsi isə silinib inzibatçılar tərəfindən. @Gadir, bəlkə siz kömək edəsiniz, həmin məqalənin müəllifi kimdir? (Əhməd bəy Hacınski) Dr.Wiki54 (müzakirə) 15:28, 30 may 2024 (UTC)Cavabla
Salam. Məqaləni Ənvər Çingizoğlu yaradıb. Məzmunda Camo bəy Hacınski barədə heç nə qeyd olunmayıb. Mənbə kimi sadəcə bu link var. Ata adı belə fərqlidir: "İsa bəy" olaraq qeyd olunub. İsa bəy Hacınski məqaləsində də Əhməd adı qeyd olunub. Görünür, ayrı şəxslərdir və soyad səbəbilə qarışdırılıb. Hörmətlə, Gadirmüzakirə 15:49, 30 may 2024 (UTC)Cavabla
@Gadir, yəqin ki elədir. Köçürdüm İsa bəy məqaləsinə. Dr.Wiki54 (müzakirə) 23:15, 30 may 2024 (UTC)Cavabla