Vikipediya:Kənd meydanı

Vikipediya, azad ensiklopediya
Ən son rəy:1 gün öncə, Gadir tərəfindən "Qayda səsverməsi - 3" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç


Sonuncu dəfə təşkil edilən Berlin Konfransı[mənbəni redaktə et]

Bu il Almaniyanın paytaxtı Berlin şəhərində sonuncu Wikimedia Summit 2024 təşkil edilməkdədir. Konfrans artıq başa çatıb. Mənə maraqlıdır ki, icmanı sözügedən tədbirdə kimsə təmsil edibmi ? Azərbaycanlı vikimediaçıların iştirak etdiyi tədbirlər səhifəsini güncəl tutmaq adına bu məlumat mənə lazımdır. Kimdəsə bir bilgi varsa lütfən paylaşsın. İştirakçıların siyahısına baxanda türk, erməni və gürcücə vikidən vikipediyaçıların iştirak etdiyini gördüm və ümüd edirəm ki, Azvikidən də kimsə və ya kimlərsə gedib. İcmanın 7 dəfə Berlində təşkil edilmiş konfransda təmsil edilməsi bu ehtimalı müəyyən qədər gücləndirməkdədir. @Toghrul R, @Eldarado, @White Demon, @Gadir, @A.Aida88, @Solavirum, @Nemoralis bu barədə bir məlumatınız varmı ?— Baskervill 06:55, 23 aprel 2024 (UTC)Cavabla

@A.Aida88 xanım gedəcəkdi bildiyim qədərilə. Dəqiq bilmirəm. Nemoralis (müzakirə) 06:59, 23 aprel 2024 (UTC)Cavabla
@A.Aida88 konfransa gedə bildinizmi ? Baskervill 07:00, 23 aprel 2024 (UTC)Cavabla
@Baskervill salam. Bu il iştirak hüququ tam fərqli formatda verilib, bir növ müsahibələr əsasında müəyyənləşdirilib. Azvikidən heç kim iştirak etməyib Toghrul R (m) 07:02, 23 aprel 2024 (UTC)Cavabla
@Toghrul R kvota söhbətini ləğv ediblər ? Təəssüf ki, müsahibəyə qatılan və ya qatılıb keçə bilən heç kim olmayıb. Baskervill 07:06, 23 aprel 2024 (UTC)Cavabla
@Baskervill o da var idi, üstəlik müsahibə tipli bir görüş də oldu. Tanıdığım təcrübəli vikimediaçılardan keçməyənlər var idi Toghrul R (m) 07:09, 23 aprel 2024 (UTC)Cavabla
@Toghrul R təşəkkür edirəm məlumatlar üçün. Polşada təşkil ediləcək Vikimaniyanın vaxtı yaxınlaşır. Həmin Vikimaniyada iştirak üçün nəzərdə tutulan təqaüdlərin qalibləri nə zaman açıqlanacaq ? Bir məlumatınız varmı bu barədə. Baskervill 07:14, 23 aprel 2024 (UTC)Cavabla
Səhv etmirəmsə o siyahıda da AzVikidən heç kəs yoxdur. Yəni təqaüd qalibləri siyahısında. Yalnız öz hesabına gedənlər üçün İyun ayında qeydiyyat başlanacaq. Patriot (müzakirə) 07:21, 23 aprel 2024 (UTC)Cavabla
@Baskervill təəssüf ki, bu il Azərbaycandan heç kəs Vikimaniya təqaüdü qazana bilməyib. Orta Asiyadan isə Qazaxıstandan cəmi bir nəfərə təqaüd ayrılıb. Toghrul R (m) 07:23, 23 aprel 2024 (UTC)Cavabla
@Toghrul R sadəcə olaraq böyük təəssüf... Hər il haralarsa gedirdik, indi heç kim seçilmir. Vikimedia Fondunun Azviki kimi ortabab bir icmadan 1 nəfəri belə seçməməsini yumuşaq formada ifadə etsək qərəz olaraq görürəm. Bəlkə də, kimsə seçilib, ancaq bunu açıqlamır. Siz əminsiz ki, heç kim seçilməyib ? Baskervill 07:27, 23 aprel 2024 (UTC)Cavabla
Mən əlaqəm olanlardan soruşmuşam, hamıya rədd cavabı gəlib. Vikimaniyadan çox Hakathona qəbul olmamağıma pis olmuşam :( Nemoralis (müzakirə) 07:31, 23 aprel 2024 (UTC)Cavabla
@Baskervill salam. Təəssüf ki, AzVikidən heç kəs iştirak hüququ qazanmamışdı. Sadəcə mən online iştirak etdim. Yəqin ki, qısa zamanda bu siyahıda online iştirakçıların adları qeyd olunacaq. Patriot (müzakirə) 07:10, 23 aprel 2024 (UTC)Cavabla
@Patriot Kor online iştirakınız üçün təşəkkürlər. Təəssüf ki, inkişaf dövrünü yaşayan, 200 min məqalə həddinə çatan Azvikini əhəmiyyətlilik baxımından Vikimedia Fondunun sayca üçüncü dərəcəli konfrasında icma fiziki olaraq təmsil olunmayıb. Baskervill 07:16, 23 aprel 2024 (UTC)Cavabla
@Baskervill qiymətləndirdiyiniz üçün təşəkkürlər. Təqaüd proqramına da baş vurmuşdum amma seçilməmişdim. Tamamilə haqqlısınız. Çox geridəyik. Məsələ burasındadır ki, bu il heç CEE-də qatıla bilməyəcəyik deyəsən. Çünki hesabatlar təqdim olunmadığına dair bildiriş gəlmişdi. Ona görə mən İdarə heyəti mövzusunu bir daha açmışdım. Amma yenə nəticəsiz qaldı. Patriot (müzakirə) 07:19, 23 aprel 2024 (UTC)Cavabla
@Patriot Kor ciddisiz ? Tbilisdə təşkil edilən tədbirin hesabatları təqdim edilməyib ? Bu konkret olaraq kiminsə səhlənkarlığıdır yoxsa necə ? Yəni ki, kimlər bunu təqdim etməli imiş ki, etməyiblər. Baskervill 07:25, 23 aprel 2024 (UTC)Cavabla
@Patriot Kor, hesabatı @Wertuose göndərib bildiyim qədərilə. Nemoralis (müzakirə) 07:29, 23 aprel 2024 (UTC)Cavabla
@Eldarado hesabatın təqdim edilməməsi ilə bağlı bir məlumatınız varmı ? Baskervill 07:32, 23 aprel 2024 (UTC)Cavabla
@Nemoralis məlumatsızam. Amma göndərilibsə çox gözəl. Patriot (müzakirə) 08:12, 23 aprel 2024 (UTC)Cavabla
İdarə heyəti ilə tam razıyam Sizinlə. Nəzərdən keçirilməlidir A.Aida88 (müzakirə) 12:14, 24 aprel 2024 (UTC)Cavabla
Salam, report çoxdan verilib. Onsuz hələ bu ayın 30-a kimi idi deadline. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 21:57, 24 aprel 2024 (UTC)Cavabla

A new look for talk pages, for everyone[mənbəni redaktə et]

Hello

Sorry to use English, please help by translating this message, and share the news with your community.

The new look for talk pages (screenshot of French Wikipedia).

Your wiki is part of a test that started last year. We changed the design of talk pages for half of users at 15 wikis and tested how they reacted to it.

  • We changed how the talk page's main title, adding a space after “Talk:”, and all section titles look, now using Sans-serif.
  • The buttons for replying, subscribing, and starting a new topic appear in a bolder typeface, instead of looking like a regular link.
  • For Vector 2022 users, the table of contents shows the number of comments within a topic.
  • We added meta-information at the top of the talk page (link and date for the latest comment).

During the test, we measured if users were more successful adding messages on talk pages, in particular new users. We observed that new users, using the new design, are more successful on posting constructive comments at talk pages. The report is available, in English.

The test will end soon. We will deploy the new look to your wikis as the default look for talk pages. This deployment will start on Monday April 29. The deployment is only for Desktop view, as Mobile users already have this new design by default.

If you prefer to keep the old look, you can do it in your preferences, by unchecking the "Müzakirə fəaliyyətini göstər" option. (Please note that the "add new topic" button on talk pages won't be affected by this preference.)

If you have any question regarding this deployment, or other improvements made on talk pages, please let me know. ~~~~ Trizek (WMF) (müzakirə) 14:49, 24 aprel 2024 (UTC)Cavabla

Qəşəng interfeysdir. Trvikidə görmüşdüm və xeyli də xoşuma gəlmişdi. Hörmətlə, Gadirmüzakirə 14:53, 24 aprel 2024 (UTC)Cavabla
Rahat müzakirələr (CD) qadcetində bunlar onsuz da var idi. Nemoralis (müzakirə) 20:50, 24 aprel 2024 (UTC)Cavabla
Now it is a default feature, compatible with all wikis. :) Trizek (WMF) (müzakirə) 08:01, 25 aprel 2024 (UTC)Cavabla
Bu artıq tətbiq olundu ki. Hörmətlə, Gadirmüzakirə 20:47, 29 aprel 2024 (UTC)Cavabla

AzVikidə olan faylın EnVikidə istifadə olunması[mənbəni redaktə et]

Salam, bu faylı enwikidəki məqalədə istifadə etsəm, müəlliflik hüququnu pozmuş olaram? Aredoros87 (müzakirə) 22:55, 24 aprel 2024 (UTC)Cavabla

Bildiyim qədərilə müəlliflik hüququ ilə qorunan səs materiallarının 20-25 saniyəlik hissəsinin istifadəsinə icazə verilir. Kosmik Ozan utora! 11:19, 25 aprel 2024 (UTC)Cavabla
Amma bizdəki məqalədə çox istifadə olunub, bir fayl əvəzinə 4-5 sayl yüklənib, bu da ədalətli istifadə deyil. Kosmik Ozan utora! 11:20, 25 aprel 2024 (UTC)Cavabla

Universal Davranış Kodeksi Koordinasiya Komitəsinə seçkilər[mənbəni redaktə et]

Universal Davranış Kodeksi Koordinasiya Komitəsinə seçkilər başlayıb. Azərbaycandilli istifadəçilərdən sadəcə @Patriot Kor namizəd olub. Seçkidə iştirak etməzdən əvvəl namizədlərin analizi üçün bubu səhifələrə baxa bilərsiniz. Nemoralis (müzakirə) 12:10, 25 aprel 2024 (UTC)Cavabla

uğurlar. @Patriot Kor Atakhanli (müzakirə) 14:30, 28 aprel 2024 (UTC)Cavabla

Vote now to select members of the first U4C[mənbəni redaktə et]

You can find this message translated into additional languages on Meta-wiki. Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin

Dear all,

I am writing to you to let you know the voting period for the Universal Code of Conduct Coordinating Committee (U4C) is open now through May 9, 2024. Read the information on the voting page on Meta-wiki to learn more about voting and voter eligibility.

The Universal Code of Conduct Coordinating Committee (U4C) is a global group dedicated to providing an equitable and consistent implementation of the UCoC. Community members were invited to submit their applications for the U4C. For more information and the responsibilities of the U4C, please review the U4C Charter.

Please share this message with members of your community so they can participate as well.

On behalf of the UCoC project team,

RamzyM (WMF) 20:20, 25 aprel 2024 (UTC)Cavabla

Vikipediyanın gələcəyi ilə bağlı dərin narahatlıq[mənbəni redaktə et]

Salam. Mən təkcə bu gün 10-a yaxın istifadəçinin fəaliyyətini təftiş etmiş və maşın tərcüməsi vasitəsi ilə kütləvi şəkildə məqalələr yaratdıqlarını aşkarlamışam. Bu istifadəçilərin hamısı AMEA-nın əməkdaşlarıdır. Maşın tərcüməsi deyərkən nəzərdə tutduğum məqalələr heç də kiçik qüsurlu tərcümələr deyil: söhbət digər dil versiyalarından tərcümə proqramları ilə tərcümə olunmuş mətnin birbaşa olaraq, heç bir düzəliş edilmədən (və ya sadəcə texniki düzəlişlər edilərək) azvikidəki məqaləyə yapışdırılmasından gedir. Bəzi məqalələrdəki problemləri görmək üçün mətni oxuyub məzmunun mənasını anlamağa belə ehtiyac yoxdur, yəni bəzi istifadəçilər məqaləni vizual olaraq belə səliqəyə salmağa çalışmayıb. Əsas problem də odur ki, bu fəaliyyət ilə məşğul olanlar belə məqalələri kütləvi formada yaradırlar. Həmçinin istifadəçilər bu fəaliyyətlə təəssüf ki, uzun müddətdir məşğul olublar və qarşısı alınmayıb. İstifadəçilərə xəbərdarlıq etdikdə də fəaliyyətlərinə düzəliş etmək yerinə açıq-aşkar ortada olan faktı inkar edir, xəbərdarlığa məhəl qoymur və fəaliyyətlərinə olduğu kimi davam edirlər. Heç kimin haqqı çatmır ki, vikini bu hala salsın. Mən bütün inzibatçıları bu barədə sərt tədbir görməyə çağırıram. Sura Shukurlu (müzakirə) 17:34, 28 aprel 2024 (UTC)Cavabla

Dəstəkləyirəm. Hörmətlə, Gadirmüzakirə 17:44, 28 aprel 2024 (UTC)Cavabla
@Sura Shukurlu, məqalələr patrul rejimindən əvvəl yaradılanlardı? — Bikar müzakirə 18:01, 28 aprel 2024 (UTC)Cavabla
Patrul sistemi xeyli vaxtdır var, sonradan yaradılanlar da olar. Bu sistem özü çox mənasızdır, baxılmayanda bir müddət sonra redaktələr avtomatik patrullanır, yəqin səhifələr də elə olar. Hörmətlə, Gadirmüzakirə 18:08, 28 aprel 2024 (UTC)Cavabla
Heçnədən yaxşıdı — Bikar müzakirə 18:18, 28 aprel 2024 (UTC)Cavabla
@Bikar, xeyr, söhbət hələ də davam edən fəaliyyətdən gedir. Son bir neçə gündə belə, bu formada məqalələr yaradanlar olub. Köhnə olsa idi ən azından məqalələr barədə tədbir görülərdi. Burada isə söhbət bu istifadəçilərin fəaliyyəti ilə bağlı tədbir görülməsindən gedir. Mənim dəfələrlə xəbərdarlıq etdiyim olub, məhəl qoyulmayıb. Sura Shukurlu (müzakirə) 18:13, 28 aprel 2024 (UTC)Cavabla
Bəs bu məqalələr necə patrullanmış olur axı. Mən dəfələrlə müdaxilə etmişəm, inzibatçılar tədbir görmədikdən sonra mənim nəsə yazmağımın mənası yoxdu. — Bikar müzakirə 18:18, 28 aprel 2024 (UTC)Cavabla
Avtopatrul hüququna görə :) Sura Shukurlu (müzakirə) 18:35, 28 aprel 2024 (UTC)Cavabla
belə baxıram, bütün avtopatrullar yenidən nəzərdən keçirilməlidir. həmin istifadəçiləri isə minimum 3 ay olmaqla bloklamağa başlamaq lazımdır Atakhanli (müzakirə) 18:40, 28 aprel 2024 (UTC)Cavabla
Bu fəaliyyətlə məşğul olanlar neçə illik istifadəçilərdir. Hansı ki, bu fəaliyyətlərinə görə onlara mükafatlar da verilib. Baxıram ki, əvvəllər maşın tərcüməsi etməyən, faydalı məqalələr yaradan, mənim də fəaliyyətindən razı qaldığım AMEA əməkdaşları da bir müddət sonra maşın tərcüməsindən istifadə etməyə başlayıb. Bu, məni məyus etdi. Belə baxıram ki, artıq dəb düşüb. Mən bunu onunla bağlayıram ki, bu istifadəçilərlə bağlı əvvəldən heç bir ciddi tədbir görülməyib və bu da onlarda rahatlıq yaradıb, nəticədə AMEA əməkdaşları arasında bu fəaliyyət normal bir fəaliyyət növünə çevrilib. Ümumiyyətlə çox normal bir şeyə çevrilib bu fəaliyyət azvikidə, sanki, elə belə də olmalıdır və məqalələr elə bu cür yaradılmalıdır. Bizim köhnə inzibatçımız belə maşın tərcüməsi ilə onlarla məqalə yaradıb, hansı ki, bu məqalələrin çoxunda cümlələrdəki məna uyuşmazlığı, tərcümə səhvləri açıq-aşkar gözlə görünür. Bu fəaliyyətlə məşğul olan, hal-hazırda adını açıqlamadığım nə qədər istifadəçi var ki, vikicəmiyyətdə tanınan və etibar edilən istifadəçilərdir və bəziləri hətta vikipediya redaktorluğu üçün təlim verirlər. Sura Shukurlu (müzakirə) 19:10, 28 aprel 2024 (UTC)Cavabla
@Sura Shukurlu Bizim köhnə inzibatçımız belə maşın tərcüməsi ilə onlarla məqalə yaradıb, deyəndə tam olaraq kimi nəzərdə tutursuz ? Məni ? Əgər mənəmsə hansı məqalələrdən gedir söhbət ? Maraqlıdır. Bir də, fikir verdim ki, 3-4 yerdə bu istifafəçi, bu istifadəçi deyirsiz. Söhbət hansı AMEA əməkdaşlarından gedir ? Çünkü orada maşın tərcüməsi ilə məqalə yaratmayan kifayət qədər həmkarlarda mövcuddur. Bütün camianı zərbə altına qoymaq qəyiyyən doğru deyil. Baskervill 08:51, 1 may 2024 (UTC)Cavabla
@Baskervill, İstifadəçi müzakirəsi:Qolcomaq Nemoralis (müzakirə) 08:55, 1 may 2024 (UTC)Cavabla
@Nemoralis bu kritik rəyiniz üçün təşəkkür edirəm. Bir anlıq söhbətin məndən getdiyini düşündüm. O zaman sizdən də soruşum. Yuxarıda sadalanan problemlərə səbəb olan istifadəçilər kimlərdir ? Niyə müzakirələr onların adları çəkilmədən aparılır ? Bu istifadəçilər, şəxslər, onlar deyilir. Bunun spesfik bir səbəbmi varmı ? Həqiqətən bilmək istəyirəm ki, kimdir onlar. Baskervill 08:58, 1 may 2024 (UTC)Cavabla
Məqalələrdə Page Curation sisteminin tətbiq olunmasına "effektiv olmayacaq" yazanlar indi məqalələrlə bağlı narahatlıqlarını bildirirlər. Deyəsən fikriniz dəyişib. Nemoralis (müzakirə) 18:49, 28 aprel 2024 (UTC)Cavabla
5+ illik təcrübəli istifadəçilərimiz toplu maşın tərcüməsi yaradırsa, bu sistem nə edəcəkki? hamısında da avtopatrul və daha yuxarıları var. ip-dən gələn redaktələr filan deyilki Atakhanli (müzakirə) 19:23, 28 aprel 2024 (UTC)Cavabla
Həmin istifadəçidən alaq avtopatrulu, qoy məqalələri düşsün qaralamaya. Sonra baxaq yaradacaq bir də elə məqalə? Nemoralis (müzakirə) 19:30, 28 aprel 2024 (UTC)Cavabla
Maşın tərcüməsi ilə başlayan biri olaraq beləcə səhvlər edirəm amma bilərək yox bilməyərək və fikrimcə buna aid maarifləndirici video və sosial şəbəkə dəstəyi lazımdır ki, qısa da olsa həvəsi olan insanlar baxıb öyrənsinlər.
Çünki misal mən bəzi qaydaları oxusam belə başa düşmüşdüm praktiki @Sura Shukurlu @Nemoralis @Atakhanli ilə müzakirələr və suallar nəticəsində öyrəndim.
Ümumi bu mövzulardan əlavə TR-vikidə olan patrul incələnməsi sistemi olsa və aktiv patrul işləri görməyənlərdən bu status alınsa məncə hərşey qaydasında və rahat gedəcək. Redivy (müzakirə) 19:32, 28 aprel 2024 (UTC)Cavabla
Maşın tərcüməsi ilə bağlı nə video?)) İngilis dili dərsləri olsun?) Atakhanli (müzakirə) 19:35, 28 aprel 2024 (UTC)Cavabla
@Redivy, trvikidəki sistem tətbiq oluna bilməz, kodun operatoru aktiv deyil, idarə edəni yoxdur. O sistemdə olanlar layihələr də köhnədən tətbiq edilənlərdir, gərək əvvəldən elə olaydı. Yoxsa belə pis sistem dəyil :) Hörmətlə, Gadirmüzakirə 19:42, 28 aprel 2024 (UTC)Cavabla
phab:T185664 Nemoralis (müzakirə) 19:48, 28 aprel 2024 (UTC)Cavabla
@Nemoralis Burda göstərilənlər ru-vikidə də var sizcə bizdə tərtib edilə bilər və necə alınar.? Redivy (müzakirə) 20:17, 28 aprel 2024 (UTC)Cavabla
Bundan sonra niyə istifadə edilə bilməz? Redivy (müzakirə) 20:18, 28 aprel 2024 (UTC)Cavabla
ümumiyyətlə söhbət bu deyil axı. təklifin bu problem ilə nə əlaqəsi var? yenə əsas mövzu qalıb qıraqda, nəyin söhbəti gedir Atakhanli (müzakirə) 20:34, 28 aprel 2024 (UTC)Cavabla
Nə həll üsulu təklif eliyirsən? Hamıdan avtopatrullar alınsın, ancaq məqalə patrullayaq? Patrullananlar da yaxşı vəziyyətdə deyil onsuz. — Bikar müzakirə 20:36, 28 aprel 2024 (UTC)Cavabla
Təklif edirəm ki, köhnə məqalələr üzərində yoxlanılıb işlər bitənə kimi yeni məqalələr yaratmağa müvəqqəti qadağa qoyulsun))) Hörmətlə, Gadirmüzakirə 20:40, 28 aprel 2024 (UTC)Cavabla
həll üsulu bu istifadəçiləri vikidən uzaqlaşdırmaqdır. bu qədər sadə. Vikipediyaya ziyan vurmaq üçün AMEA-dan maaş, qrant alırlar Atakhanli (müzakirə) 20:46, 28 aprel 2024 (UTC)Cavabla
(Kimin nə alıb verdiyini bilmirəm, haqlarına da girmiyim.) Əvvəllər normal məqalələr yaradıblar, sonra da keçiblər maşın tərcüməsinə(normal məqalələr olmasaydı avtopatrul olmazdılar da?), məncə psixoloji birşeydi. Ya da hansısa tələblər var (məsələn ayda 500 redaktə) və ya ortada başqa stimul ola bilər. Bu da gəlir çıxır siz deyənə — Bikar müzakirə 20:54, 28 aprel 2024 (UTC)Cavabla
Eyni zamanda (bununla birlikdə yəqin ki) "məqaləm çox olsun" da ola bilər. Hörmətlə, Gadirmüzakirə 20:56, 28 aprel 2024 (UTC)Cavabla
@Redivy, hal-hazırda həmin extensionun kodu çox köhnədir və maintaineri (operatoru) yoxdur, yəni kodda hər hansısa bir problem çıxsa bunu həll edəcək biri yoxdur. Nemoralis (müzakirə) 20:48, 28 aprel 2024 (UTC)Cavabla
Qoşağ da, harada qırıldı-qırıldı) — Bikar müzakirə 20:51, 28 aprel 2024 (UTC)Cavabla
"Qoşanlar" elə demir amma 🙂 Nemoralis (müzakirə) 20:56, 28 aprel 2024 (UTC)Cavabla
mən də çox görmüşəm. Elə məqalələr var ki, heç başlıqlarına belə əl vurulmayıb. Bu adamlar böyük ehtimalla əməkhaqqı da alırlar AMEA-dan. Hamısının müddətsiz bloklanmağının tərəfdarıyam. Adam dolamaqdır bu. --► Hörmətlə: SolaVirum 21:19, 28 aprel 2024 (UTC)Cavabla
AMEA-nın marağı nədi burda, onu başa düşə bilmirəm. — Bikar müzakirə 21:25, 28 aprel 2024 (UTC)Cavabla
@Bikar, bu Nemoralis (müzakirə) 21:30, 28 aprel 2024 (UTC)Cavabla
@Bikar AMEA bu işlə çoxdan məşğuldur. Ömürlük bloklanan @İrada belə AMEA əməkdaşı idi və deyərdim ki, Azvikinin ilk istifadəçilərindən, fayda verənlərdən olub. Söhbət 2007-2010 kimi quraqlıq olaraq təsvir edə biləcəyim illərdən gedir. AMEA-nın mənə görə problemi odur ki, Vikipediya mövzusu orada sistemləşdirilmiyib. Hər bir institut və təşkilat öz metodu ilə hərəkət edir. MEK, Tenxologiya, Botanika və sairə və ilaxır. Yəni məsələn ola bilər ki, hansısa şöbənin əməkdaşları maşın tərcüməsi ilə məqalə yaradır hansısa yaratmır. Qurunun oduna qətiyyən yaşı bada vermək olmaz. İnzibatçı həmkarlar diqqətli olmalıdır, Baskervill 09:03, 1 may 2024 (UTC)Cavabla
Salam Sura Shukurlu, ilk öncə vaxt ayırıb geniş araşdırma etdiyiniz üçün təşəkkür edirəm. Ciddi və narahat doğuran bir məsələdir. Həlli isə sadədir mənim fikrimcə və tətbiq etmək üçün geniş müzakirəyə ehtiyac yoxdur. İlk olaraq bu cür məqalə yazanlara qeyd etidiyiniz kimi bildiriş xarakterli məlumat verilməli, bu cür fəaliyyətdən çəkinmələrini və həmin məqalələri düzəltməyə çalışmalarını istəməliyik. Qeyd etdiyiniz kimi cavablamayan və diqqətə almayanlar olduqda isə üçüncü tərəf kimi inzibatçılardan bir neçəsini tag etməlisiniz. Həmin inzibatçı da ilk öncə 7-10 günlük xəbərdarlıq bloku, daha sonra yenidən təkrarlanarsa 2-3 aylıq uzun müddətli blok tətbiq etməlidir. Bu cür fəaliyyəti olanlardan avtopatrul hüququ dərhal alınmalıdır. Bundan əlavə maşın tərcüməsindən istifadə edənlərə qeyd edim ki, bu qaydalara zidd deyil və təbii ki, hər kəs maşən tərcüməsindən istifadə edə bilər. Lakin çox yaxşı formada düzəlişlər edilməli, dil normaları qorunmalı və vikiləşdirilməlidir. Sura Shukurlu, bu mövzuda mən sizə yardımçı olmağa çalışacağam. Bildirişinizi diqqətə almayan istifadəçilər olduqda məni də teq edə bilərsiniz həmin müzakirələrə. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:14, 29 aprel 2024 (UTC)Cavabla
yoldaşlar, söhbət 1 məqalədən və ya 5 məqalədən getmir. onlarla, hətta bəzi istifadəçilərdə 100-dən artıq belə məqaləsi olan şəxslər var. bunlar zarafat deyil. və bunu edən 2-3 ay təcrübəsi olan istifadəçilər deyil. 5+ il təcrübəsi olan istifadəçilərdir, hansı ki, təcrübəsi il olaraq götürsək mənim təcrübəmdən də çoxdur. və dəfələrlə də KM və müzakirə səhifələrindən müxtəlif istifadəçilər tərəfindən bu yöndə çağırışlar edilib. bu istifadəçilər birmənalı şəkildə vikipediyadan uzaqlaşdırılmalıdır. blok müddətinə minimum 3 aydan başlamağı israrla təklif edirəm. çünki etdiklərinin ən yumşaq forması icmanı dolamaqdır. icmaya hörmətsizlikdir. kimsə kvota dolduracaq deyə icazə verməməliyik ki, bir neçə könüllü istifadəçinin əməyi hesabına bu səviyyəyə gələn viki yerlərə düşsün. onsuz da bu gedişlə axınla aşağı gedirik Atakhanli (müzakirə) 01:58, 30 aprel 2024 (UTC)Cavabla
@Atakhanli sizdə digər inzibatçl həmkarınız kimi ad çəkməmisiz, Şəxslər adlandırmasından istifadə etmisiz. Mənə çox maraqlıdır ki, icmanın canını bu qədər boğaza yığan, problem yaradan həmkarların (google translate'lə məqalə yaratsalarda texniki olaraq həmkar adlandırmaq olar) bir istifadəçi adı falan yoxdur ? Niyə kimsə demir ki, bax filan yoldaşı deyirəm. Çox qaranlıqdır.. Baskervill 08:56, 1 may 2024 (UTC)Cavabla
Əgər maşın tərcüməsindən istifadə edənlərin hesabları bəllidirsə adlarının qeyd olunması yaxşı olardı. Daha sonra isə mərhələ ilə @Eldaradonun dediyi ardıcıllıqla hərəkət etmək lazımdır. Kim tərcümə edə bilmirsə, oxunaqlı bir məqalə ortaya qoya bilmirsə fəaliyyəti dayandırılmalıdır. Çünki sıfırdan bir məqaləni yaratmaq daha rahatdır nəinki tərcümə xətası olan məqalələri. Rəcəb Yaxşı (müzakirə) 06:03, 29 aprel 2024 (UTC)Cavabla

Eldaradonun fikirləri ilə şərikəm.— Nicat49   müzakirə 18:37, 29 aprel 2024 (UTC)Cavabla

inanıram ki, bu istifadəçilərə xəbərdarlıq etmək və bu qədər məqalə üzərində işləmələrini gözləmək nəticəsiz qalacaq. yaxşı olar ki, bu istifadəçilərin fəaliyyəti dayandırılsın. Sofia (müzakirə) 13:30, 30 aprel 2024 (UTC)Cavabla
Sofia, Atakhanli eyni mövzuda daha öncə xəbərdarlıq almayan istifadəçiləri 3 aylıq və ya daha uzun müddətli bloklamaq ədalətli addım deyil. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 15:05, 30 aprel 2024 (UTC)Cavabla
bunlar qaydaları bilmir ki, guya? ələ salıblar icmanı konkret. yeni istifadəçilər olsa hə. 5+ təcrübələri vare. mən onlara xəbərdarlıq yazmağa utanıram Atakhanli (müzakirə) 15:54, 30 aprel 2024 (UTC)Cavabla
@Atakhanli ilə bu məsələdə tamamilə razıyam. Bir müddət məhdudiyyət gətirilməli, daha sonra eyni fəaliyyət davam edərsə, daha uzun məhdudiyyətlər gətirilməlidir. Yoxsa yerimizdə sayacağıq. Mən dəfələrlə olub ki, belə məqalələr qarşıma çıxıb və oxumuşam, heç nə anlamamışam, çalışmışam düzəldim ki, amma baxmışam ki, mümkün deyil, gərək silib təzədən yazasan. Bir sözlə qarma-qarışıqdır. İndiyə kimi heç bir tədbir görülmədiyi üçün AzViki dolub-daşıb belə məqalələrlə. Neçə-neçə istifadəçilərə bu barədə xəbərdarlıq vermişik, həmkarlarla birgə. Amma davam ediblər yenə. Görünür, effektiv addımlar atmaq lazımdır, gecikmişik, amma daha da gecikmədən edək. Burada başqa maraqlar heç cürə Vikipediyanın inkişafından öndə gələ bilməz. Hörmətlə, Gadirmüzakirə 16:03, 30 aprel 2024 (UTC)Cavabla
İstənilən halda qayda qaydadır. Xəbərdarlıq edilməlidir öncə. :) eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 04:41, 1 may 2024 (UTC)Cavabla
Mən bütün yazılanları oxudum. Bir dəfə bu maşın tərcüməsinə görə uyğun olmayan bir ifadə işlətmişdim və 1 aylıq bloklanmışdım. Eyni səhvi bu dəfə təkrar etməyəcəm. Ona sevinirəm ki, həmin şərhimdən sonra 1-2 həmkar gəlib yazmışdı ki, adam olanı deyib də, hər şeyi adı ilə çağırmaq lazımdır ☺️ Məsələ belədir. Bir adam, həmkar 3 səbəbdən maşın tərcüməsinə müraciət edir.
A - Yeni istifadəçidir. Elə bilir ki, elə belə də olmalıdır. Həmin şəxsi bloklamaq qətiyyən doğru deyil. İndi inzibatçı olan yoldaşlar təzə-təzə elə səhvlər ediblər ki, indi özləri görəndə əminəm ki, gülümsünürlər buna. Sadəcə başa salmaq, izah etmək lazımdır ki, belə etmək olmaz.
B - Təcrübəsi olan istifadəçidir. Bir məqaləyə kafayı takıb və onu Azvikidə görmək istəyir. Ha əlləşir, ancaq cümlələri yetinə oturda bilmir. Tərcümə etdiyi dili bilən adamlara müraciət edir, xahiş edir və onlarda bunu "hə, yaxşı" ilə yola verirlər. Özünü saxlaya bilməyib, maşın tərcüməsinə müraciət edir. Nadir də, olsa belə epizodlarda olub. Şəxsən mən inzibatçı olanda görmüşəm. Belə hallarda da mənə görə uzun müddətli yox, qısa müddətli blok və ondan da əvvəl xəbərdarlıq olmalıdır ki, axı bu fəaliyyət sənin imzana yaraşmır.
C - Yuxarıda adı çəkilən mərkəzlərdə və ya X bir şirkətdə işləyən şəxslər. Mənə görə qəlbində viki sevgisi olmayan şəxslər. Yəni, adam səhərisi gün ordan çıxıb, bir banka falan işə düzəlsə bir də üzünü açmaz Vikipediyanın. Şəxsən belə şəxsləri də çox görmüşəm. Yəni illərini bura verən adamın əli gəlməz Azvikini evini yıxmağa. Bir növ heyifi gələr. Onlarınsa gəlmir, çünkü fərqli dalğada olan insanlardı. Bəzən bunu hansısa ödəniş və ya mövqe tutmaq üçün edirsə o zaman vurduğu zərərin miqdarıda artır. Bu şəxslərə də müvafiq xəbərdarlıq edib 3 aylıq bloklamaq lazımdır məncə. Öncədən oxşar mövzuda xəbərdarlıq olubsa birbaşa bloklana da bilər.
Mənə maraqlıdır ki, həmin şəxslər kimlərdir və özlərinin bu barədə mövqeyi varmı ? Yəni bir adam niyə 100 dənə google translate'lə məqalə yaratsın ki ? Özü oxuyanda demir ki, ilahi mən nə edirəm belə ? Lütfən kimsə o şəxslərdən 1-2 nəfəri bura işarələsin ki, icma da onların mövqeyi ilə tanış olsun. Baskervill 09:21, 1 may 2024 (UTC)Cavabla
Xəbərdarlıq verilənləri və buna rəğmən davam edənləri nəzərdə tutmuşam. Həmçinin ola bilər bir müddət normal məqalə işləyib (yəni maşın tərcüməsi ilə yaradıb sonra üstündə düzəliş edib qaydasına qoyub) sonra bunları düzəltməyən yaxud artıq çox da etina ilə yanaşmayan istifadəçilər də var. Hörmətlə, Gadirmüzakirə 09:58, 3 may 2024 (UTC)Cavabla

Belə bir yazı hazırladım, hər halda unikal olaraq qayda kimi qəbul etsək faydalı olar. Fikirləriniz maraqlıdır, daha sonra danışıqlara əsasən səsverməyə çıxararıq. Hörmətlə, Gadirmüzakirə 10:12, 5 may 2024 (UTC)Cavabla

Birinci burdan başlayaq. "Maşın tərcümə" yoxsa "maşın tərcüməsi"? — Bikar müzakirə 10:19, 5 may 2024 (UTC)Cavabla
Birini yazaq, o birindən də yönləndirmə verək. Hörmətlə, Gadirmüzakirə 10:23, 5 may 2024 (UTC)Cavabla

AzVikidə olan fayl EnVikidə görünmür[mənbəni redaktə et]

Söhbət bu fayldan gedir Fayl:Böyük simfonik orkestr üçün uvertüra.jpg

Mən başa düşdüyüm qədəri ilə Commonsda deyil deyə digər vikilərdə çıxmır.

Aredoros87 (müzakirə) 20:42, 29 aprel 2024 (UTC)Cavabla

Bəli, commonsda olmalıdır. Amma azad fayl deyil deyə ora yüklənə bilməz. Kosmik Ozan utora! 23:23, 29 aprel 2024 (UTC)Cavabla
Lokala yüklənən fayllar sadəcə yükləndiyi vikidə istifadə oluna bilər. Nemoralis (müzakirə) 07:22, 30 aprel 2024 (UTC)Cavabla

Global renamer[mənbəni redaktə et]

Salamlar. Metada global renamer hüququ üçün müraciət etmişəm. Çox güman ki, inzibatçı olmadığım üçün verilmə şansı az olacaq. VP:ADM kimi səhifələrdə aktivəm. Bu hüquqla yerli istəklərə baxmağı düşünürəm. Daima uyğun olmayan adlarla qeydiyyatdan keçən və olan istifadəçiləri təftiş edir, müraciət etmələri üçün onları müvafiq səhifəyə yönləndirirəm. Düşündüm ki, əsasən yerli sorğular üçün etdiyim müraciətdə yerli icmanın etimad etməsi seçilmə şansını artırar. Bizdə hazırda bu hüquqa sahib sadəcə bir istifadəçi var. Gördüyünüz kimi, 2 həftə öncə səhifəyə yönləndirdiyim istifadəçinin həmin müraciətinə bir xeyli müddət cavabsız qaldıqdan sonra AzVikidən olmayan bu hüququ daşıyan başqa bir istifadəçi tərəfindən baxılıb. Gördüyünüz kimi, lazımdır. Keçən il də namizədlik vermişdim, dəstəklərə də baxmayaraq, inzibatçı olmadığım səbəb kimi təqdim edilmiş və nəticəyə təsir edərək seçilməmişdim. Buradan daxil olaraq iştirak edə bilərsiniz. Dəstəklərinizi gözləyirəm. Diqqətiniz üçün təşəkkürlər!

Müzakirə ən azı 2 həftə açıq olacaq: ən tezi 20:02, 14 may 2024 (UTC vaxtilə) tarixində bitəcək.

Hörmətlə, Gadirmüzakirə 20:09, 30 aprel 2024 (UTC)Cavabla

İnzibatçı seçkisi[mənbəni redaktə et]

Salam, hörmətli icma! Sizi mənim inzibatçılıq statusum ilə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə, Gadirmüzakirə 16:29, 3 may 2024 (UTC)Cavabla

Qayda səsverməsi - 3[mənbəni redaktə et]

Salam. Burada Vikipediya:Cəsur ol qaydasının qəbulu ilə bağlı müzakirə başladılıb və iştirakınız xahiş olunur. Müddət rahat olsun deyə 25 gün təyin edilib, nəzər yetirib fikirlərinizi qeyd edə bilərsiniz. Hörmətlə, Gadirmüzakirə 01:14, 4 may 2024 (UTC)Cavabla

@Gadir, AzVikidəki mövcud aktivlik həddini nəzərə alsaq 25 gün həddindən artıq çoxdur, 10-15 gün kifayətdir. samral müzakirə 18:27, 5 may 2024 (UTC)Cavabla
@Samral, ola bilər, amma əmin deyiləm. 15 gün yetərli olar bəlkə də. Hörmətlə, Gadirmüzakirə 18:47, 5 may 2024 (UTC)Cavabla
O zaman etab-etab olar, məsələn, 2 dənəsini 15 günlük edək, sonra 2 dənəsini. Belə-belə irəlləyək. Hörmətlə, Gadirmüzakirə 20:10, 5 may 2024 (UTC)Cavabla
@Gadir, vallah mənasız bir vaxt itkisi olacaq. Ehtiyac yoxdur. Zatən heç biri mübahisəli məsələlər deyil. Sözü, iradı olan da elə 15 gün ərzində də deyər. Hansı ki heç inanmıram bu mövzular mübahisə obyektinə çevrilə. Axı bura AzVikidir, aktivlik həddi bəllidir. Nəzərə alaq. samral müzakirə 02:54, 6 may 2024 (UTC)Cavabla
Anlayıram, mənim dediyim, daha sonra istifadəçilər qayda necə qəbul olunub deyə görəndə təəccüblənməsin. Ona görə hamı vaxt edib diqqətlə incələyə bilsin və fikir bildirə bilsin deyə belə müddət qoymuşam, aktivlik səbəbilə. Tələskənlik də olmasın, rahat-rahat qəbulu icra olunsun və daha sonra problemlər çıxmasın. Vaxt məsələsi müzakirə oluna bilər yenə də. Hazırda 1 həftə çox az olardı. Öncə burda da müzakirələr gedə bilərdi, onda da daha çox vaxt xərclənərdi amma, dediyiniz kimi. Ona görə də birbaşa səsvermə səhifəsində müzakirəyə çıxarmaq yaxşıdı. Nə varsa orada bildirilər, danışılar və düzələr, zatən digər təkmil vikilərin də təcrübələrinə əsasən hazırlanan qaydalardır. Qayda boşluqları var, təməl qaydaları nə qədər çox qəbul etsək yaxşıdı. Daha ciddi və uzun mütləq qaydalar da var ki, qəbulu zəruridir və onların qəbulu üçün bir az daha artıq müddət lazım olacaq (oxunmasını bir az çəkəcək). 2-3 səslə qəbul edilməsi birmənalı qarşılanmayacaq, hansı ki, yuxarıdakı son bir qaydada bu hal yaşandı, etiraz edildi. Müddət necə olsa da, səsvermələri sıra ilə, dənə-dənə etmək daha yaxşı olmazmı, eyni vaxtda hazırladıqca 3-4 səsvermə başladılıb eyni vaxtda və ya aralarında bir neçə gün fərq olaraq təyin edilsə qarışıqlıq yarada bilər və nəticə effektiv olmaya bilər. Hörmətlə, Gadirmüzakirə 07:09, 6 may 2024 (UTC)Cavabla

Qayda səsverməsi - 4[mənbəni redaktə et]

Salam. Burada Vikipediya:Heç bir qaydaya məhəl qoymayın qaydalarının müzakirəsi gedir, qəbulu üçün iştirakınız vacibdir. Müddət 25 gündür, bu müddət ərzində nəzər yetirib fikir bildirməyiniz xahiş olunur. Hörmətlə, Gadirmüzakirə 11:09, 4 may 2024 (UTC)Cavabla

Qayda səsverməsi - 5[mənbəni redaktə et]

Salam. Burada Vikipediya:IP blokundan azad olma qaydasının müzakirəsi başladılmışdır. Yuxarıdakı müzakirəyə əsasən müddət 1 həftə təyin edilmişdir. Hörmətlə, Gadirmüzakirə 06:12, 8 may 2024 (UTC)Cavabla