Yafət

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yafəs
יָפֶֿתֿ
"Promptuarii Iconum Insigniorum" toplusunda Yafəsin təsviri
"Promptuarii Iconum Insigniorum" toplusunda Yafəsin təsviri
Uşaqları Qomer
Maqoq
Maday
Yavan
Fuval
Meşex
Firas
Türk
Atası Nuh
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yafət və ya Yafəs (ivr.יָפֶֿתֿ,יֶפֶֿתֿ‏‎ ; yun. Ἰάφεθ; lat. Iafeth və ya Iapetus ; ərəb. يافث‎) — İbrahimi ənənəyə görə Nuhun oğlanlarından biridir. Ərəbdilli mənbələrdə adı, adətən Yafəs ibn Nuh şəklində qeyd edilir.

Doğulması haqqında fikirlər

[redaktə | mənbəni redaktə et]

Yafəs daha çox Nuhun ən kiçik övladı kimi yad edilsə də, bəzən onun ən böyük övlad olduğu da qeyd edilir. Yaradılış 5:32[5:32] və 9:18[9:18]-də Nuhun övladları ardıcıllıqla Sam, Ham və Yafəs şəklində qeyd edilir. Lakin onuncu fəsildə bu sıralama sondan əvvələ doğru təqdim edilir.

Yaradılış 10:21–də[10:21] Yafəs və onun qardaşının təxmini yaşları qeyd edilmiş, müxtəlif tərcümələrin olması isə bu məsələdə qarışıqlıq yaratmışdır. Kral Ceymsin Bibliyasında bu “Yafəsin böyük qardaşı olan Sam eyni zamanda, bütün Eber övladlarının atasıdır.” Lakin, Bibliyanın redaktə edilmiş versiyasında yazılır: “Sam həmçinin bütün Ebar övladlarının atasıdır, onun böyük qardaşı Yafəsdən törəyənlər də vardır.” Tərcümədə bu cür fərqliliklərin ortaya çıxması ivrit dilindəha-gadol” ("böyük") sözünün cümlədə qramatik cəhətdən Yafəs yoxsa Sama aid olmasının müəyyənləşdirilməsindən əmələ gəlmişdir.

Yaradılış 5:32-də[5:32] qeyd edilir ki, beş yüz yaşı olanda Nuhun üç oğlu vardı. Yaradılış 11:10-da[11:10] qeyd edilir ki, Daşqından iki il sonra, Samın oğlu Arfaxad doğulanda, onun yüz yaşı var idi. Əgər Daşqın zamanı Nuhun altı yüz yaşı vardısa (Yaradılış 7:13[7:13]), onda Samın doxsan səkkiz yaşı vardı. Yaradılış 9:24-də[9:24] Hamın ortancıl oğul olmasına işarə edilir. Bəzən Kiçik Yaradılış da adlandırılan Yubilim kitabında qeyd edilir ki, dünya tarixi ilə (yaradılışdan sonrakı) Sam 1205, Ham 1209, Yafət isə 1211-ci ildə doğulmuşdur.

Nuhun ailəsində yeri

[redaktə | mənbəni redaktə et]
Qədim yəhudilər tərəfindən bilinən dünya və xalqlar (1854-cü ilin xəritəsi)

Yaradılış kitabındakı geneologiyanı tarixi baxımdan dəyərləndirən tədqiqatçılar Yafəsin nəslinin davamçılarının Avropa xalqları olduğunu qeyd edirlər. Bəzən buraya monqoloid irqli xalqlar da aid edilir. Avropa xalqlarının nəsil şəcərəsinin Yafəslə bağlılığı Yaradılış 10:5-də[10:5] göstərilir. Orada Nuhun qardaşlarının xalqların üç şəcərəsinin əsasını qoyduğu qeyd edilir:

Vilyam Şekspirin IV Henrix tarixi dramının II hissəsində kimlərin kral sülalələri ilə qohumluq əlaqələri qurmaq haqqı olması haqqında qeyd vardır. Orada qeyd edilir ki, o insanların bizlə qohum olmaq haqqı var ki,

...onlar dolayı yolla da olsa bizə qohum olsunlar və ya Yafətin nəslindən olsunlar. (II.ii 117-18)

Yaradılış 10:5-də[10:5] qeyd edilir ki, Avropa xalqları Yafəsin nəslindən törəyənlərdir. Sonrakı dövrdə bu, Avropa xalqlarının özlərinin milli kimliyinin saxlanması və kral sülaləsinin qan təmizliyinin qorunmasında istifadə edilmişdir.

Şəcərə davamı

[redaktə | mənbəni redaktə et]

Bibliyada Yafəsin yeddi oğlunun olduğu qeyd edilir: Qomer, Maqoq, Tiras, İavan, Mesex, TubalMaday. İosif FlaviYəhudilərin qədim tarixi” əsərində yazır:

“Nuhun oğlu Yafəsin yeddi oğlu var: onlar Taurus və Amanus dağlarından Asiyaya və Tanais (Don) çayından Avropada Kadiz ərazisinə qədər uzanır, onlar əvvəllər heç kimin məskun olmadığı bu ərazilərdə sakin olmuş, törəyib çoxalar bütün bu ərazilərə hakim olmuşlar və onlardan törəmiş xalqları da öz adlarıyla adlandırmışlar.”

İosif Flavi, I, VI

Moisey KalankatlıAlban ölkəsinin tarixi” əsərində yazır:

“Qardaşlar Nuhun təkidi ilə bir – birini qarət etməyəcəkləri haqda and içəndən sonra. Nuhun Yafəsə təyin etdiyi sahə şimalda Midiyadan Qadirona qədər uzanıb, Midiyanı Babildən ayıran Dəclə çayının aşağı axınına qədər idi. Yafəsin oğulları budur: Qomer – hamirlər onun nəslindəndir; Məcuc – keltlərin və Halatların cəddidir; İavan – yunanların cəddidir; Fuval - fessalların cəddidir; Mədəh - illiriyalıların cəddidir; Firas - frakiyalıların cəddidir; Kittim - makedoniyaların cəddidir. Firasın oğulları bunlardır: Əşkinaz – sarmatların cəddidir; Rifat – savromatların cəddidir; Foqarma - ermənilərin cəddi. İavanın oğulları bunlardır: Elisa siciliyaliların və afinalıların cəddidir; Farsis – gürcülərinturanlıların cəddidir; Kittim- romalıların, latınların və rodeylərin cəddidir. Cəmisi 15 xalqdır. Bunların üçü yerlərini atıb, bütpərəst adalarına səpələndilər. Bunların Yafəsin oğullarından olan ketarilərin nəslindən olan kiprlilər və şimalda ketarilərlə qohum olan xalqlar idilər və albanlar da məhz bunların nəslindəndir. Yunanlar (ellinlər) torpağında yaşayan xalqlar isə Afinada yaşayan və ionitlərin mərdlər ölkəsindən gəlmiş aetlər və Agenor oğlu Kadmosun törəməsi olan sidonilər də buraya köçənlərdəndir. Karfagenlilər isə Tirdən gəlmişdilər. Dillərin qarışdığı zaman Yafəsin soyundan on beş xalq gəlmiş və bunlar Okyanusa qədər və şimala tərəf uzanan Midiyadan Hesperiyaya qədər torpaqlarda sakin olmuşlar. Onların torpaqları budur:Atropatena, Albaniya, Amazoniya, BöyükKiçik Ermənistan, Kappadokiya, Həlatiyə, Kolxida, Hindistan, Bosporiya, Meotis, Deris, Sarmatiya, Torinis, Savromatiya, Skifiya, Frakiya, Makedoniya, Dalmasiya, Molxiya, Fessaliya, Lokriya, Beotiya, İtaliya, Attika, Aheya, Peleniya, Akarnes, Huniristim, İlliriya, Liquriya, Adriaka, İspanohalliya, İberiya, Böyük İspaniya. Burada Yafəs nəslinin torpaqlarının hüdudları Britaniya adalarında axıra çatır və bunların hamısı şimala tərəf baxır.”

Şablon:Yafəs şəcərəsi

Quranda Yafəsin adı çəkilmir, lakin Nuhla bağlı hadisə nəql edilərkən dolayı yolla o xatırlanır (VII: 64, X: 73, XI: 40, XXIII: 27, XXVI: 119). Lakin müsəlmanlara Nuhun övladlarının adları məlum idi və onların arasında Yafəsin də adı çəkilirdi.[1] Yafəsin nəsil davamçıları ilə bağlı məsələdə isə İslam mənbələri Bibliya ənənələrini təkrarlayır.[2] Burada xüsusilə Qoq və Maqoq tayfalarının davamçılarına diqqət yetirilir və bu məqamda türklərxəzərlər ön plana çəkilir. Bəzi mənbələr Yafəsin nəsil davamçılarının otuz altı dildə danışdıqlarını qeyd edirlər.[3]

Etnik əfsanələr

[redaktə | mənbəni redaktə et]

XVII əsrdə Sevilyalı İsidorun tarixə dair qeydlərinin əks olunduğu kitabı nəşr olundu və bu kitabında o, əksər Avropa xalqlarının şəcərəsini Yafəsə bağlayır.[4] XIX əsrə qədər Avropa xalqlarının tarixşünaslığında Müqəddəs İsidor tərəfindən qeyd edilmiş fikir dəfələrlə təkrarlanmışdı.[5]

Gürcü tarixçiləri Yafəsin oğlanlarından Tubals (Tabals və ya yunanca Tibareoni) və Meşexi (Meşexs, /Mosoxs, yunan dilində Mosxoi) e.ə. III – I minilliklərdə Asiyada yaşamış proto-iber tayfalarının şəcərə banisi hesab edirlər.

Polyak tarixi ənənəsi polyak zadəgan sülalələrinin nəsil şəcərəsini Nuhun oğlu Yafəslə bağlayır.[5]

Şotland tarixçiləri Şotland xalqının tarixini Yafəslə bağlayırlar və bu Corc Çalmersin 1807-1824-cü illərdə nəşr edilmiş və yaxşı qəbul edilmiş üç cildlik “Kaledonia” əsərində də əks etdirilmişdir.[6]

“Yafəsi” termini erkən Vilyam Cons və digər erkən linqvistlər tərəfindən Hind-Avropa dilləri qrupunu bildirmək üçün istifadə edilmişdir. SSRİ alimi Nikolay Marr isə bu termini özünün Yafəs nəzəriyyəsində istifadə etmişdir.[7]

Yafəs ABŞ yazıçısı Madlin Lancın “Çoxlu su” romanının əsas qəhrəmanlarından biridir. Romanda Yafəs ağıllı, nəzakətli, təmiz qəlbli gənc oğlan kimi təsvir edilmişdir.

  1. Tabari, Volume I: Prophets and Patriarchs, 222
  2. Tabari, Volume I: Prophets and Patriarchs, 217
  3. Encyclopedia of Islam, Yafith, 236
  4. Susan Reynolds, "Medieval origines gentium and the community of the realm," History, 68, 1983, pp. 375-90
  5. 1 2 Colin Kidd, British Identities before Nationalism; Ethnicity and Nationhood in the Atlantic World, 1600-1800, Cambridge University Press, 1999, p. 29
  6. Colin Kidd, British Identities before Nationalism; Ethnicity and Nationhood in the Atlantic World, 1600-1800, Cambridge University Press, 1999, p. 52
  7. Марр Н. Я. - Вопросы языка в освещении яфетической теории. — М., 1933.
  • ASE, V cild, Bakı, 1981, səh. 94

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]