Vikipediya:Kənd meydanı/Arxiv/Fevral/2011

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Azərbaycan Vikipediyası irəli !

Artıq 53 min məqalə var

Əziyyət çəkənləri təbrik edirəm. 48-ci yerə az qalıb.--Bakuemil 16:37, 30 yanvar 2011 (UTC)

Təbrik edirəm :)--Irada 16:52, 30 yanvar 2011 (UTC)

Təbriklərə mən də qoşuluram :) --Sultan11 18:29, 30 yanvar 2011 (UTC)

Mən də təbriklərə qoşuluram! --N KOzi 05:29, 31 yanvar 2011 (UTC)

Təbriklər, tezliklə daha yüksək rəqəmlər əldə edək. -- Babək 20:49, 1 fevral 2011 (UTC)

Copyright violations

The image uploads by Ashena iran, all with {{İM-öz}} (en:Template:PD-self) are all obvious copyright violations. --Martin H. 14:59, 31 yanvar 2011 (UTC)

What do you suggest me? to delete all images or to change license?--Irada 18:04, 31 yanvar 2011 (UTC)
That depends on local policies. Ashena iran should remove the false "self" claims and consider to change the copyright status to fair use (if allowed on this wiki) or have the images deleted. --Martin H. 21:16, 4 fevral 2011 (UTC)

First of all I'll talk with him about it. If after this he will not change the copyright status of the images or not delete them, I'll decide what to do with these images.--Irada 21:47, 4 fevral 2011 (UTC)

Az viki 48-ci pillədə

Az viki Haiti vikipediyasını ötərək 48 ci pillədə yer aldı. Hamını təbrik edirəm!

P.S Qabağda hələ yunanlar var.--JameS RamireZ 21:33, 31 yanvar 2011 (UTC)

Mən də hamını təbrik edirək bol-bol nailiyyətlər diləyirəm.--Vago 06:08, 1 Fevral 2011 (UTC)

Təbrik edirəm! Daha yüksək pillələrə. --N KOzi 06:18, 1 Fevral 2011 (UTC)

Hamını təbrik edirəm.--Acategory 06:43, 1 Fevral 2011 (UTC)

Bütün AzViki istifadəçilərini təbrik edirəm.--Babək Akifoğlu 20:46, 1 Fevral 2011 (UTC)

Münasibət bildirin

Hər kəsdən bu yeniliklərə Vikipediya:Mükafatlar‎, ‎Vikipediya:Milli layihələr mükafatları münasibət bildirməyi, təkliflər verməyi, müzakirə etməyi xahiş edirəm. Bunlar hələ sadəcə layihələrdir. Etiraz olmasa qəbul edilə bilər. --Acategory 18:47, 1 Fevral 2011 (UTC)

Mən bunu qeyd etmək istərdim ki, mükafatlar istifadəçilərin əhval-ruhiyyəsini qaldırmaq üçün yaxşıdır. Amma hər mükafat arasında bir ay vaxt məncə o qədər də yaxşı fikir deyil. Çünki bəlkə mən bir istifadəçiyə mükafat təqdim etmək istəyirəm lakin, bir nəfər məndən tez verirsə mən bir ay gözləməliyəm? Ancaq, belə etmək olar ki, ayda maksimum 2-3 mükafat verilmə mümkün olsun. Siz bu fikrə necə baxırsınız? --Robert Langdon 19:53, 1 Fevral 2011 (UTC)

Mənim təklifim ayda bir mükafat olsun. Şəxsən gözləyirəm ki, Vagonun axırıncı mükafatından bir ay keçsin ki, ona " Fəallığı dayandır" yumoritik nişanı verim. Əgər kimsə bir qədər fərqli etmək istəyirsə, etsin. Bu böyük problem deyil. Təki mehribançılıq və işgüzarlıq olsun. Bu yolda hər şey məqbuldur.--Acategory 20:05, 1 Fevral 2011 (UTC)

Əlbəttə ki, əsas mehribanlıqdır. Amma nəzərə almaq lazımdır ki, Vagoya bu ay bir mükafat verilmiyib). Ümumi layihələr isə çox gözəldir.--Robert Langdon 20:11, 1 Fevral 2011 (UTC)

Ay cəmi bir gündür ki, başlayıb. --Acategory 20:40, 1 Fevral 2011 (UTC)

Hörmətli Acategory, hər iki layihə, Vikipediya:Mükafatlar‎‎Vikipediya:Milli layihələr mükafatları çox əla işlənmişdir. "Ayda bir mükafat" təklifiniz məncə məqsədə müvafiqdir. Müstəsna halları nəzərə almaq olar.

Ancaq belə başa düşürəm ki, bəzi həmkarlarımıza mükafat vermək üçün növbəyə yazılmaq lazım olacaq. Ancaq çox tez-tez mükafat verilərsə, sonra heç kəs mükafatsız işləməz :) --Sultan11 20:59, 1 Fevral 2011 (UTC)

Ayda bir mükafat? Məncə əyər hansısa istifadəçi mükafata layiqdirsə onun 1 ay gözləməsi heçdə düzgün olmaz. Digər bir tərəfdən Sultan11 dediyidə düzdür. Hansısa bir layihə gerçəkləşdirilməlidirki orada 5-7 gün ərzində hansısa bir istifadəçiyə hansısa bir mükafatı verilməsi və ya verilməməsi haqda səsvermə keçirilməlidir. Və daha sonra mükafata layiq görülərsə mükafat təqdim olunmalıdır. --JameS RamireZ 21:40, 1 Fevral 2011 (UTC)

Mükafat Şurasının verəcəyi mükafatlardan başqa, digər mükafatların verilməsinə limit qoymağı düzgün hesab etmirəm. Bu qaydanı yalnız belə etmək olar: Eyni istifadəçi eyni istifadəçini yalnız 2 aydan bir təltif edə bilər. Vəssalam! --Cek Li Taran 07:32, 2 fevral 2011 (UTC)

Eyni mükafatın eyni istifadəçiyə bir-neçə dəfə verilməsinin əleyhinəyəm. 5 dəfə sosialist əməyi qəhrəmanı kimi )--Irada 07:59, 2 fevral 2011 (UTC)

Mən razı! --Cek Li Taran 08:02, 2 fevral 2011 (UTC)

Onsuz da adətən mükafat verərkən gələcək laureatın istifadəçi səhifəsinə göz gəzdirilir və çalışılır ki, təltif olunan mükafat təkrarlanmasın. Məncə buna qadağa qoymağa ehtiyac yoxdur.--Vago 08:04, 2 fevral 2011 (UTC)

Vago, paxıllıq kimi qəbul etməyin, amma Sizdə 2 eyni mükafat var :) --Irada 08:26, 2 fevral 2011 (UTC) Ceklidə eyni mükafatın sayı 4-dür :)) Təbrik edirəm. --Irada 08:28, 2 fevral 2011 (UTC)

Şablonlarla bağlı fəaliyyətimə görə :) təqdim olunan mükafatdan 2 ədəd ona görə yaranıb ki, birincisi şablon şəklində verilməmişdi. Şablon mükafatı yaradıldıqdan sonra həmin mükafat təqdim olundu, mən də baxdim ikisi də eyni məqsədə xidmət edir, ona görə birləşdirdim.--Vago 09:01, 2 fevral 2011 (UTC)
Hörmətli Vago. Siz 2 yox 22 mükafata layiqsiniz. Bu ulduzu ikinci dəfə təqdim edən --N KOzi 09:04, 2 fevral 2011 (UTC)
Yaxşı ki, Bakuemilin xəbəri olmayıb :)) --Vago 09:08, 2 fevral 2011 (UTC)

Birini də Siz verin 5 olsun:))) Yoxsa, paxıllıq kimi qəbul edəcəyəm! --Cek Li Taran 08:36, 2 fevral 2011 (UTC)

Paxıllıq kimi qəbul etməyəsiz deyə mükafatı vermək məcburiyyətində oldum :). Ümid edirəm ki, Vago məndən sayı 5 olsun deyə əlavə 3 mükafat istəməyəcək...--Irada 09:07, 2 fevral 2011 (UTC)

Mükafatlar haqqında qaydalar qəbul olunarkən istisna halların qəbul olunması zəruridir. --İstifadəçi:Gunel Mustafayeva

Vikipediya qaydaları: 2 qaydanın səsverməyə çıxarılması haqqında

Hörmətli istifadəçilər. Vikipediyanın 2 qaydasını səsverməyə çıxartmağı təklif edirəm:

  1. Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydaları
  2. Vikipediya:İdarəçi statusuna ərizələr

Xahiş edirəm hər iki məqaləni diqqətlə yoxlayın və əlavələrinizi edəin. Lakin əlavələr edərkən, digər dil bölmələrini də nəzərdən keçirin. Çünki, qabaqcıl vikibölmələrdə qaydalar uzun müzakirələrdən sonra və çoxlu sayda təcrübələr nəticəsində qəbul edilmişdir. --Irada 20:39, 4 fevral 2011 (UTC)

Çox üzr istəyirəm. Bəs biz əvvəl səsvermə prinsiplərini qaydaya salmayacaqdıq? Yəni yuxarıda yazılmışdı ki, (və Siz də dəstəkləmişdiniz) əvvəlcə səsvermə prinsipləri qaydaya alınsı ki, bütün səsvermələr də yaxşı və sualsız keçsin. --Proger danış 23:33, 4 fevral 2011 (UTC)

Bəli. Əvvəlcə səsvermə prinsiplərini qaydaya salmaq lazımdır. Daha sonra digərlərini. Əslində isə Proger, bu fikrivi idarəçi seçkilərindən də əvvəl yazmalı idin. Lakin neynək... Bəlkə elə tərsinə davam edək. Təklif edirəm ki, 20 yeni idarəçi seçək. Sonra 5 bürokrat. Sonra qaydaları təsdiq edək. Mükafat Şurasının, Redaktə Şurasının, Arbitraj Komitəsinin tərkiblərini seçək. Ən axırda da səsvermə prinsiplərini qaydaya salaq! Vəssalam! --Cek Li Taran 08:21, 5 fevral 2011 (UTC)

Hə, elə sən də. Birdə ki, mən irəli sürməmişdim. --Proger danış 11:23, 5 fevral 2011 (UTC)
Elə mən də irəli sürməmişdim. Birdə ki, idarəçiliyə namizədliyim irəli sürülərkən, 2009-cu ilin dekabrında mövcud vəziyyət başqa idi. AzViki bu qədər inkişaf etməmişdi. Həmin dövrdəki mövcud qaydalar zamanla ayaqlaşırdı. --Cek Li Taran 11:28, 5 fevral 2011 (UTC)
Hə, əlbəttə :). --Proger danış 11:58, 5 fevral 2011 (UTC)
Hə, əlbəttə ki, əlbəttə :).--Cek Li Taran 11:59, 5 fevral 2011 (UTC)

Səsvermə prinsiplərini qaydaya salmağa gəlincə Vikipediya:Səsvermə səhifəsində mənim etdiyim redaktələrin və əlavələrin bir qismi Sortilegus tərəfindən ləğv edildiyinə görə redaktələr müharibəsinə cəlb olunmamaq üçün mən o məqaləni redaktə etməkdən imtina edirəm. Yuxarıda göstərdiyim məqalələrdən birincisi səsvermə yolu ilə rəsmi şəkildə qəbul olunarsa Səsvermə prinsipləri ilə bağlı digər məqalələri qaydaya salmaq çətin olmayacaq və heç kimin də oradakı əlavələri özbaşına silməyə ixtiyarı olmayacaq. Hörmətlə, --Irada 17:38, 5 fevral 2011 (UTC)

İstifadəçilərin (idarəçilərin) təkliflərini nəzərə alaraq ilk olarq Vikipediya:Vikipediya qaydaları ilə əlaqədar səsvermə məqaləsini səsverməyə çıxarmaq istərdim. Təklif və məqaləyə əlavələrinizi gözləyirəm. Hörmətlə, --Irada 14:02, 6 fevral 2011 (UTC)

Hörmətli istifadəçilər, fəal istifadəçi, idarəçilər və bürokratımızın müəyyən təklif və iradlarını nəzərə alarq müəyyən redaktələrdən sonra Vikipediya:Vikipediya qaydaları ilə əlaqədar səsvermə məqaləsi səsverməyə çıxarılmışdır. Bütün fəal istifadəçiləri səsvermədə iştirak etməyə çağırıram. --Irada 20:07, 7 fevral 2011 (UTC)

Yaxşı məqalə şərtləri haqqında

Mən Yaxşı məqalə şərtlərini hazırladım. Lütfən fikrinizi bildirin. --N KOzi 09:43, 5 fevral 2011 (UTC)

Yaxşıdır, qısa və konkret --JameS RamireZ 21:36, 5 fevral 2011 (UTC)

Azərbaycan xəritəsi lazımdı

Salam Burdakı bir dostumuza mənfur düşmənlərimizi susturmaq üçün kömək lazımdır.Zəhmət olmasa köməkliklərinizi əsirgəməyin.--Rzalı 12:58, 6 fevral 2011 (UTC)

Qətran Təbrizi

Bu yazıçı əsl Azərbaycanlımı olub? Ona görə soruşuram ki, digər dillərdə olan vikilərdə o farslı kimi yazılıb və fars dilində yazdığı yazılıb. Halbuki AzVikidə onun fars dilini çox pis bilməsi yazılır. O pis bildiyi bir dildə necə yazıb-yarada bilərdi axı!? Mən Fransız və İngilis vikilərində bu barədə söhbət açmışam görə nə olur. --Robert Langdon 19:41, 6 fevral 2011 (UTC)

Əslən Qətran Təbrizi və onun dövrün yazıçıları (Azərbaycan ərazisində yaşayanlar) Azərbaycan Türklərindən olublar sadəcə o vaxtı Şərqdə məhşurluq qazanmağ üçün fars dilində yazmağa məcbur idilər və o vaxtı hələ Azərbaycan dili digər türk dillərindən ayrılması prossesi bitməmişdir. --JameS RamireZ 21:33, 6 fevral 2011 (UTC)

Burda bir incəlik var. Qətran Təbrizinın ana dili fars dilindən fərqlənib, bu barədə faktlar var. O, Azəri olub. Buna əsasən də bəziləri onu türk şairi elan edib. Ancaq artıq azərilərin fars dilli olması hər bir ciddi elm adamı tərəfindən qəbul olunmuş faktdır. Ən əsası isə bu cürə iddialar edən adamlar Qətran Təbrizinin öz əsərləri ilə tanış olmayıblar, Qətran Təbrizi bölgəyə gələn çoxsaylı türklərin onun vətəninə "gerilik" gətirdiyindən "danışır". İnsan özü türkləri sevmir, biz onu "türk şairi" elan edirik. Lap Ququş kimi, biz onu az qala "ən böyük azərbaycanlı" elan etdik, o isə "ən böyük erməni dostu" çıxdı.--Melikov Memmedemail 06:20, 7 fevral 2011 (UTC)

Ququş erməni dilindi oxuyanda nə olurki? şəxsən mənə ermənicə oxuduğu mahnı xoşuma gəlib və mən fəxr edirəmki Azərbaycanın dünyada Ququş kimi tanınmış adamları var. Mən özümdə erməni dilin bilmək istəyirəm əlavə bir dil bilmək həmişə + olub. Sizin bilmirəm amma mənim düşmanım erməni milləti və dili yox yurdumu işğal edən Ermənistan Respublikasıdır. --JameS RamireZ 12:15, 7 fevral 2011 (UTC) --N KOzi 12:21, 7 fevral 2011 (UTC)

[1] Erməni sevgilisi olan, azərbaycanlıların intellektinə toxunan lətifə danışan, Azərbaycanda çıxış etməyib Ermənistanda konsert verməyə hazırlaşır Ququş kimilərlə fəxr etməyə dəyməz. --Melikov Memmedemail 12:53, 7 fevral 2011 (UTC)

Vallah bu keçid mənə nəsə qərəzli kimi göründü. Sizə necə? --N KOzi 12:56, 7 fevral 2011 (UTC)

ANS-in Ququşla nə qərəzi olsun ki?--Melikov Memmedemail 13:01, 7 fevral 2011 (UTC)
Görünür, Los-Anceles gecələri 1978-ci ildə Ququşu məşhurlaşdıran “Uzun gecə” filmindən “yaman uzundur”. Bu cümlədə qərəz, istehza, təhqir heç yoxdur ki? --N KOzi 13:08, 7 fevral 2011 (UTC)

Deyəsən Vikipediya da yavaş-yavaş televiziya dedi-qoduları üçün söhbət yerinə çevrilir. Mənə elə gəlir bu cür məsələləri başqa yerlərdə müzakirə etmək lazımdır. Sortilegusun sözü olmasın, Sizin yazılarınızın hamısını oxumaq məcburiyyətindəyik axı, bizə yazığınız gəlmir?! :) →VagoMüzakirə 13:03, 7 fevral 2011 (UTC)

Hörmətli Vago Qətran Təbrizi haqqında "mənşəcə Azərbaycan türklərindən olan" yazmaq televiziya dedi-qodularıdan da çox biabırçılıqdır, insan türkləri heç sevməmişdir. Hər zaman Azərbaycan şairi yazıblar, gözəl söz oyunudur, özümüz hesab edərik ki, Azərbaycan türklərindən biridir, xarcilər ilə çətinə düşəndə deyirik ki, məyər Azərbaycanda doğulmayıb, deməli Azərbaycan şairidir.--Melikov Memmedemail 13:22, 7 fevral 2011 (UTC)
Hörmətli Melikov Memmed, müzakirə mövzusu adı "Qətran Təbrizi", söhbət mövzusu dəyişib olub "Ququş" :) →VagoMüzakirə 13:34, 7 fevral 2011 (UTC)

Əyər insan türkləri sevməyibsə deməli türk deyil? Milliyətini sevməyib milliyətindən utanan çox adam var bu helə o demək deyilki olar həmin millətin nümayindələri deyillər --JameS RamireZ 13:42, 7 fevral 2011 (UTC)

Hörmətli JameS RamireZ, "türkləri sevməyib" yazanda, necə deyərlər "qısa formada" yazılıb, Siz Qətran Təbrizinin həyat və fəaliyyəti ilə tanış olsanız, özünüz də ona "türk" deyənə heyran qalarsınız. O İran mədəniyyətinin daşıyıçısıdır. Məlumat üçün, taciklər da onu xalis tacik şairi hesab edir. Yəni "türkləri sevməyib" bu faktların "ümumiləşdirilmiş, qısa forması"dır. Böyük məddah olan bu şair, yəqin ki, o zamanlar güç sahibi istənilən "əliaçıq" türk hökmdarı da hərfi mənada çox sevə bilərdi--Melikov Memmedemail 14:01, 7 fevral 2011 (UTC)
Mən bilən min il, bizdən tamamilə fərqli şəraitdə yaşamış bir insanı müasir dövrün tələbləri ilə mühakimı etmək düzgün deyil. Məddahlıq da bir sənətdir. Sözün kökünə baxsaq, heç pis sənət də deyil. --N KOzi 14:07, 7 fevral 2011 (UTC)

Hörmətli Melikov Memmed İran mədəniyyəti fars millətinin mədəniyyəti deyil İran mədəniyyəti bugünki İranda yaşıyan (yaşamış) və qədimdən yaşayan xalqların mədəniyyətidir İranda isə 25 miliyon Azərbaycanlı yaşayır. Və qədim Fars torpağı isə bügünki İranda olan Farsi rayonudur --JameS RamireZ 15:41, 7 fevral 2011 (UTC)

Viki Commos

Kimin viki kommosda təcrübəsi var onlara mürasiyət. Hörmətli həmvətənlər Erməni vandalizmini göstərmək üçün "History of the Nagorno-Karabakh Region of the Republic of Azerbaijan" adlı məqalənizdən Memorial "Maraga - 150"-yə aid iki şəkil götürərək Wikimedia commosa, əlbətdə ki mənbə göstərməklə yükləmişəm. Məqsədim erməni saxtakarlığını ifşa etməkdir. Bu şəkillər digər dilli vikipediyalarda da Azərbaycanın xeyrinə geniş təbliğ oluna bilər. Hal hazırda çox güman ki bunu gözü götürməyən qüvvələr razılığın olmadığını bəhanə gətirərək onu silməyə min cür bəhanə axtarırlar. Həmin şəkillər hal hazırda Azərbaycan Vikipediyasında Dağlıq Qarabağ adlı məqalənin "Ermənilərin Cənubi Qafqaza gəlmələri" bölməsində təqdim olunmuşdur. Kim bunun hüquqi yolunu bilirsə zəhmət olmasa kömək etsin. Mənə belə bir mesaj gəlib olduğu kimi verirəm:
Здравствуйте, боюсь что на фотографию памятника, установленного в 1978 году, вешать шаблон {{PD-Azerbaijan}} не верно. Если вы не являетесь правообладателем данного фото, то единственный способ его оставить на commons это связаться с владельцами сайта (откуда взят файл) и попросить их отправить разрешение через службу OTRS.--фрашкард (talk) 04:50, 8 February 2011 (UTC)--MrArifnajafov 23:13, 8 fevral 2011 (UTC)

Hüquqi üsul mesajda deyilib. Siz saytın yaradıcılarından icazə almalısınız və icazə verən şəxs OTRS vasitəsilə icazə məktubunu göndərməlidir. Ən yaxşı variant budur. Əgər bu olsa şəkilə heç cürə müdaxilə edə bilməzlər. Hörmətlə, -- Pərviz  23:30, 8 fevral 2011 (UTC)

VikiMənbə - idarəçi seçkiləri

Vikimənbədə yeni idarəçi seçkisi keçirilir. [2] buradan səs verə bilərsiniz. Ümid edirəm ki, heç kimin etirazı olmayacaq.--Eмϊn >> 18:54, 12 fevral 2011 (UTC)

Çox yaxşı haldırki Azərbaycan dilində artıq tək vikipediya yox həmdə digər layihələr inkişaf edir. Səs verdim. --JameS RamireZ 19:02, 12 fevral 2011 (UTC)

Başa düşmürəm. VikiMənbədə heç bir səsvermə qanunu yoxdurmu?? yəni, heç dəyişiklik etməyən aktiv olmayan istifadəçi səs verə bilər?? --Robert Langdon 19:17, 12 fevral 2011 (UTC)

Hə, yoxdur. Belə bir səhifə var [3]. Amma qəbul olunmayıb. [4] 2009-dakı səsvermə vaxtı da qaydalar yox idi. Amma mənə idarəçi statusu verilmişdi.--Eмϊn >> 19:22, 12 fevral 2011 (UTC)

Vikilüğətdə idarəçi seçkisi keçirilir. Burdan səs verə bilərsiniz. [5]--Eмϊn >> 20:25, 12 fevral 2011 (UTC)

Ermənistan və Azərbaycan xəritələri

hay və az vikilərdə xəritə müharibəsinə son qoymaq üçün bu istifadəçi ilə Erməni və Azərbaycan vikilərində xəritələr haqqında müzakirələrə başladıq. Hörmətli istifadəçilər əgər sizdə mənim kimi Erməni vikisində Azərbaycan xəritəsi normal şəkildə verilərsə Azərbaycan vikisindədə erməni xəritəsinin tam verilməsi ilə razısınızsa aşağıda imza edin.

  1. --JameS RamireZ 19:33, 12 fevral 2011 (UTC)
  2. --Robert Langdon 19:39, 12 fevral 2011 (UTC)
  3. --MrArifnajafov 19:43, 12 fevral 2011 (UTC)

Zəhmət olmasa Bura nəzər salın. --JameS RamireZ 20:59, 12 fevral 2011 (UTC)

Şərhlər

Nə əcəb, deyəsən ermənilərin başlarına ağıl gəlib? Yoxsa bizim cavab xəritə onlara çox yer eliyir. Bizimki cavab olub onlar dəyişdirərlərsə biz də dəyişdirməyə hazırıq.--MrArifnajafov 19:55, 12 fevral 2011 (UTC)



  1. --Onların Azərbaycanın xəritəsinini təhrif etmələri iflasa uğradı. Artıq onların xəritələrinə heç bir başqa dillərdəki

Vikipediyalar fikir vermir. Onun üçün belə əl-ayağa düşüblər. Belə işlərlə özlərini biabır edirlər. Bunu onlar fikirləşsin. Biz heç bir dövlətin xəritəsini təhrif etmirik. --Zergeroglu 20:19, 12 fevral 2011 (UTC)

Xaiş edirəm heç kəsi təhqir etməyin təhqirsiz biz bir çox bu cür məqalələri düzəldə bilərik. Hörmətlə --JameS RamireZ 20:21, 12 fevral 2011 (UTC)
  1. --Heç kəsi təhqir etmək fikrimiz yoxdur. Ermənistanın paytaxtı və indiki Ermənistan əzəli Azərbaycan torpaqlarıdır. Tarixi dəyişəsi deyilik ki. Yunanlar və avropalılar indiyə kimi İstanbula Kanistantinopol deyirlər. Ermənistanın paytaxtı Yererana da İrəvan deməyə haqqımız var. Belə məqalələrdən ermənilərə xoş getsin deyə nəyisə dəyişmək olmaz.--Zergeroglu 20:29, 12 fevral 2011 (UTC)

Heç kəs İrəvəna-Yerevan deməyi nəzərdə tutmur. Biz burada Vikipediyanın əsas qaydası olan Obyektivliyi qorumağ naminə bu işləri görürük --JameS RamireZ 20:35, 12 fevral 2011 (UTC)

Strateji şərtlər

Azərbaycan—Ermənistan: Mübahisəli məqalələrin düzəlişi ilə bağlı
ŞƏRTLƏRİM

Uzun müddətdir ki, HyViki ilə AzViki arasında mövcud olan problemlərin aradan qaldırılması istiqamətində 12 fevral 2011-ci il tarixində başlamış növbəti fəaliyyətə görə ilk əvvəl dəyərli istifadəçimiz Azeri Warriora təşəkkür edərək, bu addımı yüksək qiymətləndirirəm. Lakin, HyVikiçilərlə AzVikiçilərin problemlərinin ilk əvvəl Erməni və Azərbaycan vikipediyalarında xəritə müharibəsinə son qoyaraq deyil, digər formada həll olunmasının tərəfdarıyam. Bununla bağlı ilkin şərtlərim aşağıdakılardır:

  1. HyVikidə 12 oktyabr 2010-cu il tarixində HyViki idarəçisi Beko tərəfindən mənə qarşı tətbiq olunmuş əsassız blok ləğv olunmalıdır.
  2. Həmin tarixdə, həmin idarəçi tərəfindən HyVikidə silinmiş istifadəçi səhifəmmüzakirə səhifəm bütövlükdə bərpa olunmalıdır.
  3. Bot fəaliyyəti göstərmək məqsədi ilə yaratdığım CekPotBot üzərindən əsassız blok götürülməlidir.
  4. HyVikidə bloklanmış digər aktiv AzVikiçilərin üzərindən də əsassız blok götürülməlidir.

Yuxarıda göstərilən 4 şərtim HyViki tərəfindən yerinə yetirildikdən sonra növbəti şərtlərimi irəli sürəcəyəm. --Cek Li Taran 05:44, 15 fevral 2011 (UTC)

Mənbələrin müzakirəsi

Salam. AzVikidə bəzi mənbə ilə göstərilmiş faktlar çox asanlıqla silinib atılır. Məsələn, müəllifi qeyri-azərbaycanlı olan və ya ASE, 7 cildlik Azərbaycan tarixi kimi akademik nəşrlər. Onların yerinə isə heç kimin tanımadığı bir şəxs və ya kitab göstərilərək məqalələr yazılır. Təklif edirəm ki, bu məsələni həll etmək üçün xüsusi səhifə yaradılsın və orada mübahisəli hallarda hansı mənbənin etibarlı və ya etibarsız olması müzakirə olunsun və qərar verilsin. Bundan sonra da hamı ona əməl etsin.--Melikov Memmedemail 11:10, 16 fevral 2011 (UTC)

Bəli, qaldırdığınız problemin həlli çox vacibdir. Amma hazırki vəziyyətdə inanmıram ki, bu problem həllini tapsın... --Cek Li Taran 11:16, 16 fevral 2011 (UTC)

Bir çox mötəbər mənbələr var ki, orada Azərbaycan həqiqətləri heç də düzgün əks etdirilmir - ya təhrif olunur ya da tam deyil. O mənbələrə istinad etsək Azərbaycanın bir çox yazıçı və alimləri başqa millətin nümayəndəsi kimi göstərilməli, erməni terrorçuları milli qəhrəman kimi təqdim edilməlidir. O mənbələrə istinad etsək AzVikidə qondarma DQR respublikası haqqında yüzlərlə məqalə yaradılmalıdır. --Irada 11:25, 16 fevral 2011 (UTC)

vikipediya istifadəçiləri məqalə yaratmaqda azaddılar --JameS RamireZ 11:31, 16 fevral 2011 (UTC)

İradə xanım, elə bunun da qarşısını qanuni yolla alarsınız. Məsələn, filan şəxs AzViki üçün mənbə deyil vəssalam. AzViki reallığında bu problemin həlli olmadığı üçün elə bu təklifi verirəm, mənbə (şəxs, kitab, sayt və s.) müzakirə olunur, leyhinə əleyhinə səslər hesablanır və qərar verilir. Məsələn, qərar veririk ki, 7 cildlik Azərbaycan tarixi AZViki üçün mənbə ola bilməz, vəssalam. Sadəcə, idarəçilər belə bir proyektə qərar versinlər, qaydaları hazırlayıb müzakirə edək, məsələ həll olsun --Melikov Memmedemail 11:36, 16 fevral 2011 (UTC)

Çox qəliz məsələdir. --Cek Li Taran 11:40, 16 fevral 2011 (UTC)

Bir az bundan əvvəl mən də bu məsələnin diqqət yetirilməli olmasının ciddiyyətini nəzərə alıb ermənilərin azərbaycanlılara qarşı münasibətlərini əks etdirən etibarlı hesab olunan mənbələrə dair məqalə yaradılması haqqında məsələ qaldırmışdım. Demək olar ki heç kəs əhəmiyyət verməmişdi.→VagoMüzakirə 11:49, 16 fevral 2011 (UTC)

Digər Vikipediya bölmələrindən bir çoxunda belə təcrübə var. Yəni hər-hansı mənbənin sayılıb-sayılmayacağı Vikicəmiyyət tərəfindən razılaşdırılır. Mən Melikov Memmedin bu fikrnii dəstəkləyirəm. --Irada 11:51, 16 fevral 2011 (UTC)

Bu səhifənin necə adlanacağını ("Mənbələrə münasibət", "Mənbələrin qiymətləndirilməsi" və s.) razılaşdırıb bu səhifəni yaradaq, məsələ həll olsun--Melikov Memmedemail 12:07, 16 fevral 2011 (UTC)

Mən təklif edirəm ki, Vikipediya:Etibarlı mənbələr məqaləsi hazırlansın, səsverməyə çıxarılıb qəbul ediləndən sonra onun müzakirə səhifəsində və ya altsəhifəsində problemlə bağlı müzakirələrə başlayaq. Dəqiq qayda yoxdursa müzakirələr yenə də mübahisəyə çevriləcək. --Irada 12:32, 16 fevral 2011 (UTC)

Haqlısınız, əvvəlcə aydınlaşdıran "Etibarlı mənbələr dedikdə nə başa düşülür", "Etibarsız mənbələr hansılardır", sonra da uyğun səhifə yaradılsın. --Melikov Memmedemail 13:37, 16 fevral 2011 (UTC)

Azərbaycan Vikipediyası irəli !

Artıq 54 min məqalə var

Mübarəkdir! :) --Bakuemil 15:33, 16 fevral 2011 (UTC)

Uğurlu olsun --Babək Akifoğlu 18:28, 16 fevral 2011 (UTC)

AzVikinin klonu

Axtarış sistemlərinin birində axtarış verərkən belə bir sayta rast gəldim. Sayt AzVikinin klonudur deməy olarki bütün məqalələr AzVikidən copy-lənib oraya yüklənib. Bu sayt haqqında bir şey bilən varsa zəhmət olmasa yazsın. --MakTavish 20:14, 16 fevral 2011 (UTC)

Belə saytlar çoxdur:
Vikipediya open source-dir. istənilən adam kopyalaya bilər. qeyri-adi bir şey yoxdur.
digər vikilərdə belə bir maraqli proyektlərə də rast gəlmək olar- absurdopedia
Ona görə də, narahat olmağa dəyməz--A_M_D m-f 20:57, 16 fevral 2011 (UTC)

MakTavish, bu hissəni yəqin oxumamısınız. A_M_D, wapedia mobil telefonlar üçün funksionaldır və Wikipedia tərəfdən də tanınır.-- Pərviz  22:07, 16 fevral 2011 (UTC)

Vikimedia fondunun Azərbaycan dilində olan digər layihələrində idarəçi seçkiləri

Hazırda Vikimedia fondunun Azərbaycan dilində olan digər üç layihəsində VikiMənbədə, VikiSitatdaVikiLüğətdə idarəçi seçkiləri keçirilir. Həmin layihələrdə səsvermə başlamazdan ən azı 3 ay əvvəl qeydiyyatdan keçən və səsvermə gününə qədər müəyyən sayda (layihələr çox da inkişaf etmədiyinə görə 10-15 redaktə sayı kifayətdir) redaktələri olan vikipediya istifadəçiləri səs verə bilərlər. Hamınızı fəal olmağa çağırıram.

VikiMənbədəki səsvermə səhifəsi: s:VikiMənbə:İdarəçilər
VikiSitatdakı səsvermə səhifəsi: q:Vikisitat:İdarəçilər
VikiLüğətdəki səsvermə səhifəsi: wikt:Wiktionary:İdarəçi namizədi/Sinan

Hörmətlə:--Sortilegus 22:36, 16 fevral 2011 (UTC)

Vikimedia fondunun Azərbaycan dilində olan daha bir layihəsində də səsvermə başladı.

VikiKitabdakı səsvermə səhifəsi: b:VikiKitab:İdarəçilər

Hörmətlə, --Cek Li Taran 07:39, 17 fevral 2011 (UTC)

Yuxarıda qeyd olunan Vikimedia fondunun Azərbaycan dilində olan digər layihələrində idarəçi seçkiləri yekunlaşıb. Ancaq idarəçilər seçilməyib. Bu layihələrdə səsverməni kim yekunlaşdıracaq. Xahiş edirəm bu barədə məlumat verəsiniz.--Zergeroglu 06:46, 3 mart 2011 (UTC)

Hələ bir layihə qalıb. O da bu gün yekunlaşacaq. Ondan sonra yəqin ki, yekunlaşdırma işləri həyata keçiriləcək. --Cek Li Taran 07:03, 3 mart 2011 (UTC)

VikiMənbə - Ana Səhifə

[7] Xahiş edirəm, fikir bildirin.--Eмϊn >> 11:23, 19 fevral 2011 (UTC)

Təhdid

İdarəçilərdən biri olan Cekli829 Cek dili məqaləsinə mənbəli fikirlər əlavə etdiyimə görə [8] məni bloklanmaqla hədələyir [9]. Maraqlıdır ona bu ixtiyarı kim verib?--sefer 04:06, 19 fevral 2011 (UTC)

Mənbə əlavəsinə görə bloklamaq və hədə qorxu gəlmək ixtiyarını nəyinki ona, eləcə də bütün idarəçilərə heç kim verməyib və verə də bilməz.-- Pərviz  22:43, 19 fevral 2011 (UTC)

Son zamanlar bu idarəçidə bir çox səhvlər müşahidə olunur. --MakTavish 14:26, 20 fevral 2011 (UTC)

İslam aləmində vəhdət həftəsi olan Məhəmməd peyğəmbərin (s) mövludu münasibətilə bütün dünya müsəlmanlarını təbrik edirəm. Allah bu birliyi bəşəriyyətin sülh və əmin-amanlığına vəsilə etsin.→VagoMüzakirə 14:00, 20 fevral 2011 (UTC)

İnşallah. --N KOzi 07:06, 21 fevral 2011 (UTC)
Amin!--Cek Li Taran 07:13, 21 fevral 2011 (UTC)
Təbriklərə mən də qoşuluram. --Sultan11 19:15, 21 fevral 2011 (UTC)

İdarəçilər

Əvvəllər, AzVikidə çox az idarəçi vardı, bu da problem yaradırdı, idi 11-dən çoxdur, ancaq bu daha çox problem yaradır. Çünki, nəinki digərlərinin qaydaları pozmasına nəzarət etmirlər, özləri onlara verilmiş adminstrativ hüquqlardan gen-bol istifadə edirlər. Məsələn, Midiya məqaləsi mübahisəlidir, Proger isə nəinki məqaləni yersiz mühafizə altına alıb, üstəlik özü dəyişiklər edir, yəni ona elə gəlir ki, idarəçi olduğu üçün “nəyin düz, nəyin səhv” olduğuna qərar verə bilər. İdarəçi olmaq digərlərindən üstün olmaq demək deyil, sadəcə nəzarət etmək üçündür.--Melikov Memmedemail 06:19, 22 fevral 2011 (UTC)

Hörmətli Melikov Memmed. Mənə elə gəlir ki, Proger Midiya məqaləsi üzərində özünün doğru bildiyi səviyyədə redaktə işləri aparıb. Sizdən xahiş edirəm ki, nəyin dəyişilməsinin lazım olduğunu düşünürsünüzsə, məqalənin müzakirə səhifəsində, yaxud (idarəçilərdən məqaləyə ən yaxşı bələd olanın Proger olduğunu düşündüyüm üçün) şəxsən onun özünə bildirəsiniz.
İdarəçilərin üstünlüyünə gəlincə, burada hər hansı bir istifadəçiyə qarşı ədalətsizlik olduğu ehtimal olunursa, həmin ədalətsizlik şübhəsinə belə özümü şərik hesab edirəm və o zaman hiss edirəm ki, İdarəçi vəzifəmin öhdəsindən layiqincə gələ bilmirəm və yəqin ki bu çox uzun sürməyəcək.→VagoMüzakirə 07:14, 22 fevral 2011 (UTC)
Diqqət etsəniz konkret faktdan söhbət gedir, tərəfin bir idarəçi və məqaləni qoruma altına alıb. Əslində bu ən son tədbir olmalıdır, ancaq istənilən halda əgər məqalə qoruma altına alınıbsa, idarəçinin özü də düzəlişlər etməməlidir. Proger düzü mən yazanları lazım bildiyi həddə məqaləyə daxil edir, yəni onun qərəzli hərəkət etməsindən söz gedmir, söhbət ədalət prinsiplərinin pozulmasından gedir, istifadəçi düzəliş edə bilmir, idarəçi isə edir. --Melikov Memmedemail 07:41, 22 fevral 2011 (UTC)
Sizə yazdıqlarım haqqında Proger də təxminə Sizə müraciət etmişdi. Buna baxmayaraq Siz məqalədə yenə də ciddi dəyişikliklər apardınız. Düşünürəm ki, Sizin bu addımınızdan sonra bir idarəçi kimi Progerin seçim üçün iki variantı var idi:
1. Sizə ikinci xəbərdarlığı eləmək;
2. Məqaləni mühafizə altına almaq və məsələni mübahisə tərəfləri ilə birlikdə köklü surətdə həll eləmək.
Əslində mən də yaranmış situasiyada ikinci varianta üstünlük verilməsini doğru hesab edirəm. →VagoMüzakirə 07:55, 22 fevral 2011 (UTC)

Vago doğru buyurur. Siz mənbə göstərilən hissələri belə müzakirə etmədən, məsləhətləşmədən öz istədiyiniz kimi redaktə edir və ya silirsiniz. Yəqin sizə elə gəlir ki, istifadəçi olduğunuz üçün “nəyin düz, nəyin səhv” olduğuna qərar verə bilərsiniz. Sizə bu ixtiyarı kimin verdiyini soruşmaq olarmı? Redaktə edərkən tərəfli mövqedən çıxış etməməyinizi xahiş edirəm. Idarəçilər haqqında söylədiklərinizə gəlincə, düz buyurursunuz, idarəçi olmaq digərlərindən üstün olmaq demək deyil, sadəcə nəzarət etmək üçündür. Və beləliklə, idarəçi Progerdə sizin redaktələrə nəzarət edir. Onun atdığı addımlarsa hələlik normaldır. --Sultan11 08:24, 22 fevral 2011 (UTC)

Yəni, idarəçi mənə ikinci xəbərdarlığı eləmək əvəzinə "hörmət edib", qayda pozub. Birincisi xəbərdarlıq etmək üçün səbəb lazımıdır, əgər idarəçi bunu istədiyi halda edirsə elə bu da yolverilməzdir. İkincisi, mənim ciddi dəyişikliklər aparmağıma baxsanız, sadəcə sanki Səfərin şəxsi bloqunda yerləşdirilmiş iddialar toplusu olan bu məqaləni elementar ensiklopedik hala salmaq istəmişdim, düzü buna sərf etdiyim vaxta da heyiflər olsun. Mən, məsələn, bütün dünyanı bizə güldürəcək "midiyalıların türk olması" iddiasına aid hissələri (mübahisə bunun üstündədir) silməmişəm. Yəni bildirmək istəyirəm ki, Sizin yazdığınız "idarəçi mənə güzəşt edib", mənim buna ehtiyacım yoxdur, hər halda az-çox vikipediya təcrübəmdə Vikipediya qaydaları nə olan şeydir, bilirəm, ancaq təəssüf ki, AzVikidə hələ ən elementar şəkildə "Vikipediya nə olan şeydir" bilməyənlar var. Üstəlik, hər bir idarəçi bilməlidir ki, öz vaxtını Vikipediyaya sərf edən şəxslərə "güzəşt" yox, hörmət etmək gərəkdir. Sultan11 da bildirmək istəyirəm ki, burda da söhbət Progerdən yox, hamı üçün eyni olmalı qaydaların, birə aid digərinə aid olmamağından gedir, bunu başa düşmək üçün isə AzVikidən kənarda heç olmasa bir-iki düzəliş etmək lazımdır. --Melikov Memmedemail 08:50, 22 fevral 2011 (UTC)
Hörmətli Melikov Memmed. Progerin Sizə hörmət edib-etmədiyini deyə bilmərəm, amma Sizin "Proger düzü mən yazanları lazım bildiyi həddə məqaləyə daxil edir, yəni onun qərəzli hərəkət etməsindən söz gedmir" qeydinizdən sonra məndə belə qanaət hasil oldu ki, Sizin ciddi dəyişiklikləriniz xüsusunda etdiyim müraciətimə görə Proger ən azından mənə hörmətsizlik etməyib və buna görə ona təşəkkür edirəm. Qeyd edirsiniz ki, "sanki Səfərin şəxsi bloqunda yerləşdirilmiş iddialar toplusu olan bu məqaləni elementar ensiklopedik hala salmaq istəmişdim". Hörmətli Səfərin də sizə müraciətlərindən bu anlaşılır ki, əziyyət çəkib məqalə düzəldir, Siz də kəsib doğrayırsınız. İdarəçiləri də nəzərə almalısınız axı, hər düzəliş oxunmalı, təftiş olunmalıdır.
Mənim hazırki durumda mövqeyim bundan ibarətdir ki, məqaləyə müzakirə nəticəsində hasil olunmuş əlavə və düzəlişlər edilsin (bölmələr üzrə olsa lap yaxşı olar).→VagoMüzakirə 10:05, 22 fevral 2011 (UTC)

Qeyd edim ki, AzVikidə çalışan hər bir həmkarımıza, sizdə daxil olmaqla hörmətlə yanaşır, əməyini qiymətləndirir və hörmət bəsləyirik. Əgər söhbət hamı üçün eyni olan qaydalardan gedirsə, deməli, mənbə göstərilən hissələr müzakirə olunaraq dəyişdirilməli, yaxud da hər iki məlumat məqalədə yerləşdirilməlidir. Məhz məqalənin müzakirə səhifəsi bunun üçündür. Yəqin ki, az-çox vikipediya təcrübəsi olan hər kəs bunu bilir. AzVikidə eləcə də AzVikidən kənarda aparılan hər hansı düzəliş qaydalara riayət etməklə aparılarsa bunu hamı məqbul qəbul edər. Digər tərəfdən siz AzVikidə hələ ən elementar şəkildə "Vikipediya nə olan şeydir" bilməyənlar var söyləməklə az-çox zəhməti olan həmkarlarınızın əməyini necə qiymətləndirirsiniz? --Sultan11 09:41, 22 fevral 2011 (UTC)

Hörmətli Sultan11, Sizin "Vikipediya nə olan şeydir" bilməyənlar var söyləməklə az-çox zəhməti olan həmkarlarınızın əməyini necə qiymətləndirirsiniz? sualınıza cavab vermək istəyirəm, həqqiqi sözümdür, Vikipediya sərf edəcək bir necə saatlıq vaxtım belə yoxdur, hərdən AzVikiyə müdaxilə etməyimin tək səbəbi, tarixi məqalələrin sözün əsl manasında heç bir mötəbər mənbəyə, elmi araşdırnmaya söykənməyən, "boş millətçi" iddalar ilə yazılaraq AzVikini gözdən salmasıdır, erməni, gürcü, yəhudi vikipediyaların onların özündən başqa heç kim oxuya bilməz, ancaq latın əlifbası ilə olan AzViki ilə məsələ xoşbəxtlikdən belə deyil, istər türkdilli olanlar, istərsə də digərləri məqalələrə nəzər salaraq nədən söhbət gediyini az-çox anlayırlar. Sözümün qüvvəti, elə Midiya müzakirə səhifəsinə baxın "azerice wikipedia da mad devleti ve med şahları azeri türkleri kökenli olarak yazılmış. bilimsellikle alakası varmı? Med dili ile ozaman azeri türkçesi aynı olmalı. Eksik kalmış o madde güneş dil teorisini de eklerlerse madde tamamlanır." yazıb. Məni də məcbur edən, belə şeylərdir. AzViki o qədər etibarlı olsun ki, hər kəs onu qəbul etsin. Yəni mən heç də burda əməyi olan insanları icitmək istəməzdim, ancaq "saxta tarix yazmaq" biabırçı bir şeydir. --Melikov Memmedemail 10:14, 22 fevral 2011 (UTC)
Hörmətli Melikov Memmed. Sizin AzVikiyə olan bu isti münasibətinizi alqışlayır və yüksək qiymətləndirirəm. AzVikidə olan fəaliyyətinizidə heç kəs dəyərsiz hesab edə bilməz. Siz də çox gözəl bilirsiniz ki, Vikipediya, açıq ensiklopediya olduğundan hər kəs onu redaktə edə bilər. Ümidvaram ki, bu müzakirələrdən sonra hər iki tərəf ədalət prinsiplərini pozmayacaq. --Sultan11 11:12, 22 fevral 2011 (UTC)

Hörmətli dostlar, dəyərli həmkarlar :). Düzü məhz Məlikov tərəfindən məsələnin bu qədər şişirdiləcəyinə düşünmürdüm, ancaq hal baş verdi. Özümün müəyyən hərəkətlərimi anlatmağı və onları əsaslandırmağı çalışacam. İlk növbədə məqalənin nəyə görə mühafizə edildiyi məsələsini izah edim. Midiya məqaləsinin mühafizə səbəbi iki istifadəçinin xəbərdarlığa baxmayaraq (!) əməlli-başlı redaktə müharibəsidir. Mən mühafizə etməzdən əvvəl, müzakirədə yazdım və məqaləyə Məlikovun da iddialarını əlavə etdim. Mən dəfələrlə Məlikov ilə müzakirədə bildirmişdim ki, bütün tərəflərin (!) iddiaları məqalədə öz əksini tapmalıdır. Bir müddət keçdikdən sonra mühafizəni kənarlaşdırdım, ancaq yenidən redaktə müharibəsi başladı. Tarixçəni əlavə etmişəm. Baxa bilərsiniz. Son dəfə isə Məlikov məqalədən 34 kb-lıq mənbəli və istinadlı məzmun silmişdir. Bunun br hissəsi qəbul olunan idi, ancaq mənbəli cümlələr silinməməlidir. Dəfələrlə xəbərdarlıq etdiyimə baxmayaraq hal təkrarlanırdı. O üzdən mən məcburən məqaləni mühafizə altında aldım, Məlikovun bütün (!) iradlarını, fikirlərini, iddialarını digərininkini silmədən (!) məqaləyə əlavə etdim. Məqalənin müzakirə səhifəsində yazdığı hər bir irad, iddia məqaləyə əlavə olunub. Onunla birbaşa müzakirə zamanı da qeyd etmişəm ki, hər-hansı fikir, iddia əlavə etmək istəyirsinizsə mənə yazın, əlavə edəcəm. Çünki mühafizəni açan kimi redaktə müharibəsi başlayır. Amma nəyəsə görə mən tərəfli adlandırılıram, Vikipediya qayda və prinsiplərini taptalayan çıxıram. Bu məsələdə tərəfliyə qaldıqda mən Məlikovun "tərəfini tuturam ki" :). Mən məsələdə olduqca neytral dayanmışam. Hazırda mənə AzVikidə ən əziz məqalələrdən biri Rəsulzadə məqaləsidir. Ona da Məlikov müdaxilə edib və çoxlu ixtisarlar, redaktələr edib. Məzmun xeyli azalıb. Heç müdaxilə etməmişəm, müzakirə etmişəm. Çünki heç bir redaktə müharibəsi, anlaşılmazlıq yoxdur. Aydın məsələrdir. Burada isə əməlli başlı redaktə müharibəsi başlayır. Mən nə etməliydim? İki istifadəçiyə də blok qoymalı, ya məqaləni mühafizə edib bütün tərəflərin qeydlərini əlavə etməliydim? Mən bu mövzunun hamı üçün həssas olduğunu anlayaraq, bütün tərəflərin fikirlərini məqalədə əks etdirmişəm. İlk dəfədir ki, haqqımda Kənd meydanında bu cür şikayət edilir :). Maraqlı hissiyatdır. Vago və Sultanın şərhlərinə görə təşəkkür edirəm. --Proger danış 11:27, 22 fevral 2011 (UTC)

Hörmətli Proger, yuxarını oxusanız bir daha əmin olarsınız ki, söhbət Sizin qərəzli olmağınızdan və ya nə üçün məqaləni qoruma altına almağınızdan getmir (əslində mən bununla da razı deyiləm). Məqalə qoruma altındadır, ancaq Siz redaktə edirsiniz. Bütün Vikipediyalarda çox vaxt faktlar idarəçilərin xoşuna gəlmir, təsəvvür edin ki, hər kəs Sizin kimi edir. Bundan sonra açıq ensiklopediyadan söhbət gedə bilərmi, "bu qədər şişirdiləcəyinə düşünmürdüm" yazmağınız da bu həssas məsələyə bir idarəçi kimi hələ də ciddi baxmadığınızı göstərir.--Melikov Memmedemail 11:56, 22 fevral 2011 (UTC)
Məqalədə redaktə müharibəsi gedir. Bunun iki çıxış yolu var. Ya ikinizə də blok qoyulur ya da mühafizə edilir. Nə vaxt ikinizdə mənbəli istinadları qəbul edib, silmədən alternativ fikirləri əlavə edərsiniz, onda ad mühafizə qalxar. O ki, qaldı bu şişirdilmə məsələsinə. Mən ciddi qəbul edirəm, sizin tərəfinizdən şişirdiləcəyini düşünmürdüm. Çünki elə mən Sizin iddialarınızı əlavə edib, onu müahafizəyə almışam. Sizsə məni qeyri-ciddilikdə və tərəflilikdə ittiham edirsiniz. --Proger danış 12:00, 22 fevral 2011 (UTC)
Buranı oxuyanlar yəqin ki, ədalət naminə etiraf edərlər ki, mən Sizi burada tərəflilikdə ittiham etmirəm, bir idarəçi kimi adminstrativ resuslardan istifadə etməyin Vikipediya üçün yolverilməz olduğunu bildirirəm.--Melikov Memmedemail 12:17, 22 fevral 2011 (UTC)
Məqalədə hər iki tərəfin redaktə müharibəsinin getməsi, alternativ fikirlərin qəbul edilməməsi, məni inzibati hüquqlarımdan istifadə edib məqaləyə mühafizə qoymağı vadar etdi. Mühafizədə etdikdə də hər iki tərəfin fikirləri əks etdirilib. Heç bir xəbərdarlığa məhəl qoymursunuz. Bloklayardım? Siz bilirsiniz ki, iki dəfədən çox mübahisəli redaktəni geri qaytarmaq nə deməkdir? Görmüsünüz oradakı "undo"-ların sayını?! Bütün iradlarınızı əlavə etmişəm, üstəlik də yazmışam ki, əlavə hər-hansı fikir daxil etmək istəsəniz yazın. Çünki redaktə müharibəsi aparırsınız. Məsələdə tam neytralam, mühafizəni də ilk dəfə özüm açıb qeyd etmişdim ki, mənbəli cümlələri silmədən məqaləni zənginləşdirin. Yuxarıdakı yazımda hər bir cümləm istinadlıdır. Ən təsir edəni bu qeyri-ciddilikdir. Mən məsələyə qeyri-ciddi yanaşsaydım, ilk günlərdən bu cür həssas məqaləni başımdan etmişdim. Mərdi qova-qova namərd etməyin. --Proger danış 13:09, 22 fevral 2011 (UTC)

--Melikov Memmedemail Obyektivliyi həmişə qoruduqunuza görə sizə təşəkkürmü bildirirəm. O ki qaldı Midiya məsələsinə mühafizə redaktə müharibəsini dayandırmaq üçün edilib. Midiya məqaləsinin müzakirəsində artıq bunu demişdim birdə deyim Midiya kimi məqalələr həmişə mübahisəyə səbəb olur belə-ki bu məqalələrdə ayrı-ayrı fikirlərlə mənbələr internetdə çoxdur.

P.S bəzi mənbələrə inanmasaz yaxşıdı fars-erməni alimləri Cənubi Azərbaycan tarixinə yaxşı əl gezdirirlər. --MakTavish 20:09, 22 fevral 2011 (UTC)

Əslində burada inanıb-inanmamaq, əl gəzdirib-gəzdirməmək məsələsi yoxdur. Faktdır ki, belə qəbul olunub. Qəbul olunan da, kütləvi şəkildə yayımlanan istənilən iddia (mötəbərdirsə və oturuşubsa) qeyd edilməlidir. Bu da edilirdi. Get-gedə sadəcə ittihamlar müəyyən çərçivədən çıxdı. Buna da təəsüf edirəm. Hər-halda bütün hərəkətlərimi yuxarıda keçidlərimlə izah etmişəm. --Proger danış 20:44, 22 fevral 2011 (UTC)

Qeyd olunan ittihamlarla razı deyiləm. Burada Proger danış -i mühafizəyə görə günahlandırmaq düzgün deyil. Mən də səhifəni redaktə müharibəsinə görə mühafizə etmişdim. Sonra götürüldükdən sonra da bu müharibə davam etdi. İndi yazmaq istədiklərimin əksəriyyətini yuxarıda və laboratoriyada Proger və digər idarəçilər tərəfindən dəfələrlə təkrarlanıb. Yenidən təkrarlığa ehtiyac yoxdur.-- Pərviz  22:44, 22 fevral 2011 (UTC)

Vikipediya qaydalarının qəbulu üzrə səsvermə

Hörmətli Vikipediya istifadəçiləri!

Vikipediya qaydalarının qəbulu üçün nəzərdə tutulmuş səsvermə qaydasının qəbul olunduğunu nəzərə alaraq növbəti — Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydaları səhifəsini səsverməyə çıxarıram.

Yaxın günlər ərzində digər Vikipediya qaydalarını ardıcıl olaraq səsverməyə çıxarmaq fikrindəyəm. Hər bir istifadəçi qaydalarla bağlı hər-hansı məqalənin səsverməyə çıxarılmasını təklif edə bilər. Hər kəsdən qaydaların müzakirəsində və səsvermədə fəal olmağı xahiş edirəm! Hörmətlə, --Irada 22:18, 22 fevral 2011 (UTC)

--Cek Li Taran 06:23, 23 fevral 2011 (UTC)

Əla! --MakTavish 19:59, 24 fevral 2011 (UTC)

Xocalı soyqırımı

Dəstəkləyirəm. --N KOzi 05:23, 25 fevral 2011 (UTC)
Olacaq. --Proger danış 10:18, 25 fevral 2011 (UTC)

27-28 fevral tarixlərində Sumqayıt hadisələri (1988) məqaləsini də ana səhifəyə yerləşdirmək lazımdır. --Cek Li Taran 10:34, 25 fevral 2011 (UTC)

Nəyin "öylə" olası tərəfli? Bu mövzuda nə tərəfli ola bilər ki? Söhbət faktlardan gedir. --Proger danış 22:19, 26 fevral 2011 (UTC)

Biz azeriler ernenn soykirimini tanimiriz hormetli emperyan bu da taraflilikdir sizlerce.--MrArifnajafov 07:49, 27 fevral 2011 (UTC)

Mənim məqalələrim..

Salam. Mən Vikipediada yeniyəm. Bəzi qaydaları bilmirəm. Boş vaxtlarımda yazı-məqalə əlavə etmək istəyirəm. Azərbaycan dilində olmayan məqalələri başqa dillərdə olan Vikipedialardan tərcümə edirəm. Bilmək istəyərdim bu məqalələr silinir yoxsa... — Bu imzasız yazı Mesimov (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Tərcümə edilən məqalələr silinmir.→VagoMüzakirə 08:52, 25 fevral 2011 (UTC)

Dostumuz Mesimiov. Təki Siz nə isə yaradın. Kollektivin köməyi ilə onlar lazımi səviyyəyə çatdırılacaq. Siz isə bu prosesdə ensiklopediya qaydalarını öyrənəcəksiniz. İşlərinizə uğurlar.--Acategory 08:23, 27 fevral 2011 (UTC)