Təbriz Universiteti

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Təbriz Universiteti
Loqonun şəkli
Xəritə
38°03′49″ şm. e. 46°19′43″ ş. u.
Əsası qoyulub 1947
Tələbə sayı 19,000
Şəhər Təbriz
Ölkə
Sayt tabrizu.ac.ir/en
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təbriz Universiteti — (farsca: دانشگاه تبریز, Dāneshgāh-e Təbriz) İranın ali təhsil müəssisələrindən biri.

Azərbaycan Universiteti açılan günlər (1947)

1947-ci ildə Cənubi Azərbaycan milli hökuməti qurulandan sonra, baş nazir Seyid Cəfər Pişəvərinin fərmanı ilə 12 iyunda Təbrizdə Azərbaycan Universiteti adında ilk universitet təsis olundu.

Milli hökumətin süqutundan sonra Azərbaycan Universiteti bir neçə il fəaliyyətini dayandırmalı oldu. Yenidən fəaliyyətə başladıqda isə universitetin adı Daneşqah-e Azərabadeqan - a dəyişdirildi. İranda islam inqilabının qələbəsindən sonra universitet 5 il müddətinə bir daha fəaliyyətini dayandırdı və fəaliyyətə başladıqda Daneşqah-e Təbriz "Təbriz Universiteti" adlandırıldı.

Təbriz Universiteti Elm, Tədqiqat və Texnologiya Nazirliyinə tabe olan dövlət universitetlərindən biridir və Təbriz şəhərində yerləşir. Universitet 25 fakültədən ibarətdir və ümumilikdə 29 akademik mərkəz və tədris kompleksinə malikdir. Təbriz Universitetini tanıdarkən diqqət etməli olduğunuz başqa bir məqam da professor-müəllim heyətinin və tələbələrin sayının çoxluğudur. Təbriz Universitetində 800-dən çox professor-müəllim heyəti var və bu universitetdə tələbələrin sayı təxminən 24.000 nəfərdir. Təbriz Universitetində tələbələr aşağıdakı sahələr üzrə təhsil ala bilərlər: 4 Önlisans - 164 Bakalavr dərəcəsi - 322 Magistr dərəcəsi - 209 Doktorluq dərəcəsi. Təbriz Universiteti Aras Beynəlxalq Kampusu və Təbriz Muxtar Kampusu adları olan iki kampusdan ibarətdir. Şanxay Tematik Reytinqində universitet Maşınqayırma sahəsində 201-300 Elektrik və Elektron Mühəndisliyi 401-500 Avtomatlaşdırma və İdarəetmə, 151-200, Elm və Texnologiya Alətləri 101-150-ci yerdədir İnşaat mühəndisliyi, 151-200, Kimya mühəndisliyi 301-400 Elm və energetika 201-300, Su Ehtiyatları 76-100 , Qida Texnologiyası 201-300-cü yerdədir.[2]

Təbriz Universiteti Təbriz şəhərində yerləşir və Tehran universitetlərindən sonra İranın ən böyük təhsil ocaqlarından biri sayılır.

Məşhur məzunları

[redaktə | mənbəni redaktə et]

Xarici əlaqələri

[redaktə | mənbəni redaktə et]

Qafqaz Universitetlər Birliyinin üzvüdür.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]