Portal:Tibb

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
redaktə  "Medicus curat, natura sanat - Təbiət sağaldır, həkim kömək edir".


Tibb portalına
xoş gəlmisiniz!


redaktə  Seçilən məqalə

Qaraciyər (yun. hepar, lat. jecur) İnsanda uyunsov dördbucaq şəklində, yastı və tutqun qırmızı rəngdə və 1500 qram ağırlıgındadır. Qaraciyər asan kəsilir və didilir; ona görə çox vaxt yüngül bir təzyiqdən və ya zədədən tez parçalanır. Bədəndən çıxarılmış qaraciyər yumuşaq olduğu üçün öz şəklini itirir. Qaraciyərin iki səthi: yuxarı çıxıq diafraqma səthi – lat. facies diaphragmatica (facies superior – BNA) və aşağı basıq visseral səthi – lat. facies visceralis (facies inferior – BNA). Yuxarı səthi peritondan əmələ gəlmiş lat. lig. falciforma hepatis vasitəsilə iki paya bölünür: sağ pay – lat. lobus hepatis dexter və sol pay – lat. lobus hepatis sinister; sağ pay sol paydan böyük və qalındır. Diafraqma səthində yuxarı hissə – lat. pars superior, ön hissə – lat. pars anterior, sağ hissə – lat. pars dextra və dal hissə – lat. pars posterior (facies posterior – BNA) ayırd edilir. Aşağı səthi bir az arxaya çevrilmişdir və üzərində üç şırım vardı: biri kındələn – qaraciyər qapısı – lat. porta hepatis və ikisi boylamadır (sağ və sol).Bu şırımlar hamısı bir yerdə "H" hərfinə bənzəyir. Sağ boylama şırımın ön hissəsində ödlük və arxa hissəsində aşağı boş vena yerləşmişdir, ona görə ın hissəyə ödlük çuxuru – lat. fossa vesica felleae, arxa hissəyə – lat. sulcus (fossa – BNA) venae cavae deyilir.


redaktə  Seçilən şəkil
Ärztliche Instrumenten 2-3 Jh.n. Chr. 3.JPG
Qədim Roma dövrünə aid tibbi alətlər, e.ə. 2-3 əsr, Dövlət antik kolleksiyası, Münhen


redaktə  Dərman bitkiləri

Qara qarağatdibes cinsinə aid bitki növü. Vitaminlərin miqdarına görə qara qarağat daha üstün sayılır. Bunun tərkibində 400 mq% C vitamini vardır. Odur ki, qara qarağat daha çox becərilir. Qara qarağat gilələrlə, ağ və qırmızı qarağat isə salxımlarla dərilir. Qara qarağat 2 həftə müddətinə, ağ və qırmızı qarağat isə 5-7 gün müddətinə saxlanıla bilir. Bunların şehli olması saxlama müddətini daha da azaldır. Qara qarağatın tərkibində 7-10% şəkər, o cümlədən 5,7-7% qlükoza, 0,9-1,6% fruktoza və 0,5-2% saxaroza, 1,9-3,7% turşu (limon və alma), 1,5% pektin maddəsi, 3,76% sellüloza, 0,33-0,42% aşı maddəsi, 0,5% mineral maddə, 0,53-1,41% azotlu maddə vardır. Qara qarağatın yayılmış sortlarından Məhsuldar Liya, Boskop nəhəngi, Lakston, 8-ci Devison, Gent, Qoliaf, Sentyabr Danielyası, Neapolitanski və s.-dir.


redaktə  Dərmanlar

Propofol, Diprivan (ing. propofol), qısamüddətli təsirə malik, vena daxili, yuxugətirici ağ-süd rəngli suspenziv anestetik preparat. Əsasən ümumi anesteziya zamanı istifadə edilir. Propofol həm giriş (induksiya) və həm də bazis narkozu üçün, süni koma tələb olunan, süni tənnəfüsdə olan xəstələrə geniş tətbiq edilir.

Kimyəvi tərkib etibarilə barbituratlara aid olmasa da anestetik effektliliyinə görə onlardan heç də əksik deyildir. Əksinə propofol vasitəsilə narkoza giriş və ondan çıxış "yumuşaq", aydın və tezdir. Propofol sırf anestetik olub, analgetik effekti demək olar ki yoxdur. Buna görə də narkoz zamanı propofol analgetiklərlə (fentanil, suffentanil, rapifen, ultiva) kombinə olunmuş şəkildə istifadə edilir. Həkimlər öz aralarında zarafatla onu "yuxu südü" də adlandırırlar. Vena daxilinə yeridilməsi çox vaxt ağrılı olduğundan yerli anestetiklərlə: 1% ksilokain ya lidokain ilə qarışdırılmış şəkildə istifadə olunur. Yeridildikdən 30-60 saniyə ərzində anestetik effekt əldə edilir, 5-10 dəqiqə sürür. Bəzən təkrar inyeksiyadan sonra bu müddət 15-30 dəqiqəyədək sürə bilir.


redaktə  Bilirsinizmi
  • Süni qan dövranı aparatı - 1937-ci ildə amerikalı Con Gibbon ing. John Gibbon ekstrakorporal qan dövranını uğurla sınaqdan keçirmişdir.
  • Süni ürək - ilk dəfə 2 dekabr 1982-ci ildə Robert Yarvikə mənsub alm. Jarvik-7‎ modelli süni ürək Uat universitet klinikasında təqaüdçü diş həkimi Barney Klark (21 yanvar 1921 - 23 mart 1983) üzərində ürək cərrahı Uilyam De Vries tərəfindən aparılan yeddi saatlıq əməliyyat zamanı köçürülmüşdür.
  • Ebşteyn anomaliyası nadir anadangəlmə ürək qüsuru, üçtaylı qapaq anomaliyası, rastgəlmə tezliyi digər anadangəlmə ürək qüsurları ilə müqayisədə 1%-dir.
  • Fallo tetradasının yeganə müalicəsi cərrahi yolladır.
  • Spermatozoidin sürəti 0,1 mm/san və ya təqribən saatda 30 sm-dir. Insanda eyakulyasiyalı koitusdan 1-2 saat sonra spermatozoidlər uşaqlıq borularının, mayalanmanın baş verdiyi, ampulyar hissəsinə yetişmiş olurlar. İnsanın orqanizmində spermatozoidlər qeyri aktiv formada olurlar. Onların aktivliyi prostat şirəsinə qarışdıqdan sonra oradakı fermentlərin təsirindən baş verir. Onların qadın cinsiyyət yolundakı hərəkəti müstəqil şəkildə, maye axınının əks istiqamətində olur. Mayalanma üçün spermatozoid 20 sm məsafə (servikal kanal - 2 sm, uşaqlıq boşluğu - 5 sm, uşaqlıq boruları - 12 sm) qət etməlidir. İnsan orqanizmində spermotozoidlər yetişdiyi gündən başlayaraq 30-64 gün həyat qabiliyyətli olurlar. Eyakulyasiyadan sonra mühitdən asılı olaraq 24 saat sağ qala bilirlər. Uşaqlıq dəhlizində spermatozoidlər bir neçə saata məhv olurlar. Uşaqlıq boynunda, uşaqlıqdauşaqlıq borusunda 3 günə qədər sağ qala bilirlər.
  • Dalaq qanyaradıcı üzvlərin ən böyüyüdür; uzunluğu 10-12 sm, eni sm, qalınlığı 4 sm, çəkisi 150-200 q-dır. Zahiri şəkli qəhvə toxumuna bənzəyir, özü yumşaq və rəngi tünd qırmızıdır.
  • Akonit (lat. Aconítum, yun. Aconae - ox, oxlu) çoxillik, lat. Ranunculaceae fəsiləsindən olan zəhərli bitki, Yunan mifologiyasına görə bu bitki, Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən göyərmişdir. Bu hadisə Akoni şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır.
  • Yetkin şəxsin canlı sümüyü kimyəvi tərkibcə 50%-i su, 28%-i üzvi və 22%-i qeyri-üzvi maddədən ibarətdir. Maserasiya olmuş (yağı alınmış, yumşaq toxumalardan ayrılmış qurudulmuş) sümük 33,3%-i üzvi və 66,7%-i qeyri-üzvi maddədən ibarətdir.


redaktə  Tibbin şöbələri

A

C

D

E

F

G

H

İ

K

Q

L

M

N

O

P

R

S

T

U

Ü

V


redaktə  Tibbi indekslər: Xəstəliklər • Simptomlar • Sindromlar • Dərmanlar • Terminlər • Müdaxilələr • Ləvazimatlar

0–9 A B Ç C D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


redaktə  Hippokrat andı
Apollona - loğman Asklep, HigeyaPanakeya və bütün tanrıların şahidliyində and içirəm ki, verdiyim sözə və götürdüyüm öhdəliklərə gücüm və dərrakəm çatdığı qədər əməl edəcəyəm: bu sənətdə müəllimimi valideynlərim kimi tanıyacağam, qazandığımı onunla bölüşəcək və ehtiyaclarında ona köməkçi olacağam; onun övladlarını özümə qardaş bilib, öyrənmək istədikləri təqdirdə onlara bu sənəti bir ödəniş və ya sənəd almadan öyrədəcəyəm; şifahi dərsləri və təbabət biliklərini öz və müəllimimim övladlarına və ancaq təbabət qaydalarına sadiq və həkim andı içən şagirdlərimə öyrədəcəyəm. Bunlardan başqa bir kimsəyə öyrətməyəcəyəm. Gücüm çatdığı qədər müalicəmi heç bir vaxt pislik üçün deyil kömək üçün istifadə edəcəyəm. Məndən istifadə üçün zəhər istəyənə onu verməyəcəyim kimi, belə bir hərəkət tərzini belə tövsiyə etməyəcəyəm. Bunun kimi bir hamilə qadına uşaq salması üçün kömək etməyəcəyəm. Həyatımı, sənətimi tərtəmiz bir şəkildə istifadə edəcəyəm. Sidik kisəsi daşından əziyyət çəkənləri yarmayacaq və onları bu işlə məşğul olanlara həvalə edəcəyəm. Hansı evə daxil olaramsa, ancaq xəstənin xeyrini düşünəcəyəm, qəsdli olan bütün pisliklərdən qaçacağam, istər azad istər kölə olsun, kişi və qadınların bədənini sui-istifadə etməkdən çəkinəcəyəm. İstər sənətimin icrası, istərsə də sənətim xaricində insanlarla münasibətdə baş verənləri, görüb eşitdiklərimi bir sirr olaraq saxlıyacağam və kimsəyə açmayacağam. Andıma sadiq olaramsa qoy həyatımda və sənətimdə nəsibim xoşbəxtlik və insanların rəğbəti, olmaramsa bunun əksi olsun.

Məqaləni oxu...



redaktə  Təqvim


redaktə  Mərhəmət

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoratıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım. Qətlə yetirilənlərin sayı 613 nəfər, bunlardan 63 uşaq, 106 qadın və 70 qoca olmuşdur. 8 ailə tam məhv edilmiş, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirmiş, 487 yaralının 76-sı uşaqlar olmuş, 1275 nəfər əsir alınmış, 150 nəfər itkin düşmüşdür. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.


redaktə  Kateqoriyalar


redaktə  Əlaqəli portallar


Tibb Vikixəbərdə  Tibb Vikisitatda  Tibb Vikikitabda  Tibb Vikimənbədə  Tibb Vikilüğətdə  Tibb Vikiversitetdə  Tibb Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar