Portal:Coğrafiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
redaktə  Coğrafiya
A Terra, planeta dinâmico em que vivemos.
A Terra, planeta dinâmico em que vivemos.

Coğrafiya (yun. γεωγραφία, yerin təsviri, γεια – Yer, torpaq və γραφειν – yazmaq, təsvir etmək) — təbii və istehsal ərazi komplekslərini və onların komponentlərini tədqiq edən təbiət və ictimai elmlər sistemi. Təbiət və ictimai coğrafiya elmlərinin vahid sistem şəklindəki birliyi.

İlk əvvəl coğrafiya Yer haqqında ensiklopedik elm olmuşdur. Diferensasiya prosesində birinci növbədə iki əsas qola ayrıldı: fiziki coğrafiya və iqtisadi coğrafiya. Bunun səbəbi həmin elimlərin öyrəndiyi obyektlərin müxtəlifliyi idi. Fiziki coğrafiya təbiət elmlərinin kəşf etdikləri qanunları rəhbər tutur, iqtisadi coğrafiya isə ictimai elmdir. İqtisadi coğrafiya ictimai istehsalat-sənayeni, kənd təsərrüfatını, həmçinin əhalini, onların yerləşməsini və istehsalat-ərazi komplekslərini öyrənir. İqtisadi coğrafiya da fiziki coğrafiya kimi ümumi və regional hissələrə ayrılır.

Coğrafiya elmləri sisteminə həmçinin kartoqrafiya daxildir. Bu elm texniki elmdir, lakin o, coğrafiyanın inkişafına səbəb olmuş, hətta bəzən onu qabaqlamışdır. Onun əsas məqsədi təbiət obyektlərinin, hadisələrinin və cəmiyyətin məkanca yerləşməsini, uyğunlaşmasını, qarşılıqlı əlaqəsini, dəyişməsini əks və tədqiq etməkdən ibarətdir.

redaktə  Qitələr
redaktə   Seçilmiş məqalə

Neftçala rayonuAzərbaycan Respublikasında inzibati ərazi vahidi. 11 fevral 1940-ci ildə rayon kimi təşkil olunmuşdur. Sahəsi 1451.7 km2, əhalisi 88,846 nəfərdir. Rayonda 18 inzibati-ərazi dairəsi üzrə nümayəndəlik, 17 bələdiyyə fəaliyyət göstərir. Rayonun inzibati mərkəzi - Neftçala şəhəri Kür çayının dənizə töküldüyü yerin yaxınlığında yerləşir. Rayonda 1 şəhər, 3 şəhər tipli qəsəbə, 48 kənd vardır. Rayonun iri yaşayış məntəqələrinə Neftçala şəhəri, Həsənabad, XıllıBankə şəhər tipli qəsəbələri, Aşağı Surra, Xol Qarabucaq, Qırmızıkənd, Aşağı Qaramanlı kəndləri daxildir.

redaktə   Yaxşı məqalə

AntarktidaYerin ən cənub materikiqitəsi. Antarktida tamamilə Cənub yarımkürəsində yerləşir və Cənub okeanı ilə əhatə olunub. Ərazisi 14,4 milyon kv.km-dir ki, bu da Antarktidanı Yerin ərazisinə görə 5-ci ən böyük materiki edir. Bu ölçüsünə görə o Avstraliyadan təxminən iki dəfə böyükdür. Materikin 98%-i orta qalınlığı 1,6 km olan buz layı ilə örtülüb.Bir kvadrat kilometrə 0,00008 nəfər düşən qitə insanların dünyada ən az məskunlaşdığı yerdir. Antarktida bütün materiklərin ən soyuq, ən quru, ən küləkli və ən yüksək olanıdır və çox az yağıntılar səbəbindən materikin daxili hissəsi texniki cəhətdən dünyanın ən böyük səhrasıdır. Materikə il ərzində 20 santimetr yağıntı düşür. Materik bütün qitələrin ən yüksək orta yüksəkliyinə malikdir.

redaktə  Şəxs

Fernan Magellan (port. Fernão de Magalhães) — Portuqaliyalı dənizçi və səyyah. Onun 1519-cu il sentyabrın 20-də 256 nəfər heyət üzvü olan 5 gəmi ilə Malakka adalarına başlatdığı səyahət sonradan Xuan Sebastyan Elkanonun rəhbərliyində ilk dünya səyahətinə çevrilmiş və ekspedisiya 1522-ci il sentyabrın 8-də "Viktoriya" gəmisində İspaniyaya geri qayıtmışdı. Magellanın səyahəti dünyanın kürəşəkilli olduğunu, Amerika və Asiya arasında okean olduğunu və vahid dunya okeanının mövcudluğunu sübut etdi. AtlantikSakit okeanlar arasındakı dar boğaz, Süd Yolunun peyk-qalaktikaları, NASA-nın 1989-cu ildə Venera planetini tədqiq etmək üçün göndərdiyi kosmik aparat və Marşall adaları yaxınlığındakı sualtı yüksəkliklər Magellanın adını daşıyır.

redaktə  Bilirsinizmi?
redaktə  Kateqoriyalar
redaktə  Seçilən şəkil
İslandiyada vulkanik mağara
redaktə  Təbiət möcüzələri

Əyri meşə (pol. Krzywy Las, ing. Crooked Forest) — Polşada qeyri-adi təbiət abidəsi; Polşanın şimal-qərbində yerləşən əcaib formalı şam ağaclarından ibarət meşə. Bu meşənin məşhur olmasının səbəbi isə buradakı ağacların maraqlı gövdələridir. 1,7 hektarlıq sahəni əhatə edən meşədə ağacların gövdələri yerdən təxminən 25 santimetr hündürlükdə və yalnız şimal istiqamətində 90 dərəcə əyilir, daha sonra isə yenidən düzləşir. Ağacların bu cür inkişaf etməsinin səbəbini bu günə qədər heç kim bilmir.

redaktə  Bu ayda...

redaktə  Maraqlı faktlar

Nisbi hündürlüyünə görə dünyanın ən hündür zirvəsi Mauna Kea dağıdır. Onun nisbi hündürlüyü 10,200 metrdir.

redaktə  Seçilmiş məzmun
redaktə  Vikimediya
Coğrafiya Vikixəbərdə  Coğrafiya Vikisitatda  Coğrafiya Vikikitabda  Coğrafiya Vikimənbədə  Coğrafiya Vikilüğətdə  Coğrafiya Vikiversitetdə  Coğrafiya Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar