Müzakirə:Aristotel

Vikipediya saytından
Ən son rəy: 4 il öncə, Sebirkhan tərəfindən
Naviqasiyaya keç Axtarışa keç

Mən Aristotel məqaləsinin Ərəstun məqaləsinə keçirilməsini duzgün hesab etmirəm. Bunun bir neçə səbəbi var: 1- Ərəstun deyimi səhvdir. Əslində Ərəstun yox Ərəstu olmalıdır.Sonda "N"-sız. Buna sübut kimi mən hal-hazirda Azərbaycanda hamı tərəfindən istifadə olunan ASE-ye (Azərbaycan Sovet Ensiklopediyası)istinad etmek istərdim. Məhz orada Ərəstu yazılmışdır. isəyənlər yoxlaya bilərlər ASE I cild, səh-389.

Ərəstu deyimi həmdə ona görə səhvdir ki,- yunan dilindən ərəb dilinə bu ad tərcümə olunanda sonunda "n" ola bilməz, Aristotel "L"-ilə qurtarır. Ərəb əlifbasında isə bu imkan yoxdur ki, "L"-"N" ilə dəyişdirilsin. Ona gorədə sonda "L" və ya "N" işlənə bilməz, Ərəstul kimi işlənmək isə dil qaydalarına uyğun deyil.Ona gorədə nə "N" nədə ki, "L"-işlənmir.

2- Ərəstu adı məqalədə gostərilən kimi yalnız şərq ölkələrində bu adla tanınır. Müasir Azərbaycanda bu adı tanıyanlar isə onu Aristotel adı ilə tanıyanlardan çox azdır. Aristotel adı altında isə onu həm şərqdə həmdə dünyada tanıyırlar-həmçinin Azərbaycanda.

3- Aristotel məqaləsinə Ərəstu məqaləsindən yonlendirme(redirect) movcud idi. Bu kifayətdir.--A_M_D


Mən Cənublı olduğum üçün, Ərəstu adını daha uyqun bilirim, ama siz həqlisiz. Diqqətiniz üçün təşəkür edirəm. Kamiran 04:48, 22 Sentyabr 2006 (UTC)
AMD, bu şəxs adətən Azərbaycan-dilli tarixdə Ərəstu(n) kimi tanınır. Onu yalnız sovet vaxtlarında, rus dilinə daha uyğun etmək cəhdində "Aristotel"ləşdiriblər. Bu gün Azərbaycan yazılışını Avropa dillərindəkinə oxşatmağa gərək yoxdur. İbn Sinanın da əsl adı ərəb-fars köklü olsada da, ingilis Vikipediyası onu Avicenna kimi göstərir. Ərəstunu isə bütün "şərqi" Vikipediyalar (ərəb, fars, özbək, tacik və s.) ənənəvi "Ərəstu" yazılışı ilə göstəriblər. Təkcə biz bu russayağı yazılışa yapışıb qalmışıq. 99.226.140.53 15:10, 16 yanvar 2008 (UTC)Cavabla
Salamlar. Bu şəxsi Aristotel kimi tanıyanlar daha çoxdur.
təkcə russayağı niyə olur? Avropa dillərinin hamısında belə göstərilib. Birdə vaxtı ilə Rusiyanın təsiri altında inkişaf etmişiksə, indi isə bu təsirdən canımızı qurtarmışıqsa deməli bu dövrə aid nə varsa hamısını məhv edək? Bu məntiqlə hərəkət etsək ərəb qrafikasına qayıtmalı, məktəblərdən dünyəvi elmləri yığışdırmalıyıq
Sizin qeydiyyatdan keçmənizi arzulardım. İlk andan aktivliyiniz hiss olunur. uğurlar və hörmətlə--A_M_D m-f 16:45, 16 yanvar 2008 (UTC)Cavabla

Salam, məqalədə alimin adını Ərəstu (və ya Ərəstun, fərq etməz) kimi də göstərməyə çağırıram, çünki bütün şərq dillərində edi belə gedir və Azərbaycanda el içində buna elə deyirlər. Həm də Ərəstu adı kitablarda da var. Həm də bildirirəm ki Aristotel ifadəsi rus dilindən alınmadır Sebirkhan (müzakirə) 12:58, 28 aprel 2020 (UTC)Cavabla

Məqalənin dəyişmə səbəbi

[mənbəni redaktə et]

Bundan qabaqkı məqalədə akademik istinadlar və mənbə göstərilməmişdir. Buna görə də Vikipediyanın qaydalarına uyğun deyil idi. Ümumiyyətlə akademik istinadlar olmayan məqalələr qeyri-ciddidir. Axı deyirsənsə Aristotel bunu demişdir, onda mütləq istinad gətirməlisən onun öz əsərindən. Yoxsa hardan bilək demişdi ya yox? Bundan başqa, köhnə məqalədə Aristotelin fikirləri dağınıq halda idi, dili çətin və anlaşılmaz idi.

Yeni məqalədə bu nöqsanlar yoxdur. Akademik səviyyədə işlənilib, Aristotelin öz əsərlərinə 30-dan çox istinad edilmiş, onun əsas fikirləri ayrıca fəsillərlə verilmişdir. Məqalə Vikipediyanın tələblərinə uyğunlaşdırılmışdır.

Məncə əsas amil keyfiyyətdir. Çünki gələcəyə baxılmalıdır. Bu məqalə ilə artıq tələbələr referatlar, elmi işçilər elmi işlər yaza bilərlər. Köhnə məqalə ilə bu imkansız idi. Bu amil də əsas götürülməlidir.

Bu məqalənin silinməsini Vikipediyanın qaydaları ilə izah edirəm: Vikipediya:Səhifə silmə kriteriyaları Burada deyilir: "Məzmunu mötəbər mənbələrlə əsaslandırılması mümkün olmayan məqalələr, o cümlədən istifadəçilərin mənbələrə əsaslanmayan özfəaliyyəti;" məqalənin silinməsinə səbəb ola bilər. --Aydın Əlizadə (müzakirə) 06:22, 12 avqust 2016 (UTC)Cavabla

İstinadlar

[mənbəni redaktə et]

İstinadlarda Həmin kitabda ifadələrinin yerinə kitabın adı tam yazılmalıdır. Bu çaşqınlıq yarada bilər. Və vikipediyada bu üslubdan istifadə olunmur. --Araz Yaquboglu (müzakirə) 06:44, 12 avqust 2016 (UTC)Cavabla

Oldu, Araz müəllim, düzəldəcəyəm. Çox sağolun. --Aydın Əlizadə (müzakirə) 08:23, 12 avqust 2016 (UTC)Cavabla