Müzakirə:Ana səhifə

Vikipediya, azad ensiklopediya
Ən son rəy:1 gün öncə, Gadir tərəfindən "Təsadüfi səhifə" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç
float
float
float
float

Bu müzakirə səhifəsi yalnız Ana səhifəyə aiddir.

Digər suallar burada verilməməlidir.


Əgər sizin Ana səhifəyə aid olmayan suallarınız varsa,

Kənd meydanına müraciət edin.
Arxivə buradan baxa bilərsiniz.
Mövzu əlavə et

Türk dilli Vikipediyalar[mənbəni redaktə et]

Salam. Ana səhifədən Türk dilli Vikipediyalara keçidin yığışdırılmasını təklif edirəm. Bu keçidlərin heç bir əhəmiyyəti yoxdur. Eminn (müzakirə) 20:15, 20 aprel 2024 (UTC)Cavabla

Mümkünsə kimsə keçid verilən vikilərdən neçəsində(hansılarda) oxşar bölmənin olduğunu qeyd edərdi də.— Bikar müzakirə 20:23, 20 aprel 2024 (UTC)Cavabla
Cənubi Azərbaycan, Çuvaş, Krım-tatar, Qaraqalpaq, Özbək, Tatar, Tıva, Türkmən, Uyğur, Yakut dillərində mövcuddur. Çoxunda var. Amma bununla nə demək istəyirik? Əsas məsələ budur. Turan ideyasını təbliğ edirik? Ana səhifəyə daxil olan istifadəçini həmin dillərə niyə yönləndiririk ki? Eminn (müzakirə) 20:30, 20 aprel 2024 (UTC)Cavabla
Məncə də o bölməni ləğv etmək lazımdır. Araz Yaquboglu (müzakirə) 03:30, 21 aprel 2024 (UTC)Cavabla
Niyə görə? Orada təbliğlik nə var ki? Sadəcə qeyd olunub. Türkdilli vikipediyaların bir arada olması və qeyd olunması yaxşıdır düşünürəm. Durur da, nə zərəri və maneəçiliyi var ki? Niyə görə hesab edirsiniz ki əhəmiyyəti yoxdur? Bir vaxtlar "günün seçilmiş şəkli" bölməsinin də yığışdırılmasını təklif etdiyinizi xatırlayıram. Hörmətlə, Gadirmüzakirə 03:43, 21 aprel 2024 (UTC)Cavabla
Hər halda ingilisdilli versiyadakı kimi digər vikipediyaları da qeyd etmək olar, cari məqalə sayı ilə. Amma bunlar da qalsın, cari məqalə saylarını qeyd etmək olar. Hörmətlə, Gadirmüzakirə 03:44, 21 aprel 2024 (UTC)Cavabla
@Atakhanli, @White Demon, @Sura Shukurlu, @Samral, @Solavirum, @Nemoralis kimi istifadəçilərin də fikirləri maraqlıdır. Hörmətlə, Gadirmüzakirə 03:48, 21 aprel 2024 (UTC)Cavabla
Eminn Həmin bölmədə Azərbaycan dilinə yaxın olan digər dil bölmələri göstərilib sadəcə, burada Turan falan quran və ya qurmaq istəyən kimsə də yoxdur. O zaman belə çıxır ki, sizin də mənsubu olduğunuz "Türkdilli vikimediyaçılar" istifadəçi qrupunun vikimediaçılarıda turanı təbliğ edir ? Hərdən burada təklif xətrinə təkliflər verilir. Bunu qətiyyən doğru hesab etmirəm. — Bu imzasız yazı Baskervill (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 05:51, 21 aprel 2024 (UTC)Cavabla
@Gadir, istifadəçi qrupunun məqsədləri qeyd edilib. Ana səhifədə olmasının önəmi nədir məsələn? Biz istifadəçiləri niyə həmin vikipediyalara yönləndiririk? Zərəri və maneəçiliyi yoxdur, bəs faydası nədir? Şəkil bölməsinin ləğvini ona görə istəmişdim ki, orda başlıq yazmırıq, sadəcə şəkil yerləşdiririk. Baxan istifadəçilər məlumat əldə etmirlər. Eminn (müzakirə) 06:55, 21 aprel 2024 (UTC)Cavabla
Həmkar, hər ikisini də müzakirəyə çıxara bilərsiniz, əlbəttə. İndi mövzumuz barədə fikir bildirəcəm. Məncə, qalması məsləhətdir. Çünki Azərbaycan dili də türk dilidir və orada türkdilli vikilərin qeyd edilməsində problem görmürəm, düzdü, zəruri də deyil, amma hər halda qalması daha yaxşıdı. Faydası odur ki, oxucu digər türk dillərindəki məzmunla da və vikilərlə də tanış ola bilər rahat şəkildə. Həmçinin yuxarıda qeyd etdiyim təklifi də icra edə bilərik. İngilisdilli versiyanın ana səhifəsinə nəzər yetirin. Hörmətlə, Gadirmüzakirə 07:00, 21 aprel 2024 (UTC)Cavabla
Digər tərəfdən Baskervill düz deyir, o zaman o qrupu da ləğv edək ki, Turan ideologiyasının təbliği üçün bir araya yığışırıq? :)) Hörmətlə, Gadirmüzakirə 07:02, 21 aprel 2024 (UTC)Cavabla
@Gadir hələ Vikimedia fondunun maliyyə dəstəyi ilə həyata keçirilmiş Türk Vikimedia Konfransına nə demək olar ? Qalması daha məqsədə uyğundur. Ləğv edilməsi üçün tutarlı arqument yoxdur. Arqumentlər bir növ mən görmək istəmirəm, mənə belə xoşdur təəssüratı yaradır. Baskervill 07:07, 21 aprel 2024 (UTC)Cavabla
Həmin bölmənin olmasının heç bir əhəmiyyəti yoxdur. İngilis, alman, holland, isveç, dan, norveç, şotland və s. dilləri german dilləri qohum dillərdi, german dilləridir. Amma EnViki həmin dilləri ana səhifəsində bu cür göstərir? Ya da RuVikidə slavyan dilləri üçün ana səhifədə ayrıca bölmə var? EnVikidə heç simple enviki üçün belə keçid yoxdur. Mənə çox maraqlıdır ki, indiyə qədər neçə nəfər ana səhifənin həmin bölməsi ilə digər türkcə vikilərə keçid edib. Ondansa fransızca, rusca, ispanca və s. kimi böyük dil bölmələrinə keçid qoymaq daha məntiqlidir. Mən vallah həmin vikilərə daha çox girmişəm, nəinki bu qeyd olunan dillərə. Kosmik Ozan utora! 11:20, 21 aprel 2024 (UTC)Cavabla
Envikidəki kimi məqalə sayına görə düzə bilərik, təkrar tərtib edərik. Dediyim kimi, bu zəruri deyil, sadəcə olmağı yaxşıdır demişəm, oda ki, subyektiv fikrimdir. Hörmətlə, Gadirmüzakirə 11:22, 21 aprel 2024 (UTC)Cavabla
@Baskervill, eynilə əks arqumetlər də "bizə belə xoşdur, qalmasını istəyirik" təəssüratı yaradır. Problemi yoxdur, qalsın. 2006-cı ildən Ana səhifədə yerləşdirmişik. Heç o vaxt da bir müzakirə getdiyini tapa bilmədim. Sadəcə @Mehrdad səhifəni yaradıb və əlavə edib. Eminn (müzakirə) 08:06, 21 aprel 2024 (UTC)Cavabla
Vikinin təzə vaxtları olub, indi belə bir şey edəsi olsaq, konsensusla hərəkət edərdik, təbii ki. Qalsın deyirsinizsə, qalsın da)) Özünüz də problem olmadığını qeyd edirsiniz. Əsas odur ki, VP:MİLLİ pozulmayıb ki. Hörmətlə, Gadirmüzakirə 08:08, 21 aprel 2024 (UTC)Cavabla
Ləğv olunmalıdır. O vaxtı türklər ləğv etmişdi. Rusca vikidə görmüsünüz ki, slavyan dilləri üçün hissə olsun Ana səhifədə? Ya da envikidə german dilləri üçün? Azərbaycan dilinin lüğətində çoxlu ərəb-fars mənşəli söz var, hətta türk dilləri arasında ən çox bu sözlərə malik olanıdır, onda samidilli və irandilli vikipediyaları da qoyaq. --► Hörmətlə: SolaVirum 10:12, 21 aprel 2024 (UTC)Cavabla
Azərbaycan dili türk dilidir axı, ona görə türkdilli vikilər qoyulub. Envikidə məqalə sayına görə edirlər. Elə bir şeyə necə baxırsız? Hörmətlə, Gadirmüzakirə 11:18, 21 aprel 2024 (UTC)Cavabla

Şəkil[mənbəni redaktə et]

@Toghrul R günün seçilmiş şəklinə baxardız. Araz Yaquboglu (müzakirə) 05:07, 14 may 2024 (UTC)Cavabla

Təsadüfi səhifə[mənbəni redaktə et]

Salam. Menyudakı bu ifadəni, təklif edirəm ki, "Təsadüfi məqalə" olaraq dəyişək, onsuz həmin keçid oxucuya məqalə təklif edir, digər səhifələr yox. Hörmətlə, Gadirmüzakirə 15:52, 15 may 2024 (UTC)Cavabla

Məncə də. Kosmik Ozan utora! 16:33, 15 may 2024 (UTC)Cavabla
Siyahılar necə? Araz Yaquboglu (müzakirə) 18:42, 15 may 2024 (UTC)Cavabla
Araz bəy, onlar da "məqalə" gedir. Siyahı məqalələr. Fakt məqalə ad fəzasından başqa səhifə çıxmır orada. Sırf buna görə siyahılara səhifə demək doğru deyil, məncə. Hörmətlə, Gadirmüzakirə 18:45, 15 may 2024 (UTC)Cavabla
@Nemoralis, bunu həll edə bilərsiz? Hörmətlə, Gadirmüzakirə 20:55, 18 may 2024 (UTC)Cavabla
Burda söhbət hansı menyudan gedir? Soldakı sidebardırsa müzakirə niyə Ana səhifədə açılıb? İfadəni translatewiki:MediaWiki:Randompage/az səhifəsindən dəyişmək mümkündür. Amma nəzərə almaq lazımdır ki, translatewikidən edilən tərcümə bütün layihələrdə eyni olacaq. Yəni vikisitatda filan da "məqalə" yazılacaq. Nemoralis (müzakirə) 21:02, 18 may 2024 (UTC)Cavabla
Bəli, onunla bağlıdır. Əslində indi fikir verdim, haqlısız ana səhifəyə aid bilib burda açmışam səhvən. Yox, o layihələrdə uyğun olmayacaq, sadəcə bunun üçün edə bilmərik? Hörmətlə, Gadirmüzakirə 21:09, 18 may 2024 (UTC)Cavabla
Lokalda yarada bilərsiniz: MediaWiki:Randompage Nemoralis (müzakirə) 21:12, 18 may 2024 (UTC)Cavabla
Təşəkkür edirəm. Vaxt edib imkan olsa aşağıdakı başlığa da nəzər yetirə bilərsiz? Hörmətlə, Gadirmüzakirə 21:15, 18 may 2024 (UTC)Cavabla

Həftəlik SM, YM, SS məqalələr[mənbəni redaktə et]

Salam. Seçilmiş məzmunla bağlı qeydlər olsa ki, x məqalə ən son bu vaxt ana səhifəyə çıxıb, hesab edirəm, çox yaxşı olardı. Hörmətlə, Gadirmüzakirə 20:55, 18 may 2024 (UTC)Cavabla

Eyni zamanda müvafiq məqalələrin müzakirə səhifələrində də bu qeyd edilsə yaxşı olar. Hörmətlə, Gadirmüzakirə 21:00, 18 may 2024 (UTC)Cavabla
Məsələn, müəyyən müddət, yəni həftə ana səhifəyə çıxmamış məqalələr deyə siyahı olsa çox gözəl olar, texniki olaraq da mümkün olub alınsa belə bir şey. Hörmətlə, Gadirmüzakirə 21:08, 18 may 2024 (UTC)Cavabla