Layma (qənnadı)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Layma
Laima
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye Şokolad
Məhsulu şokolad məhsulları
Təsis tarixi Latviya
Bağlanma tarixi 10 fevral 2016
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi gəliri Latvian lats|LVL 7.71 Milyon (FY 2011)[1]
Xalis mənfəəti Latvian lats|LVL 681.9 min (FY 2011)[1]
Struktur
İşçi sayı 620
Ana şirkət Orkla Group
Rəhbərlik
Rəhbərlik Daumants Vītols (majority shareholder of Nordic Food)
laima.lv
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Layma ing. Laima Latviyanın ən böyük qənnadı məmulatları istehsalçısıdır və baş ofisi Riqada yerləşir. O, Latviya mifologiyasında taleyin ilahəsi olan Laymanın adını daşıyır.

Şirkətin fəaliyyətə başlaması 19-cu əsrə, Theodor Riegert şirkətinin Rusiya imperiyasının Baltikyanı əyalətlərində ən böyük qənnadı istehsalçılarından biri olduğu vaxta təsadüf edir. Sonralar Rusiya bazarlarının itirilməsinə baxmayaraq, şirkət 1918-ci ildə Latviyanın müstəqillik əldə etməsindən sonra ölkə daxilində öz iqtisadi mövqeyini qoruyub saxlaya bildi.[2]

Şirkətin indiki adı 1925-ci ildə iki qardaş Eliyahu və Leonid Fromençenko (həmçinin Fromçenko olaraq yazılır) ilə birləşdikdən sonra qəbul edilmişdir. 1933-cü ildə Eliyahu Fromçenko İsrailin Ramat-Qan şəhərində "Elite" adı altında şirkətini qurdu.[3]

1937-ci ildə şirkət Latviya hökumətinə satıldı. Həm 1930-cu illərdə, həm də Latviya SSR dövründə Layma Latviyada əsas şokolad istehsalçısı idi. Həmin dövrdə LW Goegginger (sonralar Uzvara adlandırıldı) bərk konfetlərin əsas istehsalçısı idi.

1990-cı illərdə Latviya müstəqilliyini bərpa etdikdən sonra Layma həm Uzvara, həm də peçenye, vafli və tort istehsalçısı olan Staburadze şirkətləri ilə birləşərək Layma adı altında vahid şirkətə çevrildi.

Korporativ işlər

[redaktə | mənbəni redaktə et]

Litvanın Karuna, İsveçin Marabou və Norveçin Freia kimi yerli brendlərinin oxşar regional istehsalçılarından fərqli olaraq, Layma Kraft Foods kimi beynəlxalq şirkət tərəfindən satın alınmadı. Laymanın sahibliyinə yerli iş adamı Daumants Vitolsa məxsus Nordic Food şirkəti nəzarət edir.[4] 2006-cı ilin dekabrında Laima səhmlərini Riqa Fond Birjasına təqdim etdikdən sonra onun faktiki sahibləri şirkəti 13 iyul 2007-ci ildə bazardan çıxararaq yenidən özəlləşdirməyə qərar verdilər.[5] Lakin şirkət 2014-cü ilin avqustunda Orkla Group tərəfindən alındı.[6]

Brendin tanınması

[redaktə | mənbəni redaktə et]

Laymanın hazırkı çeşidləri arasında ən uzun tarixə malik məhsul resepti 1937-ci ildən bəri dəyişməz qalan Serenad şokolad konfetidir.

Riqanın əsas görməli yerlərindən biri Azadlıq abidəsi yaxınlığında Layma saatı yerləşdirilmişdir. Bu, Riqada insanlar üçün ənənəvi görüş yeridir.

2007-ci ildə Layma reklam jesti olaraq Riqa körfəzindəki Ruhnu adasının sakinlərinə 40 kq-lıq ayı heykəli formasında şokolad paylaşdırdı. Bu jest çox ehtimal olunur ki, Latviyadan Estoniya adasına üzən qonur ayını simvolizə edirdi.[7]

  1. 1 2 "Pērn būtiski samazinājies "Laimas" un "Staburadzes" apgrozījums, bet pieaugusi peļņa". Kapitāls. 2012-11-23. 2013-02-19 tarixində orijinalından arxivləşdirilib.
  2. https://web.archive.org/web/20190421111401/http://gramatas.lndb.lv/periodika2-viewer/view/index-dev.html?lang=fr#panel:pp%7Cissue:/g_001_0302015606%7Carticle:DIVL7806%7Cpage:766%7Cquery:LatvijasKreditbanka%7CissueType:B
  3. "The murder of the Jews in Latvia: 1941-1945 By Bernhard Press". 2023-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.
  4. "Par 'Nordic Food' vienīgo īpašnieku kļuvis Daumants Vītols". Delfi. 2012-11-23. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.
  5. "Laima verschwindet von der Börse" (alman). nov.ost.info. 2007-07-12. 2011-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-02-02.
  6. "Orkla expands its Baltic operation by acquiring strong local brands". Orkla Group. 2014-09-15. 2016-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-15.
  7. Sheeter, Laura. "Latvia bears giant chocolate gift". BBC News. 2007-04-06. 2016-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-02-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]