II Hörmüz

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
II Hörmüz
Şəxsi məlumatlar
Doğum tarixi III əsr
Vəfat tarixi 309
Dəfn yeri
Fəaliyyəti monarx
Anası Sakastanlı Şapurduxtak
Uşaqları
Dini Zərdüştçülük
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II Hörmüz və ya II Ormizd (pəhl. 𐭠𐭥𐭧𐭥𐭬𐭦𐭣) — Sasanilər imperiyasının şahı. O, 303-cü ildən 309-cu ilə qədər, yəni yeddi il və beş ay hakimiyyətdə olmuşdur. II Hörmüz Narsenin (293–303-cü illərdə hakimiyyətdə olmuşdur) oğlu və varisi idi.

Onun hakimiyyəti dövründən bir qədər əvvəl Ermənistan krallığı xristianlığı özünün rəsmi dini elan etmiş və beləliklə, Sasanilər ilə bölüşdüyü qədim zərdüşti irsini tərk etmişdi. II Hörmüzün hakimiyyəti zamanı dövlətdə daxili qarışıqlıqlar mövcud idi, lakin o, uğurla bunların öhdəsindən gələ bilmişdi. II Hörmüz qərbdəki səylərində müvəffəqiyyət qazanmış, Suriyada Qəssani padşahını məğlub etmiş və onu öldürmüşdür. Buna baxmayaraq, onun səltənəti İran zadəganlarının intriqaları ilə dolmuşdu və o, tənha bir yerə aparılaraq sui-qəsdə uğramışdır.

Onun yerinə oğlu Aturnarse keçmiş, bir neçə ay hakimiyyətdə olduqdan sonra o da zadəganlar tərəfindən öldürülmüşdür. Onlar əvəzində II Hörmuzun körpə oğlu II Şapuru taxtda çıxarmışdılar.

Hörmüzün adı (həmçinin Ormizd olaraq yazılır) Avesta dilində Ahura Mazda kimi tanınan, zərdüştilikdə ali tanrının adının pəhləvi dilindəki versiyasıdır.[1] Bu adın qədim farsca ekvivalenti "Auramazdā", yunanca transliterasiyası isə "Hormisdas"dır.[1][2] Bu ad ermənicə "Ormizd", gürcü dilində isə "Urmizd" kimi qeyd edilir.[3][4]

  1. 1 2 Shayegan, 2004. səh. 462–464
  2. Vevaina, Canepa, 2018. səh. 1110
  3. Schmitt, Bailey, 1986. səh. 445-465
  4. Rapp, 2014. səh. 341–343
  • Al-Tabari, Abu Ja'far Muhammad ibn Jarir. Ehsan Yar-Shater (redaktor). The History of Al-Ṭabarī. 40 vols. Albany, NY: State University of New York Press. 1985–2007.
  • Brunner, C. J. Ādurfrāzgird // Encyclopaedia Iranica, Vol. I, Fasc. 5. 1983. 478.
  • Daryaee, Touraj. Šāpur II // Encyclopaedia Iranica. 2009.
  • Daryaee, Touraj. Sasanian Persia: The Rise and Fall of an Empire. I.B.Tauris. 2014. 1–240. ISBN 978-0857716668.
  • Kia, Mehrdad. The Persian Empire: A Historical Encyclopedia [2 volumes]: A Historical Encyclopedia. ABC-CLIO. 2016. ISBN 978-1610693912.
  • Lenski, Noel. The Cambridge Companion to the Age of Constantine. Cambridge University Press. 2007. ISBN 9781139000840.
  • Pourshariati, Parvaneh. Decline and Fall of the Sasanian Empire: The Sasanian-Parthian Confederacy and the Arab Conquest of Iran. London and New York: I.B. Tauris. 2008. ISBN 978-1-84511-645-3.
  • Rapp, Stephen H., Jr. The Sasanian World through Georgian Eyes: Caucasia and the Iranian Commonwealth in Late Antique Georgian Literature. Routledge. 2014. ISBN 978-1472425522.
  • Rezakhani, Khodadad. ReOrienting the Sasanians: East Iran in Late Antiquity. Edinburgh University Press. 2017. 1–256. ISBN 9781474400305.
  • Schmitt, R.; Bailey, H. W. ARMENIA AND IRAN iv. Iranian influences in Armenian Language // Encyclopaedia Iranica, Vol. II, Fasc. 4-5. 1986. 445–465.
  • Shahbazi, A. Shapur. SASANIAN DYNASTY // Encyclopaedia Iranica, Online Edition. 2005.
  • Shahbazi, A. Shapur. Hormozd II // Encyclopaedia Iranica, Vol. XII, Fasc. 5. 2004a. 464–465.
  • Shahbazi, A. Shapur. Hormozd (2) // Encyclopaedia Iranica, Vol. XII, Fasc. 5. 2004b. 461–462.
  • Shayegan, M. Rahim. Hormozd I // Encyclopaedia Iranica, Vol. XII, Fasc. 5. 2004. 462–464.
  • Tafazzoli, Ahmad. Ādur Narseh // Encyclopaedia Iranica, Vol. I, Fasc. 5. 1983. 477.
  • Şablon:ODLA
  • Weber, Ursula. Narseh // Encyclopaedia Iranica. 2016.
  • Wiesehöfer, Josef. Ancient Persia. Azodi, Azizeh tərəfindən tərcümə olunub. I.B. Tauris. 2001. ISBN 978-1-86064-675-1.