Corc Gellap

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Corc Gellap
ing. George Horace Gallup
Doğum tarixi 18 noyabr 1901(1901-11-18)[1][2][…]
Vəfat tarixi 26 iyul 1984(1984-07-26)[1][3][…] (82 yaşında)
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Prinston qəbiristanlığı[d]
Təhsili
  • Ayova Universiteti[d]
Fəaliyyəti statistik, sosioloq, riyaziyyatçı, jurnalist, iş adamı
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Corc Gellap (ing. George Horace Gallup; 18 noyabr 1901[1][2][…]26 iyul 1984[1][3][…]) — alim, jurnalist, statistik, pedaqoq, ictimai rəyin öyrənilməsi üzrə elmi metodların müəllifi.

1928-ci ildə ABŞ-nin Ayova ştatında "Oxucuların qəzet materiallarına olan marağının müəyyənləşdirilməsinin obyektiv metodu" adlı PhD dərəcəsi üzrə dissertasiyasını müdafiə etmişdir. 1932–36-cı illərdə reklam agentliyində çalışmış və ilk dəfə bazarın araşdırılması üçün müştərilərin sorğularını tətbiq etmişdir.

1935-ci ildə Amerika ictimai rəy institutunun əsasın qoymuşdur və bu institut artıq növbəti il prezident seçkiləri öncəsi sorğuların təşkilatçısı kimi məşhurlaşmışdır. 1958-ci ildə bu institut digər strukturlarla birgə "The Gallup Organization" adı altında birləşdirilmişdir.

  1. 1 2 3 4 George Horace Gallup // Encyclopædia Britannica (ing.).
  2. 1 2 George Horace Gallup // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 George Horace Gallup // The Biographical Dictionary of Iowa (ing.). University of Iowa Press, 2008. ISBN 978-1-58729-685-7