İstifadəçi müzakirəsi:RuST4M-RSA

Vikipediya saytından
Ən son rəy:7 il öncə, White Demon tərəfindən "Vikipediya Asiya Ayı 2016: Dəvət" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Şablon yaratmaq problemi

[mənbəni redaktə et]

Salam Araz müəllim. Mən vikidə yeni fəaliyyətə başlamışam. İlk məqaləmi Amerikalı sosioloq Samner Uilyam haqqında yazdım. Sadəcə olaraq sağda şəkilli şablonu düzəldə bilmədim. Başqa məqalələrdən html kodu copy paste edib üstündə dəyişiklik etsəm belə alınmadı. Xahiş edirəm köməklik göstərəsiniz. Hörmətlə: — Bu imzasız yazı RuST4M-RSA (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Salam. Aramıza xoş gəldin. Mən o məqaləni silmişəm. Məqalə ensiklopediklikdən çox bədii məqalə idi. Burada ancaq ensiklopedik formada məqalə yazmaq lazımdır. Siz yenidən məqaləni yaradın (amma ensiklopedik). Mən sizə kömək edəcəm. Şablon qoymağa tələsməyin. o sadə bir şeydir əsas məqalənin özüdür. --Araz Yaquboglu (talk) 12:32, 7 aprel 2014 (UTC)Cavabla

Mənim yazdığım məqalə xəbərdarlıqsız və heç bir səbəb göstərilmədən silindi. Siz deməsəydiniz mən heç bilməyəcəkdim də. Bu hansı qanunauyğundur sizcə? Bədii dildə olsa belə yazdığım məqalə Samner Uilyam haqqında məlumat verirdi. Ən azından onun kim olduğunu bilməyənlər öyrənəcəkdilər. Məqalə yeri boş qalmaqdansa onlar haqqında kiçik də olsa məlumat olması daha yaxşı olardı. Siz mənim əməyimi və əziyyətimi yerə vurdunuz. Təşəkkür edirəm... — Bu imzasız yazı RuST4M-RSA (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Siz yenisiz ruhdan düşməyin çalışın. Mənim burada hələ də məqalələrimi silirlər. Bu o demək deyil ki, mənim ğziyyətim itir. Deməli daha da yaxşı çalışmalıyıq. İstəsəniz məqaləni bərpa edə bilərəm. Əgər vikiləşdirəcəksizsə. --Araz Yaquboglu (talk) 14:01, 7 aprel 2014 (UTC)Cavabla

Samner Uilyam haqqında tapdıqlarım təəssüflər olsun ki bu qədərdir. Mən çalışacam başqa məqalələr yaradım. Sizə bir sualım var. Hansısa oxuduğum məqalənin kim tərəfindən yazılmasını haradan öyrənə bilərəm?

Hər bir məqalədə yuxarıda redaktə sözünün sırasında tarixçə var onu vurduqda məqaləni kim yaradım, nə vaxt, saat neçədə yazdığı hamısı görsənir. Ora kimlər nə əlavə edibsə hamsı var. burada və ya kiməsə mesaj yazanda mesajın sonun 4 ədəd ~ bu titl işarəsindən qoy ki imzan olsun. --Araz Yaquboglu (talk) 06:25, 8 aprel 2014 (UTC)Cavabla
Samner Uilyam məqalənizi bərpa etdim amma onun həyatını yazın. --Araz Yaquboglu (talk) 06:34, 8 aprel 2014 (UTC)Cavabla

Təşəkkür edirəm RuST4M (talk) 06:54, 8 aprel 2014 (UTC)Cavabla

Qazax Sement Zavodu

[mənbəni redaktə et]

Salam Araz müəllim. Qazax Sement Zavodu adlı yaratdığım məqaləni kim və hansı səbəbdən sildi? Bir məqaləni silərkən nəyə görə məqalənin silinmə səbəbi qeyd edilmir? Xahiş edirəm bunu mənə biriniz izah edin. Mən fəal iştirak etmək fikrindəyəm viki az-ın inkişafında. Qeyd etmək istəyirəm ki, həmin məqalənin redaktəsini Siz etmisiniz. Azerbaycan zavodları kateqoriyasına daxil etmişdiniz. Xahiş edirəm bununla bağlı mənə köməklik göstərəsiniz. — Bu imzasız yazı RuST4M-RSA (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Salam. Qazax sement zavodu sözünün üstündə mişka ilə vuranda açılan pəncərədə göstərilir ki, məqaləni İstifadəçi:Baskervill silib. Səbəb də orada yazılıb ki: Qeyri ensiklopedik məqalə. Ona İstifadəçi müzakirəsi:Baskervill səhifəsində müraciət edə bilərsiz. --Araz Yaquboglu (talk) 15:35, 9 aprel 2014 (UTC)Cavabla

Təşəkkür edirəm RuST4M (talk) 15:48, 9 aprel 2014 (UTC)Cavabla

Təşəkkürlər

[mənbəni redaktə et]

Araz müəllim. Bağışlayın mənim hər çətinliyim olan kimi Sizə müraciyyət edirəm. Amma bu dəfə problemlərlə dolu mövzu açmadım :) Mən Sizə təşəkkür edirəm. Mənim açdığım yeni məqalələrdə dəyişiklik edərək mənim hələ edə bilmədiyim işləri Siz tamamlayaraq məqaləni daha da zənginləşdirirsiniz. Təşəkkür edirəm :) RuST4M (talk) 16:47, 9 aprel 2014 (UTC)Cavabla

Azərbaycanda eneolit dövrü

[mənbəni redaktə et]

Salam Rüstəm bəy. Mən sizin məqalənizdə heç kimin müdaxilə etməməsi və Hazırlanma prosesində olması üçün şablon qoydum. Lazım olduğu halda məqalələrinizdə o şablondan istifadə edin. Məqalələrin adında nazırlanır yazmaq olmaz. Və yerləşdirdiyiniz şəkillərin adını da şəkilə və məqaləyə uyğun ad qoyun. Məsələn: Azərbaycanda eneolit dövrü, Azərbaycanda eneolit dövrü-1 və sair. İşlərinizdə sizə uğurlar. --Araz Yaquboglu (talk) 09:01, 15 aprel 2014 (UTC)Cavabla

Salam Araz bəy. Mənə göstərdiyiniz köməkliklərə görə Sizə sonsuz minnətdarlığımı bildirirəm. Burada yeni olduğuma görə bəzən belə qüsurlara yol verirəm. Amma Sizin və Nihat bəyin ( Baskervill ) məsləhətləri və redaktələri sayəsində yanlışlıqları anlayır və növbəti məqalələrdə eyni yanlışlıqlara yol verməməyə çalışıram. Şəkil yükləmə anında tarixi və qədimi şəkillərə hansı lisenziyanın aid olduğunu seçə bilmirəm. Yaratdığım Azərbaycanda eneolit dövrü məqaləmdə yerləşdirdiyim şəkilləri Creative Commons Attribution 3.0 lisenziyası ilə yükləmişəm. Doğru və ya yanlış etdiyimi isə bilmirəm. Bu səbəbdən mənə müəllifi olmayan və tarixi şəkilləri yükləyərkən hansı lisenziyadan istifadə edə biləcəyim haqqında məlumat verə bilərsinizmi? RuST4M-RSA (talk) 09:34, 15 aprel 2014 (UTC)Cavabla

Salam, fəaliyyətinizi maraqla izləyirəm. Sizin yaratdığınız Azərbaycanda eneolit dövrü məqaləsi ilə bağlı bəzi təkliflərim var. Əgər təklifimi qəbul etsəz birlikdə bir neçə maraqlı məqalə işləyə bilərik. Mən özüm də ixtisasca tarixçiyəm və vikidə arxeologiya ilə bağlı bir neçə məqalə yaratmışdım. Sizin Azərbaycan arxeologiyasına maraq göstərməyiniz məni çox sevindirdi. Deməli belə.)) Əvvəlcə qeyd edim ki, Azərbaycanda eneolit dövrü məqaləsi məzmun olaraq zəngin olsa da, mövzu adı olaraq düzgün seçilmədiyini düşünürəm. Ona görə də, təklif edirəm ki, məqalə bir neçə hissəyə bölünərək, məlumatlar uyğun məqalələrdə yerləşdirilsin. Yəni, məqalədə yer almış və sırf Azərbaycanla yox, ümumilikdə Eneolit dövrü ilə bağlı olan fikirlər Eneolit məqaləsinə yerləşdirilsin və məqalə inkişaf etdirilsin. Sırf Azərbaycanda Eneolit dövrü və abidələri ilə bağlı olan məlumatlar isə yeni yaradılacaq Azərbaycan arxeologiyası məqaləsində Eneolit dövrü başlığı altında yerləşdirilsin. Qeyd edim ki, rus və ingilis vikilərində müvafiq məqalə olsa da ([1]), azvikidə hələki bu məqalə işlənilməyib. Konkret olaraq hansısa Eneolit dövrü abidəsi ilə bağlı olan məlumatları həm də həmin abidə ilə bağlı məqaləyə əlavə etməklə həmin məqalələri də inkişaf etdirmək olar. Mən Azərbaycan Arxeologiyası ilə bağlı şablon yaratmışam və dövrlər üzrə arxeoloji abidələr göstərilib həmin şablonda [2]. Siz də şablona nəzər salın və mənim bilmədiyim hansısa abidələr varsa onların da adını şablona əlavə edin. Həmçinin azərbaycanın Eneolit dövrü abidələri ilə bağlı da ayrıca şablon yaratmışdım [3]. Mənim bilmədiyim abidələri bura da əlavə edə bilərsiz. Əgər sizi sırf eneolit dövrü maraqlandırırsa, bunları etmək mümkündür. Yox ümumilikdə Azərbaycan arxeologiyası maraqlandırırsa, o zaman Azərbaycan arxeologiyası məqaləsini inkişaf etdirib status almasına nail ola bilərik. Ümidvaram təklifim sizə maraqlı gələr. Hörmətlə --sefer azeri 09:20, 20 aprel 2014 (UTC)Cavabla
Salam Səfər bəy. Təklifiniz çox maraqlı və düşündürücüdür. Mən ixtisasca tarixçi olmasam da tarixə və əsasən də arxeologiyaya marağım çoxdur. Mən 28 gündür vikidə qeydiyyatdan keçmişəm. Bunu söyləməyimdə məqsədim budur ki, Siz vikidə daha çox vaxtdır fəaliyyət göstərirsiniz və hansı məqalənin düzgün və ya yanlış olduğunu məndən daha yaxşı bilirsiniz. Mən az vikidə yeni fəaliyyətə başlayanda Edafor, Eneolit, Tunc dövrü, Neolit və s. məqalələrin zəngin olmadığını gördüm və bu mövzular üzrə məqalələri zənginləşdirmək qərarına gəldim. Sizin bu təklifinizə qədər qarşıma hansı məqsədi qoyduğumu açıqlayım.Edafor, Eneolit, Tunc dövrü, Neolit adlı məqalələrin hər birindən 2 ədədini zənginləşdirmək fikrində idim. Nümunə üçün: 1.Azərbaycanda eneolit dövrü, 2.Eneolit dövrü. 1.Azərbaycanda tunc dövrü, 2.Tunc dövrü. Mən yalnız Azərbaycanda eneolit dövrünə aid bu qədər məlumat yığa bilmişəmsə, dünya üzrə eneolit dövrünə aid yığa biləcəyim məlumatları siz təsəvvür edin. Bunların hər biri vahid Eneolit məqaləsində cəmlənərsə məqalənin uzun olması oxucuları mənim fikrimcə yorardı. Hər bir məqalənin sonunda isə "həmçinin bax" adlı bölmədə ona oxşar məqalələrə keçid əlavə edəcəkdim. Eneolit dövrü adlı məqalədə Azərbaycan haqqında sadəcə kiçik məlumat yerləşdirəcəkdim. Necə ki, tarix dərsliklərində də Qədim dünya tarixiAzərbaycan tarixi adlı 2 dərsliyə bölünüb. Siz illərinizi az vikiyə həsr etmisiniz və məndən daha çox təcrübəlisiniz))) Sizinlə birgə işləyib məqalə yaratmaq mənə yalnız yeni təcrübə qazandırar. Mən hazır))) Hər birimizin məqsədi az vikini zənginləşdirməkdir. Hörmətlə RuST4M-RSA (talk) 19:58, 20 aprel 2014 (UTC)Cavabla
Təklifimi bəyənməniz məni sevindirdi. Belə başa düşdüm ki, təklifimlə razısız.) Əgər belədirsə, elə sabahdan işə başlaya bilərik. Hörmətlə--sefer azeri 20:10, 20 aprel 2014 (UTC)Cavabla
Mənim bu məqaləmə mümkünsə toxunmayın, çünki bu məqalə üçün gecəmi-gündüzümə qatmışam))) Bu məqaləni daha da zənginləşdirmək fikrindəyəm. Amma sizinlə bərabər arxeologiyaya aid məqalələr yaratmaq təklifini qəbul edirəm. Hörmətlə:RuST4M-RSA (talk) 20:34, 20 aprel 2014 (UTC)Cavabla
Sizin məqalənizə toxunmaq fikrim yoxdu, indiki halda məqaləyə toxunmağa haqqım da çatmır. Sadəcə olaraq məqaləniz üçün düzgün ad seçmədiyinizi bildirmək istəyirəm. Fikir verin, Azərbaycanda Eneolit dövrü məqaləsinə interviki əlavə edə bilməyəcəksiz. Çünki, həmin adda məqalə başqa vikilərdə yoxdu və yaradıla da bilməz. Sadəcə olaraq siləcəklər belə adlı məqaləni. Adətən hər ölkənin arxeologiyası və ya tarixə qədərki dövrü (prehistory) haqqında məqalə yaradılır və ibtidai icma dövrləri haqqında məlumatlar bir məqalədə verilir. Ona görə də mən sizə Azərbaycan Arxeologiyası mövzusunda məqalə üzərində işləməyi təklif etdim. Mən isə sizin zəhmətinizin hədər getməməsi üçün fəaliyyətinizi bir qədər düzgün istiqamətləndirməyə cəhd etdim. Belə başa düşürəm ki, boşuna.) İşlərinizdə uğurlar, hörmətlə --sefer azeri 20:37, 20 aprel 2014 (UTC)Cavabla
Xeyir Səfər bəy boşuna bu qədər mənə vaxtınızı sərf etmədiniz. Mən sizi gözəl anladım. Azərbaycan Arxeologiyası mövzusunda işləməyi isə qəbul edirəm. Günü sabahdan bu barədə məlumatlar şəkillər toplayacağam. Biz işimizi davam edək sizin dediyiniz kimi bütün Azərbaycana aid arxeologiyanı bir məqalə üzərində cəmləyək. Mən demək istəyirəm ki, bunları edək amma mənim də məqaləm az vikidən silinməsin məncə həmin məqalənin az vikidə qalması heç bir şeyə zərər verməz.)) Belə mümkündürmü? RuST4M-RSA (talk) 20:54, 20 aprel 2014 (UTC)Cavabla
Sizin məqalənizə toxunmaq fikrim yoxdu, indiki halda məqaləyə toxunmağa haqqım da çatmır. Sadəcə olaraq məqaləniz üçün düzgün ad seçmədiyinizi bildirmək istəyirəm. Fikir verin, Azərbaycanda Eneolit dövrü məqaləsinə interviki əlavə edə bilməyəcəksiz. Çünki, həmin adda məqalə başqa vikilərdə yoxdu və yaradıla da bilməz. Sadəcə olaraq siləcəklər belə adlı məqaləni. Adətən hər ölkənin arxeologiyası və ya tarixə qədərki dövrü (prehistory) haqqında məqalə yaradılır və ibtidai icma dövrləri haqqında məlumatlar bir məqalədə verilir. Ona görə də mən sizə Azərbaycan Arxeologiyası mövzusunda məqalə üzərində işləməyi təklif etdim. Mən isə sizin zəhmətinizin hədər getməməsi üçün fəaliyyətinizi bir qədər düzgün istiqamətləndirməyə cəhd etdim. Belə başa düşürəm ki, boşuna.) İşlərinizdə uğurlar, hörmətlə --sefer azeri 20:36, 20 aprel 2014 (UTC)Cavabla
Xeyir Səfər bəy boşuna bu qədər mənə vaxtınızı sərf etmədiniz. Mən sizi gözəl anladım. Azərbaycan Arxeologiyası mövzusunda işləməyi isə qəbul edirəm. Günü sabahdan bu barədə məlumatlar şəkillər toplayacağam. Biz işimizi davam edək sizin dediyiniz kimi bütün Azərbaycana aid arxeologiyanı bir məqalə üzərində cəmləyək. Mən demək istəyirəm ki, bunları edək amma mənim də məqaləm az vikidən silinməsin məncə həmin məqalənin az vikidə qalması heç bir şeyə zərər verməz.)) Belə mümkündürmü? RuST4M-RSA (talk) 20:55, 20 aprel 2014 (UTC)Cavabla
Əgər məlumatları müvafiq məqalələrə köçürməsəz, sizin məqalənizi silmək fikrim yoxdu və qaydalarda buna imkan vermir. Amma təkrar edirəm ki, məqaləniz üçün düzgün ad seçməmisiniz. Məqalənizdəki məlumatların başqa bir ad altına daşınması sizin əziyyətinizin məhv olması yox, daha səmərəli istifadəsi deməkdir. Bu halda siz azvikiyə daha çox fayda vermiş olarsız və həftələrdən birində sizin yaratdığınız məqalə də azvikinin ana səhifəsində seçilmiş məqalə kimi yayımlanar. Amma bunun üçün əvvəlcə məlumatları düzgün adlar altında yerləşdirməliyik, məncə. O ki, qaldı nəsə şəkil axtarışlarına, buna ehtiyac yoxdu. Məndə kifayət qədər vizual material var, əgər birlikdə işləyəsi olsaq, əsas gücümüzü mətnlərin hazırlanmasına və mümkün qədər zəngin istinadların göstərilməsinə verməli olacıyıq. Amma bütün bunlar üçün, qeyd etdiyim kimi, əvvəlcə məlumatlarınızı düzgün adlar altında yerləşdirməliyik. Hörmətlə --sefer azeri 21:05, 20 aprel 2014 (UTC)Cavabla
Sizi anladım. Mənim məqaləm üçün seçdiyim adın müzakirə mövzusu olacağını bilirdim. Çünkü həqiqətən düzgün ad deyil. O zamanlar heç bir ölkənin sərhət və əraziləri olmadığından Azərbaycanda eneolit dövrü demək də düzgün deyil. Sadəcə məqaləm yalnız Azərbaycanın tarixi torpaqlarında eneolit dövrünün tapıntılarından və mədəniyyətindən bəhs etdiyinə görə məqaləyə belə bir adın verilməsinə məcbur qaldım. Dediyim kimi hər birimizin bir məqsədi var ki, az vikini zənginləşdirək. Təklifinizi qəbul edirəm. Arxeologiyaya aid məndə də elektron kitablar və məlumatlar var. Birlikdə Azərbaycan arxeologiyası məqaləsini zənginləşdirə bilərik. Hörmətlə: RuST4M-RSA (talk) 04:32, 21 aprel 2014 (UTC)Cavabla
Ortaq dil tapa bildiyimizə sevindim.) O zaman bu gündən işə başlaya bilərik. İlk mərhələ olaraq mən Azərbaycan arxeologiyası məqaləsi yaradacam və bölmələri yerləşdirəcəm. Siz isə yaratdığınız məqaləni bölüb müvafiq məqalələrdə, o cümlədən Azərbaycan arxeologiyası və Eneolit məqalələrində yerləşdirin. Azərbaycanda eneolit dövrü məqaləsindəki məlumatları tam köçürdükdən sonra həmin məqaləyə silinmə şablonu qoyun ki, mən silim həmin məqaləni, bundan sonra Azərbaycan arxeologiyası məqaləsinin digər bölmələri üzərində işlərə başlayarıq. Bir də, mümkün qədər istnadları artırın. İşin gedişində hər dövrə aid Azərbaycanda olan abidələr haqqındakı məqalələri də inkişaf etdirərik, olmayanları isə yaradarıq. Əla nəticə əldə edəcəyimizə inanıram. Uğurlar! Hörmətlə --sefer azeri 07:55, 21 aprel 2014 (UTC)Cavabla
Mən artıq məqaləni yaratmışam və bəzi məlumatlar yerləşdirmişəm. Eneolit dövrünə aid məndə yaratdığım Azərbaycanda eneolit dövrü adlı məqalədən daha çox məlumatlar var. İstinadları ilə birlikdə həmin məlumatları Azərbaycan arxeologiyası adlı məqaləyə yerləşdirəcəyəm. Sizdən xahişim budur ki, əgər ehtiyyac varsa məqalənin sağında yerləşdirmək üçün yaxşı bir şablon düzəltdəsiniz. RuST4M-RSA (talk) 08:59, 21 aprel 2014 (UTC)Cavabla
Artıq şablon yerləşdirmişəm. Siz mətnləri əlavə etdikcə mən də məqalə üzərində işləyəcəm. İşə davam.))--sefer azeri 09:38, 21 aprel 2014 (UTC)Cavabla

Mükafat

[mənbəni redaktə et]

Salam Rüstəm bəy. Sizə Ulduz mükafatı verdim. Bu münasibətlə sizi təbrik edirəm və tərəfinizdən qısa zamanda göstərilən dəyərli fəaliyyətlə buna tam layiq olduğunuzu düşünürəm. Hörmətlə:--Baskervill (talk) 21:54, 17 aprel 2014 (UTC)Cavabla

Salam. Nihat bəy. Çox sevindim təşəkkür edirəm. RuST4M-RSA (talk) 06:32, 18 aprel 2014 (UTC)Cavabla

Rüstəm bəy hansı istifadıçiyə mesajın varsa həmin adamın İstifadəçi müzakirəsi səhifəsinə daxil olub orada yazmalısız. Necə ki, biz sənə olan mesajımızı gəlib sənin İstifadəçi müzakirəsi səhifəndə yazırıq. Məsələn sən bundan öncəki Nihat bəyə olan sözünü, təşəkkürünü İstifadəçi müzakirəsi:Baskervill səhifəsində yazmalı idin. --Araz Yaquboglu (talk) 06:38, 18 aprel 2014 (UTC)Cavabla

Vikipediya Asiya Ayının son həftəsi

[mənbəni redaktə et]

Salam RuST4M-RSA!

Ümumilikdə layihədə iştirak 1000-ə yaxın vikipediyaçıdan biri kimi layihəyə qoşulduğunuza görə təşəkkür edirəm! Layihə iştirakçılarının çoxu indiyə qədər böyük işlər görüblər. Sizə layihə ilə bağlı bir neçə yeniliyi bildirmək istəyirəm:

  1. Əgər siz "Asiya Ayı Səfiri" fəxri adını qazanmaq istəyirsinizsə, məsləhət görürəm ki, layihənin Ana Səhifəsində digər istifadəçilərin də töhfələrinə baxasız. Biz həmçinin hər Vikipediya üçün əlavə "Vikipediya Asiya Səfiri" adını təsis etmək qərarına gəldik. Ən çox məqalə yaradıb "Vikipediya Asiya Səfiri" adını qazanan istifadəçidən əlavə, təsdiq edilmiş məqalə sayı 30-dan çox olmaq şərti ilə, ikinci ən çox məqalə yaradacaq istifadəçi də "Vikipediya Asiya Səfiri" adına layiq görülə bilər.
  2. Artıq layihənin başa çatmasına 1 həftə vaxt qalıb. Layihə çərçivəsindəki töhfələrinizi qeyd etmək üçün son gün 3 dekabrdır. Ancaq noyabr ayında verilən töhfələr qeydə alınacaqdır.
  3. Əgər siz 5 məqalə yazmısınızsa, amma kiçik səbəblərə görə (məsələn, ola bilər ki, məqalələrdən birində 250 sözə çatmaq üçün sadəcə 4-5 söz kifayət etmir və s.) bir və ya bir neçəsi təsdiq olunmayıbsa, narahat olmayın, sizə də açıqca göndəriləcəkdir.
  4. Əgər siz hədəfinizə çatmasaz belə, layihə iştirakçısı olduğunuza və Asiya mövzusundakı töhfələrinizə görə təşəkkürümüzü bildiririk.

Əgər hər hansı sualınız varsa mənimlə əlaqə saxlayın: --Serk@nl@nd 18:36, 25 noyabr 2015 (UTC)Cavabla


Salam.

Dəyərli məsləhətləriniz üçün təşəkkür edirəm. Asiya ayının son günlərində bu layihəyə qoşuldum. Buna təəssüf edirəm. Amma son günlərdə də bacardığım qədər məqalə yaratmağa çalışacağam. --RuST4M

Laboratoriya

[mənbəni redaktə et]

Salam. Mən Azərbaycan arxeologiyası adlı məqaləmi Laboratoriyaya təqdim etmək istəyirəm. Daha doğrusu əlavə etmişdim ,lakin Sizin tərəfinizdən silindi. Yəqin ki, bilmədən qaydalara uyğun olaraq təqdim etməmişəm məqaləni. Mənə köməklik edə bilərsinizmi? --RuST4M-RSA

Salam. Siz əvvəlcə məqaləni Laboratoriyaya namizəd siyahısına təqdim etməlisiz. Orada başqa məqalələr də təqdim olunub, nümunə kimi istifadə edə bilərsiz. Həmin bölməyə nəzarət edən istifadəçilərdən biri məqaləni laboratoriyaya daxil edəcək.--White DemΩn (müzakirə) 18:56, 18 avqust 2016 (UTC)Cavabla

İzahlı olaraq köməklik göstərdiyiniz üçün Sizə minnətdaram. Məqaləni dediyiniz yerə qeyd etdim. --RuST4M-RSA

Vikipediya Asiya Ayı 2016: Dəvət

[mənbəni redaktə et]

Keçən il Vikipediya Asiya Ayında iştirak etdiyinizə görə təşəkkür edirəm və ümid edirəm ki, müsabiqədən zövq almısınız. Keçən il bu layihə çərçivəsində Vikipediyanın 43 dil bölməsində 7000-dən çox məqalə yaradılmışdır və nəticədə, Asiya ayı Vikipediyadakı ən böyük tədbirlərdən biri olmuşdur. Biz noyabr ayında bu müsabiqəni yenidən təşkil edirik və sizi yenə iştirak etməyə dəvət edirik.

Bu il açıqca (yeni dizaynda) əldə etmək üçün minimum 5 yox, 4 məqalə yaratmaq lazımdır. Məqalənin ölçüsü azı 3000 baytdan və 250 sözdən ibarət olmalıdır. Həmçinin açıqca göndərmək prosesində yeniliklər var: açıqcalar indidən hazırlanır və digər dillər gözlənilmədən ünvanlar toplanılır.

Vikipediyanın hər bir dil bölməsində layihə çərçivəsində ən çox məqalə yaratmış istifadəçi "Vikipediya Asiya Səfiri" adına layiq görüləcək. Layihə qalibinə səfir sertifikatı göndəriləcək.

Diqqətinizə aldığınıza görə təşəkkürlər!--White DemΩn (el psy congroo) 14:46, 31 oktyabr 2016 (UTC)Cavabla