Bu istifadəçi redaktə sayına görə ən çox redaktə etmiş 100 istifadəçi arasındadır.
Arxiv mesajlar qutusu
Mükafatlarım

İstifadəçi müzakirəsi:Gadir

Vikipediya saytından
(İstifadəçi:Lavici səhifəsindən istiqamətləndirilmişdir)
Ən son rəy:19 saat öncə, Vusalsuvarov1996 tərəfindən "Silinməyə namizəd səhifələr" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

ㅤMesaj yazㅤ E-poçt göndər


Əhmədəli Həsənov

[mənbəni redaktə et]

Salam, Əhmədəli Həsənov səhifəsini yayımlaya bilmirəm. Köməklik edə bilərsiz? Bu fəaliyyət avtomatik olaraq zərərli fəaliyyət kimi təyin olunmuş və buna görə də qəbul edilməmişdir - belə yazılır. Vüqar198751 (müzakirə) 08:27, 2 iyun 2024 (UTC)Cavabla

Salam. Vikiləşdirmə etmədiyinizə görə. Yəni heç bir daxili keçid verməmisiniz. Bundan əlavə, VP:ŞEƏVP:EƏ qaydaları ilə tanış olun. Hörmətlə, Gadirmüzakirə 12:50, 2 iyun 2024 (UTC)Cavabla
təşəkkür Vüqar198751 (müzakirə) 09:19, 10 iyun 2024 (UTC)Cavabla

Report

[mənbəni redaktə et]

Please check this user for a COI violation: https://az.wikipedia.org/wiki/X%C3%BCsusi:T%C3%B6hf%C9%99l%C9%99r/YunisOrucov Thank you. Ternera (müzakirə) 19:09, 3 iyun 2024 (UTC)Cavabla

@Ternera, I'll follow this user's contributions. Thanks for reporting. Best regards, Gadirmüzakirə 20:06, 3 iyun 2024 (UTC)Cavabla

5 mindən çox redaktəsi olan həmkarın heç nədən bloklanması

[mənbəni redaktə et]

Gadir, son günlər sizin bəzi redaktələrinizi başa düşməkdə çətinlik çəkirəm. SM Brothers Holding, icma üçün dəyərli imza olub və 5 minə yaxın redaktə edib. Siz isə sonuncu dəfə 5 il əvvəl fəaliyyət göstərmiş istifadəçini istifadəçi adına görə müddətsiz blokladınız az əvvəl. Bu qərarı hansısa inzibatçı və yaxud icma ilə razılaşdırmısızmı ? Hörmətlə;— Kholat Syakhl (müzakirə) 11:49, 4 iyun 2024 (UTC)Cavabla

Salamlar. Qaydalardan kənar bir əməliyyat icra etməmişəm. Blok qaydalara uyğun qoyulub, müzakirə səhifəsində bu barədə bildiriş də qoyulub. Fəaliyyətə başlayıb müraciət edib dəyişdirdiyi təqdirdə blok açılacaqdır. Fəaliyyətsiz olması o demək deyil ki, reklam və digər pozuntu hesab edilən adların fəaliyyətləri açıq qala bilər. Fəaliyyətsizlik və "dəyərli istifadəçi" olması bəhanə ola bilməz. Bütün istifadəçilərin fəaliyyəti dəyərlidir. Qeyd etdiyiniz isitfadəçinin ən son blokunu elə sizin açdığınızı gördüm, halbuki bu adla fəaliyyətə icazə verilməməli və dəyişdirməyə təşviq edilməli idi. Heç nədən bloklanmayıb yəni. Görünür, o vaxtlar qayda boşluğundan olan şeydir ki, heç nə tədbir görülməyib. Mən istifadəçi adlarını təftiş edir və qaydalara uyğun addımlar atıram, gələn geri dönüşlərə görə də müvafiq əməliyyatları icra edirəm. Sizin də lütfən belə şeylərə müzakirə bildirməyiniz əvəzinə töhfə verməyə fokuslanmağınızı xahiş edirəm. Hörmətlə, Gadirmüzakirə 11:58, 4 iyun 2024 (UTC)Cavabla

Əziz Əzizov Abduləziz oğlu

[mənbəni redaktə et]

salam İnzibatci Gadir siz bizim 1918ci il Mart Soy Qirimi Şəhidimiz haqqinda açdiğimiz wikipediyasin sildiz sebeb ne idi? 185.146.113.103 21:08, 5 iyun 2024 (UTC)Cavabla

Tariximizi Ve Tariximizde Qehremanliq görseden Şəhidlərimizi tanitmaq tanitdirmaq her birimizin borcudu ne sef qeyd olunub niye silinib deyersiz 1918ci il Mart Soy Qirim Şəhidi Əziz Əzizov Abduləziz oğlu 185.146.113.103 21:10, 5 iyun 2024 (UTC)Cavabla

Zehmet olmasa cavab yazarsiz 185.146.113.103 21:15, 5 iyun 2024 (UTC)Cavabla

Salam. Məqalə M8 (orijinal tədqiqat) səbəbilə silinib. Təsadüfi deyil ki, səhifəyə patrul həmkarım Qraf tərəfindən eyni səbəblə sil şablonu yerləşdirilmişdi və mən də qaydalara uyğun silmişəm. Heç bir etibarlı mənbə yoxdur (özünüzü mənbə kimi göstərə bilməzsiniz). Heç Mart soyqırımı məqələsində qurbanlar barədə ətraflı məlumat verilməyib (ad-soyad olaraq). Qeyri-dəqiq məlumatdır. Həmçinin diqqət yetirin və nəzərə alın ki, Vikipediya milli ensiklopediya deyil. Hörmətlə, Gadirmüzakirə 21:47, 5 iyun 2024 (UTC)Cavabla
Menbe gorsedilib size İsmayilli İcra Hakimiyyeti ve İsmayilli Rayon Talistan Kend Kendd Saveti idaresi yazdiqlarimiz dovlet idareleridi men ozumu memce kimi göstermemişem men istinatdlarda gostermişem Iki dovlet idaresinin adini qeyd etmişem biz özumuzden yalandan heçne yazmamişiq Qeyd etdiyimiz insan Taninmiş insan olub adli sanli Vetenperver Merd insan olub 1918 ci il 31 mart soy qiriminda Ismayilli Rayon Talistan Kendinin ilk Soy qirim Şəhididi zehmet olmasa qryd edin yeniden yaratmaq ucun wikipediya seifesin nece yazmaq lazimdi menbe gorsetmişik izah edin ocur duzeliş edek qeyd etdiyim melumatlar doğru melumatlardi zehmet olmasa cavab yazin men Şəhidimizin neticesiyem Milli Qehremanlarimiz Mübariz İbrahimov Ferid Ehmedov qrupunun tesiscisi Qehreman Şəhid ve Qazi ailelerimiz üzre vekil kömekçisiyem könullü genc vetenperver 185.146.113.46 06:42, 6 iyun 2024 (UTC)Cavabla
İsmayilli Rayon Talistan kendinde Mar Soy qiriminde nece kend sakini soy qirima meruz qalib Soy Qirim qurbanlarinin siyahisini qeyd etmeliyem sonra qeyd etdiyim Mart Soy qiriminin Şəhidimizin adidi Əzizov Əziz AbdulƏzizoğlu 185.146.113.46 06:47, 6 iyun 2024 (UTC)Cavabla
Xeyr. Mənbə göstərməmisiniz. Mənbə kimi göstərdiyiniz keçid İH saytına keçiddən başqa şey deyil. Hörmətlə, Gadirmüzakirə 09:48, 6 iyun 2024 (UTC)Cavabla
Salam zehmet olmasa menbe nece gorsetmeliyem onu mene de men iki dene dovlet idaresinin adin yazib onu istinat gorsetmisem siz bize deyin nece yaratmaq lazimdi nece elave etmek lazimdi deyin biz edek eger isdeyirsizse biz size yazaq gonderek siz yerlesdirmeye komek edin olarmi?zehmet olmasa 185.146.113.103 20:16, 7 iyun 2024 (UTC)Cavabla

Zakirbayramov istifadəçisinin sualı (10:39, 6 iyun 2024)

[mənbəni redaktə et]

salam --Zakirbayramov (müzakirə) 10:39, 6 iyun 2024 (UTC)Cavabla

Salam :) Hörmətlə, Gadirmüzakirə 10:46, 6 iyun 2024 (UTC)Cavabla
Gadir bey men nece basliqi oz adim edim? Zakirbayramov (müzakirə) 17:53, 7 iyun 2024 (UTC)Cavabla
Salam. Məqalə sehrbazındakı təlimatları izləyin. Hörmətlə, Gadirmüzakirə 18:06, 7 iyun 2024 (UTC)Cavabla

VP:RSVS

[mənbəni redaktə et]

Salam. Bu səhifəni niyə silmisiz? “RSGVS” səhv abreviaturadır. Çünki bizim dil qaydalarına əsasən “görə” kimi bağlayıcılar abreviaturada verilmir. Necə ki “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” TQÜDK yox, TQDK idi. Və ya necə ki, Bərpa üçün Namizəd Səhifələr BÜNS yox, BNS-dir. Öz də bunu müzakirəsiz və xəbərdarlıqsız etmisiz. Niyə? samral müzakirə 04:40, 8 iyun 2024 (UTC)Cavabla

@Samral, o səhifənin sabit qısayolu "RSGVS" idi. Səhifəyə təsadüfən baxanda dəyişdiyini və həmin istiqamətləndirməni sizin keçən il verdiyinizi gördüm. Bəli, həmin hissələr abreviaturlarda qeyd edilmir, amma bu, məqalə deyil, həm də istisnalar olur, yəni əvvəl başdan elə qoyub öyrəşmişik deyə qısaca müzakirə səhifəsinə bu barədə qeyd buraxa bilərdiniz. Ya da ki, digərini də saxlamaqla edərək düzəliş izahına qeyd edə bilərdiniz. Hər halda bərpa edilə bilər, amma, fikrimcə, hər ikisinin də qalması şərti ilə olmalıdır. Əsas qısayol (səhifədəki) "RSGVS' olsun, yaxud hər ikisini də alt-alta verə də bilərik. Hörmətlə, Gadirmüzakirə 08:13, 8 iyun 2024 (UTC)Cavabla
@Gadir, səhv edəndə etiraf edin, bu qədər uzatmayın. Demirəm ki, üzrxahlıq edin. Bu boyda şey yazmısız, amma əslində heç nə yazmamısız. Səhv etmisiz, cənab Gadir. Bu qədər qısa və konkret. samral müzakirə 17:09, 8 iyun 2024 (UTC)Cavabla
@Samral, bəli, prinsip olaraq səhv etmişəm. Amma nəzərə almaq lazımdır ki, o qısayolu da uzunmüddətli olduğu (həmçinin keçidlər də olduğu üçün) üçün səhifədən silmək yox, ikisini də yanaşı vermək lazım idi. Problem deyil, həll edirəm. Bərpa etdim. Hörmətlə, Gadirmüzakirə 17:12, 8 iyun 2024 (UTC)Cavabla

Ədalətli istifadə hüququ

[mənbəni redaktə et]

Salam. Bu məqalədə ədalətli istifadə hüququnu pozan 18 fayl müəyyən etdim və fayllara sil şablonu əlavə etdim. Vaxtınız olsa nəzər yetirərsiz. Çox sağolun. Grenzsoldat 16:44, 8 iyun 2024 (UTC)Cavabla

✔ Həll edildi. Hörmətlə, Gadirmüzakirə 17:32, 8 iyun 2024 (UTC)Cavabla

Töhfələriniz

[mənbəni redaktə et]

Salam hörmətli Gadir. Bu səhifəyə əlavə etdiyiniz şablon Azərbaycan dilində deyil. Bundan əvvəl də tərtib etdiyiniz qaydalarda və bəzi şablonlara əlavələrinizdə də eyni problemlər mövcud olub və bir neçə istifadəçi bu barədə qeyd edib, müzakirə aparmısınız. Həmçinin bu yaxınlarda YM üçün namizəd verdiyiniz məqalədə də buna yaxın problemlər aşkarlanıb. Əgər layihənin azərbaycandilli (latın) oxucular üçün nəzərdə tutulduğunu və bizim də bu dildə normal məzmun yaratmaq üçün könüllü olduğumuzu nəzərə alsaq, deməli bu fəaliyyətiniz sadəcə layihəyə ziyan vurur. Əziyyət çəkib, vaxt sərf edirsiniz amma bunlar layihəyə töhfə sayılmır. Çünki başqa dildəki məzmun, yaxud başqa dil üzərindən Azərbaycan dilindəki sözlərlə yazılmış məzmun bu layihədə hansı oxucuya, yaxud oxucu-redaktora kömək edə bilər? Mən tövsiyyə edərdim ən azından Azərbaycan dilindəki köhnə kitabların mətninə göz atmaqla söz bazanızı genişləndirəsiniz və bir müddət tərcümələri dayandırasınız. Turkmen müzakirə 19:26, 9 iyun 2024 (UTC)Cavabla

Salam, hörmətli @Turkmen, təşəkkür xəbərdarlığınız üçün. Lakin nəzərə almaq lazımdır ki, burada 100% ideal azərbaycanca biliyi olan istifadəçi yoxdur, hamının bilmədikləri olur. Mən Azərbaycan sektorunda təhsil almışam, yəni bir azərbaycanlıya, sıradan bir insana görə dil biliyim qənaətbəxşdir. Söz bazam da pis deyil, məncə, bunu bir çox vikipediyaçımız zatən anlamışdır. Bu cür səhvlər, yaxud türk sözlərdən istifadə həmən-həmən bütün istifadəçilərimizdə var, indi onların tək-tək fəaliyyətlərini təftiş etmək niyyətində deyiləm, amma qabağıma çıxıb ki, vurğulayıram. Və bəzən həmin səhvləri özüm düzəltmişəm, bəzən özləri özünkülərini, ya da digər istifadəçilərinkiləri diqqət yetirib düzəldiblər, irad bildirdikləri də olub, bəzən də başa düşülür deyə o sözlərə dəyməmişəm və etiraz edən də olmadığı üçün dəyən də olmayıb. Özünüz də araşdıra bilərsiniz. Vəziyyətin ciddi olduğunu demişdiniz, lakin mənə indiyə kimi bu barədə heç bir istifadəçi tərəfindən ciddi irad gəlməyib. Bilmədiyim məqamlar da olub ki, onları da soruşub öyrənmişəm, yaxud araşdıraraq. Hamımızda da təxmin edirəm ki, elə olmuşdur. Şablona gəlincə, türk dili bizə çox yaxındır deyə çox vaxt çoxumuz birə-bir tərcümələr edirik, lakin bundan sonra bu xüsusa diqqət yetirəcəyəm, haqlısınız. Yəni digər mahiyyətcə kiçik səhvlər də, mexaniki və texniki olur, bəzən də mövcud mental vəziyyətdən də olduğu hallar olur. Məqalədə problemlər olduğunu bilirdim (qeyd etmişəm), vaxt edib imkan tapıb düzəldəcəkdim və elə bu gün həll etdim. Hər halda təşəkkür edirəm xəbərdarlığınız üçün. Dilimizin qayğısına qalmaq lazımdır. Bundan sonra maksimum çalışacam ki, bu sferalarda problem yaşamayaq, daha diqqətli olmağa çalışacağam. Amma səhvlər, əlbəttə ki, hamımızda həmişə olacaq, insanıq nəticədə, səhvsiz, qüsursuz ola bilmərik. Amma layihə üçün xoşniyyətli olduğumu və əziyyət çəkdiyimi, bir şeylər etməyə çalışdığımı gördüyünüzü və vurğuladığınızı qeyd etməyiniz sevindiricidir və təşəkkür edirəm sizə. Əlavə olaraq, fəaliyyətimi təftiş edib müvafiq düzəlişləri də edəcəyimi də nəzərinizə çatdırmaq istəyirəm. Xoş vikilər diləyirəm. Hörmətlə, Gadirmüzakirə 20:02, 9 iyun 2024 (UTC)Cavabla

Məhəmməd Əmin Rəsulzadə

[mənbəni redaktə et]

Salamlar. Məhəmməd Əmin Rəsulzadə səhifəsində, onun haqqında məlumatda AXC Milli Şurasının Rəyasət Heyətinin sədri yazılıb. Lakin bütün tarix kitablarında sadəcə Milli Şuranın Sədri qeyd olunur. Mən bunu tarix müəllimlərindən də soruşmuşam, onlar da Milli Şuranın sədri olduğunu deyirlər. Yəni, "Rəyasət Heyətinin" hissəsini götürməyinizi xahiş edirəm. Anar 657 (müzakirə) 15:23, 10 iyun 2024 (UTC)Cavabla

@Anar 657, salam. Açığı, mənim üçün fərqi yoxdur, eyni şeydir nəticədə, amma səhv etmirəmsə, vəzifə adı rəsmi olaraq elə olub. İngiliscə və türkcə vikipediyalarda siz deyən formada qeyd olunub. Həmin redaktənizi geri almış həmkarımız @Dr.Wiki54 sizə bu barədə ətraflı açıqlama verə bilər yəqin ki. Hörmətlə, Gadirmüzakirə 18:50, 11 iyun 2024 (UTC)Cavabla
Razıyam sizinlə. Demək olar ki, eyni şey kimi görünür, lakin mən intellektual yarışlarda iştirak edən bir şagird kimi deyə bilərəm ki, mən və mənim kimi vikipediyadan bəhrələnən şəxslər, həmin iki sözə görə mütləq problem yaşayır. Şəxsən mənim başıma gəlmişdi elə bir hadisə. Rəyasət Heyətinin sədri yazdığım üçün səhv sayılmışdı cavab. Başqaları üçün problem yaratmasın deyə silməyinizi xahiş etmişdim. Anar 657 (müzakirə) 03:19, 12 iyun 2024 (UTC)Cavabla
Yəni, demək istədiyim odur ki, bütün ölkədə "Milli Şuranın sədri" kimi qəbul olunur və yalnız bu cür düzgün sayılır. Anar 657 (müzakirə) 03:23, 12 iyun 2024 (UTC)Cavabla
✅Y Hörmətlə, Gadirmüzakirə 12:38, 13 iyun 2024 (UTC)Cavabla
Salam. Biraz araşdırma apardım və başqa bir istifadəçinin redaktəsinin təkidlə silinməsini (səbəb göstərilmədən) geri aldığım üçün məsuliyyəti özümdə hiss etdim. @Anar 657, @Gadir, sizin yaşadığınız şəxsi problem əslində Vikipediya ilə əlaqəli deyil. Belə ki, rəsmi arxivdə Milli Şuranın bəzi protokolları rusca yazılıb. Rəhbərlik seçkisi də. O protokolda yazılır:
"Затем было приступлено к выбору президиума Национального Совета. В председатели партия «Мусават» выдвигает Мамед Эмина Расулзаде. Кандидатура его подтверждается всеми партиями, за исключением партии мусульманства в России «Иттихад». Закрытой баллотировкой громадным большинством голосов (22) в председатели Национального Совета избранным оказался М.Эмин Расулзаде." Başlanğıcda Rəyasət Heyəti seçkisi (prezidium) yazdığına görə qarışıqlıq var. Çünki, daha sonra sədr müavini, katib və İcraiyyə Komitəsi seçkisi də olub. Sovet dövründə Ali Sovetin sədri və Rəyasət Heyətinin sədri postu fərqli olub. Ancaq, deyəsən, 1920 öncəsində eyni olub. Qarışıqlığın səbəbi budur. Mənbələrdə RH sədri ilə rastlaşmadığım üçün və seçki protokolunda RH sədri fərqli şəxs seçilmədiyi üçün indiki versiyasına qalmasında problem görmürəm. Onu da əlavə etmək istəyirəm ki, bu tarix müəllimlərinin yox, tarixçilərin aydınlaşdıracağı məsələdir. Həmçinin bütün ölkənin tanıdığı kimi yox, vəzifənin olduğu kimi yazılması məqbuldur. Örnək: Cəmil Həsənli də Milli Şuranın sədridir, lakin DMQŞ-nin. - Dr.Wiki54 (müzakirə) 11:22, 18 iyun 2024 (UTC)Cavabla
Təşəkkürlər. Anar 657 (müzakirə) 13:39, 18 iyun 2024 (UTC)Cavabla

Səhifə silinməsi

[mənbəni redaktə et]

Salam. 20 Yanvar şəhidi Aslan Ağaverdiyevin səhifəsinin silinməsinin səbəbi nədir? Nəyə görə silinib? 5.134.57.175 18:10, 10 iyun 2024 (UTC)Cavabla

Salam. Heç bir məlumat silinməyib, sadəcə ümumi müzakirə ilə bütün həmin məlumatlar bu səhifəyə birləşdirib, orada tapa bilərsiniz: Qara Yanvar qurbanlarının siyahısı. Hörmətlə, Gadirmüzakirə 18:47, 11 iyun 2024 (UTC)Cavabla

Raqif Nazimoğlu

[mənbəni redaktə et]

Dəyərli həmkar zəhmət olmasa qaralamadan çıxarın məqalədə hansı səhvlər var qeyd edin düzəliş aparım -- ☞QRAF☜   (✉ → ♕) 22:03, 11 iyun 2024 (UTC)Cavabla

@Qraf, salam. Məzmunda SK pozuntuları (xüsusilə son 3 bölmədə), həmçinin kiçik dil qaydaları pozuntuları müşahidə edirəm. Bütün bunları həll etdikdən sonra qaralama ad fəzasından çıxara bilərsiniz. Məlumatları istinadla stil kitabçasına riayət edərək əlavə etmək lazımdır. Hörmətlə, Gadirmüzakirə 22:09, 11 iyun 2024 (UTC)Cavabla
Hörmətli həmkar @Gadir təşəkkür edirəm məlumat üçün bu gün ərzində həll edəcəyəm -- ☞QRAF☜   (✉ → ♕) 22:11, 11 iyun 2024 (UTC)Cavabla
@Gadir Zəhmət olmasa məqaləyə nəzər yetirin dəyişiklik kifayət qədərdirsə qaralmanı götürün -- ☞QRAF☜   (✉ → ♕) 06:14, 12 iyun 2024 (UTC)Cavabla
@Qraf, salam. Əslində, hələ də müəyyən problemlər var, şəxsin ensiklopedikliyi də müzakirə mövzusudur. Hörmətlə, Gadirmüzakirə 11:23, 13 iyun 2024 (UTC)Cavabla

SNS

[mənbəni redaktə et]

Salam Hörmətli həmkar ilk öncə SNS-da apardığınız arxiv işləri üçün təşəkkür edirəm bir az öncə bir necə məqalə əlavə etmək istıyirdim təssüf ki 1 aydan cox müddətdir ki yekunlaşdırılmayan məqalələr var həmçinin də məqalə sayı həddindən coxdur. Əgər vaxtınız varsa yekunlaşdırılması gərəkli məqalələri yekunlaşdırın ki yeni məqalələr əlavə edərkən muzakirə getsin coxluq var deyə müzakirədə də zəiflik vardı. -- Hörmətlə: ☞QRAF☜   (✉ → ♕) 04:52, 13 iyun 2024 (UTC)Cavabla

@Qraf, diqqətinizə görə təşəkkür edirəm. Mütəmadi olaraq diqqətimdədir, vaxtaşırı nəzər yetirirəm. Hörmətlə, Gadirmüzakirə 11:28, 13 iyun 2024 (UTC)Cavabla

Xəbərlər bölməsinin 24-cü həftəsi

[mənbəni redaktə et]

Salam həmkar. Xəbərlər bölməsində apardığınız fəaliyyətə görə sizə təşəkkür edirəm. Bölməyə əlavə edilmiş son 4 xəbərin hamısı kiminsə hansısa seçkidə qalib gəlməsi ilə bağlıdır. Sizcə oxşar məzmunlu bu qədər xəbəri alt-alta vermək doğrudurmu ? — Kholat Syakhl (müzakirə) 09:35, 14 iyun 2024 (UTC)Cavabla

Bu arada rica edirəm ki, aşağıdakı üç xəbəri sözügedən bölməyə əlavə etsəniz çox əla olardı.

Son olaraq Fernandu Santuş fotusunu da əlavə etsəniz yaxşı olardı. Hörmətlə;— Kholat Syakhl (müzakirə) 09:45, 14 iyun 2024 (UTC)Cavabla

✅Y Hörmətlə, Gadirmüzakirə 12:21, 14 iyun 2024 (UTC)Cavabla
@Gadir, sonuncu xəbəri niyə əlavə etmədiz ? Bir də, zəhmət olmasa santuşun fotosunu bir az daha böyüdərdiz. Kholat Syakhl (müzakirə) 21:37, 14 iyun 2024 (UTC)Cavabla
Ensiklopedik yükü olmayan xəbərdir. O formada gündəlik çox xəbər başlıqları tapmaq olar. Ona görə əlavə etmədim. Bölməni də tarazladım. Hörmətlə, Gadirmüzakirə 10:10, 15 iyun 2024 (UTC)Cavabla

Sizin üçün bir ulduz!

[mənbəni redaktə et]
Xüsusi ulduz
Hörmətli, Gadir! Azərbaycan dilli Vikipediyada çətin məsələlərin və problemlərin ədalətli və qaydalara uyğun çərçivədə həlli istiqamətində apardığını prinsipial və davamlı mövqeyə görə sizi "Xüsusi ulduz"la təltif edirəm. Uğurların davamını arzu edirəm və bundan sonra da neytral və prinsipial olacağınıza inanıram! Grenzsoldat 15:40, 16 iyun 2024 (UTC)Cavabla
Təşəkkürlər! Hörmətlə, Gadirmüzakirə 22:17, 16 iyun 2024 (UTC)Cavabla

Yaradılan sehife silinmesi

[mənbəni redaktə et]

Silinme sebebi tam olaraq nedir zehmet olmasa deyerdiniz Nilaz 41 (müzakirə) 14:16, 17 iyun 2024 (UTC)Cavabla

Salam. VP:ŞEƏ qaydasına nəzər yetirin. Hörmətlə, Gadirmüzakirə 14:17, 17 iyun 2024 (UTC)Cavabla

Yönləndirmə

[mənbəni redaktə et]

Zəhmət olmazsa Elektron Təhlükəsizlik Mərkəzi məqaləsini - Elektron Təhlükəsizlik Xidməti (Azərbaycan) məqaləsinə yönləndirmə edərsiniz. Redivy (müzakirə) 15:39, 18 iyun 2024 (UTC)Cavabla

Salam. Başqa ölkələrdə eyni bu adlı təşkilatlar var? Həmçinin bu adlı başqa məqalə olmadığı üçün də sadə şəkildə vermək doğrudur. Hörmətlə, Gadirmüzakirə 15:41, 18 iyun 2024 (UTC)Cavabla
@Gadir Bir təşkilatın o zaman iki ayrı məqaləsi olmuş olur,ya silinməli yaxudda yönləndirmə edilməlidir. Redivy (müzakirə) 15:45, 18 iyun 2024 (UTC)Cavabla
Yönləndirmə verir axı. Hörmətlə, Gadirmüzakirə 15:52, 18 iyun 2024 (UTC)Cavabla
@Gadir Gördüm yəqin diqqətsiz baxmışam :) xoş görərsiniz.
-Hörmətlə Redivy (müzakirə) 07:27, 19 iyun 2024 (UTC)Cavabla
Olsun, xoşdur. Hörmətlə, Gadirmüzakirə 16:34, 19 iyun 2024 (UTC)Cavabla

Saleh Səmədov

[mənbəni redaktə et]

Salam, məqalənin silinmə səbəbıni öyrənə bilərəm? Cavid303 (müzakirə) 00:26, 22 iyun 2024 (UTC)Cavabla

Salam. Silməmişəm, qaralama ad fəzasına köçürülüb (səhifə adına daxil olanda bu barədə qeyd görürsünüz). Səbəbi qeyd olunub: VP:M9 Stil kitabçası pozuntuları ehtiva edən məqalələr. Bundan əlavə, məqalə böyük ehtimalla VP:M5 kriteriyasını da ödəmir (ən azından bu vəziyyəti ilə bunu təsdiqləmək olmur), buna baxmayaraq qaralamada üzərində işləyib təkmilləşdirə bilməyiniz üçün sizə müəyyən bir vaxt tanıdım. Mövcud vəziyyəti ilə məqalə kimi yayımlana bilməz, düzəlişlər edilməzsə, mənbələr əlavə olunmazsa, bir müddət sonra qaralama səhifəsindən də silinə bilər. Hörmətlə, Gadirmüzakirə 00:35, 22 iyun 2024 (UTC)Cavabla
Səhvin harada (məqalə adı, stil kitabçası) olduğunu desəniz əla olardı birdə yapın saytı və ağsaqqallar şurasının rəsmi sayları m5 ə uyğundur? Şəxsin xeyriyəçiliyinə dair şəkillər və qazet saytlarını əlavə etmək olarmı? Cavid303 (müzakirə) 01:05, 22 iyun 2024 (UTC)Cavabla
Bəli. Məqaləni stil kitabçasına uyğun tərtib etməlisiniz, məzmunda müəllif hüquqları pozuntuları olmamalıdır. Siz mənbələri əlavə edin, istinadların buradakı şərtlərə cavab verməsinə diqqət edin, mən nəzər yetirəcəm. Bəli, qəzetləri mənbə kimi əlavə etmək mümkündür, amma şəkil yox. İşləyin, bitirin, müraciət edin, diqqət yetirəcəyəm. Əlavə olaraq da, VP:ŞEƏVP:EƏ qaydalarına nəzər yetirin, mövzunun bu qaydalara cavab verdiyinə əmin olun. Hörmətlə, Gadirmüzakirə 01:08, 22 iyun 2024 (UTC)Cavabla
Dəyişiklik edildi zəhmət olmasa göz gəzdirə bilərsiniz? Cavid303 (müzakirə) 11:28, 22 iyun 2024 (UTC)Cavabla

Silinməyə namizəd səhifələr

[mənbəni redaktə et]

Salam həmkar Silinməyə namizəd səhifələrinə mən baxıram görürəm ki, bəzilərinin müzakirəsi 1 ay və ya 2 ay əvvəl aparılıb. Nə silinib səhifələr nə köçürülüb nə də birləşdirilib. Vusalsuvarov1996 (müzakirə) 18:42, 22 iyun 2024 (UTC)Cavabla