Syerra-Leone gerbi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Syerra-Leone gerbi
Detallar
Armiger Syerra-Leone
Təsis edilib 1 dekabr 1960
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Syerra-Leone gerbi Afrika ölkəsi olan Syerra-Leone tərəfindən istifadə edilən rəsmi dövlət gerbidir. Gerb 1 dekabr 1960-cı ildə Kraliça II Yelizaveta tərəfindən təqdim edilmişdir.

Gerbin mərkəzi hissəsində yerləşən qalxan üç hissəyə bölünmüşdür. Gerbin ilk iki hissəsi bir-birindən ziqzaq xətlərlə ayrılmış və bu hissələrin yuxarı hissəsində üç məşəl yerləşdirilmişdir ki, bu məşəllər azadlığı simvolizə edir. Aşağı hissədəki hissədə yerləşən yeriyən aslan motivi isə təkcə ölkənin Britaniya müstəmləkəçiliyi dövrünün əlaməti olaraq deyil, həm də ölkənin adının Aslan dağı mənasını verdiyi üçün qalxanın üzərində yerləşdirilmişdir. Qalxanın aşağı hissəsində qalan yerdə isə üfüqi formada mavi və ağ dalğalar vardır və bu dalğalar dənizi simvolizə edir. Qalxanın hər iki tərəfində isə dörd meyvəli palma ağacı təsvir edilmişdir. Qalxan hər iki tərəfdən yaşıl fonda arxa pəncələri üzərində dayanan şirlər tərəfindən tutulur və qalxanın aşağı hissəsində isə ağ fonda və ingilis dilində ölkənin şüarı hesab edilən Unity, Freedom, Justice (Azərbaycan dilində: Vəhdət, Azadlıq, Ədalət) şüarı yazılmış lent yerləşdirilmişdir.