Rusiyanın inzibati bölgüsü

Vikipediya saytından
Iktsokh (müzakirə | töhfələr) tərəfindən edilmiş 12:12, 26 iyun 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Rusiya inzibati cəhətdən onun tərkibinə 21 respublika, 1 muxtar vilayət, 9 diyar, 10 milli mahal, 46 vilayət, 2 federal əhəmiyyətli şəhərlər - Moskva və Sankt-Peterburq daxildir. Ümumiyyətlə Rusiya federativ respublikadır. Burada həmçinin 85-dən çox qoruq, 25 milli park vardır.

Rusiya Federasiyası ərazisinin böyüklüyünə görə dünyada birinci yeri tutur[1]. Ərazisinin 1/4-i Avropanın, 3/4-ü isə Asiyanın payına düşür. Avropa hissəsinə Şərqi Avropa düzənliyinin böyük hissəsi, Böyük Qafqaz dağlarının şimal yamacları və Ural, Asiya hissəsinə isə Sibir və Uzaq Şərq daxildir. Ərazisinin 3/4-ü düzənlik, 42%-i meşələrlə örtülü və 40%-i kənd təsərrüfatına yararlıdır. Ölkənin şimal sahilləri Şimal Buzlu okeanının, şərq sahilləri Sakit okeanın, şimal-qərb və cənub-qərb sahilləri isə Atlantik okeanının dənizləri ilə əhatə edir. 2014-cü ilin məlumatına əsasən, Rusiya Federasiyasına 85 subyekt daxildir: 22 respublika, 9 diyar, 46 vilayət, 4 muxtar dairə və 1 muxtar vilayət vardır. Moskva, Sankt-PeterburqSevastopol federal əhəmiyyətə malik şəhərlər, yəni Rusiya Federasiyasının ayrı-ayrı subyektləridir.

Rusiya tərkibindəki respublikalar

[redaktə | mənbəni redaktə et]
Image on center
Image on center

Avropa hissəsi

[redaktə | mənbəni redaktə et]

Rusiyanın ərazisinin 25%-i, əhalisinin, sənaye və kənd təsərrüfatı məhsullarının 80%-i Avropa hissəsinin payına düşür. Mərkəzi Rusiyanın ən iri şəhərləri Moskva, Sankt-Peterburq, Nijni-Novqoroddur. Tərkibində 3 muxtar respublika yerləşir:

  1. Mari El Respublikasında kartof, kətan, çovdar becərilir, südlük-ətlik heyvandarlıq və donuzçuluq inkişaf edib.
  2. Mordva Respublikasında meşə-kimya sənayesi inkişaf edib. Darı-çovdar və vələmir əkilir.Heyvandarlıq inkişaf edib.
  3. Çuvaş Respublikası türkdilli xalqlar qrupuna aiddir.İri traktor zavodu var. SES-lərə sahibdir. Elektrotexnika inkişaf edib.

Avropa hissəsinin şimalı

[redaktə | mənbəni redaktə et]

Şimal Buzlu okeanının qərb sahillərini əhatə edir.İri və rəngarəng təbii resurs potensialına malikdir.Meşə sənayesi rayonun ənənəvi sahələrindəndir.Rayonun tərkibində 2 muxtar respublika var:

  1. Karelya Respublikası əsasən meşə sənayesi, dəmir filizi hasilatı, müxtəlif maşınqayırma sahələri üzrə ixtisaslaşmışdır.
  2. Komi Respublikasında yanacaq-energetika sənayesimeşə sənayesi kompleksləri inkişaf edib.

Avropa hissəsinin cənubu

[redaktə | mənbəni redaktə et]

Şimali Qafqaz nəzərdə tutulur.İri ASK rayonudur. Taxılçılıq, şəkər çuğunduru, günəbaxan əkinləri, üzüm və meyvə bağları, südlük-ətlik heyvandarlıq və zərifyunlu qoyunçuluq inkişaf etmişdir.Rayon ərazisində 7 muxtar respublika var:

  1. Dağıstan Respublikasında bağçılıq, üzümçülük və qoyunçuluq inkişaf edib.Burada 100 mindən çox əhali yaşayır.
  2. Şimali Osetiya-Alaniya Respublikasında əlvan metallurgiya, dağ-mədən sənayesi aparıcı rol oynayır.
  3. Kabarda-Balkarıstan Respublikasında əlvan metal filizləri hasil olunur.Taxılçılıq, bağçılıq və donuzçuluq inkişaf edib.
  4. Adıgey Respublikasında neft və qaz çıxarılsa da, kənd təsərrüfatı üstünlük təşkil edir.
  5. Qaraçay-Çərkəz Respublikasında kənd təsərrüfatı və dağ turizmi inkişaf edib.
  6. Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhəridir. Əhalisi 1 milyona çatır.
  7. İnquşetiya Respublikasının paytaxtı Maqas şəhəridir. Əhalisi 400 min nəfərə çatır.

Avropa hissəsinin şərqi

[redaktə | mənbəni redaktə et]

Volqaboyu və Ural iqtisadi rayonlarını əhatə edir.Ölkənin AvropaAsiya hissəsini birləşdirən yollar buradan keçir.

  • Volqaboyu iqtisadi rayonunun formalaşmasında Volqa çayının müstəsna rolu olmuşdur.Burada iri şəhərlərin demək olarki, hamısı Volqa çayı sahilində yerləşir.Rayonun əhalisi çoxmillətlidir.Rayon ərazisində iki muxtar respublika var:
  1. Tatarıstan respublikası Volqa-Kama su qovşağında əlverişli mövqe tutur.Tatarlar türkdilli xalqdır.Paytaxtı Kazan şəhəridir.Respublikanın güclü xammal ehtiyatı və iqtisadi potensialı var.
  2. Kalmık respublikası aşağı Volqa boyunda yerləşir.Əsasən qoyunçuluq inkişaf edib.

146 milyonluq Rusiya əhalisinin 73%-i şəhərlərdə, 27%-i isə kənd yerlərində yaşayır. Hazırda Rusiyanın, Moskva və Sankt-Peterburq olmaq üzrə iki böyük şəhəri vardır.

  1. Russia // Encyclopædia Britannica. 2008-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-01-31.