(Go: >> BACK << -|- >> HOME <<)

SON XƏBƏRLƏR

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Lənkəran şəhəri Mədəniyyət Mərkəzində seçicilərlə görüş keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 yanvar tarixində verir.

Görüşdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri deputat Ziyafət Əskərov, təşviqat qrupunun üzvləri İbrahim Quliyev, Hadı Rəcəbli və Camal Həsənov çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmizin keçdiyi inkişaf yolundan geniş bəhs olunub.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib lideri olan Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, görüşdə 450 nəfər iştirak edib.