Qətran Təbrizi
Qətran Təbrizi | |||
Doğum tarixi | 1009, 1012 | ||
Doğum yeri | Şadiabad | ||
Vəfat tarixi | 1072, 1088 | ||
Vəfat yeri | Təbriz | ||
|
Qətran Təbrizi (1009 və ya 1012, Təbriz – 1072 və ya 1088, Təbriz) — Təbriz yaxınlğında Şadiabad kəndində anadan olmuş şair və dilçi alim, farsdilli Azərbaycan saray ədəbiyyatının ilk görkəmli nümayəndəsi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıllı adamlar kin bəsləməzlər.
B[redaktə]
- Bacarıq səhv etməkdə deyil, onu düzəltməkdədir.
D[redaktə]
- Düşmən bizə sövq etsə, təəccüblü sanılmaz,
Dəhşətli olar dost edə dosta xəyanət.[1]
Ə[redaktə]
- Əvvəl düşün, sonra danış.[2]
G[redaktə]
- Gizli görülən işin cəzası gizlində verilir.
- Gördüyün işi əvvəlcə ağıl tərəzisi ilə ölç.
H[redaktə]
- Həm gözəl, həm də vəfalı olmaq böyük xoşbəxtlikdir.
- Hər kəs öz taleyinin çilingəridir.
- Hər sözü dilə gətirmək mümkündür, lakin hər sözü ağla qandırmaq şətin və müşküldür.
M[redaktə]
- Məftun olanların ürəyini şirin dillə əsir etmək olar.
- Min şahiddən bir etiraf yaxşıdır.
- Min yalan bir doğruya dəyməz.
S[redaktə]
- Səni özün kimi anlamasalar, sən özünü başqalarına anlada bilməzsən.
- Söz ruhun ölçüsüdür, ağıl isə tərəzidir,
Ölçü sözə lazımdır, ancaq miqdarı tərəzi təyin edir.
Ş[redaktə]
- Şərəfli ölüm şərəfsiz həyatdan yaxşıdır.[3]
V[redaktə]
- Vətənsiz insan nəğməsiz quş kimidir.
Z[redaktə]
- Zülmə nifrət edib ədaləti sevənə hamı ürəkdən bağlı olar.