Barbara Brılska

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Barbara Brılska
pol. Barbara Brylska
Doğum tarixi (83 yaş)
Doğum yeri Skotniki, Polşa Polşa
Vətəndaşlığı
Fəaliyyəti aktrisa, kino aktrisası
Fəaliyyət illəri 1956-bu günə qədər
Mükafatları "RSFSR xalq artisti" fəxri adı SSRİ Dövlət mükafatı
IMDb ID0117390
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Barbara Brılska (pol. Barbara Brylska; 5 iyun 1941[1]) — SovetPolşanın teatr-kino aktrisası, müğənni. SSRİ Dövlət Mükafatı laureatı (1977). Keçmiş SSRİ məkanında daha çox Eldar Ryazanovun "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmindəki Nadya Şevelyova rolu ilə tanınır.

Barbara Brılska 5 iyun 1941-ci ildə[2] Polşada Lodzi yaxınlığındakı Skotniki şəhərində anadan olmuşdur. 15 yaşında olarkən ilk rolunu kinoda ifa edir. Çəkilişlərdən sonra teatr dərnəyində məşğul olmağa başlayır. O, Lodz teatr məktəbində oxuyurdu. 1967-ci ildə oranı qurtarır.

1966-cı ildə Boleslav Prusun romanı əsasında çəkilən "Firon" filmində (rejissor: Yeji Kavaleroviç) kahinə Kama rolunu ifa edir. Barbaraya ən böyük şöhrət gətirən rolu isə çoxlu söz-söhbətə səbəb olan "Sevgi anatomiyası" filmində oynadığı Həvva obrazı idi. O, həm də Sovet, ÇexoslovakiyaBolqarıstan kinorejissorlarının filmlərində də çəkilmişdir. SSRİ-də onu tanınmış edən "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmində ifa etdiyi Nadya rolu oldu. Barbara Brılska bu rola görə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.

XXI əsrin əvvəlində o, teatr səhnələrinə çıxmağa başladı. Brılskanın teatr səhnəsində ilk rolu Moskvada dramaturq Ronald Harvudun "Kvartet" əsərinin tamaşasında olmuşdur[3].

1982-ci ildə oğlu Lüdviq anadan olmuşdur. Qızı aktrisa və model Barbara Kosmal (19731993) Bjezinı şəhərindəki avtomobil qəzasında faciəvi şəkildə həlak olmuşdur.

İl Azərbaycanca adı Orijinal adı Rol
1958 Xoşbəxtlik qaloşları pol. Kalosze szczęścia epizod
1963 Onların adi günü pol. Ich dzień powszedni Qrajinin bacısı
1964 Axşam düşəndə pol. Późne popołudnie üzgüçü
1965 Sonra sakitlik düşəcək pol. Potem nastąpi cisza Eva
1966 Səma pol. Niebo
1966 Firon pol. Faraon Kama
1967 Etüd pol. Etude
1967 Həyatdan artıq yatırım pol. Stawka większa niż życie İnqa
1968 Bazar ertəsi qətl pol. Morderstwo w poniedziałek Hanna Stern
1968 Şahinin izi alm. Spur des Falken
rus. След Сокола
Ketrin Emerson
1969 Cənab Mayklın macəraları pol. Przygody pana Michała Kjisiya
1969 Cinayəti oğurlamış cani pol. Zbrodniarz, który ukradł zbrodnię Yeva Salm
1969 Pan Volodıyovski pol. Pan Wołodyjowski Kristina Droxoyuvskaya
1970 Adamın ardınca pol. Pogoń za Adamem Vanda
1970 Polşa albomu pol. Album polski Anna
Mariya
1971 Günəşə tamaşa edərək pol. Patrząc pod słońce qız
1971 XII Piqmalion pol. Pygmalion XII Erika Bonqert
1972 Sevgi anatomiyası pol. Anatomia miłości Yeva
1972 Azadlıq rus. Освобождение
alm. Befreiung
pol. Wyzwolenie
Helena
1973 Ayrılıq pol. Rozwód Hanka
1973 Şəhərlər və illər rus. Города и годы Mari Urbax
1974 Okantrosun vizası alm. Visa für Ocantros Yaqoda
1974 Zaman ardınca zaman pol. Godzina za godziną Basiya
1975 Qəribə təsadüf və ya həmişə təmizlikdə rus. Ирония судьбы, или С лёгким паром! Nadya Şevelyova
1975 Rejissorlar pol. Dyrektorzy Elizabet
1976 Məruzə et, 07 pol. 07 zgłoś się Yeva
1977 Sakit amerikalı Praqada çex. Tichý American v Praze Milena
1978 Tereza Hennertin sevgi macərası pol. Romans Teresy Hennert Tereza Hennert
1978 Yüz sahilə qədər yüz at pol. Sto koni do stu brzegów Kristina
1978 Alovlu həyat pol. Życie na gorąco Marta
1978 Son damla qanadək... pol. Do krwi ostatniej... Yeva
1979 Qəzəbli pol. Wściekły Qolevijova
1980 Levinin dəyirmanı pol. Młyn Lewina Mari
1980 Nikodim Dizmanın karyerası pol. Kariera Nikodema Dyzmy Evita
1982 Qisasçılar, xilaskarlar və qılınclar alm. Rächer, Retter und Rapiere Sibilla
1984 Mixal pol. Michał
1985 Nifrətin kölgəsində pol. W cieniu nienawiści naməlum qadın
1985 Skalpel, xahiş edirik! pol. Skalpel, proszę! Volejnikova
1986 Ümid respublikası pol. Republika nadziei Vodnijakova
1986 Sola doğru səmt pol. Kurs na lewo Silviyanın anası
1986 Berlin-Qərb epizodu pol. Epizod Berlin-West Monika
1987 Məruzə et, 07 pol. 07 zgłoś się Sofiya Qambetti
1987 Fincan qırıqları pol. Między ustami a brzegiem pucharu Myeljinska
1987 Xüsusi tapşırıq pol. Misja specjalna Qrajinka
1987 Yalan çayı pol. Rzeka kłamstwa aktrisa
1988 Yanuşk haqqında ballada pol. Ballada o Januszku müəllim Barbara
1988 Mehtab gecəsi pol. Czas połnołunija rahibə
1989 Qdansk 39 pol. Gdańsk 39 Burxardtova
1991 Qatar qarət olunur, hər şeyin haqqını ödəmək lazımdır pol. Ał, ograblenie pojezda, Za wsio nado płatit
1993 Yalnız qorxu pol. Tylko strach televiziya redaktoru
1993 Gözəl və varlı olmaq yaxşıdır pol. Lepiej być piękną i bogatą sahibə
1993 Otaq kirayəsi pol. Wynajmę pokój ana
1994 Polyaksayağı ölüm pol. Polska śmierć psixiatr
1996 Virus pol. Wirus uşaq evinin direktoru
1998 Təslim pol. Ekstradycja Sobeskinin arvadı
2000 Yaxşılar və pislər pol. Na dobre i na złe Barbara Burska
2001 Daun Haus rus. Даун Хаус Yepançina
2002 Şəxsi həyat pol. Samo Życie Selina
2003 Kazus Belli rus. Казус Белли Eva
2006 Şəffaf mavi pəncərə pol. Jasne błękitne okna Nina
2006 Qəribə milad bayramı ukr. Дивне Різдво Olqa Samoylova
2007 Qəribə təsadüf. Davam rus. Ирония судьбы. Продолжение ''Nadejda Şevelyova
2008 Admiral rus. Адмиралъ Roza Karlovna
2008 Dayə pol. Niania Aqata
2009 Keçiddə məhəbbət pol. Miłość na wybiegu Marta
2014 Şahzadələrin sirri rus. Тайна принцесс pəri
  1. Barbara Brylska // filmportal.de. 2005.
  2. "Təqvim-iyun". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 14.
  3. "Барбара Брыльска впервые выйдет на сцену". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]