Xbox World

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Xbox World
Təsis tarixi 2003
Nəşrini dayandırıb 12 dekabr 2012
Şirkət Future plc
Ölkə
Dil ingilis dili
computerandvideogames.com/…

"Xbox World" — Birləşmiş Krallıq videooyun jurnalı. "Future plc" tərəfindən nəşr olunan jurnal "Xbox" və "Xbox 360" konsolları haqqında idi.

Tarixi

"Xbox World" adı altında fəaliyyətə başlamış jurnalın birinci nömrəsi 2003-cü ilin əvvəlində, "Xbox" konsolunun satışa çıxarılmasından bir il sonra buraxılmışdır. "Xbox World" jurnalı "PlayStation World" ilə birlikdə 2003-cü ilin sonunda "Future plc" tərəfindən satın alınmışdır. Jurnalın ofisi London şəhərindən Bata köçürülmüş, bu zaman redaksiya heyətinin əksəriyyəti buradan ayrılmışdır. 2005-ci ilin sentyabrında "Xbox World" jurnalının adı "Xbox World 360" olaraq dəyişdirilmişdir. Jurnalın tərkibində nailiyyətlər, məsləhətlər və çit kodlar var idi. 2011-ci ilin noyabr nömrəsində jurnal yenilənmiş və orijinal "Xbox World" adına dönüş edilmişdir. 13 noyabr 2012-ci ildə həm "Xbox World", həm də "PSM3" jurnalının fəaliyyətinin dayandırılacağı elan edilmişdir. Hər iki jurnalın son nömrəsi 12 dekabr 2012-ci ildə satışa çıxarılmışdır.[1]

İstinadlar

  1. "GamesRadar+". 2014-12-28 tarixində arxivləşdirilib.

Xarici keçidlər