Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
UEFA İntertoto Kuboku — UEFA-nın təşkilatçılığı ilə bu futbol turniri klub komandaları arasında hər ilin yay aylarında keçirilirdi. Bukmeyker kontorları tərəfindən kommersiya məqsədilə hələ 1961-ci ildə təsis olunsa da, turnir 1995-ci ildən UEFA-nın bayrağı altında keçirilmişdir. İntertotonun özəlliyi onda idi ki, Avropanın iki əsas klub turnirinə düşə bilməyən klublar bu turnirdə uğur qazanmaqla UEFA Kubokuna vəsiqə əldə edə bilirdilər. 2009-cu ildə kubokun ləğvi haqqında qərar verilmişdir.