Katsumi Kuroita

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Katsumi Kuroita
yap. 黒板勝美
Doğum tarixi 3 sentyabr 1874(1874-09-03)
Doğum yeri
Vəfat tarixi 21 dekabr 1946(1946-12-21)[1] (72 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti esperantoçu, tarixçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Katsumi Kuroita (黒板勝美, Kuroita Katsumi?, 3 sentyabr 1874, Hasami[d]21 dekabr 1946[1], Şibuya, Tokio)Yaponiya tarixçisi. O, Yaponiyada diplomatika elminin əsasını qoyan şəxslərdən biri olmuşdur.[2] O, qədim Yaponiya tarixi üzrə qabaqcıl tarixçilərdən biri olmuşdur.[3]

Həyatı və karyerası

Katsumi Kuroita 1874-cü ilin sentyabrında Yaponiyanın Naqasaki prefekturasının Hasami qəsəbəsində doğulmuşdur.[4] O, Yohey və Mikiko Kuroitanın ən böyük oğlu olmuşdur.[5] 1890-cı ildə Omura orta məktəbini bitirmişdir.[6] 1896-cı ildə Tokio Universitetindən məzun olduqdan sonra Ukiçi Taquçinin redaktorluq etdiyi "Tokyo Keyzai" liberal iqtisadiyyat jurnalının heyətinə qatılmışdır.[3] Taquçi ilə birlikdə bir çox tarixi işin nəşrinə töhfə vermişdir: əhəmiyyətli klassik yazılar kolleksiyası olan "Qunşo Ruicu" və Yaponiya tarixi haqqında sənədlər kolleksiyası olan "Kokuşu Taykey".[2] 1905-ci ildə doktorat dərəcəsi əldə edərək Tokio Universitetinin köməkçi professoru olmuş[3]Təhsil Nazirliyinin redaktor-tərtibçisi seçilmişdir. Yaponiyadakı tarixi yerlərin və incəsənət xəzinələrinin mühafizəsi ilə məşğul olmuşdur.[2] 1903-cü ildə öz komonco nəzəriyyəsini təqdim etmişdir.[7]

Kuroita 1905-ci ildə təhsil məqsədilə Avropaya göndərilmişdir. Yaponiyaya qayıtdıqdan sonra Tokio Universitetinin professoru, 1919-cu ildə universitetin tarix fakültəsinin baş tarix tərtibçisi təyin olunmuşdur. 1927-ci ildə Amerika və Avropaya səyahət etmişdir.[3]

Kuroita Yaponiyada esperanto hərəkatının qabaqcılı olmuşdur.[2] O, 1906-cı ildə esperanto dilini öyrənməyə başlamış və yapon esperanto təşkilatının ilk lideri olmuşdur.[8] 1906-cı ildə ilk esperantoca–yaponca lüğətinin müəllifi olmuşdur.[3] O, 1920-ci illərin əvvəlinə qədər Yaponiyanın aparıcı esperantoçularından biri olmuşdur.[8]

Şəxsi həyatı

Kuroita 1898-ci ilin dekabrında Tokyoite Kennosukenin qızı olan Mizuno Kiyo ilə evlənmişdir.[9]

İstinadlar

  1. 1 2 黒板勝美 // https://www.tobunken.go.jp/materials/bukko/8733.html.
  2. 1 2 3 4 Kodansha Encyclopedia of Japan. səh. 316
  3. 1 2 3 4 5 The Japan Biographical Encyclopedia & Who's Who. səh. 746
  4. Yoshikawa. səh. 20
  5. Yoshikawa. səh. 23
  6. Yoshikawa. səh. 28
  7. Yoshikawa. səh. 67
  8. 1 2 Rapley, Ian. "Talking to the World: Esperanto and Popular Internationalism in Pre-war Japan" (PDF). Japan Society Proceedings. 2016: 76–89. 2023-03-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 12 aprel 2023.
  9. Yoshikawa. səh. 60

Ədəbiyyat

Xarici keçidlər