Ana səhifə

Vikipediya saytından
Eldarado (müzakirə | töhfələr) (Eldarado (müzakirə) tərəfindən edilmiş 4441123 dəyişikliyi geri qaytarıldı.) tərəfindən edilmiş 12:28, 8 oktyabr 2018 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Şablon:ƏsasBaşlıq

Həftənin seçilmiş məqaləsi
Mariya Stadnik — 2007-ci ildən Azərbaycan yığmasının heyətində çıxış edən qadın güləşçi. Azərbaycan idman tarixinin ən titullu idmançılarından biri. Dörd dəfə Olimpiya Oyunlarının medalına sahib olan üç qadın güləşçidən biri. Karyerası ərzində Mariya Stadnik dörd dəfə Olimpiya Oyunlarında mübarizə aparıb. 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında və 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında bürünc medallara sahib olan Mariya Stadnik 2012-ci ildə Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarının və 2016-cı ildə Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarının final görüşlərində məğlub olaraq gümüş medallara sahib oldu.

Mariya Stadnik Azərbaycanın Olimpiya Oyunları tarixində dörd dəfə medala sahib olan birinci və yeganə idmançısıdır. Mariya Stadnik həm də Yaponiya güləşçiləri Kaori İçoSaori Yoşidadan sonra dörd dəfə Olimpiya Oyunlarında medal qazanmağı bacaran üçüncü qadın güləşçidir.

(Davamı...)

Həftənin yaxşı məqaləsi
Ziya Bünyadovun qətliAzərbaycan şərqşünası, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadovun siyasi sui-qəsdə məruz qalması. O, 21 fevral 1997-ci ildə, axşam saat 18:10-da yaşadığı binadan çıxarkən bıçaq və odlu silahla qətlə yetirilmişdir. Ziya Bünyadov qətl ediləndə 75 yaşı var idi. Ziya Bünyadovun qətli Azərbaycan ictimaiyyətində böyük şok yaratmış, prezidenti Heydər Əliyev isə bunu "Azərbaycan xalqı və elmi üçün böyük itki" adlandırmışdır. Aparılan istintaq işinin nəticəsində cinayətə görə "Hizbullah" və "Ceyşaullah" təşkilatlarına bağlı 7 nəfər təqsirkar bilinmişdir. Onlardan Qalib Babayev qətlin əsas icraçısı kimi təqdim olunmuş və Azərbaycan–İran sərhədində öldürülmüşdür. Azərbaycan hüquq-mühafizə orqanlarına görə, Ziya Bünyadov "Albaniya tarixi" kitabına yazdığı ön sözdə İslam dinini və onun peyğəmbəri Məhəmmədi təhqir etmiş, bu səbəbdən də İran müştehidləri onun ölümünə fətva vermişdir.

(Davamı...)

Bilirsinizmi...
Vikipediya məqalələrindən:
  • 25 yaşında taxta çıxan II Elizabet (şəkildə) toplamda 70 il olmaqla ölümünə qədər Britaniyaya monarxlıq etmiş və o, bununla dünyanın ən uzun müddət taxtda qalmış ikinci, Britaniyanın isə birinci monarxı olaraq tarixə düşmüşdür. O, cəmi 2 illə XIV Lüdovikin gerisində qalıb.
  • Dünyada indiyədək baş verən ən güclü zəlzələ Valdivia şəhərində baş verən Çilidə qeydə alınmışdır. Belə ki, 33 km dərinliyində olan 9,4–9,6 gücündə zəlzələ 10 dəqiqə çəkmiş və nəticədə 6000-ə qədər insan həlak olmuşdur. Zəlzələnin əhatəsi geniş olmuş və qonşu ölkələrdə də geniş hiss olunmuş və fəlakətlərə yol açmışdır. Zəlzələ torpaq sürüşmələrinə və sunamiyə də yol açmışdır.
  • Məşhur "Sən gəlməz oldun" mahnısı 1973-cü ildə Azərbaycan bəstəkarı Ələkbər Tağıyev tərəfindən qardaşı oğlunun həyat yoldaşı Sevda xanıma həsr olunub. Sevda xanımın uşağı olandan sonra xərçəng xəstəliyinə düçar olur və uşağı bir yaşa dolmamış vəfat edir. Bu hadisə Ələkbər Tağıyevə çox təsir edir. Nəticədə o bu mahnını Sevda xanıma ithaf etmiş olur.
Günün seçilmiş şəkli
 
Xəbərlər
Vikipediya:Ana Səhifə:Xəbərlər/24. Həftə 2024
Tarixdə bu gün — 11 iyun
11 iyun: Avstraliyada kraliçanın anadan olma günü, Danimarkada şahzadə Henrinin anadan olma günü
Nelson Mandela
Nelson Mandela
  • 1774Əlcəzair yəhudiləri İspaniya ordusunun hücumlarından qaçdılar.
  • 1868Osmanlı Kızılay (Qızıl Aypara) cəmiyyəti yaradıldı.
  • 1967İsrail və ərəb ölkələri arasında 6 günlük müharibə başa çatdı.
  • 1988Londonun Uembli stadionunda Nelson Mandelanın (şəkildə) 70-ci doğum gününə həsr edilmiş mərasim keçirildi.
  • 1993Azərbaycan Respublikası Belarus ilə diplomatik əlaqələr qurdu.
  • 2004Karvan futbol klubu təsis edildi.
  • 2005G8 ölkələrinin maliyyə nazirləri 18 ölkənin borclarının bağışlanmasına razılaşdılar.
  • Digər günlər: 10 iyun11 iyun12 iyun

    Həftənin seçilmiş siyahısı
    Avropa ölkələrinin siyahısıAvropa qitəsində yerləşən 64 dövlət və əraziyə verilən ümumi ad. Avropa qitəsi təxminən 10.180.000 km² sahəsi ilə dünya torpaqlarının 6,8 %-ni əhatə edir və 746.419.440 nəfər əhalisi ilə dünya əhalisinin 11 %-nə ev sahibliyi edir. Avropa coğrafi cəhətdən Ural dağları, Ural çayı və şərqdə Xəzər dənizi ilə əhatəlidir. Cənubunda Qafqaz dağları, QaraAralıq dənizləri, BosforDardanel boğazları yerləşir. Şimal-qərbində Atlantik okeanı, şimalında isə Şimal Buzlu okeanı yerləşir. Avropa dörd hissəyə ayrılır: Qərb, Şərq, ŞimalCənub. Bəzi coğrafiyaşünaslar isə beş hissəyə ayırırlar və beşinci hissə olaraq Mərkəzi Avropa terminini istifadə edirlər. Soyuq müharibə ərəfəsində Şərqi və Qərbi Avropaya ayrılmış, Qərbi Avropa kapitalist, Şərqi Avropa isə kommunist blok adlandırılmışdır.

    Ümumilikdə Avropada 64 ölkə var ki, onlardan 50-si müstəqil, 8-i asılı və 6-sı tanınmamış ölkədir. 14 ölkənin adaları, 19-nun daxili dənizlərlə əhatəli sahilləri, 32-nin isə dəniz və okeanlarla əhatəli geniş sahilləri var.

    (Davamı...)

    Kömək səhifələri
    Vikimedia Fondunun digər layihələri
    Türkdilli Vikipediyalar
    Cənubi Azərbaycan

    Başqırd  • Çuvaş  • Krım-tatar  • Qaqauz  • Qaraçay-balkar  • Qaraqalpaq  • Qazax  •

    Qırğız  • Özbək • Tatar  • Tıva  • Türk  • Türkmən  • Uyğur  • Yakut

    Vikipediya digər dillərdə