Ziya Bünyadovun qətli — Azərbaycan şərqşünası, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadovunsiyasi sui-qəsdə məruz qalması. O, 21 fevral 1997-ci ildə, axşam saat 18:10-da yaşadığı binadan çıxarkən bıçaq və odlu silahla qətlə yetirilmişdir. Ziya Bünyadov qətl ediləndə 75 yaşı var idi. Ziya Bünyadovun qətli Azərbaycan ictimaiyyətində böyük şok yaratmış, prezidenti Heydər Əliyev isə bunu "Azərbaycan xalqı və elmi üçün böyük itki" adlandırmışdır. Aparılan istintaq işinin nəticəsində cinayətə görə "Hizbullah" və "Ceyşaullah" təşkilatlarına bağlı 7 nəfər təqsirkar bilinmişdir. Onlardan Qalib Babayev qətlin əsas icraçısı kimi təqdim olunmuş və Azərbaycan–İran sərhədində öldürülmüşdür. Azərbaycan hüquq-mühafizə orqanlarına görə, Ziya Bünyadov "Albaniya tarixi" kitabına yazdığı ön sözdə İslam dinini və onun peyğəmbəri Məhəmmədi təhqir etmiş, bu səbəbdən də İran müştehidləri onun ölümünə fətva vermişdir.
25 yaşında taxta çıxan II Elizabet(şəkildə) toplamda 70 il olmaqla ölümünə qədər Britaniyaya monarxlıq etmiş və o, bununla dünyanın ən uzun müddət taxtda qalmış ikinci, Britaniyanın isə birinci monarxı olaraq tarixə düşmüşdür. O, cəmi 2 illə XIV Lüdovikin gerisində qalıb.
Dünyada indiyədək baş verən ən güclü zəlzələ Valdivia şəhərində baş verənÇilidə qeydə alınmışdır. Belə ki, 33 km dərinliyində olan 9,4–9,6 gücündə zəlzələ 10 dəqiqə çəkmiş və nəticədə 6000-ə qədər insan həlak olmuşdur. Zəlzələnin əhatəsi geniş olmuş və qonşu ölkələrdə də geniş hiss olunmuş və fəlakətlərə yol açmışdır. Zəlzələ torpaq sürüşmələrinə və sunamiyə də yol açmışdır.
Məşhur "Sən gəlməz oldun" mahnısı 1973-cü ildə Azərbaycan bəstəkarı Ələkbər Tağıyev tərəfindən qardaşı oğlunun həyat yoldaşı Sevda xanıma həsr olunub. Sevda xanımın uşağı olandan sonra xərçəng xəstəliyinə düçar olur və uşağı bir yaşa dolmamış vəfat edir. Bu hadisə Ələkbər Tağıyevə çox təsir edir. Nəticədə o bu mahnını Sevda xanıma ithaf etmiş olur.
Avropa ölkələrinin siyahısı — Avropa qitəsində yerləşən 64 dövlət və əraziyə verilən ümumi ad. Avropa qitəsi təxminən 10.180.000 km² sahəsi ilə dünya torpaqlarının 6,8 %-ni əhatə edir və 746.419.440 nəfər əhalisi ilə dünya əhalisinin 11 %-nə ev sahibliyi edir. Avropa coğrafi cəhətdən Ural dağları, Ural çayı və şərqdə Xəzər dənizi ilə əhatəlidir. Cənubunda Qafqaz dağları, Qara və Aralıq dənizləri, Bosfor və Dardanel boğazları yerləşir. Şimal-qərbində Atlantik okeanı, şimalında isə Şimal Buzlu okeanı yerləşir. Avropa dörd hissəyə ayrılır: Qərb, Şərq, Şimal və Cənub. Bəzi coğrafiyaşünaslar isə beş hissəyə ayırırlar və beşinci hissə olaraq Mərkəzi Avropa terminini istifadə edirlər. Soyuq müharibə ərəfəsində Şərqi və Qərbi Avropaya ayrılmış, Qərbi Avropa kapitalist, Şərqi Avropa isə kommunist blok adlandırılmışdır.
Ümumilikdə Avropada 64 ölkə var ki, onlardan 50-si müstəqil, 8-i asılı və 6-sı tanınmamış ölkədir. 14 ölkənin adaları, 19-nun daxili dənizlərlə əhatəli sahilləri, 32-nin isə dəniz və okeanlarla əhatəli geniş sahilləri var.