13.02.2024
Fevralın
13-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun iclası keçirilib.
İclasda 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar
Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki
Komissiyasından daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı
qaydasında konstitusiya işinə baxılıb.
Konstitusiya
Məhkəməsi hakimlərin məruzələrini, maraqlı subyektin qanuni nümayəndələrinin
çıxışlarını, ekspertlərin rəylərini dinləyib, işin materiallarına baxaraq,
2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası
Prezidenti seçkilərinin yekunlarının təsdiq və rəsmən elan olunmasına dair qərar
qəbul edib.
Konstitusiya
Məhkəməsinin sədri Fərhad Abdullayev qərarı oxuyub.
Konstitusiya
Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 92,12
faiz səslə prezident seçkilərində qalib gəlib.