(Go: >> BACK << -|- >> HOME <<)

CƏNUBİ AZƏRBAYCAN XANLIQLARI

Yazar: Turan @ İyul 14, 2008 5:41

CƏNUBİ AZƏRBAYCAN XANLIQLARI

Sat, Apr 19th 2008

CƏNUBİ AZƏRBAYCAN XANLIQLARI

URMİYA XANLIĞI

(XVIII yüzilin ortaları - 1868/1869-cu il)


Ümumi məlumat

Ərazisi:

Xoy və Marağa xanlıqları, Kürdüstan və Osmanlı imperiyası ilə hüdudlanırdı

CƏNUBİ AZƏRBAYCAN XANLIQLARI

Sat, Apr 19th 2008


CƏNUBİ AZƏRBAYCAN XANLIQLARI

URMİYA XANLIĞI


(XVIII yüzilin ortaları - 1868/1869-cu il)


Ümumi məlumat


Ərazisi:

Xoy və Marağa xanlıqları, Kürdüstan və Osmanlı imperiyası ilə hüdudlanırdı


Mərkəzi:

Urmiya


Xanları:

Fətəli, Əli, İmamqulu, Əmiraslan xan Əfşar, Məhəmmədqulu


İRANA TABE EDİLDİ[1]

Xanlığın əsasını Nadir şahın əmisi oğlu, əfşar tayfasından olan Fətəli xan qoymuşdu. O, bununla kifayətlənməyərək mərkəzləşdirmə siyasətini həyata keçirməyə başladı. Nəticədə Urmiya, Təbriz, Xoy, Qaradağ, Marağa və Sərab xanlıqları, yəni Ərdəbil və Maku xanlıqları istisna olmaqla Cənubi Azərbaycan xanlıqları birləşdirildi.


Fətəli xan Əfşar Cənubi Qafqazın tutulması və İranda ali hakimiyyət uğrunda mübarizəyə də xüsusi əhəmiyyət verirdi. Bu məqsədlə müxtəlif xanlıqlara müttəfiqlik haqqında müraciətnamələr göndərildi. İrəvan xanlığına hücum uğursuz olduqda hücum istiqaməti Gürcüstana yönəldi. Çar II İrakli məğlub edildi.


Fətəli xan İranda ali hakimiyyət uğrunda mübarizə aparan Kərim xan Zəndin üzərində qalib gəldikdən sonra hakimiyyətini Mərkəzi və Qərbi İrana yaya bildi. İranın şimalında möhkəmlənən Məhəmmədhəsən xan Qacarla mübarizə çətin oldu. Məhəmmədhəsən xan onun Kərim xan Zəndlə müharibəsindən istifadə edərək Gilanı tutan Fətəli xanı oranı tərk etməyə məcbur etdi. Bununla kifayətlənməyərək Təbrizi, sonra isə Urmiyanı tutdu. Yalnız Məhəmmədhəsən xanın öldürülməsilə asılılıqdan qurtulmaq mümkün oldu. Fətəli xan Təbrizə qayıtdı və hakimiyyətini möhkəmləndirdikdən sonra Qarabağa hücum etdi və onu asılı vəziyyətə saldı.


Məhəmmədhəsən xandan sonra İranda başlıca qüvvəyə çevrilən Kərim xan Zənd Urmiyanı 9 ay mühasirədə saxladıqdan sonra onu tutdu, Fətəli xan əsir götürüldü və edam olundu.


Kərim xan Zəndin ölümü ilə xanlıq yenidən müstəqil siyasət yeritməyə başladı. Bu zaman Məhəmmədhəsən xan Qacarın oğlu Ağa Məhəmməd xan Urmiyalı Əli xanı yanına çağırıb gözlərini çıxartdı. Ağa Məhəmməd xanın çəkilməsindən sonra İmamqulu xan hakim seçildi. O, Sərablı Əli xan Şəqaqi ilə Xoylu Əhməd xana qarşı ittifaq bağladı. Müttəfiqlər Təbriz yaxınlığındakı döyüşdə məğlub oldular. Əmiraslan xan Əfşar Urmiyaya hakim təyin edildi, lakin onun xanlığı uzun çəkmədi. Məhəmmədqulu xan yeni hakim təyin olundu. Ağa Məhəmməd xanın hücumundan sonra Uşnu qalasına çəkildi. Qacarın ölümü ilə müstəqilliyini bərpa edən xanlıq, İran taxtına çıxan Fətəli şaha tabe oldu.


XOY XANLIĞI


(XVIII yüzilin ortaları - sonları)


Ümumi məlumat


Ərazisi:

Naxçıvan, Maku, Urmiya, Təbriz xanlıqları və Türkiyə ilə hüdudlanırdı


Mərkəzi:

Xoy


Xanları:

Əhməd xan Dünbuli (1763-1786), Hüseynqulu xan (1786-1813)

Xoy xanlığının əsasını dünbuli tayfa başçıları qoymuşdu. Dünbuli Əhməd xan XVIII yüzilin 60-cı illərində Təbrizdə də möhkəmlənmişdi. O, İrəvan, Naxçıvan və Qaradağ xanlığını da özünə tabe etmişdi. Qarabağ xanlığı ilə müttəfiqlik hakimiyyətinin möhkəmlənməsinə müsbət təsir göstərdi.


Xoy xanlığı ilə Kərim xan Zəndin zərbələrindən sonra dirçəlməyə başlayan Urmiya xanlığı arasında ziddiyyət var idi. Xanlıqlar arasındakı döyüşdə Urmiya xanlığı məğlub oldu. Bu Xoy xanlığının nüfuzunu xeyli artırdı. Kərim xan Zənd Xoy xanlığının güclənməsindən narahat olub, Əhməd xanı sarsıtmaq üçün tədbirlər görməyə başladı. Bu məqsədlə onun qardaşı Şahbaz xanın oğlanlarını əmilərinə qarşı mübarizəyə hazırlayırdı. Kərim xan Zəndin səpdiyi düşmənçilik toxumu onun ölümündən sonra belə özünü göstərdi. Şahbaz xanın oğlanları Əhməd xana qəsd edib, onu öldürdülər. Qəsdçilər hakimiyyəti ələ keçirməyə nail ola bilmədilər. Cəfərqulu xan Xoylu xilas ola bildi, onları cəzalandırdı və qardaşı Hüseynqulu xanı azad edərək hakimiyyətə gətirdi.


Xoy xanlığı yaranmış vəziyyətdə əvvəlki mövqeyini itirdi. İrəvan xanlığı müstəqillik əldə etdi. İrəvan və Qaradağ xanlığı yalnız Qarabağdan asılı oldu. Təbriz də əldən çıxdı. Xanlıqlar arasında yeni çəkişmələr başlandı.


Xoy xanlığı Qacarlardan asılı vəziyyətə düşdü, sonra xanlığa son qoyuldu.

MAKU XANLIĞI


(XVIII yüzilin 40-cı illəri - 1922-ci il)


Ümumi məlumat


Ərazisi:

Xoy, Qaradağ, Naxçıvan, İrəvan xanlıqları və Osmanlı imperiyası ilə hüdudlanırdı


Mərkəzi:

Maku


Xanları:

Əhməd Sultan (1747-1778), Hüseyn xan (1778-1822), Əli xan (1822-1866), Hacı İsmayıl xan (1866-1899), Teymur Paşa xan (1899-1922), Murtuzaqulu xan (1922)

Maku əyaləti Səfəvi hökmranlığı dövründə Çuxur Səd bəylərbəyliyinə daxil olan yarımmüstəqil sultanlıqdan ibarət idi. Onu bayat tayfasından olan nəsli hakimlər idarə edirdi.


Xanlığın banisi Əhməd Sultan idi. O, xanlığın idarəsi və möhkəmləndirilməsi üçün bəzi tədbirlər gördü. Xanın ölümündən sonra torpaqlar oğlanları Həsən və Hüseyn xan arasında bölündü. Həsən xan İrəvanlı Məhəmməd xan Qacardan asılılığa düşdü. Hüseyn xanın Mahmudi və Əbaqiyyə mahalları Osmanlılar tərəfindən tutuldu, lakin bu mahalları tezliklə geri ala bildi. Əli xanın dövründə xanlıq möhkəmlənməyə nail oldu. Bu xətt Hacı İsmayıl xanın zamanında da davam etdirildi. O, rus generalı Alxazovun Naxçıvan dəstələrilə birgə Təbriz üçün təhlükə yaradan Şeyx Übeydullanın dəstəsini məğlubiyyətə uğratdı. Teymur Paşa xanın dövründə xanlıq zəiflədi. 1922-ci ildə isə general Abdulla xan Təhmasibin İran qoşunları xanlığı tutdu və o ləğv olundu.

QARADAĞ XANLIĞI


(XVIII yüzilin 40-cı illəri - XIX yüzilin əvvəlləri)


Ümumi məlumat


Ərazisi:

Qarabağ, Talış, Ərdəbil, Təbriz, Xoy və Naxçıvan xanlıqları ilə hüdudlanırdı


Mərkəzi:

Əhər


Xanları:

Kazım xan (1747-1752), Abbasqulu xan

Qaradağlı tayfası Səfəvilərin hakimiyyətə gəlməsində fəaliyyət göstərdiyindən I Şah İsmayıldan başlayaraq Qaradağ vilayətinin idarəsinə nail ola bilmişdi. XVI yüzildən XIX yüzilin əvvəllərinədək Qaradağ vilayətinin idarəsi irsi olaraq müəyyən nəsil üzrə olmuşdu. Onlar həm də ruhani səlahiyyətlərinə malik idi. XVIII yüzilin əvvəllərində Səfəvi sülaləsi zəiflədiyindən hakim Kazım xan mərkəzi hakimiyyətə tabeçilikdən çıxmış, şah Sultan Hüseynin ehtiramına layiq görülən rus A.Volınskini Əhərə qoymamışdı. Nadir mərkəzi hakimiyyətə tabe olmayan xanın gözlərini çıxartdırmışdı. Nadirin ölümündən sonra Qaradağ xanlığı müstəqilləşmiş, Kazım xan Qaradağ xanı olmuşdu.


Kazım xan XVIII yüzilin ortalarında Qarabağ, Gəncə və Naxçıvan xanları ilə birlikdə Şəki xanlığına qarşı ittifaqa qoşulmuşdu. Bu ittifaq məqsədinə nail ola bilməmişdi. Qaradağ xanı Qarabağ xanlığına, Kərim xan Zəndə (1761), sonra isə Ağa Məhəmməd Qacara (1791) tabe olmuşdu.


Qaradağ xanı Abbasqulu xan XIX yüzilin əvvəllərində P.Sisianova məktub yazaraq Rusiyaya sadiq qalacağını bildirmiş, lakin 1804-1813-cü illər rus-İran müharibəsində Rusiyaya qarşı çıxmışdı.

TƏBRİZ XANLIĞI


(XVIII yüzilin 40-cı illəri - 80-ci illər)


Ümumi məlumat


Ərazisi:

Xoy, Naxçıvan, Qaradağ, Sərab və Marağa xanlıqları ilə hüdudlanırdı


Mərkəzi:

Təbriz


Xanları:

Əmiraslan xan, Nəcəfqulu xan, Xudadad xan

Nadirin ölümüdən (1747) sonra yalançı şahzadələrdən biri özünü III Sam Mirzə adı ilə şah elan etdi. Lakin Əmiraslan xan onu məğlubiyyətə uğradıb, Təbriz, Xalxal, Ərdəbil və Cənubi Azərbaycanın başqa əyalətlərini tabe etdi. Əmiraslan xan nə Adil şahın, nə də onun qardaşı İbrahim Mirzənin (1748-ci ilin sonu) hakimiyyətini tanımadı. İbrahim Mirzə Əmiraslan xanın üzərinə hücuma keçib, qələbə çaldı və Təbrizdə özünü şah elan etdi. Məşhəd və İsfahanda üsyan xəbərini eşidən şah Məhəmməd xan Əfşarı Təbrizə hakim təyin edib, oranı tərk etdi. Şah Məşhəddə həlak olduğu zaman, təbrizlilər Məhəmməd xanı qovdular. Urmiyalı Fətəli xan Əfşar Nağı xanla birgə Təbrizi tutub, mərkəzi ora köçürtdü. Məhəmmədhəsən xan Qacar 1757-ci ildə Təbrizə hücum etdi. O, oğlu Ağa Məhəmməd xanı bura hakim təyin etdi, Urmiya qalasını da tutdu və Fətəli xan Əfşarı özündən asılı hala saldı. Məhəmmədhəsən xanın Kərim xan Zəndə məğlub olması ilə vəziyyət dəyişdi, Fətəli xan müstəqil siyasət yeritməyə başladı. Nəcəfqulu xan Dünbuli Təbriz hakimi təyin olundu.


1760-cı ildə Kərim xan Zənd Təbrizi mühasirəyə aldı, lakin şəhəri tuta bilmədi. 1761-ci ildə o, Təbrizi tutmağa nail oldu, Nəcəfqulu xan yenidən hakim təyin edildi. Sonralar Nəcəfqulu xan xoylu Əhməd xandan asılılığa düşdü. Nəcəfqulu xanı hakimiyyətdə oğlu Xudadad xan əvəz etdi (1780). Yeni xan müstəqilləşməyə çalışırdı. Lakin Əhməd xan və qarabağlı İbrahim xan onu məğlub edib, Təbrizi tutdular, xan həbs olundu. Təbriz xanlığı Xoy xanlığından asılı vəziyyətdə qaldı.


MARAĞA XANLIĞI


(XVIII yüzilin 40-cı illəri - XIX yüzilin 20-ci illəri)


Ümumi məlumat


Ərazisi:

Cənubdan Saqqız mahalı, şərqdən Miyanə, şimaldan Təbriz, qərbdən Urmiya gölü və Sulduz mahalı ilə hüdudlanırdı


Mərkəzi:

Marağa


Xanları:

Əliqulu xan

Marağa torpaqlarını I Şah Abbasın ora köçürdüyü Qarabağın cavanşir elinin qolu olan müqəddəm tayfası idarə edirdi. XVIII yüzilin əvvəllərində Marağa əyalətini osmanlılar tuta bilmiş, lakin Nadirin köməyilə vəkil Həsənəli bəy əyaləti azad etmişdi. Tayfa başçısı Əbdürrəzaq ora hakim təyin olundu. O isə Nadirin siyasətindən ehtiyat edərək Bağdada qaçdığından xanlıq yenidən vəkil Həsənəli bəyə həvalə olundu. Onun oğlu Əliqulu xanın dövründə Nadirin ölümündən sonra xanlıq müstəqilləşdi.


Marağa xanlığı XIX yüzilin 20-ci illərində ləğv olundu.


ƏRDƏBİL XANLIĞI


(XVIII yüzilin 40-cı illəri - XIX yüzilin əvvəlləri)


Ümumi məlumat


Ərazisi:

Talış, Qaradağ, Təbriz, Marağa və Gilan xanlıqları ilə hüdudlanırdı


Mərkəzi:

Ərdəbil


Xanları:

Bədir xan (1747-1763), Nəzərəli xan (1763-1792), Nəsir xan (1793-1808)

Xanlığın banisi şahsevənli Bədir xan idi. O, xanlığı siyasi cəhətdən möhkəmləndirməyə nail oldu. Onun oğlu Nəzərəli xanın dövründə xanlıq uğrunda mübarizə kəskinləşdi. Zəndlər, qacarlar və şahsevənlər arasında münasibətlər gərginləşdi. Qubalı Fətəli xan 1784-cü ilin mayında Ərdəbili və Meşkini tutdu. Nəzərəli xan qarabağlı İbrahim xanın yanına qaçdı. Fətəli xana qarşı Ərdəbil, Qarabağ və Xoy xanlığının ittifaqı yarandığından o, Ərdəbili tərk etməli oldu. Nəzərəli xan Ərdəbilə qayıtdı və Qarabağ xanlığından asılılığı qəbul etdi. Nəsir xanın zamanında Ərdəbil xanlığı mərkəzi hakimiyyətdən asılı hala düşdü. Nəsir xanın ölümündən sonra xanlığın Qacar dövlətinə birləşdirilməsilə şahsevən tayfa birliyi dağıldı.


SƏRAB XANLIĞI


(XVIII yüzilin 40-cı illəri - XIX yüzilin əvvəlləri)


Ümumi məlumat


Ərazisi:

Ərdəbil, Qaradağ, Təbriz, Marağa xanlıqları və İranla hüdudlanırdı


Mərkəzi:

Sərab


Xanları:

Əli xan (1747-1786), Sadıq xan

Xanlığın banisi şəqaqi tayfasından olan Əli xan idi. O, xanlığın idarə sistemini nizama saldı, müdafiəsini təşkil etdi. Əli xanı hakimiyyətdə Sadıq xan əvəz etdi. İran tərəfdən təhlükəni nəzərə alaraq xan titulu verdiyi qardaşı Əli bəyi Zəncana hakim təyin etdi. Sadıq xan Təbrizi ələ keçirdi. Lakin Urmiya, Qarabağ və başqa xanlıqlardan kömək alan Nəcəfqulu xan Dünbuli Sadıq xanı geri çəkilməyə məcbur etdi. Sərab xanlığının ərazisi Qacarlar dövlətinin tərkibinə qatıldı.



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha