(Go: >> BACK << -|- >> HOME <<)

Siyasət

  • 1 158

Azərbaycan-Belarus əməkdaşlığı dərinləşir - ŞƏRH

image

Azərbaycan və Belarus respublikaları arasında mövcud olan münasibətlər dostluq, anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təməllər üzərində qurulub. Məlum olduğu kimi, vaxtilə hər iki ölkə keçmiş SSRİ tərkibində müttəfiq respublikalar olublar. Məhz bu tarixi fakt Azərbaycan ilə Belarus arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Bu münasibətlər müstəqillik illərində daha da inkişaf edib. Əlbəttə ki, ölkələrimiz və xalqlarımız arasında möhkəm dostluq və əməkdaşlıq əlqalərinin yaranmasında və inkişafında Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında mövcud olan səmimi münasibətlər xüsusi rol oynayır. Dövlət başçılarının qarşılıqlı səfərləri də ölkələrimiz arasında siyasi dialoqun daha da möhkəmlənməsinə xidmət edir. O cümlədən mayın 16-da Belarus Prezidentinin ölkəmizə etdiyi dövlət səfəri də iqtisadi əlaqələrin artıq yeni, daha yüksək səviyyədə inkişafına güclü təkan verəcək. Cənab Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd olunduğu kimi, dövlət səfəri hər zaman həm forma, həm də məzmun etibarilə həmişə fərqli olur. Bu gün də ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin gündəliyi kifayət qədər genişdir. Aparılan müzakirələr, imzalanmış sənədlər isə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə, ticarət dövriyyəsinin artmasına və bütün istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinə praktiki müstəvidə böyük töhfələr verəcək.

Əlbəttə ki, Azərbaycan və Belarus Prezidentlərinin müzakirə etdikləri mövzular arasında regional təhlükəsizliklə bağlı məsələlər xüsusi önəm kəsb edir. Bu gün dünyada gedən geosiyasi proseslər davamlı olaraq yeni münaqişə ocaqlarının yaranmasına səbəb olur. Cənab Prezident İlham Əliyevin dediyi kimi, dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir. Bu zəminda yaranan münaqişələr isə, bir qayda olaraq öz həllini tapmır. Lakin Azərbaycan 30 il bundan əvvəl öz istəyinin tam əksinə olaraq cəlb olunduğu hərbi münaqişəni beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla həll etdi. Bununla Azərbaycan Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olmasına, bütün region ölkələrinin sürətli iqtisadi inkişaf yoluna çıxmalarına əlverişli zəmin yaratdı. Bu gün ölkəmiz regional sülhü qorunmağa, Cənubi Qafqazda gedən prosesləri nəzarətdə saxlamağa qadir olan güclü lider dövlətdir.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər