(Go: >> BACK << -|- >> HOME <<)

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

08 fevral 2024, 16:12

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasında keçirilmiş Prezident seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Səsvermənin nəticələri Azərbaycan xalqının Sizin dövlətçiliyin möhkəmləndirilməsinə və ölkənin sosial-iqtisadi inkişafına istiqamətlənmiş siyasi kursunuza yüksək səviyyədə etimadının və dəstəyinin göstəricisidir. Əminəm ki, bu mühüm hadisə Azərbaycan Respublikasının gələcəkdə də inkişafına və onun vətəndaşlarının rifahının yüksəldilməsinə kömək edəcəkdir.

Türkmənistan ilə Azərbaycan Respublikası arasında qardaşlıq münasibətlərinin səmərəli xarakterini qeyd etmək sevindiricidir. Əminik ki, bu münasibətlər gələcəkdə də inkişaf edəcək və iki ölkənin xalqlarının rifahı naminə dərinləşəcəkdir. Ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinə şəxsi diqqətinizə və böyük dəstəyinizə görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, səadət və dövlət başçısı vəzifəsində məsuliyyətli fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Dərin hörmətlə,

 

Sərdar Berdiməhəmmədov

Türkmənistanın Prezidenti

SƏNƏDLƏR Fərmanlar 01 iyun 2024
14:41
Azərbaycan Respublikası Prezidentinin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” 2017-ci il 4 aprel tarixli 1313 nömrəli və “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” 2018-ci il 25 dekabr tarixli 434 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi...

01 iyun 2024, 14:41