(Go: >> BACK << -|- >> HOME <<)

redaktə  
"Həyat bir səhnədir, teatrdan fərqli olaraq burada hər kəs özünü oynayır "
Üçüncü zəng çalınır, pərdə qalxır...

Teatr portalına
Xoş Gəlmişsiniz!


redaktə  Pyeslər

Üç bacı — Əsərdəki əhvalat əyalət şəhərlərindən birində baş verir. Mərhum general Prozorovun Moskvada doğulmuş və orada oxuyub təhsil almış oğlu Andrey, qızları Mariya (Maşa), Olqa və İrina Moskvadan köçüb əyalət şəhərində ata mülkündə yaşayırlar. Şəhərdə müvəqqəti yerləşən hərbi hissə zabitləri – vaxtilə Moskvada, mərhum generalın sağlığında bu ailə ilə tanış olan hərbi həkim Çebutkin, podpolkovnik Verşinin, ştabs-kapitan Salyonı, poruçik Fedotik və podporuçik Rode bu ailə ilə yenidən dostluq münasibətlərini bərpa edirlər. Dramın süjeti əvvəldən axıra qədər yaşları, həyat təcrübələri, taleləri, dərdləri və arzuları müxtəlif olan bu adamların münasibətləri, həyat haqqında mülahizə və mühakimələri əsasında qurulmuşdur. Dostların hamısı ağıllı, fərasətli və istedadlı adamlardır, lakin onların heç biri öz həyatından, taleyindən razı deyil. Andrey Prozorov professor olmaq və kafedra tutmaq niyyəti ilə gecəsini gündüzünə qatır. Lakin sevib evləndiyi Natalya ilə ailə həyatından sonra o bədbinləşir.


redaktə  Rejisorlar

Lukino Viskonti di Modrone (it. Luchino Visconti di Modrone; 2 dekabr 1906, Milan — 17 mart 1976, Roma) — italyan opera və teatr rejissoru, kinorejissor. Viskonti zadəgan nəslinin qollarından birinin nümayəndəsi. Onun tam adı və titulu belədir: don Lukino Viskonti di Modrone, Lonate Possolo qrafı, sinyor di Korcelo, konsinyor di Somma, Krenna və Anyadello, Milan patrisisi. Viskonti yaradıcılığına 1936-cı ildə neorealizmin yüksək zirvəsində olan "Torpaq titrəyir" filmini çəkməklə başlamışdır. Cəmiyyətdə baş verən dəyişikliklərə qarşı həssas olan rejissor İtaliyanın müharibədən sonrakı dövrdə inkişaf mərhələsini yaradıcılğında dəqiqliyi ilə əks etdirmişdir. O, zamanın tələblərinə cavab verən və təəccübləndirməyi bacaran rejissorlardan biri olmağına baxmayaraq həmişə özünə sadiq qalmışdır. Neorealizmin təməlini qoyanlardan biri olan Viskonti İtaliya kinematoqrafının ən peşəkar rejissorlarından biri hesab edilir. İtaliya rejissorları arasında o, dərin düşüncəyə malik, həssas, sadəlövh, estetizmə qapılan bir sənətkar kimi tanınır. Viskonti bir çox filmlərində dünyanın aydın və harmonik dərk olunması üçün estetik epizodlardan istifadə edirdi. Bu epizodlarda tamaşaçı gözəl insanları və gözəl əşyaları görür. O, cəmiyyətdəki dəyişikliklərə qarşı çox həssas olduğundan həm sosioloji, həm də psixoloji filmlər çəkməyə üstünlük vermişdir.


redaktə  Aktyorlar

Sona Salman qızı Hacıyeva (25 iyun, 1907, Şəki – 24 dekabr, 1979, Bakı) – Azərbaycan aktrisası. Mədəniyyət tariximizin unudulmaz simalarından biri olan xalq artisti Sona Hacıyeva milli səhnəmizin ən parlaq ulduzlarından biri olmuşdur. O, elə bir zamanda səhnə fəaliyyətinə başlamışdı ki, bu ağır sənətə nəinki qadınların, hətta kişilərin də belə gəlməsi xoş olmayan münasibətlə qarşılanır, ağır hadisələrlə nəticələnirdi. Görkəmli səhnə ustalarından Əbülhəsən Anaplının, Əbülfət Vəlinin, Hüseyn Ərəblinskinin qətlə yetirilməsi çoxunun gözünü qorxutsa da, millətinin sabahını düşünən işıqlı insanları öz əqidəsindən döndərə bilməmişdi. Belə bir qorxulu və çətin şəraitdə teatra üz tutanlar, sənəti ürəkdən sevənlər, xalqın savadlanması, maariflənməsi üçün həyatlarını çəkinmədən qurban verirdilər.


redaktə  Teatrlar

İrəvan Dövlət Azərbaycan Dram Teatrıİrəvanda yaradılan Azərbaycan dilində ilk teatr. Azərbaycanlıların Ermənistandan deportasiyası ilə əlaqədar hal-hazırda Bakıda fəaliyyət göstərən dövlət teatrlarından biri. Teatrın tarixi müxtəlif mənbələrə istinadən 1882-ci ildən müəyyənləşdirilmişdir. Tarixçi-alim İsrafil Məmmədovun araşdırmalarında o, bildirir ki, İrəvanda Azərbaycan teatrının tarixi ən azı 1880-81-ci illərdən başlayır. İrəvanda çıxan "Psak" ("Çələng") qəzeti 1882-ci il 10 aprel, 7-ci sayında "Fars teatrı" adlı geniş rəy dərc edib. Məqalədə yazılır ki, kasıb tələbələrə xeyriyyə məqsədilə İrəvan türklərindən ibarət teatr həvəskarları Vasaq Mədətov Nəzminin "Tamahkarlıq düşmən qazanır" tamaşasını 1881-ci ilin ikinci yarısında birinci dəfə, 1882-ci il aprelin 2-də ikinci dəfə oynamışlar.

Azerbaijani theatre of Yerevan in 1939.jpg
Teatrın kollektivi, 1939


redaktə  Təqvim
May


redaktə  Dramaturqlar

Jan Baptist Poklen və ya sadəcə Molyer (fr. Jean Baptiste Poquelin, dit Molière; 15 yanvar 1622 – 17 fevral, 1673) – böyük Fransa komediya yazarı, fransa və Qərbi Avropa ədəbiyyatında klassik komediya janrının banisi. Fransız dramaturqu, aktyor, teatr xadimi Jan Batist Molyer 1622-ci ildə Parisdə saray xidmətçisi Jan Poklenin ailəsində doğulmuşdur. 1639-cu ildə Klermon kollecini bitirmişdir. Dünyagörüşünə fransız materialist filosofu P.Qassendinin təlimi güclü təsir göstərmişdir. Gənc yaşlarında həyatını teatrla bağlamış, 1643-cü ildə "Parlaq teatr" truppasını yaratmışdır. Lakin Parisdə müvəffəqiyyət qazanmayan truppa 12 il (1645–1658) əyalət şəhərlərini gəzib dolaşmış, yalnız 1659-cu ildə xoşbəxt bir təsadüf nəticəsində paytaxta qayıda bilmişdir. Bu müddət ərzində Molyer xalq həyatını dərindən öyrənmiş, gələcək əsərləri üçün zəngin material toplamışdır.


redaktə  Şəkil qalereyası


Teatr Vikixəbərdə  Teatr Vikisitatda  Teatr Vikikitabda  Teatr Vikimənbədə  Teatr Vikilüğətdə  Teatr Vikiversitetdə  Teatr Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar