(Go: >> BACK << -|- >> HOME <<)

Müzakirə:Üzeyir Hacıbəyov

Ən son rəy:1 ay öncə, Cavad0433 tərəfindən "Musiqiçi Üzeyir bəy " Hacıbəyovdur, yoxsa Hacıbəyli" ?" mövzusunda

Adı

redaktə

Son dövrləırdə rəsmi sənədlərdə və mətbuatda dahi bəstəkarın soyadı Hacıbəyli kimi yazılır. Məsələn , Mədəniyyət və Turizm Nazirliyinin saytında belə qeyd edlib.[1]. AzVikipediyada da müvafiq düzəlişin edilməsinə necə baxırsınız ?--Acategory 12:23, 18 Sentyabr 2010 (UTC)

Məncə, vəfatı tarixində soyadı necə olubsa, elə verməliyik.--Vago 12:31, 18 Sentyabr 2010 (UTC)

Çox maraqlıdır. 120 illik yubileyi zamanı 2005-ci ildə Üzeyir Hacıbəyov idi. 125 illik yubileyi zamanı isə 2010-cu ildə Üzeyir Hacıbəyli oldu. Yəqin 130 illik yubileyi zamanı da 2015-ci ildə Üzeyir Hacıbəyzadə olacaq, 2020-də Üzeyir Hacıbəysoy, 2025-də Üzeyir Hacıbəy... --Cekli829 17:43, 18 sentyabr 2010 (Cek vaxtı ilə)

Üzeyir bəyin mühacirətdə olan qardaşı Hacıbəyli soyadıyla yaşamışdır. Çox güman ki, Üzeyir bəy siyasi yöndən bu soyadı seçmək məcburiyyətində qalmışdır. Hər halda Hacıbəyov saxlanılmalıdır.--Vago 12:52, 18 Sentyabr 2010 (UTC)

Cəmiyyətin vaxtaşırı nəyisə dəqiqləşdirməsi normal haldır. Fikir verirəm ki, Üzeyir bəyin Hacıbəyli kimi tanıdılması cəmiyyətdə heç bir narazılıq doğurmur. Buna musiqi içtimaiyyətinin də, ziyalıların da reaksiyası normaldır. Hər halda nədən rəsmi sənədlərdə dahi bəstəkarın Hacıbəyli yazılmasını biz də maraqlanmalı, istinad sənədləri axtarmalıyıq. --Acategory 17:55, 18 Sentyabr 2010 (UTC)

Üzeyir bəyin Ağcabədidə anadan olduğu, uşaqlığının isə sonradan Şuşada keçdiyi məlumdur. Lakin məqalədə onun Şuşanın Ağcabədi kəndində doğulduğu göstərilir və kəndin keçidi məhz eyniadlı rayona verilir. Ağcabədinin XIX əsrdə Şuşanın kəndi olub-olmadığını bildirən bir mənbə varmı? Məqalənin seçilmiş məqalə namizədi olduğunu nəzərə alaraq, bu məsələyə aydınlıq gətirilməsini istərdim. --Babək Akifoğlu 20:15, 15 mart 2014 (UTC)Cavabla

Bəzi düzəlişlər etdim bununla bağlı. --sefer azeri 20:33, 15 mart 2014 (UTC)Cavabla
Məsələn Mirzə Fətəli Axundov farsa yazılarda soyadını Axundzadə kimi, rusca yazılarda isə Axundov kimi qeyd etmişdir. Mənbiləni Üzeyir bəy də AXC dönəmində Hacıbəyli soyadından, Sovet dövründə isə məcburən Hacıbəyov soyadından istifadə etmişdir.--samral müzakirə 20:18, 26 noyabr 2014 (UTC)Cavabla

Bəzi tarixi şəxsiyyətlərin soyadlarının düzgün yazılması haqqında dövlətin MM, Mədəniyyət Nazirliyi, EA timsalında xsusi qərarları lazımdır. Bu qərarların verilməsi üçün aşağıdan, ictimaiyyət tərəfindən müraciətlər (lazım olsa lap petisiya şəklində) olmalıdır.

Məncə də soyad Hacıbəyli kimi yazılmalıdır. Bəzi tarixi şəxsiyyətlərin soyadları Rusiya tərəfindən bir qərarla dəyişdirilibsə elə qərarla da geri qaytarılmalıdır. Və burada və ya başqa yerdə soyadın dəyişdirilməsinə -zadə, -soy və başqa cür sonluqlara lağ etmək yersiz və məsələnin mahiyyətindən xəbərsiz olmağın göstəricisidir. NR SHENER (müzakirə) 19:07, 13 fevral 2021 (UTC)Cavabla

Ensiklopediklik

redaktə

Məqalədə kifayət qədər ensiklopedik olmayan cümlə var. Bunlar mütləq düzəldilməlidir.--samral müzakirə 20:16, 26 noyabr 2014 (UTC)Cavabla

Sonda şablon da yoxdur. Bu məqalənin ruscası da SM-dir. Ruscası ilə bu məqalənin arasında yerlə göy qədər fərq var. Ruscası daha ensiklopedik, konkret və əhatəlidir.--samral müzakirə 15:39, 20 yanvar 2015 (UTC)Cavabla

Musiqiçi Üzeyir bəy " Hacıbəyovdur, yoxsa Hacıbəyli" ?

redaktə

Müzakirə:Müasirlik səhifəsindən köçürüldü.

Hacıbəyli Cavad0433 (müzakirə) 10:41, 7 may 2024 (UTC)Cavabla

? Cavad0433 (müzakirə) 10:43, 7 may 2024 (UTC)Cavabla
"Üzeyir Hacıbəyov" səhifəsinə qayıt.