(Go: >> BACK << -|- >> HOME <<)

Vikipediya müzakirəsi:Bilirsinizmi/Arxiv

Ən son rəy:12 il öncə, Acategory tərəfindən "Bölmə üzrə şəkillər" mövzusunda

Hesab edirəm ki, arxiv səhifələri həmişə mühafizədə olmalıdır.--Acategory 03:53, 16 oktyabr 2011 (UTC)Cavabla

Məncə buna ehtiyac yoxdur, EnViki də bunu etmir, üstəlik bu səhv olan iddialara da müdaxilə etməyi də imkansız edir, burda isə səhvlər var--Melikov Memmedemail 08:26, 31 oktyabr 2011 (UTC)Cavabla
Hesab edirəm ki, səhv olan iddiaların heç biri orada qalmalı deyil. Ümumiyyətlə isə bizdə bu layihənin tərtibi qətiyyən düzgün aparılmır. Çünki bu layihəyə yerləşdirilən məlumatlar bilavasitə Vikipediyada yaradılmış son məqalələrdən və yaxud da ən son təkmilləşdirmə nəticəsində Vikiməqalələrə daxil edilmiş hissələrdən götürülməlidir. Mövcud vəziyyət isə tamamilə əksinədir. Məsələn, hal-hazırda Ana Səhifədə olan məlumatın biri belədir: "Tarakanlar başı kəsildikdən sonra 9 gün yaşaya bilirlər." Bu məlumatda 3 məqaləyə keçid var: tarakan, başgün məqalələrinə. Nə baş məqaləsində, nə də gün məqaləsində bu məlumat yoxdur. Tarakanlar haqqında məqalə isə ümumiyyətlə AzVikidə hələ yaradılmamışdır. Bu kimi nümunələr kifayət qədərdir. Hesab edirəm ki, layihəni sıfırdan başlamalı, bu arxivi isə tamamilə silməliyik. Çünki bu layihənin belə davam etməsi Vikiqaydaların pozulması deməkdir. --►Safir yüzüklü Ceklimesaj 08:41, 31 oktyabr 2011 (UTC)Cavabla
Layihəni nə ilə əvəz edəcəyik ? Yoxsa Ana səhifənin bu hissəsi boş qalacaq ? --Acategory 09:07, 31 oktyabr 2011 (UTC)Cavabla
Həqiqətən Vikipediya ağır layihədir, ona görə az sayda dildə normal Vikipediya var. Digər dillərdə ən çox oxuduğum bu "Bilirsinizmi" bölməsi olduğu üçün, elə ilk anda ən çox nəzərimə çarpan da AzVikidə faktların Vikiməqalələrə daxil edilmiş hissələrdən götürülməsini göstərən bir "əlamətin" olmadığı idi. Ancaq elə o zaman mən də bu sualı düşündüyüm üçün sədəcə "heç olmasa faktlar düz olsun" istədim. --Melikov Memmedemail 09:30, 31 oktyabr 2011 (UTC)Cavabla

Müzakirələrdən irəli gələrək aşağıdakı tıklifləri irəli sürürəm:

  • Bölmədəki məlumatlar azərbaycan vikipediyasındakı müvafiq məqalələrdə olmalıdır. Bunun üçün onu əvvəldən məqaləyə yerləşdirmək də olar.
  • Qeydləri həm Vikipediya:Bilirsinizmi/Yeni buraxılışın hazırlanması , həm də Şablon:Bilirsinizmi səhifələrində aparmaq olar.
  • İradlar düz olarsa, yeni buraxılışı hazırlayan istifadəçi müvafiq sətirdə həmin düzəlişi etməlidir.
  • Arxivə yerləşdirilən material korrektə edilməməlidir.
  • Bu təkliflər qəbul edilərsə, onun tələbləri bu həfətin artıq yerləşdirilmiş mətninə də şamil ediləcək.

Xahiş edirəm marağı olanlar münasibətini bildirsinlər.--Acategory 10:06, 31 oktyabr 2011 (UTC)Cavabla

Nəzərinizə bir şeyi də çatdırmaq istərdim, Rusca Vikipediyada faktlar elə verilir ki, həm cəlb edir, həm də məqalələri oxumağa vadar edir, məsələn,

Burda sadəcə quru faktlar verilmir. Siz də imkan daxilində bu cür edə bilərsiniz. Bir də nə üçün "Arxivə yerləşdirilən material korrektə edilməməlidir"? Vikipediyada hər hərəkət qeydə alındığı üçün nəyin isə dəyişdiriləcəyindən ehtiyat etmək lazım deyil, istənilən vaxt istənilən düzəliş silinə bilər. --Melikov Memmedemail 10:26, 31 oktyabr 2011 (UTC)Cavabla

Bölmə üzrə şəkillər redaktə

Bölmə üzrə şəkillərdə, problem var. Məsələn sona yaxın, hansı bölmənin hansı şəkilə aid olduğunu müəyyən etmək cətinləşir. Hörmətlə--Baskervill 19:42, 29 yanvar 2012 (UTC)Cavabla

Razıyam. Ümüd edirəm ki, daha hazırlıqlı istifadəçilər bu qüsuru aradan qaldıra biləcəklər.--Acategory 19:48, 29 yanvar 2012 (UTC)Cavabla

"Bilirsinizmi/Arxiv" layihə səhifəsinə qayıt.