(Go: >> BACK << -|- >> HOME <<)

Vikipediya:Kənd meydanı/Arxiv/Fevral/2012

Günün seçilmiş məqaləsi

Uzun müddətdir ki, Günün seçilmiş məqaləsi üzərində çalışırıq. İlk öncə bu layihəni 2012-ci ildən işə salmağı düşünsəkdə, məsələ 2013-ə qaldı. Mən Günün seçilmiş məqalələri bölməsində Vikipediya:Günün seçilmiş məqaləsi/Yanvar ayı üçün 3 məqaləni yerləşdirmişəm. Zəhmət olmasa baxın görün bir problem yoxdur ki? Əgər hər şey yolundadırsa, yaxın zamanda mart ayına qədər məqalələri hazır edə bilərəm. Bu arada təkliflərinizdə gözləyirəm. Hörmətlə--Baskervill 13:59, 2 fevral 2012 (UTC)

Məsələyə münasibət bildirməynizi rica edirəm. Artıq 8 günün məqaləsi bölmələrə əlavə edilib. Hörmətlə--Baskervill 20:35, 2 fevral 2012 (UTC)
Yaxşı ideyadır. Əslində bu il də həyata keçirə bilərik, heç 2013-cü ilə qalmaz. Bu layihədə olan məqalələr yaxşı olar ki, həmin günlə bağlı olsun. Məsələn, (təxmini deyirəm) 28 mayda Azərbaycan Demokratik Respublikası məqaləsi günün seçilmiş məqaləsi ola bilər. Burda şəxslər haqqında məqalələr də verilə bilər - müvafiq gündə doğulan və ya vəfat edən şəxslər. Mən layihənin inkişafını və sizin fəaliyyətinizi izləyirəm. Layihə hələ qaralama halındadır. Yaxşısı budur hələlik ana səhifəyə hazır olmayan "Birgə iş" layihəsi formasında digər bir layihə çıxarmayaq. Amma layihə tam hazır olsa 2013-ü gözləməyə də bilərik --Sortilegus 21:00, 2 fevral 2012 (UTC)
Kim istəyirsə Vikipediya:Günün seçilmiş məqaləsi layihəsinə kifayət qədər dolğun olan və Ana Səhifəyə çıxarılması mümkün olan məqalələri daxil edə bilər. Əgər hər hansı bir günlə bağlı mübahisəli məqamlar yaranarsa, onu həmin günə aid olan layihənin müzakirə səhifəsində müzakirə edərək yoluna qoymaq olar. Bir məqamı da qeyd edim ki, layihəyə daxil olan şəkilllərin hamısının Vikianbarda olması vacib qəbul olunmalıdır. --►Safir yüzüklü Ceklimesaj 10:27, 3 fevral 2012 (UTC)

Ümumən müsbət münasibətlə qarşılaşdım. Mən bu bölmənin 2013-cü ildən başlanmasının tərəfdarıyam. Həm tələsmək lazım deyil, həmdə ki, bəzi problemlərin aradan qalxması üçün müəyyən vaxt lazımdır. Yanvar ayını ən qısa zamanda yekunlaşdıraram, daha sonra müzakirə bölməsində məqalələrin vəziyyətini müzakirə edərik. Hörmətlə--Baskervill 17:37, 3 fevral 2012 (UTC)

Mən Baskervill-in mövqeyini dəstəkləyirəm. Tələsməyək və ortaya keyfiyyətli bir layihə çıxaraq. Cekli-nin şəkillərlə bağlı dediklərini də mütləq nəzərə almaq lazımdır. Ana səhifəyə çıxarılan bütün şəkillər commonsdan götürülməlidir. --Sortilegus 17:49, 3 fevral 2012 (UTC)
Bir də təklif edirəm ki, "Günün seçilmiş məqaləsi" layihəsində ərəb əlifbalı məqalələr də olsun. "Seçilmiş məqalə" şərtləri bizdə kifayət qədər təkmildir və bu statusu almaq bir qədər çətindir (bir qədər!). Amma əgər azviki 2 əlifbalı vikipediyadırsa, "Günün seçilmiş məqaləsi" bölməsində (səsvermə olmadan layihəyə salınan məqalələr) bu mütləq nəzərə alınmalıdır. Ən azından 20-30 ərəb əlifbalı məqalə var ki, bu layihəyə salına bilər. --Sortilegus 18:01, 3 fevral 2012 (UTC)
Bu il "Vikipediya:Günün seçilmiş şəkli" bölməsi fəaliyyətə başladı. İnşallah gələn ildə məqalə bölməsi fəaliyyətə başlayar. Azvikidə gün ərzində bir məqaləni Ana Səhifəyə yerləşdirmək, böyük məsuliyyət tələb edir. Bu səbəbdən qarşıda duran 11 ay ərzində ən azından 8 ayın məqalələri tam hazır olmalıdır. Ceklinin qeyd etdiyi şəkil məsələsidə önəmlidir. Hər halda Yanvar ayını test kimi hazırlayıb, müzakirə edərik, sonra isə digər ayları. Vaxt sürətlə keçir, ümüd edirəm ki 11 aya Azvikinin ən böyük layihələrindən olan Günün seçilmiş məqaləsini tam hazırlayarıq. Hörmətlə--Baskervill 18:03, 3 fevral 2012 (UTC)
Seçilmiş və yaxşı məqalələridə bölməyə əlavə etmək yaxşı olardı. Məsələn Yaşar Nurinin və ya Cəfər Cabbarlının doğum günündə həmin şəxslərin məqaləsini yerləşdirmək olar. Sizcə bu məqalələri Günün seçilmiş məqaləsinə yerləşdirməkdə problem yoxdur ki?--Baskervill 18:16, 3 fevral 2012 (UTC)

Hesab edirəm ki, yerləşdirmək olar. --Acategory 20:39, 4 fevral 2012 (UTC)

Reklam tipli məqalələr

Azvikidə Ailə TV kabel televiziyası operatoruCaspian Telecom kimi reklam xarakterli məqalələr var. Bunların silinməsini istərdim. --Baskervill 12:59, 8 fevral 2012 (UTC)

Qətnamənin qəbuluna yox deyək!

http://www.change.org/petitions/the-ca-state-house-reject-the-racist-resolution-against-azerbaijanis

Dostlar! Ermənilər Kaliforniya parlamnetində Azərbaycanlıları vəhşi kimi qələmə verən qətnamə irəli sürüblər. Qətnamə 27 fevrala kimi qəbul edilə bilər. Bütün həmvətənlərdən xahiş edirəm yuxarıdakı linkə girib bu qətnamənin qəbuluna qarşı imza atsınlar. Çox sadədir linkdə soldakı detalları doldurub imza atmış olursunuz.

--Vüsal Ağayev 06:38, 12 fevral 2012 (UTC)

Cənubda filtrədir. bunlar nə deməkdir!!! səriyiblər. vəllahi oynadıllar!!!--TÜRK OĞLAN 06:44, 12 fevral 2012 (UTC)
Mən də imza atdım. Amma 500 imza lazımdır hə? Heç yarı da olmayıb. Bu barədə geniş məlumat yazın yayaq saytlara. --RM-WaRRioR 10:16, 12 fevral 2012 (UTC)
Məndə imza atdım. Ancaq bütün bunların bir xeyrinin olacağını düşünmürəm. Kaliforniya ştatı ABŞ-da ermənilərin ən çox yaşadığı ştatdır. Burada elə şəhərlər var ki, şəhərin əhalisi 100 mindir və 100 mindən 60 mini ermənidir. Kiçik Ermənistanda bu ştatda yerləşir. Deməyim odur ki, bu ştatı biz itirmişik, çünki Amerika ermənilərinin 70% burada cəmləşib. Bu səbəbdən biz yerdə qalan 49 ştatda hüquqlarımızın qorunmasına calışmalıyıq. Sonda qeyd edim ki, bu bizdə son illər alınır. Belə ki, NevadaMassaçusets Xocalı soyqırımını rəsmən tanıyıb. Hörmətlə--Baskervill 10:47, 12 fevral 2012 (UTC)
Salamlar. Əgər o ştatlar Xocalı soyqırımın tanıyıblarsa onu qaynaqla məqalələrinə artırmaq lazımdır. Hörmətlə --Əmir İbrahimi *danışıq* 10:51, 12 fevral 2012 (UTC)
Bu şəkil Massaçusets ştatının məsələyə münasibətini göstərir. Təklif edirəm ki, bu şəkili məqaləyə əlavə edək.--Baskervill 11:01, 12 fevral 2012 (UTC)

O şəkil en vikidə göstərilibdir, təəssüflərlə Azvikidə indiyəcən bu şəkil işlənməyibdir. Bu qonuda bundan daha fəal olmaq lazımdır. --Əmir İbrahimi *danışıq* 11:33, 12 fevral 2012 (UTC)

Xəbəri Massachusetts State of the United States recognizes Khojaly tragedy as a massacre April 28, 2010The Massachusetts State House of Representatives adopted a document on February 25, acknowledging the Khojaly massacre linklərdən oxumaq olar. İkincisində təkcə yazı var və keçid yoxdur. Diyəsən Güney xəbər ajansları bu xəbərdən xəbərsiz qalıblar! Çünkü mən bir şey tapa bilmədim. Şayəd mə axtarmaqda hansısa yanlışlıqa yol vermişəm. Sizdə axtarın görün necə olur. --Əmir İbrahimi *danışıq* 11:46, 12 fevral 2012 (UTC)

Aşağadaki linkləridə tapdım. Bunları məqalələrə artırmalıyıq (elə bil Texas iyalətidə qəbul edib).

US STATE OF MASSACHUSETTS ACKNOWLEDGES KHOJALY MASSACRE US State of Massachusets acknowledges Khojaly Massacre House of Representatives of State of Texas passes resolution commemorating Khojaly massacre. biginning of the contemporary phase of the conflict --Əmir İbrahimi *danışıq* 11:51, 12 fevral 2012 (UTC)

MediaWiki 1.19

(Apologies if this message isn't in your language.) The Wikimedia Foundation is planning to upgrade MediaWiki (the software powering this wiki) to its latest version this month. You can help to test it before it is enabled, to avoid disruption and breakage. More information is available in the full announcement. Thank you for your understanding.

Guillaume Paumier, via the Global message delivery system (wrong page? You can fix it.). 13:26, 12 fevral 2012 (UTC)


Azərbaycanlılar

Salam.Mən bu ellərə barə məqalə yaradmışam və onların indiki durumlarına görə (ki hamısı İranda Azərbaycan dilində danışırlar) Azərbaycanlı qeyd etmişəm.

Amma Kürd tayfaları məqaləsi İranika Ensiklopediyası saytı yazıçı:PIERRE OBERLING həm Kürəsünniləri, həm Qaraçorlu elin və həm Pazuka elin Kürd qeyd edib.Əksər mənbələridə Pan-Iranistlərin mənbələridi(İrəc Əfşar Sistaninin yazıları) və Şərəfnamə.

Şərəfnamə Lurlar, Ləklər, Uramilər, Goranlar, Çeginiləridə,... Kürd qeyd edib amma o zaman İrandaAzərbaycanda əksər köçəri qəbilələrə Kürd və kənddə yaşayanlara Tat deyirdilər.(Soylarına asılı olmayaraq)

  • David Mackenzie: «If we take a leap forward to the Arab conquest we find that the name Kurd has taken a new meaning becoming practically synonmous with 'nomad', if nothing more pejorative» D.N. Mackenzie, «The Origin of Kurdish», Transactions of Philological Society, 1961, pp ۶۸-۸۶
  • Richard Frye,«The Golden age of Persia», Phoneix Press, 1975. Second Impression December 2003. pp ۱۱۱: "Tribes always have been a feature of Persian history, but the sources are extremly scant in reference to them since they did not 'make' history. The general designation 'Kurd' is found in many Arabic sources, as well as in Pahlavi book on the deeds of Ardashir the first Sassanian ruler, for all nomads no matter whether they were linguistically connected to the Kurds of today or not. The population of Luristan, for example, was considered to be Kurdish, as were tribes in Kuhistan and Baluchis in Kirman

İndi bunları vikipediyada Azərbaycanlı qeyd etməliyik ya Kürd?--Orartu 18:40, 12 fevral 2012 (UTC)

Oratru, kürəsünnülər həm azərbaycan türkcəsində həmdə kürdcə danışırlar. məsələn xoyda yesdikan kəndi türkcə danışıb və hətta ozanlarıda var amma ağbulaq kəndi kürdcə danışıb və kürdcə davranırlar. hamısı ola bilər. yazanda kənd və ya şəhərin hançı dildə danışmağı önəmlidir. dediyim kimi bəziləri özlərini türk bilib bəziləri isə kürd, qalıb danışdıqları dilə!.--TÜRK OĞLAN 20:59, 12 fevral 2012 (UTC)
Amma iranika ensiklopediası bütün Xoyun cənub qərbində yaşayan kürəsünnüləri Kürdləşmiş Türk qeyd edib.Azərbaycan dilində danışan Xoy kürəsünniləri barəsində heç məlumat verməyib ona görə həm ingiliscə vikipediya, həm farsca vikipediya İranikaya əsaslanaraq:Korahsunni:Kurdicized Turks, southwest of Ḵoy. onları Kürd soylu və Kürd dilli olmuş Türklər qeyd edirlər.--Orartu 07:31, 13 fevral 2012 (UTC)

Hə, əsas türk olmalarını deyillər amma bəziləri dediyim kimi kürdcədə danışırlar. sən elə əsas türk olduqlarını yaz. indi sən bunları türkcə danışdıqları üçün bu məqalədən istifadə edə bilərsən. və kürə sünnülərin yazdığı azərbaycan dilində olan kitablardan istifadə edə bilərsən.--TÜRK OĞLAN 10:20, 13 fevral 2012 (UTC)

Bu məqalədən fəqət Quluncu kəndində yaşayan Kürəsünnilərə görə mənbə vermək olar.--Orartu 15:34, 13 fevral 2012 (UTC)

Bu Azerbaycan Küresünlüleri veya Çepni Oğuzlarıməqalənində yazıçısı Tövhid Məlikzadə di və məqaləsində də mənbə var.Amma Farsca Vikipediyada bu saytı Pan-Turkist adlandırırlar və etibarlı mənbə kimi olaraq qəbul etmirlər.--Orartu 15:44, 13 fevral 2012 (UTC)

Problem fəqət Kürəsünnilər deyillər.PIERRE OBERLING bu məqalədə Kürd tayfaları həm Kürdləşmiş Küresünniləri və Tilakuʾi (Kurdicized Turks, around Sonnata and Zāḡa)elin Kürd tayfası və Kürd soylu qeyd edir və həm Türkləşmiş Donboli(q.v.; Turki-speaking, around Ḵoy and Salmās), Čalabiānlu (q.v.), Moḥammad Ḵānlu, Ḥosaynāklu, Ḥāji ʿAlilu (q.v.), Ḥasan Beglu, and Qarāčorlu,Delikānlu, Kolukjānlu (an offshoot of the Šekkāk), Šaṭrānlu (also an offshoot of the Šekkāk), Aḥmadlu, Šādlu, Rašvand, and Māmānlu. Turki-speaking Šekkāk.Calibdir ki bu PIERRE OBERLING Kürəsünnilər və Tilkauilər barəsində yazır(Kurdicized Turks) yəni soylarıda kürd olub amma Türkləşmiş kürd tayfalarına yazır (Turki-speaking)yəni dilləri Türkləşib vəli soyları olduğu kimi kürdür!Xoyun cənub qərbində kürdləşmiş kürəsünnilərin barəsində yazmaqı bilir amma TehranSimnan ostanlarında(Simnan qəbilələri yazıçı:Şahhüseyni) Türkləşmiş(və ya Türk) Pazukiləri görməz tutur!--Orartu 16:15, 13 fevral 2012 (UTC)

Hə doğrudur, amma sən istəyəsən yazasan kürəsünnilər hamısı türkdürlər bir az çətin olar. niyə ki yazdığın kimi qatma-qarışıq mənbələr var. amma mən verdiyim məqalədən belə istifadə edə bilərsən ki: kürəsünnülərin çoxu və ya bəziləri özlərini türk bilirlər və onların yazdıqları kitablar bunu təsdiq edə bilər və dediyin mütəəssiblər onları yanlızca kürd deyə bilməzlər. çox narahatlarsa onların kürdcə yazdıqları kitabları göstərsinlər. əlbəttə bilmirəm var ya yox! ona baxmaq sizə baxar. onların internetdəki saytları özlərini Azərbaycan türkü bilirlər.--TÜRK OĞLAN 16:31, 13 fevral 2012 (UTC)
Mən həm ingiliscə və həm farsca vikipediyada kürdlər barəsində çox bəhs etmişəm,ki nəzərimcə fəqət vaxt tələf etməyidir.Nəzərimcə Pierre Oberlingin özü ilə bu barədə danışmaq və Azərbaycanlılar barəsində yazılarında diqqətli olmasın istəmək,İngiliscə Vikipediyada Türkiyənin Kürdlərindən olan TakabegFarsca Vikipediyada Azərbaycan dilini aşağı səviyyədə başa düşən və özün əsil Azərbaycanlı bilən ammaMadayların soyundan:-)Alborz Fallah və kuklası Persia2099 ilə danışmaqdan daha yaxşıdır.--Orartu 17:55, 13 fevral 2012 (UTC)

Bu məqalədə The Tribes of Qaraca Dag:A Brief HistoryPierr Oberlinq, qaracadağ(Karaca, qaradağ) oymaqların Kürd əsilli qeyd edib və yazır bunların qəbilə əfsanələrində belə gəlib!ya özləri belə iddia edirlər...--Orartu 18:12, 13 fevral 2012 (UTC)

Dediyin adamların biri ki takabeg ola, onunla məndə çox bəhslər etmişəm və fa vikidə çoxları ilə. onlar başa düşməzlər. onlarla baş başa qoşma, heç vaxt. bizim fəqət iradımız qaynaqlarımızın az olmasıdır!!! doğru qaynaq tapmalıyıq. hər kimnən danışsan danış mənim ingiliscəm sənin kimi deyil. amma üstdə göstərdiyin sayt iranica və ya islamica kimi bir sayt deyil. mən onda elə bir qaynaq görmədim! NƏYSƏ, SƏN SÖZÜ YAZANDA ELƏ YAZ Kİ ONLAR AZƏRBAYCANLI TÜRKÜNÜ İÇİNDƏN ÇIXARA BİLMƏSİNLƏR. YƏNİ HƏM DE: FİLAN KƏSLƏR DEYİR KÜRDDÜLLƏR VƏ HƏM BU DƏLLİLLƏRƏ GÖRƏ TÜRKDÜLƏR! çünki yanlız türk yazmağın onları qaşındırır belə bir məqalələrdə ki möhkəm qaynaq tapa bilmirsən elə yazmağın yaxşıdır ki türk kələməsidə sözlərin içində ola və dediyim kimi nə şiş yana nə kabab.YAŞA.--TÜRK OĞLAN 19:32, 13 fevral 2012 (UTC)

Seçilmiş şəkil namizədləri

Salam hörmətli istifadəçilər. "Vikipediya:Seçilmiş şəkil namizədləri" səhifəsində bir sıra namizədlər sizin verəcəyiniz səsləri gözləməkdədirlər. --N KOzi FORVM 06:06, 23 fevral 2012 (UTC)

Bu sahədə görülən işlərə görə əməyi olan hər həsə təşəkkür edirəm. Əvvələr bu bölmədə 60 şəkil vardı, ancaq indi 135 seçilmiş şəkil var. Bir az da namizədlər bölməsi haqqında danışmaq istərdim. Təklif edirəm ki, eyni anda 10-dan çox şəkil namizəd olmasında, məsələn hal-hazırda 20 namizəd şəkil var və bunlara səs verməkdə bir az çətinləşib. Bu səbəbdən gələn həftə bu xüsusiyyətə diqqət etməyinizi rica edirəm. Hörmətlə--Baskervill 10:03, 23 fevral 2012 (UTC)
  --►Safir yüzüklü Ceklimesaj 05:43, 27 fevral 2012 (UTC)

Səbəb?

Bilmək istəyərdim ki, "Qanadlarıma sığal çək" filmi haqqında məqaləm niyə silindi? Səbəb nədir? --Babək Akifoğlu 12:25, 23 fevral 2012 (UTC)

Məqalənin silinmə səbəbi burada göstərilib və qeyd olunub ki, müəllifin istəyi ilə. Məncə burada kiçik bir anlaşılmazlıq var. Hörmətlə--Baskervill 12:50, 23 fevral 2012 (UTC)
Məqaləyə {{sil}} şablonunu İstifadəçi:Vusal1981 əlavə etmişdi. Feysdə şəxsi yazışmamız zamanı həmin məqalənin silinməsinin vacibliyini mənə izah etdi. İstifadəçi:Babək Akifoğlu ilə də bu barədə şəxsən danışacağını bildirdi. Daha ətraflı məlumatı İstifadəçi:Vusal1981-dən ala bilərsiniz. --►Safir yüzüklü Ceklimesaj 13:21, 23 fevral 2012 (UTC)
Filmlərin müəllifinin istəyi ilə məqalələr silinmişdir. Babəklə bu barədə söhbətimiz olub artıq.--Vüsal Ağayev 19:47, 23 fevral 2012 (UTC)

Bəli, söhbətimiz oldu Vüsalla. Hər şey aydınlaşdı. Artıq mən də öz qərarımı verdim. Vikitətildən qayıdıb "Ölüm növbəsi" məqaləsini bitirdikdən sonra Azərbaycan filmlərilə bağlı yaradacağım məqalələri bir kənara qoyub dünya kinosu ilə davam edəcəyəm. --Babək Akifoğlu 11:10, 24 fevral 2012 (UTC)

Xocalı soyqırımı

Xocalı soyqırımında şehit olan Azeri kardeşlerimizin aziz hatırasına sahip çıkmak adına 25 ve 26 Şubat günleri iki gün boyunca Ansiklopedika.org ana sayfasında Xocalı soyqırımı maddesine Ana sayfada yer veriyoruz. Azeri kardeşlerimize saygılarımızla. 95.10.180.156 13:36, 25 fevral 2012 (UTC)

Ana səhifəyə onu da qeyd edin ki "20 ildir Azərbaycan rəhbərliyi Xocalı qətiamının beynəlxalq ictimaiyyətdən gizlətməyə çalışır, bu hadisəni törədənlərin ədalət məhkəməsindən yayınmasına və şad-xürrəm yaşamalarına şərait yaradır - yəni heç bir beynəlxalq məhkəmədə şikayətçi deyil, necə ki 1988-ci ildə qeyri-müharibə şəraitində 200 mindən çox azərbaycanlı Ermənistandan vəhşicəsinə qovulmuşdur və bu zaman onlarla azərbaycanlı işgəncələrə məruz qalmış, vəhşicəsinə öldürülmüşdür, 25 ildir ki Azərbaycan rəhbərliyi ermənilərin törətdiyi bu vəhşiliyi də beynəlxalq ictimaiyyətdən gizlədir, bu cinayətin təşkilatşılarının şad-xürrəm həyat sürmələrinə, ədalət məhkəməsindən yayınmasına çalışır və heç bir beynəlxalq məhkəməyə şikayət etmir!". Sözlərimdə zərrə qədər yalan varmı? Xocalı, Xocalı, Xocalı! Nəyə lazımdır bu 26 fevral şouları?! Bunlar azərbaycan xalqının başını aldatmaq üçündür! Cinayət var, soyqrım var, hanı bəs məhkəmə?! -- Aydın Məmmədov 19:45, 7 mart 2012 (UTC)

Təşəkkürlər--Baskervill 13:52, 25 fevral 2012 (UTC)

Türkçe Vikipedi'den de aynı hareketi beklerdik ancak mümkün gözükmüyor. 95.10.180.156 13:56, 25 fevral 2012 (UTC)

Bunun için Ansiklopedika.org sitesini bırakın, Türkçe Vikipedide etkin olun. ►Safir yüzüklü Ceklimesaj 05:41, 27 fevral 2012 (UTC)
Neden Ansiklopedika.org sitesini bıraksınlar? Bunun için geçerli bir sebebin var mı? Ansiklopedika'ya düşmanlığının sebebi nedir? 212.156.67.30 13:33, 27 fevral 2012 (UTC)
Bes Türkçe Vikipedi'ye düşmanlığınızın sebebi nedir? --►Safir yüzüklü Ceklimesaj 13:47, 27 fevral 2012 (UTC)
Önce size sorulan soruya cevap verin. Ardından Türkçe Vikipedi'ye düşman olduğumuzu da nerden çıkardığınıza cevap verin. Teşekkür ederim. 212.156.67.30 13:49, 27 fevral 2012 (UTC)
Ansiklopedika'ya karşı düşmanlığımız yok ki, sorunuzu da yanıtlayım. Gidin sorunuzun cevapını düşmanıza sorun. --►Safir yüzüklü Ceklimesaj 14:01, 27 fevral 2012 (UTC)
Ermeni katliamlarına karşı sizin yanınızda Ansiklopedika.org dururken Türkçe Vikipedi Ermenilerle birlik oluyor. Size de nasıl yaranılır bilmiyorum doğrusu? 212.156.67.30 14:03, 27 fevral 2012 (UTC)
Türkçe Vikipedi'ni bırakmasaydınız, şimdi durum çok farklı olurdu. Önemli olan doğru olanı yapmaktır. --►Safir yüzüklü Ceklimesaj 14:10, 27 fevral 2012 (UTC)
Bu cümlenle alanen Ansiklopedika karşıtı olduğunu gösterdin. Seni şikayet ettim. Artık doğruyu yanlışı orada anlatırsın. 212.156.67.30 14:13, 27 fevral 2012 (UTC)

Xocalı soyqırımı - 20 il

Bu il Xocalı soyqırımının törədildiyi gündən 20 il keçir. Dünya tarixində çox az sayda belə vəhşiliklər olmuşdur - onlardan biri ilə də biz üzləşmişik. Heç vaxt belə vəhşilikləri törədənlər cəzadan kənar qalmırlar. Srebrenitsa qətliamını törədən Serbiya ordusunun rəhbərlərinin aqibəti buna əyani sübutdur. 10 il, 20 il, 30 il - fərq etməz, tarixdə bu çox qısa bir vaxtdır - amma əvvəl-axır haqq-ədalət öz yerini tapır və əli günahsız uşaq, qoca-qarı, qız-gəlin qanına batanlar bu vəhşiliklərinə görə cavab verməli olurlar. Mən bütün Xocalı şəhidlərimizin ruhuna Allahdan rəhmət diləyirəm. Onların qanı heç vaxt yerdə qalmayacaq! --Sortilegus 17:08, 25 fevral 2012 (UTC)

İnşallah! Allah torpaqlarımız uğrunda şəhid olanlara rəhmət eləsin! →Vago ms 17:51, 25 fevral 2012 (UTC)

Allah şəhidlərimizə rəhmət eləsin! Məşhur Azərbaycan filmində deyilir: "Ona da əmin ola bilərsən ki, gec-tez biz qalib gələcəyik. Çünki haqq bizim tərəfimizdədir". --Babək Akifoğlu 08:26, 26 fevral 2012 (UTC)

20 il əvvəl Xocalıda şəhid olan hər bir kəsə Allahdan rəhmət diləyirəm. Son iki ildə aparılan haqlı təbliğat nəticəsində dünya bu soyqırımı tanıyıb. ABŞ-ın 4 ştatı (Massaçusets, Nevada, TexasNyu-Cersi) Pakistan, MeksikaAlmaniya kimi ölkələrdə bu soyqırıma haqlı qiyməti veriblər. Bu proses sürətlə davam edir və inanın ki, bu sürət ermənilər üçün böyük problemdir. --Baskervill 10:09, 26 fevral 2012 (UTC)

Mən Güneyli olaraq öz tərəfimdən və fikirdaşlarım tərəfindən Xocalı soyqırımının il dönümün bütün millətimizə başınız sağ olsun deyirəm. Arzu edirəm ki Xocalı tezdikcə vətən qoynuna qayıdsın. --Əmir İbrahimi *danışıq* 10:41, 26 fevral 2012 (UTC)
Amin--Baskervill 10:58, 26 fevral 2012 (UTC)

Xocalı həqiqətlərini min bir bəhanə ilə gizlətməyə calışanlara, Xocalı soyqrımı haqqında kitabları Viki-layihələrdən silməyə calışanlara ar olsun! Burada sözü ilə əməli üsr-üsrə düşməyənlərlə birgə olmaq istəmirəm! Xocalı soyqrımı qurbanlarının qanları və haqqları yerdə qalmaz! İnşaallah! --Irada 12:29, 26 fevral 2012 (UTC)

Haqqı haqq yolu ilə sübut edərlər. Nahaq yolla yox. --►Safir yüzüklü Ceklimesaj 05:38, 27 fevral 2012 (UTC)

Daha bir bəhanə. Baltanın saplağı taxtadan olmasaydı...--Irada 12:16, 27 fevral 2012 (UTC)

Daha bir nahaq ittiham... --►Safir yüzüklü Ceklimesaj 12:19, 27 fevral 2012 (UTC)

Viki konfrans

buradan trvikinin konfransını canlı izləyə bilərsiniz--Baskervill 11:01, 26 fevral 2012 (UTC)

Konfransda yeni bir şey eşitmədim. Amma armeniyapediyanı etibarlı mənbə sayan, "Ağdaban katliamı" timsalında Azərbaycan həqiqətlərini silib, Belə məqalələr yaradan o gənclərə suallarım vardır....--Irada 12:50, 26 fevral 2012 (UTC)
Trvikidə ermənilərə olan müsbət münasibət hər an hiss olunur. Biz vikipediyanın tərəfli olmasını yox,obyektiv olmasını istəyirik. Bu barədə onlarla danışmaq lazımdır.--Baskervill 15:02, 26 fevral 2012 (UTC)
  • Ermeni meselesiyle alakalı sorudaki cevabım sizi memnun etmediyse üzgünüm. Azerbaycan dilinde olduğu gibi Türkçede de tarafsız, objektif madde yazmaya çalışıyoruz. Ermenilere özel bir müsbet münasibetimiz yok. Konferansın Hocalı katliamının yıl dönümüne denk gelmesi tesadüf oldu. Türkçe Köy Çeşmesi'nde konuyla alakalı tartışmamıza bakabilirsiniz. --Khutuckmsj 21:26, 26 fevral 2012 (UTC)
  Bazı arkadaşların tarafsız ve objektifliyine hiç şübhem yok. Amma bazıları da var ki, taraf üzerine taraf tutuyorlar. İnşallah, tüm sorunlar zamanla hal edilir. ►Safir yüzüklü Ceklimesaj 05:40, 27 fevral 2012 (UTC)

Maraqlı idi. --Swan Lake 10:28, 27 fevral 2012 (UTC)

Vikipediyaçılarımız Vikipediya haqqında

Vüsal Ağayev (Vusal1981) öz tövsiyələrini verdi: "Vikipediya virtual aləmdir. Kiminsə hansısa məlumatı səhv yazdığı üçün kəskin tənqid etmək lazım deyil."

Yazıda ərəb əlifbası "problemi" barədədə danışılıb.
Elgün (Wertuose) isə Azərbaycandilli Vikipediyanın iki əlifba ilə fəaliyyət göstərməsini problem hesab edir:
“Belə ki, Vikipediya Azərbaycanın yox, Azərbaycan dilinin Vikipediyasıdır və nəzərə alsaq ki, Azərbaycan xalqının böyük hissəsi İranda yaşayır və onlar ərəb əlifbasından istifadə edirlər, buna görə də hazırda həm latın, həm də ərəb əlifbası ilə məqalə yaradılmasına icazə verilir. Bir çox istifadəçilərimiz bunun əleyhinə olsalar da, cənubdakı soydaşlarımızı da düşünmək məcburiyyətindəyik.” --Əmir İbrahimi *danışıq* 12:31, 28 fevral 2012 (UTC)

Bir ay keçdi! Ərəb əlifbalı bölüm hamıdan yardım gözləyir....

Salamlar. Demək həmkarımız Sortilegusun başladığı "islahat"dan bir ay keçdi.

1-Bir ay ərzində şablonlar barəsində bəzi addımlar atıldı ancaq problem yerində qalmaqdadır. Çünkü mürəkkəb şablonların məsələsi barədə hansısa irəliliş yoxdur. Örnək üçün hələlik " Şablon:Kend‏‎ (6.030 keçid)" yaranmayıb və.... Bu qonuda kimsə başarır yardım etsin.

2- Ərəb əlifbanın şablonsuz məqalələri bərbad vəziətə düşüb və bu məsələ tezliklə həll olunmalıdır. Əslində şablonlar silinmədən öncə bunu düşünmək lazım idid. İndidə təklif edirəm ki çıxış yolu tapılmayınca silinən şablonlar bərpa olusunlar.

3- İndi Ana Səhifədə ərəb əlifbasında bir kəlimədə tapmaq olmur. Heç bir nişan yoxdur Azvikinin "iki əlifba bir viki" olmağın göstərsin. Güneylilərin sayı burda azdır və bu bəhsə girişməkdə hansısa naratlığa bais ola bilər. Buna əsasən mən təklif edirəm ki məsələnin həlli üçün Quzeylilər qabağa düşsünlər. Sizcə Azvikinin "iki əlifba bir viki"sin necə göstərmək olar? İnanıram ki məsələnin hallin tapmaq üçün çoxlarında maraq var.

4- Ərəb əlifbasında olan layihə səhifələri bərpa olunmalıdır. Hansısa qat-qarışıqlıq qabağın almaq üçün layihə başında bir şablon yerləşdirmək kifayət edər.

İnanıram ki uzun zaman bir-birimizlə çalışmadan sonra məsələni olduğu kimin başa düşənlərin sayı daha çox olacaq. Hamınıza hörmətlə. --Əmir İbrahimi *danışıq* 12:16, 28 fevral 2012 (UTC)

  mənim fikrimcəda gərk bu pərugram üçün erkən bir fikr düşünaq.-- E thp 13:06, 28 fevral 2012 (UTC)
Azvikinin əsas problemlərindən biri olan ərəb əlifbalı bölmə məsələsinin bu formada qalmasını düzgün hesab etmirəm. Əgər biz Ana Səhifədə Ərəb əlifbalı bölmə üçün bir dənədə olsun keçid qoymuruqsa, ərəb əlfibalı şablonları siliriksə o zaman bir addımda atmaq lazımdır. Əziz cənublular burada sizə qarşı atılan bu iki addım bir daha bir məsələni aydınlaşdırdı. Əgər Azvikidə qalmaq və fəaliyyət göstərmək istəyirənizsə zəhmət olmasa latın dilində fəaliyyət göstərin yox əgər mən ərəb əlifbası ilə yazmaq istəyirəm deyirsinizə o zaman burada olan səsləri geri alın və özünüzə yeni bir viki açın. Məsələ bu qədər sadədir. --Baskervill 12:57, 28 fevral 2012 (UTC)
Mən istəyirəm bu məsələ ilə bağlı hesabatımı yazım. İndiki halda ərəb əlifbası ilə olan 59 şablon tələb olunur (ilkin mərhələdə istiqamətləndirmə səhifələri də daxil olmaqla 150-dən çox idi). Onlardan 6-sı yaradılmayacaq (latınla müvafiq şablonla əvəz olunacaq). Qalır 53 şablon ki, onlardan da 21-i yaradılıb - səhifələrdə əvəzlənməsi qalıb (ümumilikdə ərəblə 31 şablonun qarşılığı yaradılıb). Yerdə qalır cəmi 32 şablon. Onların da yaradılması problem deyil, sadəcə bəzi hallarda bizim ərəblə yazan soydaşlarımız şablonların adlarında qeyri-dəqiqliyə yol veriblər (əslində, bu qeyri-dəqiqlik deyil - məsələn, adları dəyişdirilmiş şəhristanların köhnə adlarını saxlayıblar - bunları dəqiqləşdirmək lazım gəlir). Yeni yaradılan 2 əlifbalı şablonların da bəziləri qaralama halındadır - amma onları səhifələrə əlavə etmək problem deyil. Belə ki, onların adları dəqiqləşdirilib və sonra həmin şablonlarda redaktələr aparılanda bunlar avtomatik yüzlərlə səhifədə düzələcək. 2 əlifbalı şablonların siyahısı İstifadəçi:Sortilegus/qaralama səhifəsindədir. Ən çətin mərhələ həmin şablonların latınla olan mətnlərinin redaktəsi olacaq. Çünkü güneyli soydaşlarımız ərəblə kənd və şəhər məqalələrinin adlarının yazılarında çoxlu orfoqrafik səhvlərə yol veriblər. Şablonun mətni latına atomatik çevrildiyinə görə (hələ onu da nəzərə almaq lazımdır ki, bu çevrilmə əvvəlcə proqram vasitəsilə olur) bəzən latınla tam anlaşılmaz adlandırılma alınır. Bu problem tədricən aradan qaldırılacaq. Amma bizim istifadəçilərdən xahiş edirəm ki, ən azı adı dəqiqləşdirilməmiş İran şəhristan, şəhər, qəsəbə, kəndləri haqqında məqalə yaratmasınlar (ərəbdən mətni latına avtomatik çevirməsinlər). 59 tələb olunan ərəblə şablondan 4-ü mürəkkəb şablondur (kənd, şəxslər, dil, etnik qrup məlumat qutusu). Bu çox böyük rəqəm deyil. Bu şablonları mən yaradacam və mənim yuxarıda qeyd etdiyim qaralama səhifəmdə iki əlifbalı "dil" şablonunun qaralaması var artıq. Ana səhifədə ərəblə "seçilmiş məqalə"lər mütləq olmalıdır. Bunun üçün heç olmasa ərəblə 5-10 məqaləni təkmilləşdirib namizdliyini seçilmiş məqaləyə irəli sürmək lazımdır. Amma bunun üçün ayrıca vikipediya layihələri səhifəsi yaratmağa ehtiyac yoxdur. Latınla olan layihələrdə bu namizdliklər irəli sürülməlidir. Ərəblə olan bəzi layihə səhifələri isə bərpa olunacaq (təxminən 10-a yaxın səhifədir). Hörmətlə:--Sortilegus 14:49, 28 fevral 2012 (UTC)
azarbaycanlı gardaşlar ki buradasəs vəriblər səslarıni gerialsinlar ta cənübi azarbaycanlilir da viki gursunlar.( Bu sahədə ki ərəb əlifbasıni Istəmirlər)-- E thp 15:53, 28 fevral 2012 (UTC)
Hörmətli İstifadəçi:E THP, Cənubi Azərbaycanın ərəb əlifbası ilə yox, kiril əlifbası, hind əlifbası, çin əlifbası - fərq etməz, hansı əlifba olur-olsun, vikipediyası olsa, sizin həmin əlifba ilə yazdıqlarınız ciddi redaktə olunmalıdır. Çünki siz normal Azərbaycan ədəbi dilində (istəyirsiz olsun türk dilində, Azərbaycan türkcəsində) yaza bilmirsiz. Bu da sizin günahınız deyil. Çox xahiş edirəm ki, bu yazdıqlarımı "ərəb əlifbasına qarşı kampaniya" kimi qəbul etməyin. --Sortilegus 16:51, 28 fevral 2012 (UTC)

{{{1}}}

سيز دوز بويوروسيز من سيزين ديلي ياخشي بيلميرام انجاق سيز منيم ديلي هيچ بيلميسيز ولي من سيزين ديلي انييا بيليرم ولي سيز فقط تكجه اوز ديليزي انييا بيليرسيز بونون اوچون مني ملامت ئده بيلهمسيز/منيم دانشديقيم تانيش ديليم فارسيدير ولي اذربايجان ديلينده بيليرم سيز نه اوز ديلينيزي يازماقا فخر ئديرسيز.-- E thp 17:39, 28 fevral 2012 (UTC)/


1- Şablonların adları barədə hansısa sual varsa yazın başardığım həddə dəqiqləşdirim.
2- Mürəkkəb şablonların hazırlanmasına gəldikcə "arzu edirəm" ki həll olunsunlar. Təkrar yazıram ki başaran varsa yardım etsin, çünkü bu şablonların sayı az olsada çoxlu məqalələrdə işləniliblər. Kənd barəsində şablonu üstə göstərdim. Güney Azərbaycan qəzetləri-dərgiləri barəsində məqalə yaratma qəsdimdə elə bucur şablonların problemi həll olmadığı üçün dala salınıb. Hər halda yeni şablonlar hazır olmayınca qədimkiləri bərpa etmək daha məqsədə uyğundur.
3- Layihələrə gəldikcə mənim mənzurum "qaydalar"dır. Vikipediyanın prinsipləri və qaydaları. Seçilmiş məqaləyə gəldikcə Sortilegus nəzərinə dəstəyəm.
4- Ərəb əlifbasında olan ana səhifə silinib, bundan öncədə sistem məlumatında olan ərəb əlifbalı qarşılıqlar silinibdir. Bu durumdu Ana səhifədə hansısa dəyişiklik lazımdır ki Azvikinin iki əlifbada yazılmasın aydın sürətdə göstərsin. Yanı nəsə ərəb əlifbasında orda yerləşdirilməlidir. Bunlar mənim nəzərimdir. --Əmir İbrahimi *danışıq* 18:20, 28 fevral 2012 (UTC)