(Go: >> BACK << -|- >> HOME <<)

Vikipediya:Həftənin yaxşı məqaləsi

Həftənin yaxşı məqaləsi

Bu ulduz əksər və həmçinin Azərbaycan Vikipediyasında yaxşı statusunu bildirir
Bu ulduz əksər və həmçinin Azərbaycan Vikipediyasında yaxşı statusunu bildirir

Ana Səhifə, yaxşı məqalə bölməsinə malikdir. Bu bölmədə hazırda Vikipediyada oxuculara yaxşı məqalə qismində, mükəmməl formada olan məqalələr yayımlanır.

Məqalənin ana səhifəyə çıxarılması üçün o ya yaxşı məqalə statusunda ya da həftənin aktual mövzusuna aid olmalıdır.

Həftənin yaxşı məqaləsi bölməsi idarəçilərdən biri tərəfindən yenilənir. Fikir ayrılığı olan halda məsələ digər idarəçilərin rəyi ilə həll edilir. İstifadəçi hər-hansı bir məqaləni namizəd bölməyə namizəd sürmək istəyirsə idarəçilərə müraciət etməlidir.

Təlimat müvəqqətidir və dəyişə bilər. Daimi təlimat səsvermə ilə qəbul edilənə qədər qüvvədədir. Hər hansı fikir ayrılığı müzakirə ilə həll edilməlidir.


Qısa keçid-yönləndirmə

Fəal məzmun:

Seçilmiş məqalə alətləri:

Həmçinin bax

Həftənin yaxşı məqaləsi arxivi
2015: İyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Yaxşı məqalə
Ziya Bünyadovun qətliAzərbaycan şərqşünası, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadovun siyasi sui-qəsdə məruz qalması. O, 21 fevral 1997-ci ildə, axşam saat 18:10-da yaşadığı binadan çıxarkən bıçaq və odlu silahla qətlə yetirilmişdir. Ziya Bünyadov qətl ediləndə 75 yaşı var idi. Ziya Bünyadovun qətli Azərbaycan ictimaiyyətində böyük şok yaratmış, prezidenti Heydər Əliyev isə bunu "Azərbaycan xalqı və elmi üçün böyük itki" adlandırmışdır. Aparılan istintaq işinin nəticəsində cinayətə görə "Hizbullah" və "Ceyşaullah" təşkilatlarına bağlı 7 nəfər təqsirkar bilinmişdir. Onlardan Qalib Babayev qətlin əsas icraçısı kimi təqdim olunmuş və Azərbaycan–İran sərhədində öldürülmüşdür. Azərbaycan hüquq-mühafizə orqanlarına görə, Ziya Bünyadov "Albaniya tarixi" kitabına yazdığı ön sözdə İslam dinini və onun peyğəmbəri Məhəmmədi təhqir etmiş, bu səbəbdən də İran müştehidləri onun ölümünə fətva vermişdir.

(Davamı...)

Gələcək həftənin yaxşı məqaləsi
Vostok-1Vostok proqramının ilk kosmik uçuşu və tarixdə ilk dəfə insanla orbital kosmik uçuş. Vostok-3KA kosmik kapsulu 12 aprel 1961-ci ildə Sovet kosmonavtı Yuri Qaqarin ilə birlikdə Baykonur kosmodromundan buraxılmış və bunun nəticəsində Yuri Qaqarin Yer ətrafında orbital sürətə çatan və Yer ətrafında tam orbiti tamamlayan ilk insan olmuşdur.

Kosmik uçuşun orbitinin ən aşağı nöqtəs iatmosferin yuxarı hissəsindən 169 kilometr (91 nmi) məsafədə idi. Uçuş startdan enişə qədər 108 dəqiqə çəkdi. Qaqarin 7 kilometr (23,000 ft) hündürlükdə kapsulundan ayrılaraq paraşütlə yerə endi.

(Davamı...)