(Go: >> BACK << -|- >> HOME <<)

redaktə  
"Həyat bir səhnədir, teatrdan fərqli olaraq burada hər kəs özünü oynayır "
Üçüncü zəng çalınır, pərdə qalxır...

Teatr portalına
Xoş Gəlmişsiniz!


redaktə  Pyeslər

Şeyx Sənan — Şeyx Sәnan böyük bir şəxsiyyət kimi sayılır, seçilir, müəyyən bir kütləyə rəhbərlik edərək Kəbəyə yola düşür, məqsəd isə islamı ayaqda saxlamaqdır. Eyni zamanda qadından qorxan Sənan hər bir şərin səbəbini qadında görür. Səbəb isə qadınları sevməməyi deyil, əksinə qadın qarşısında acizliyidir. Tiflisdə yuxusunda gördüyü gürcü qızı Xumara rast gəlir. Xumara görə o dinindən, əqidəsindən, məqsədindən, yoldaşlarından üz döndərir. Xumar isə Sənana görə ölüm ayağında anasına verdiyi andı pozur. O söz vermişdi ki, ərə getməyəcək, monastıra yerləşəcək.


redaktə  Rejisorlar

Adil Rza oğlu İsgəndərov — (d.5 may 1910 cu il, Gəncə — ö.18 sentyabr 1978 ci il, Bakı) Azərbaycanın görkəmli teatr-kino rejisoru, aktyoru və pedaqoqu. 1959 cu ildən SSRİ xalq artisti, 1948 ci ildən SSRİ dövlət mükafatı (Stalin mükafatı) lauryatı.


redaktə  Aktyorlar

Ələkbərov Ələsgər Hacıağa oğlu (26 mart 1910, Bakı – 31 yanvar 1963, Bakı) — Azərbaycanın görkəmli teatr və kino aktyoru, SSRİ xalq artisti (1961).Ələsgər Ələkbərov 26 mart 1910-cu ildə Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə Əbilov klubundakı dram dərnəyinə getməyə başlayıb. 1927-1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli ("Ölülər"), ikinci bələdiyyə ("Hücum") kimi yaddaqalan obrazlar yaradıb. Teatrda işlədiyi illərdə aktrisa Hökümə Qurbanova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlib. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən gənc ailə də Bakıdan Gəncəyə köçüb. Amma çox keçməmiş onların ailəsi dağılıb.


redaktə  Teatrlar

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı — Birləşmiş Dövlət Teatrı kimi 1920-ci ildə yaradılıb. 1924-cü ildən opera truppası bu teatrdan ayrılaraq müstəqil opera və balet teatrı (Azərbaycan və rus bölmələri ilə) fəaliyyət göstərib. 1910-cu ilin sonlarında Bakıya Rusiyadan məşhur bir opera müğənnisi qastrola gəlir. Müğənninin şərəfinə verilən ziyafətlərdən birində Bakı milyonçusu Mayılov sənətçi qadından bir də bu şəhərə nə vaxt gələcəyini soruşur. Aktrisa "heç vaxt!" deyə cavab verir. Milyonçu bu cavabın səbəbi ilə maraqlandıqda müğənni qadın deyir: "Belə böyük şəhərdə oxumağa opera binası yoxdursa, gəlməyimin nə mənası var?" Bu sözlər bakılı milyonçuya bərk təsir edir və elə oradaca qadına söz verir ki, cəmi bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcək.


redaktə  Təqvim
İyun


redaktə  Dramaturqlar

Məmmədquluzadə Cəlil Hüseynqulu oğlu (22 fevral 1866, Naxçıvan – 4 yanvar 1932, Bakı), yazıçı, dramaturq, jurnalist, ictimai xadim. Böyük satirik,ədib Cəlil Məmmədquluzadə məşhur "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri,kiçik hekayə ustası,qüdrətli dramaturq və publisistdir. Cəlil Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik etmişdir (1887–1897). Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir. 1889-cu ildə yazdığı "Çay dəstgahı" alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, "Kişmiş oyunu" komediyasını və "Danabaş kəndinin əhvalatları" (1894; 1936 ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır.


redaktə  Şəkil qalereyası

Die Fledermaus 1.jpg
Yarasa, İohann Ştraus Pittsburq Opera Teatrı, 200


Teatr Vikixəbərdə  Teatr Vikisitatda  Teatr Vikikitabda  Teatr Vikimənbədə  Teatr Vikilüğətdə  Teatr Vikiversitetdə  Teatr Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar