(Go: >> BACK << -|- >> HOME <<)

Maqnezit – Mg [CO3] — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.

Maqnezit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
MgCO₃
Strunz təsnifatı Vb/A.02[1]
Xüsusiyyətləri
Zolaq rəngi
Sıxlıq 2,96 ± 0,01 q/sm³[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Növ müxtəliflikləri

redaktə

Ferromaqnezit (7,5%-dək FeO).

Xassələri

redaktə

Rəng – ağ, bozumtul, sarımtıl, qəhvəyi, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffaf, bəzən qeyri-şəffaf; Sıxlıq – 2,9-3,1; Sərtlik – 4,0-4,5; Kövrəkdir; Ayrılma – romboedr {1011} üzrə mükəmməl; Sınıqlar – pilləli; sıx farforabənzər aqre-qatlarında – qabıqvari; Morfologiya – kristallar: nadir rast gələn romboedrik; Mineral aqreqatları: massiv, sıx, dənəvər, farforabənzər, torpaqvari.

Mənşəyi və yayılması

redaktə

Hidrotermal maqnezit dolomit və dolomitləşmiş əhəngdaşlarının metasomatik əvəzlənməsi məhsuludur. Hiperbazitlərin hidrotermal dəyişilmə prosesində isti karbonat məhlullarının təsiri zamanı olivin və piroksenlərin hesabına əmələ gəlir. Mineralın infiltrasion yataqları ultraəsasi süxur massivlərinin kimyəvi aşınması zamanı formalaşır. Çökmə maqnezit duz- və gips saxlayan süxur qatlarında qeyd edilir. Mineralın metamorfik əmələgəlmələri kristallik magnezial şistlər üçün adidir. Birlikdə rast gəldiyi minerallar: dolomit, kalsit, kvars, xalsedon, opal, barit, talk, serpentin, gips, halit və b. Mineralın tapıldığı yerlər: Radenşteyn və Kraubat (Avstriya); İtaliya; İspaniya; Satkin və Xəlilov yataqları (Rusiya); Kvebek (Kanada); Kaliforniya, Nevada, Nyu-Meksiko ştatları (ABŞ); Salem (Hindistan) və b. Azərbaycanda Kiçik Qafqazın ofiolit qurşağının hiperbazitləri içərisində yerləşən bir sıra kiçik maqnezit təzahürləri vardır.

Tətbiqi

redaktə

Yandırılmış maqnezit 3000°C temperaturadək dayanıqlı olan yüksəkodadavamlı material kimi metallurgiyada, həmçinin abraziv sənayesində və tikintidə istifadə edilən Sorel sementinin istehsalında tətbiq edilir. Kimya, keramika, kağız, rezin, əczaçılıq və başqa sənaye sahələrində də istifadə edilir.

İstinadlar

redaktə

Mənbə

redaktə
  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

redaktə