(Go: >> BACK << -|- >> HOME <<)

Müzakirə:Şuşa qalası

Ən son rəy:3 il öncə, Araz Yaquboglu tərəfindən "Şəkil" mövzusunda


Fotoşəkil redaktə

Hörmətli Sefer azeri, Sizin Şuşa qalası məqaləsində etdiyim dəyişiklikləri qeri qaytarmağınızda məqsədinizin nə olduğunu bilmək olar mı? --Pinkfloyd1990 (müzakirə) 08:51, 30 avqust 2018 (UTC)Cavabla

Hörmətli Pinkfloyd1990, məqsəd sizin məqaləni korlamağınızın qarşısını almaqdı.--sefer azeri 08:57, 30 avqust 2018 (UTC)Cavabla
Hörmətli Sefer azeri, düşünürsünüz ki, azvikidə hər hansı bir məqalədə (hətta mövzu Qarabağ-Şuşa olarsa) erməni bayrağı olan və ya "Şuşi" sözünün yazıldığı şəkili dəyişmək məqaləni korlamaq sayılır?--Pinkfloyd1990 (müzakirə) 09:08, 30 avqust 2018 (UTC)Cavabla
Hörmətli Pinkfloyd1990, düşünürəm ki, abidələr haqqında məqalələrdə onların ən son vəziyyətlərini əks elətdirən şəkillər istifadə olunmalıdır. Bu halda vətənpərvərlik eləmək yersizdir. Məqalə on ildir ki, [1] bu vəziyyətdə qalmışdı. Vətənpərvərlik edib onu zənginləşdirmək və indiki hala gətirmək lazım idi. Hazırda Şuşa və Qarabağla bağlı redaktə və zənginləşdirməyə ehtiyacı olan onlarla məqalə var. Yaxşı olar ki, səylərinizi və enerjinizi həmin məqalələrin inkişaf etdirilməsinə sərf edəsiz. Hörmətlə --sefer azeri 09:17, 30 avqust 2018 (UTC)Cavabla
Hörmətli Sefer azeri, bu mövzuda belə fikirləşdiyivizə görə Sizinlə müzakirə etməyəcəm. Azviki idarəçilərini də cəlb etməklə bu məsələni Kənd meydanında müzakirəyə çıxardmaq istəyirəm.--Pinkfloyd1990 (müzakirə) 09:30, 30 avqust 2018 (UTC)Cavabla
Buyurun. --sefer azeri 09:38, 30 avqust 2018 (UTC)Cavabla
  • Ətraflı müzakirəni arxivdə tapmaq istəyən istifadəçilər buradan baxa bilər. Şəkil ciddi problem yaratmamalıdır əslində. Ən yaxşı variant, məncə, indiki vəziyyətini göstərən şəklin məqalənin daxilində verilməsidir. Oxucuları nəzərə almaq mütləqdir. Şəklin məqalənin daxilində verilməsi tərəflilik deyil. Eminn ismarıc 12:28, 28 avqust 2020 (UTC)Cavabla

OpenStreetMap redaktə

"Tarixi abidə" şablonunda olan "OpenStreetMap"da qalanın adı erməni dilində göstərilib. Onu necə düzəltmək olar? Əgər düzəldilməsi mümkün deyilsə, yaxşı olardı ki, o xəritə bu məqalədə görsənməsin. --►Cekli829 19:37, 13 may 2019 (UTC)Cavabla

Şəkil redaktə

@IskandarRoCkEt zəhmət olmasa azad olmayan faylı şəkil olaraq əlavə etməyin. NMW03 (müzakirə) 15:20, 3 aprel 2021 (UTC)Cavabla

Bu şəkil bütün sosyal medyada paylaşılmışdır. Sizin dəyişdirdiyiniz şəkil işğal dövründə çəkilmiş, həm də adında "shushi" istifadə olunur. Məncə elə shushi adının istifadəsi bu şəkilin silinməsinə çox gözəl bir səbəbdir. IskandarRoCkEt (müzakirə) 15:26, 3 aprel 2021 (UTC)Cavabla
Harda paylaşılmasının heç bir əhəmiyyəti yoxdur. Yüklədiyiniz fayl böyük ehtimalla müəllif hüquqları ilə qorunur və yaxın zamanda silinəcək. NMW03 (müzakirə) 15:31, 3 aprel 2021 (UTC)Cavabla
@NMW03, Bu dəyişdirdiyiniz şəkilin adında olan o "Shushi" yazısı sizi narahat edir? Məni şəxsən bir Azərbaycanlı olaraq narahat edir. IskandarRoCkEt (müzakirə) 15:35, 3 aprel 2021 (UTC)Cavabla
Xeyr etmir. Bura vətənpərliyi nümayiş etdirmək yeri deyil. Faylın azad versiyası varsa müvafiq lisenziya əlavə edərək yükləyə bilərsiniz. NMW03 (müzakirə) 15:37, 3 aprel 2021 (UTC)Cavabla
Necə yəni etmir? Siz erməni vikipediyasına baxmısınız? Demək olar ki, Azərbaycan şəhərlərinin 70% erməni adındadır. Onlar öz istədiklərini edə bilər, biz edə bilmərik?? IskandarRoCkEt (müzakirə) 15:41, 3 aprel 2021 (UTC)Cavabla
"Onlar edib bizdə edək" səhv düşüncədir. Dediyim kimi vikipediya vətənpərvərliyi nümayiş etdirmək yeri deyil. NMW03 (müzakirə) 15:42, 3 aprel 2021 (UTC)Cavabla
@NMW03, Niyə? Neytrallıq ingilis və rus vikipediyasında olur. Bura Azərbaycan vikipediyasıdır. Necə ermənilər edir, biz də elə edəcəyik. IskandarRoCkEt (müzakirə) 15:47, 3 aprel 2021 (UTC)Cavabla
Xeyr. Səhv düşünürsünüz. Neytrallıq hər vikipediyada olur. NMW03 (müzakirə) 15:50, 3 aprel 2021 (UTC)Cavabla

@NMW03, "Neytrallıq hər vikipediyada olur" Sizcə bu cümlə həqiqəti əks etdirir? Erməni vikipediyasına girin və baxın neytrallığa. Bu şəkil mütləq dəyişdiriləcək. Adında shushi istifadə olunan şəkil Azərbaycan vikipediyasında işlədilməsi çox gülünc, bir o qədərdə ağlamalı vəziyyətdir. IskandarRoCkEt (müzakirə) 15:53, 3 aprel 2021 (UTC)Cavabla

Erməni vikipediyasında da dəyişə bilərsiniz, sizi dayandıran yoxdur. Dediyim kimi faylın azad versiyasını yükləsəniz hər vikidə məhdudiyyətsiz istifadə oluna bilər. Bura Azərbaycan vikipediyası deyil. Azərbaycanca ensiklopediyadır. NMW03 (müzakirə) 15:57, 3 aprel 2021 (UTC)Cavabla
@NMW03, Deyirsiniz erməni vikipediyasında bir şey dəyişdirsəm heçnə olmayacaq? İndi erməni vikipediyasında Şuşa şəhərinin olduğu ölkəni Artsaxdan Azərbaycana dəyişdirəcəm. Əgər dəyişdirsələr bu şəkil silinəcək. IskandarRoCkEt (müzakirə) 16:01, 3 aprel 2021 (UTC)Cavabla
Zəmanət vermədim. Geri qaytarsalar onlarla müzakirə edə bilərsiniz. NMW03 (müzakirə) 16:04, 3 aprel 2021 (UTC)Cavabla
Yox. Onlar neytral davranmasalar biz də davranmayacayıq. Mən ingilis vikipediyasıyla maraqlanırdım və orada redaktələr edirdim. Amma burda vəziyyət az qala ingilis vikipediyasından da daha betərdir. IskandarRoCkEt (müzakirə) 16:26, 3 aprel 2021 (UTC)Cavabla
@NMW03, Redaktəm geri qaytarıldı. IskandarRoCkEt (müzakirə) 16:27, 3 aprel 2021 (UTC)Cavabla
Bəli. Qeyd etdiyim kimi zəmanət vermədim. "Onlar edib bizdə edək" yanlış hərəkətdir. Təkrar etsəniz fəaliyyətiniz məhdudlaşdırılacaq. NMW03 (müzakirə) 03:21, 4 aprel 2021 (UTC)Cavabla
Bura vətənpərvərlik nümayiş etdirmək yeri deyil. Nə qədər vətənpərvər olduğunuzu sosial şəbəkə hesablarınızda nümayiş etdirə bilərsiniz. Vikipediya ensiklopediyadır, sosial şəbəkə yox. NMW03 (müzakirə) 03:22, 4 aprel 2021 (UTC)Cavabla
@NMW03, Mən burda vətənpərvərlik nümayiş etdirmirəm! Ermənilər düşmənimizdir! Sizin redaktelərinizin çoxusu erməni tərəfinin leyhinədir. Adında shushi yazısı olan şəkil heç vaxt Azərbaycan vikipediyasında ola bilməz! Bu ŞƏKİL DƏYİŞDİRİLƏCƏK! Digər istifadəçiləri də çağıracam. Görək kim haqlıdır. IskandarRoCkEt (müzakirə) 09:04, 4 aprel 2021 (UTC)Cavabla
Birincisi əmr tonuyla danışmayın və sakitləşin. Nəzakət qaydalarına əməl edin. Ermənilər düşmənimizdir bəli. Amma vikipediya bunun yeri deyil. Bu sizə axırıncı xəbərdarlıqdır. Davam etdiyiniz təqdirdə bloklanacaqsınız. NMW03 (müzakirə) 09:10, 4 aprel 2021 (UTC)Cavabla
Digər adminləri çağırıram görək kim haqlıdır. IskandarRoCkEt (müzakirə) 09:11, 4 aprel 2021 (UTC)Cavabla

@Araz Yaquboglu, Xahiş edirəm siz də bu müzakirədə iştirak edin. IskandarRoCkEt (müzakirə) 09:07, 4 aprel 2021 (UTC)Cavabla

Bir problem görmədim. Hazırda normal şəkillərdi. Şəkil əlavə etmək üçün commonsdakılardan istifadə edilməlidir. Əlavə azvikiyə şəkil yükləməyə ehtiyac görmürəm. — Araz Yaquboglu (müzakirə) 09:25, 4 aprel 2021 (UTC)Cavabla
Problem ondadır ki istifadəçi azad olmayan şəkilləri yükləyir. NMW03 (müzakirə) 09:29, 4 aprel 2021 (UTC)Cavabla
Commonsda şəkil çoxdu. Azvikiyə şəkil yükləməyə gərək yoxdu. — Araz Yaquboglu (müzakirə) 09:31, 4 aprel 2021 (UTC)Cavabla
NMW03 infoqutuda elə etmək olarmı ki yer xəritəsində qalanın yerin göstərsin? — Araz Yaquboglu (müzakirə) 09:33, 4 aprel 2021 (UTC)Cavabla
 Y NMW03 (müzakirə) 09:49, 4 aprel 2021 (UTC)Cavabla

@Araz Yaquboglu, Burda çox böyük bir problem var. Bu şəkil həm köhnədir, həm də adında shushi istifadə olunur. Xahiş edirəm yeni bir şəkil yükləyin. Bu şəkil burada olmamalıdır. IskandarRoCkEt (müzakirə) 09:41, 4 aprel 2021 (UTC)Cavabla

IskandarRoCkEt Şuşi yazılan şəkil harasındadı məqalənin? Mən görmürəm axı. — Araz Yaquboglu (müzakirə) 10:45, 4 aprel 2021 (UTC)Cavabla
Şəkilin adına baxın zəhmət olmasa. Lap adının shushi olmasında problem yoxdursa, şəkilin köhnə olmasında problem var. Artıq Şuşa qalası tamamilə fərqlidir. Qala tam bərpa olunmuş və qalanın üzərində Şuşa yazısı qoyulmuşdur. IskandarRoCkEt (müzakirə) 09:48, 4 aprel 2021 (UTC)Cavabla
IskandarRoCkEt bunun üçün kimsə yeni şəkli çəkməli və özü də commonsa yükləməlidi. Sonra o şəkli qoymaq olar. — Araz Yaquboglu (müzakirə) 10:50, 4 aprel 2021 (UTC)Cavabla
IskandarRoCkEt commonsda şəklin adının dəyişməsi üçün şablon yerləşdirdim. Yaxın 1-2 gündə ad dəyişəcək. — Araz Yaquboglu (müzakirə) 10:54, 4 aprel 2021 (UTC)Cavabla
@Araz Yaquboglu, Ingilis vikipediyasında da aktiv olmalıyıq. Şuşa şəhərinə şuşi adını qalın şriftlə əlavə etmək istəyirlər və bunun üçün sorğu keçirirlər. Xahiş edirəm hamımız iştirak edək həmin sorğuda. IskandarRoCkEt (müzakirə) 09:59, 4 aprel 2021 (UTC)Cavabla
Commonsda faylın adı hər dildə ola bilər. Bunda məhdudiyyət yoxdur. NMW03 (müzakirə) 11:30, 4 aprel 2021 (UTC)Cavabla
Commonsda faylın adını dəyişdilər. — Araz Yaquboglu (müzakirə) 10:53, 5 aprel 2021 (UTC)Cavabla
"Şuşa qalası" səhifəsinə qayıt.