(Go: >> BACK << -|- >> HOME <<)

Məzmuna keç

Varmıdır: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = Varmıdır | müəllif = Şah İsmayıl Xətai | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcümə...' ilə yarat
 
vikiləşdirmə
 
Sətir 21: Sətir 21:


Bir gün balıq kimi ağa sararlar,
Bir gün balıq kimi ağa sararlar,
Mürşiddən, rəhbərdən xəbər sоrarlar,
Mürşiddən, rəhbərdən xəbər sorarlar,
Tüstü yaxıb guşə-guşə ararlar,
Tüstü yaxıb guşə-guşə ararlar,
Mən arıyam dersən, balın varmıdır?
Mən arıyam dersən, balın varmıdır?


Dərdli оlmayanlar dərdə yanarmı?
Dərdli olmayanlar dərdə yanarmı?
Sadiq dərviş iqrarından dönərmi?
Sadiq dərviş iqrarından dönərmi?
Hər bir uçan gül dalına qоnarmı?
Hər bir uçan gül dalına qonarmı?
Mən bülbüləm dersən, gülün varmıdır?
Mən bülbüləm dersən, gülün varmıdır?


Şah Xətayi, sənin dərdin deşilməz,
Şah Xətayi, sənin dərdin deşilməz,
Dərdi оlmayanlar dərdə tuş оlmaz,
Dərdi olmayanlar dərdə tuş olmaz,
Mürşidsiz, rəhbərsiz yоllar açılmaz,
Mürşidsiz, rəhbərsiz yollar açılmaz,
Mürşid ətəgində əlin varmıdır?</poem>
Mürşid ətəgində əlin varmıdır?</poem>
[[Kateqoriya:Qoşmalar]]
[[Kateqoriya:Qoşmalar]]

Səhifəsinin 05:50, 18 may 2024 tarixinə olan son versiyası

Varmıdır
Müəllif: Şah İsmayıl Xətai
Mənbə: Şah İsmayıl Xətayi. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2005. s.341.

Mən dərvişəm deyə köksün gərərsən,
Həqqi zikr etməyə dilin varmıdır?
Kəndini görsənə, eldə ararsan,
Halın hal etməyə halın varmıdır?

Bir gün balıq kimi ağa sararlar,
Mürşiddən, rəhbərdən xəbər sorarlar,
Tüstü yaxıb guşə-guşə ararlar,
Mən arıyam dersən, balın varmıdır?

Dərdli olmayanlar dərdə yanarmı?
Sadiq dərviş iqrarından dönərmi?
Hər bir uçan gül dalına qonarmı?
Mən bülbüləm dersən, gülün varmıdır?

Şah Xətayi, sənin dərdin deşilməz,
Dərdi olmayanlar dərdə tuş olmaz,
Mürşidsiz, rəhbərsiz yollar açılmaz,
Mürşid ətəgində əlin varmıdır?