(Go: >> BACK << -|- >> HOME <<)

“Surət prezident Elçibəyin ünvanına nalayiq bir söz işlətdi...”
Oxunub: 5680
20 Jul 2014 | 01:05
“Surət prezident Elçibəyin ünvanına nalayiq bir söz işlətdi...”

 Milli Qvardiyanın keçmiş komandiri polkovnik Əzizağa Süleymanov Moderator.az-a aşağıdakı məzmunlu girişlə bir yazı göndərib:


Surət Hüseynova yaxın şəxs kimi tanınan 709 saylı hərbi hissənin keçmiş qərargah rəisi Nazim Bayramovun bir müddət öncə saytınızda getmiş yazısıyla bir qədər gec tanış olmuşam və onun iddiaların həqiqəti əks etdimədiyini görüb Gəncə hadislərinin həmin epizodunun xronologiyasını ardıcıl təqdim etmək zorunda qalmışam. Ümid edirəm ki, buna şərait yaradacasınız.

 

Ə. Süleymanovun etirazına səbəb olan yazı-www.moderator.az/?xeber=48747#.U8g4luTdT2U.facebook

...Demək olar ki, qısa bir müddət ərzində ətrafda yerləşən bütün binalar, yol keçidləri Gəncə şəhər icra hakimiyyətinin inzibati binası və ətraf meydan bütünlüklə Milli Qvardiyanın və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının nəzarəti altında idi. Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı dəstəsinin üzvləri də Milli Qvardiyaçılarla birlikdə ətrafyanı bütün ərazini, hündür binaların üsündə də müşahidə postu qoymuşdular. Bu vaxt Milli Qvardiyaçılar rabitə vasitəsi ilə məlumat vermişdilər ki, Sürət Hüseynov tərəfindən iki nəfər danışıq aparmaq üçün əllərində ağ bayraq  Milli Təhlükəsizlik idarəsinin binasına yaxınlaşmaq istəyir. Bu xəbəri komandan da eşitmişdi. O çölə çıxıb mənə göstəriş vermişdi ki, onları tapşır buraxsınlar, bunlar onlarla danışıq aparmaq istəyirlər. Mən onların buraxılması barədə göstəriş vermişdim. Üzümü Tahir Məmmədova tutub demişdim ki, cənab komandan, bu danışıq vaxt udmaq üçün onlara bir bəhanədir. Onlar bizə hücum etmək üçün yeni qüvvə toplayırlar. Gəl qvardiycılarla Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı dəstəsinin əməkdaşlarını birləşdirib qəflətən Sürətin qərargahına hücum edib onu tutaraq girovdakıları azad edək. Vaxt gedir. Prezident bu əməliyyatın icrasını sizin dediyinizə görə mənə həvalə edibsə, icazə verin tapşırığı yerinə yetirim. O mənə qvardiyaçıların yanında soz vermişdi ki, gözlə görək niyə gəliblər. Sonra bir şey fikirləşək. Bu zaman Sürət Hüseynovun qərargah saldığı hərbi hissəyə komandirlik edən briqada komandiri polkovnik Eldar Əliyev və cinayət aləmində adı hallanan “Zobik” ləqəbli, Ruslan adlı Gəncə zonasında kirminal aləmdə hörmətə malik olan bir şəxs  Milli Təhlükəsizlik İdarəsi binasına yaxınlaşırdı. Onları binanın kandarında milli təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin  Əkbərov çox mehribanlıqla qarşılayıb  gülə-gülə görüşüb içəri dəvət etmişdi. Gələnlər Sülhəddin Əkbərovla birlikdə inzibati  binaya daxil olmuşdular. Tahir Məmmədov da onlarla bərabər içəri keçmişdi. Bir neçə dəqiqə keçəndən sonra məni içəri çağırmışdılar. Milli təhlükəsizlik nazirinin birinci müavini Sühəddin Əkbərov mənə bildirmişdi ki, danşığa gələn şəxslərin tələbinə əsasən Milli Qvardiyanın komandiri danışıq gedənə qədər onların döyüşçülərinin arasında olmalıdır ki, hər iki tərəfdən atışma olmasın. Mən Milli Qvardiya komandanı Tahir Məmmədovun üzünə baxıb, ona bildirmişdim ki, Siz məni prezidentin adından əməliyyata rəhbərlik etmək üçün bura göndərmisiniz, bu nə məsələdir? Tahir Məmmədov mənə demişdi ki, Sülhəddin Əkbər deyir ki, prezident onu əməliyyatın rəhbəri təyin edib. Eybi yoxdur, belə məsləhətdirsə get. Özünlə iki nəfər götür. Mən çox hirsli bir şəkildə inzibati binadan çölə çıxıb, hirsimdən əlimdəki avtomatı  yerə çırpıb, heç kimi götürmədən Sürətçilər tərəfə üz tutmuşdum. Dalımca çölə çıxan Tahir Məmmədov “tək getmə” deyib, iki nəfər qvardiyaçını arxamca göndərmişdi. Bunlar qvardiyaçı Məhərrəmov Ədalət Şirin oğlu və qvardiyaçı Həsənov Mehman Dilavər oğlu idi. Onları geri qaytarmaq istəmişdim, lakin onlar məndən əl çəkməmişdilər. Biz Sürətçilərə çatan zaman onlara göstəriş vermişdim ki, Siz Sürətin döyüşçülərinə qarışmayın. Mənə bir az aralıdan nəzarət edin. Sürətcilərə yaxınlaşıb “mən Milli qvardiyanın komandiriyəm” deyib dəstələrinin önündə dayanmışdım. Üstümdə yalnız bir tapança var idi. O da üstümdə görünmürdü. Danışıq hardasa 40-45 dəqiqədən çox çəkmişdi. Bu zaman məni mühafizə edən qvardiyaçıların nəzarəti getdikcə zəifləyirdi. Xüsusi ilə Məhərrəmov Ədaləti tanıyan milli orduda olan keçmiş döyüş yoldaşları onunla görüşür, fikirini istər-istəməz məndən yayındırırdılar. Ədalət Məhərrəmov Milli Qvardiyaya gəlməmişdən əvvəi ilk yaranmış könüllülər ordusunda xidmət etmiş, Şuşa rayonunda  ermənilərə qarşı gedən döyüşlərdə, Daşaltı əməliyatı zamanı sağ qalan beş-altı döyüşçülərdən biri idi. Milli qvardiyanın tərkibində də bir neçə döyüş əməliyyatında iştirak etmişdi. Lakin burada vəziyyət tam başqa idi. Dünən ermənilərə qarşı bir səngərdə çiyin-çiyinə vuruşan insanlar indi üz-üzə gəlmişdilər. Dünyada bundan ağır dərd ola bilməzdi, bu gün özümüz bilmədən bu dərdə düçar edilmişdik. Bu qarşıdurmada nə məğlubiyyət var idi, nə qalibiyyət. Canı bir, qanı bir, dini bir, əqidəsi amalı bir olan insanlar siyasi oyunbazların əlində bir alətə çevrilmişdilər. Hiyləgər düşmənimiz ermənilər bu günü çoxdan gözləyirdilər. Bu bəlalı gün elə bil bizim taleyimizə  yazılmışdı. Bu fikirlər beynimdə dolaşan zaman bir də onu görmüşdüm ki, məni mühasirəyə aldılar. Başı söhbətə qarışan mənim mühafizəçilərim heç nə edə bilməmişdilər. Artıq gec idi. Dövlət rəhbərləri ilə danşıq aparan qiyamçı polkovnik Eldar Əliyev və cinayət aləmində oğru sayılan Ruslan Rzayev yanımda idilər. Mənim onların danşıqdan  nə vaxt qurtarıb gəlməsindən xəbərim olmamışdı. Bu barədə məni bunların içinə göndərən insanlar mənə xəbər vermədən onları buraxmışdılar. Bu fürsətdən istifadə edən Ruslanın göstərişi ilə sürətçilər tərəfindən tutulmuşdum.  Üzümü Ruslana tutub demişdim ki, kişi kişini danşıqda tutmaz. O isə mənə demişdi ki, biz səni tutmamışıq, səni bizə sizin dövlət işçiləriniz özləri təhvil veriblər. Şəhərə gələndən Gəncəni lərzəyə salmısan. Az qala bütün planlarımızı alt- üst etmişdin. Onlarla bacarmaq asandır, əsas bəla sənsən. Səni də özləri qurbanlıq qoyun kimi verdilər bizə. Danışıq gedənə qədər sən bizimlə olmalısan. O məni qolumdan tutmuş iki hərbiçinin köməkliyi ilə özü idarə etdiyi ağ “Niva” markalı maşının arxa otracağına mindirtirib, sağımda solumda iki hərbçi otuzdurub, Sürət Hüseynovun qərargahına yola düşmüşdü. Hərbçilər maşında mənim qollarımı tutmuşdular. Üstümdə olan silahı çıxara bilmirdim, buna imkan yox idi. Mən yanımdakı hərbçidən xahiş etmişdim ki, əlimi burax, onsuz da siz 4 nəfərsiz, mənsə tək, arxadan da sizi müşayət edən bir neçə maşın gəlir. Ruslan isə həmin hərbçiyə bildirmişdi ki, siz onu yaxşı tanımırsınız, üstünü axtarın. Bu zaman mən qəfildən qolumu onların əlindən çıxartmaq istəsəm də mümkün olmamışdı. Onlar üstümdəki silahı tapıb götürmüşdülər. Məni Surət Hüseynov oturan hərbi qərargaha Surət Hüseynovun otağına gətirmişdilər. Surət Hüseynov məni görən kimi tanımışdı. prezident Əbülfəz Elçıbəyin ünvanına  nalayiq bir söz işlətmişdi. “Əlacı hər yerdən kəsilib, indi də səni mənim üstümə göndərib”-, deyə məni hədələmişdi. Surət Hüsüynovun yanında boz kostyumlu arıq pirani sifətli bir yaşlı kişi onu sakitləşdirməyə çalışırdı. Kənarda diqqətlə mənə baxan hündür boylu orta yaşlı bir nəfər qəflətən üstümə gələrək  əlində tutduğu “TT” markalı tapançanı havada yellədərək “bu sənin nazirin Qabilin tapançasıdır” deyə dəstəyi ilə başıma vurmaq istəmişdi. Surətin yanında olan həmin qoca pirani kişi “Nüsrət ,dayan” deyə əmranə şəkildə səslənmişdi. Bu zaman Nüsrətin qabağını kəsən  Ruslan  demişdi ki, onu mən gətirmişəm, ona heç kim toxuna bilməz.  Nüsrət Budaqovun bu hərəkəti mənə çox pis təsir etmişdi. Orada  onların üzünə demişdim ki, siz məni tuta bilməzdiniz. Məni sizə danışıq yolu ilə təhvil verən adam var. Demək danşıqlar yalanmış. Surət Hüseynov yanına duran mühafizə rəinə göstəriş vermişdi ki bu kapitana heç kim toxumasın, aparın salın yüksək rütbəli zabitlərin yanına. Məni aparıb oradakı hərbi kazarmanın birinə salmışdılar. Onlar qapını açanda görmüşdüm ki, Milli Qvardiya alayının Gəncədə olan şəxsi heyyətinin butün zabit heyət üzvləri başda Milli Qvardiyanın qərargah rəisi polkovnik-leytenant Tariyel Nəsirov olmaqla  hamısı buradadır. Mən Milli Qvardiyanın Qərərgah rəisiTaryel Nəsirovla alay komandiri Elmar Hüseynovu içəridə görən kimi üzümü onlara tutub demişdim ki, siz kişi deyilsiniz. Qvardiyanı təhvil verib gəlib oturmusunuz burada. Onlar məndən soruşanda ki, bəs sən nə gəzirsən burada, onlara bildirmişdim ki, məni dövlət rəhbərləri sizi azad etmək üçün Surət Hüseynova girov veriblər. Milli Qvardiyanın qərargah rəisi Taryel Nəsirov, alay komandiri Elmar Hüseynov, alayın qərargah rəisi Zakir Ağayarov bir küncdə bir yerdə oturmuşdular. Buraya Milli Qvardiyaçı zabitlərdən başqa tutulan daxili qoşunların və milli ordunun zabit heyəti üzvləri də salınmışdı. Kazarmanın qapısı Surətçilər tərəfindən bağlanan kimi Milli Qvardiyanın zabitləri əhatəmə toplaşdılar. Onlardan soruşanda ki, necə oldu bura düşdünüz? Onlar mənə danışırdılar ki, komandir, bizi döyüşsüz komandirlərimiz Surət Hüseynovun dəstəsinə təhvil verdilər. Buranı tutmağa hər cür imkanımız var idi. Lakin əmr verən olmadı. Biz kazarmanın bir küncünə çəkilib asta-asta söhbət edirdik, Qvardia zabitləri mənə bildirirdilər ki, Müdafiə Nazirliyinin göstərişi əsasında 4 iyun 1993 cü il tarixində saat 8-9 radələrində hərbi hissəni mühasirəyə almışdıq. Hərbi hissədə heç kim yox idi. Qvardiyacı leytenant Hüseynov İsmayıl Məmməd oğlunun söylədiyinə görə 709 sayli hərbi hissənin hərbçi zabit və əsgərləri dünəndən bizim Gəncyə gələn xüsusi təyinatlı dəstənin üzvlərini görüb qaçıb dağılımışdılar. Biz qvardiyaçı leytenant Qudulov Abdurəhman Qurbanmaqommad oğlunu hərbi hissənin daxilinə  kəşfiyata göndərdik  Bir azdan Qudulov gəlib bizə bildirdi ki, hərbi hissənin içərisində sağ tərəfdə cəmi 15 nəfər hərbçi var. Onlarla görüşdüm, əksəriyyəti avar uşaqlarıdır, tanıdılar məni. Onlar mənə söz verdilər ki, siz sağ tərəfə güllə atmasanız, biz sizə güllə atmayacağıq. Surət Hüseynov səhər tezdən Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı dəstəsi tərəfindən mühasirədə olan evindən gizli yolla çıxaraq 709 saylı hərbi hissəyə gəlib. Hərbi hissənin zirzəmisindədir, yanında da 4 nəfər hərbçi var. Qudulovun söylədiyi bu məlumatı bizim yanımızda olan tabor komandiri mayor Yusifov Akif  İsaxan oğlu da eşitdi. (Hal -hazırda Yusifov Akif  İsaxan oğlu Milli Qvardiyanın komandanıdır. General- mayor rütbəsində) Mən şəxsən Akiflə bərabər gəlib bu məlumatı Milli Qvardiyanın qərargah rəisi polkovnik-leytenant Taryel Nəsirova və alay komandiri mayor Elmar Hüseynova söylədim. Nəsirova dedim ki, mən uzun müddət sovet ordusunun tərkibində xarici dövlətlərdə xidmət etmişəm, dəfələrlə belə əməliyatlarda iştirak etmişəm. Nə qədər gec deyil, göstəriş verin Surət Hüseynovu götürək. Bir azdan mülkü əhali özləri bilmədən Surətçilər tərəfindən panikaya salınacaq və heç bir hərəkət edə bilməyəcəyik. (Nəsirov şəxsən mənə dedi ki, rus dilində idi svayom delam zanimaysa, nos ni suy kuda ninada)

Bir azdan bizim yanımıza Müdafiə Nazirliyinin bir polkovniki və bir mayoru gəlmişdi. Onların əlində müdafiə nazirinin 709 saylı hərbi hissəyə yeni təyin olunan komandirin əmri vardı. Polkovnik müdafə nazirinin bu əmrini briqadanın rəhbərliyinə təqdim edib yeni komandiri hərbi hissənin şəxsi heyətinə təqdim etməli idi. Bizim zabitlərdən də biri polkovniki hərbi hissəyə gedərkən müşayət etməli idi. Polkovniklə bizim yanmıza gələn mayordan öyrənmişdik ki, onunla bura gələn polkovnik, müdafiə nazirinin müavini İsa Sadıqovdur. Prezdentin göstərişi əsasında Gəncəyə gələn Milli Qvardiyanın şəxsi heyəti də onun sərəncamına verilib. Alay komandiri Elmar Hüseynovun göstərişi ilə polkovnik İsa Sadıqovu qvardiyaçı baş leytenant Yaqubov Məhəmməd Camal oğlu müşayət etməli olmuşdu. Onlar hərbi hissəyə getdikləri vaxtdan beş-on dəqiqə keçəndən sonra geri qayıtmışdılar. Polkovnik İsa Sadıqov bildirmişdi ki, polkovnik Eldar Əliyev deyir ki, mən kiməm, bizim hamımızın böyüyü Surət Hüseynovdur. O bir saatdan sonra gələcək, onda gələrsiniz. Biz ona demişdik ki, cənab polkovnik, onlar sizi aldadırlar.  Bizim dəqiq məlumatımıza görə Surət Hüseynov hərbi hissədə zirzəmidə dörd nəfər hərbçi ilə bir yerdədir. Lakin bizim verdiyimiz məlumat rəhbər vəzifəli şəxslər tərəfindən qulaqardına vurulmuşdu. Milli Qvardiyanın qərərgah rəisi Nəsirovla söhbətdən sonra gözləmək qərarına gəlmişdilər.  Arabir Qazax bölgəsindən gələn bir iki tank və zirehli döyüş maşınları iriçaplı pulemyotla 709 saylı hərbi hissə tərəfə havaya  atəş açaraq manevr edirdilər. Kimin göstərişi iləsə bizi də hərbi hissəyə hücum etməyə sanki cəhd edirdilər. Onların yaratdıqları bu hərəkəti görən ətrafda yaşayan mülkü əhali hər tərəfdən hərbi hissənin ətrafına yığışırdılar. Mən hərbçi  olduğum uzun illərin təcürbəsindən hiss edirdim ki, əhalinin hərbi hissənin ətrafına belə yığışması bizim üçün yaxşı nəticə verməyəcək. Saat təxminən 10 radələrində 709 saylı hərbi hissəyə müdafiə nazirinin müavini polkovnik İsa Sadıqov, onunla gələn mayor və bizim qvardiyaçı baş leytenant Yaqubov Məhəmməd Camal oğlunun müşayəti ilə yenidən hərbi hissəyə Eldar Əliyevin yanına getmişdilər. Gərginlik olsa da demək olar ki, bu vaxt ərzində sakitlik idi. Müdafiə nazirinin müavini polkovnik İsa Sadıqovun  hərbi hissəyə getməsindən təxminən bir saat sonra 709 saylı hərbi hissədən bizə tərəf bir hərbçi əlində ağ bayraq tutaraq gəlməyə başlamışdı. Əlində ağ bayraq tutan hərbçinin bizə çatmasına bir az qalmış onu arxadan öz adamlarından vurdular. “Mehmanı vurdular”- deyə onlar qışqırıb aranı qarışdırdılar. Elə bil hər şey əvvəlcədən planlaşdırılmışdı.  Mehmanın vurulmasını əllərində bəhanə edib qəflətən əli silahlı peyda olanlar təkid edirdilər ki, Mehmanı Ələkbərovu siz vurdunuz. Bizim savadlı  komandirlər də onları taktikasın başa düşməyib israrla təkid etdilər ki, biz tərəfindən onlara güllə atılmayıb. Söylənilənə görə arxadan vurulan şəxs 709 saylı hərbi hissənin tabor komandirlərlərindən biri idi. 709 saylı briqadanın tabor komandiri  Ələkbərov Mehman Ələkbər oğlunu  vurandan sonra bu hərbçi formasında olanlar  şəhərdə və bizə yaxın ətrafda şayə yayıb əsasən arvad-uşağı qabağa buraxıb, bizim üstümüzə gəldilər. Əhalinin bizi mühasirəyə aldığını görən  alay komandiri Elmar Hüseynov  Milli Qvardiyanın komandan müavini qərargah rəisi Taryel  Nəsirov bundan bir nəticə çıxarmayıb gözləmə mövqeyi tutdular. Şəxsi heyətə heç bir müdafiə mövqeyi barədə göstəriş vermədilər. Elə bil bu hadisələr əvvəlcədən bizimkilərlə planlı şəkildə hazırlanmışdı. Mən şəxsən bizim üstümüzə gələn mülki əhalini görüb, alay komandiri Elmar Hüseynova demişdim ik, gəlin əlimizdəki zirehli döyüş maşını vasitəsi ilə hərbi hissənin hasarını uçurdub qvardiyaçıları hərbi hissədən çıxardaq. O isə bizim hamımıza demişdi ki, gəlirlər qoy gəlsinlər biz heç kimə güllə atmamışıq. Siz sakit olun.

Ardı var...

Oxşar xəbərlər
11 Jun 2024 | 23:43
Mühafizəçinin şagirdi döydüyü məktəbin direktoru DANIŞDI-VİDEO
11 Jun 2024 | 23:42
Ukraynanın Zaporojye Federasiyasının prezidenti güllələnib
11 Jun 2024 | 23:41
Vüqar Biləcərinin atası meyxanaçının ölüm anından danışıb ağladı
11 Jun 2024 | 23:39
Tailandın məşhur bazarında yanğın nəticəsində mindən artıq heyvan qəfəslərdə diri-diri yanıb
11 Jun 2024 | 22:58
Rusiya sülhməramlıları Xocalını tərk edirlər
11 Jun 2024 | 22:57
22 yaşlı qadını vəhşicəsinə boğub öldürdülər
11 Jun 2024 | 22:40
Misir prezidenti dünyaya səsləndi: "İsraili məcbur etmək lazımdır!"
11 Jun 2024 | 22:20
Narkoloji Mərkəzdəki korrupsiyadan YENİ XƏBƏR
11 Jun 2024 | 22:02
"Kişilər arvadlarını aparıb ombalarını şişirdirlər və..."- Plastik cərrahdan şok açıqlamalar -VİDEO
11 Jun 2024 | 22:01
Külli miqdarda qızıl-zinət əşyasının qanunsuz yolla keçirilməsinin qarşısı alındı - Fotolar
11 Jun 2024 | 21:48
Üç manat borcunu ödəyib özünü asdı
11 Jun 2024 | 21:33
İranın keçmiş prezidenti od püskürdü: "Ölkə parçalana bilər"
11 Jun 2024 | 21:31
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasında yeni TƏYİNAT 
11 Jun 2024 | 21:23
II və III ixtisas qrupları üzrə qəbul imtahanında 16 nəfərin nəticəsi ləğv edilib
11 Jun 2024 | 21:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri elan olunub
11 Jun 2024 | 20:47
Qəzzaya gedən 2 mindən çox yük maşını Misirdə gözləyir
11 Jun 2024 | 20:43
Ukraynanın əfsanəvi batalyonundan yeni mesaj: “Artıq daha təhlükəliyik!”
11 Jun 2024 | 20:32
Azərbaycan futbol yığması Qazaxıstanı məğlub edib
11 Jun 2024 | 20:31
İbtidai sinif müəllimləri üçün keçirilən imtahanda cavablandırılmayan sual müzakirələrə səbəb oldu
11 Jun 2024 | 20:03
ABŞ-də məhkəmə Baydenin oğlunu təqsirli bilib
11 Jun 2024 | 19:56
Millidən əzmkar qələbə - VİDEO
11 Jun 2024 | 19:55
“OPEC+”a daxil olmayan ölkələrdə maye karbohidrogenlərin hasilatı üzrə proqnoz açıqlanıb
11 Jun 2024 | 19:54
Versal sarayında yanğın olub, turistlər təxliyə edilib
11 Jun 2024 | 19:53
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İdarə Heyətinin sədri təsdiqlənib
11 Jun 2024 | 19:52
Almaniya XİN rəhbəri: Ermənistan və Azərbaycan sülh üçün tarixi fürsətə malikdir
11 Jun 2024 | 19:51
Dörd yaşlı uşağı maşın vurdu
11 Jun 2024 | 19:45
Paşinyan O`Brayenlə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib
11 Jun 2024 | 19:44
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə görüşüb
11 Jun 2024 | 19:41
Ceyhun Bayramov Berlində keçirilən Ukrayna Bərpa Konfransında iştirak edib
11 Jun 2024 | 19:40
Sabah Masallının 4 kəndində qazın verilişi dayandırılacaq
11 Jun 2024 | 19:27
Azərbaycan və İranda taktiki təlimlər keçiriləcək
11 Jun 2024 | 19:20
İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanındakı ixtisas sualları açıqlanıb
11 Jun 2024 | 19:18
Azərbaycan Ukraynaya bu günədək 40 milyon dollarlıq yardım edib
11 Jun 2024 | 19:17
Dağıstanda sel aparan altı yaşlı qızın meyiti tapıldı
11 Jun 2024 | 19:16
Ərdoğan 18 ildən sonra ilk dəfə Türkiyə müxalifətinin qərargahını ziyarət edib
11 Jun 2024 | 19:13
İsrail 50 fələstinli məhbusu azad etdi
11 Jun 2024 | 19:02
Zamirə Hacıyeva Bakıda qaçırılmasından DANIŞDI: "Üç kişi məni apardı..."
11 Jun 2024 | 18:42
“Ukrayna Rusiya ərazisində 50 km-lik "bufer zona" yaradacaq...”- Elxan Nuriyev
11 Jun 2024 | 18:20
Həlak olan əsgərimiz Ordubadda dəfn ediləcək
11 Jun 2024 | 18:10
Sahibə Qafarova Aleksandr Lukaşenko ilə görüşdü
11 Jun 2024 | 18:00
Ukrayna üzrə Qlobal sülh sammiti: birgə bəyanatda nələr olacaq?
11 Jun 2024 | 17:55
Azərbaycan pasportu ilə hansı ölkələrə vizasız getmək olar? - SİYAHI
11 Jun 2024 | 17:45
Maşının motorxanasından gürzə ilanı çıxdı - VİDEO
11 Jun 2024 | 17:40
Vəkillər Kollegiyasının üzvləri məhkumlara pulsuz xidmət göstərəcəklər - FOTOLAR
11 Jun 2024 | 17:35
Aqil Ələsgər Avropadakı türk media quruluşlarının rəhbərləri ilə görüşdü- FOTOLAR
11 Jun 2024 | 17:30
Ramin Musayev: “Pul töküb xarici məşqçi gətirməyə ehtiyac yoxdur”
11 Jun 2024 | 17:25
Bakı-Sumqayıt yolunda tıxac: Bu yolla aradan qaldırılacaq
11 Jun 2024 | 17:20
Azərbaycanda un istehsalçılarına XƏBƏRDARLIQ: İyulun 1-dən...
11 Jun 2024 | 17:15
Nazir əvəzi Qəni niyə qane olmur? – İran yenə Zəngəzur dəhlizinə qarşı çıxır
11 Jun 2024 | 17:05
Binədə 26 yaşlı qız itkin düşdü
11 Jun 2024 | 17:00
"Putin Krımı itirə bilər, onun azad edilməsi resepti nədir?" - "The Telegraph"
11 Jun 2024 | 16:55
Milli Məclis bu məsələlərə görə yığışacaq - gündəlik
11 Jun 2024 | 16:50
DİM maliyyə hesabatını publik hüquqi şəxs kimi açıqlayacaq
11 Jun 2024 | 16:45
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib - FOTOLAR
11 Jun 2024 | 16:40
Zakir Həsənov xüsusi təyinatlıların təlimini izlədi - VİDEO
11 Jun 2024 | 16:35
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
11 Jun 2024 | 16:30
BDU-nun 10 komandasının 14 layihəsi “TEKNOFEST-2024”ün yarımfinalında
11 Jun 2024 | 16:25
Sülhməramlılarla bağlı son durum: Bu tarixdə tam çıxacaqlar – Polkovnik açıqladı
11 Jun 2024 | 16:20
Azərbaycanla Albaniya arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olundu - FOTO
11 Jun 2024 | 16:17
Ceyhun Bayramov Berbokla görüşdü
11 Jun 2024 | 16:15
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs edildi
11 Jun 2024 | 16:10
UNEC tələbələrinin məqalələri Scopus basasında dərc olunub - FOTO
11 Jun 2024 | 16:05
Qurbanlıq heyvanların kəsim və satış yerləri açıqlandı - SİYAHI
11 Jun 2024 | 16:00
Ailə Məcəlləsinə dəyişiklik təklifinə professordan REAKSİYA: İnsanlara başa salmaq lazımdır ki…
11 Jun 2024 | 15:55
Prezidentin yüksək vəzifə verdiyi general kimdir? - DOSYE
11 Jun 2024 | 15:50
Türkiyənin tanınmış türkoloq alimləri BDU-da olublar
11 Jun 2024 | 15:45
İlham Əliyev Vladimir Putini TƏBRİK ETDİ
11 Jun 2024 | 15:40
İstefa verməyən Paşinyan – keşiş və havadarlarının ələ saldığı cəmiyyət - ANALİZ + FOTO
11 Jun 2024 | 15:34
İlham Əliyev Filippin Prezidentini təbrik etdi
11 Jun 2024 | 15:31
Bu gün nəşi tapılan hərbçimizin tərxis olunmasına 20 gün qalıbmış - YENİLƏNİB + FOTO
11 Jun 2024 | 15:25
Qohum evliliyinin ləğvi problemlər yarada bilər - Rəşad Mahmudov
11 Jun 2024 | 15:23
Daxili Qoşunların Hərbi İnstitutuna rektor təyin edildi
11 Jun 2024 | 15:21
Kriminal avtoritetin qardaşını qətlə yetirən şəxsə hökm oxundu - FOTO
11 Jun 2024 | 15:17
Prezident fərman imzaladı
11 Jun 2024 | 15:15
Avropa Parlamentinə seçkilər “makronizmin” iflasının təzahürünə çevrildi
11 Jun 2024 | 15:08
"Konstitusiyada ərazi iddiaları Ermənistanın daxili işi deyil" - LONDONDAN BAXIŞ
11 Jun 2024 | 15:03
Bakıda yeni avtobus zolaqları çəkilir - FOTO
11 Jun 2024 | 14:59
Qəza törətdikdən sonra ərazini hansı hallarda tərk etməyə icazə var? - ARAŞDIRMA + ÖZƏL
11 Jun 2024 | 14:56
Çipsdən zəhərləndiyi deyilən uşaqla bağlı yeni xəbər - "Hadisədən 1 saat əvvəl..."
11 Jun 2024 | 14:50
Qiymətlər artdı, bəs keyfiyyət? - Paytaxtın taksi problemi - VİDEO
11 Jun 2024 | 14:45
Qarabağ Universitetində müəllim vakansiyası elan edildi
11 Jun 2024 | 14:40
Bakı məktəbində İNSİDENT: mühafizəçi şagirdi döydü, işdən azad olundu
11 Jun 2024 | 14:35
Bu halda toy və nişan mərasimləri keçirənlər 13 min manat cərimələnəcək - RƏSMİ
11 Jun 2024 | 14:31
Nikah yaşı üzrlü səbəblərə görə də 1 il azaldılmayacaq
11 Jun 2024 | 14:27
Yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər CƏRİMƏLƏNƏCƏK
11 Jun 2024 | 14:22
Bu valideynlər HƏBS EDİLƏCƏK - QƏRAR VERİLDİ!
11 Jun 2024 | 14:18
Azərbaycanda qohum evlilikləri ilə bağlı ŞOK QƏRAR - QADAĞAN EDİLİR
11 Jun 2024 | 14:14
“Rusiya buna əmin olsa, Ermənistanı cəzalandıracaq” - Deputat
11 Jun 2024 | 14:10
Gəncədə gənc oğlan xalası qızını ərindən boşatdırdı, lüt fotolarını... – Şok təfərrüat
11 Jun 2024 | 14:05
Aparıcı Nigarı buna görə təyyarəyə buraxmadılar - Şirkət səbəbini açıqladı
11 Jun 2024 | 14:00
Azərbaycanda bu klinikanın fəaliyyəti dayandırıldı - VİDEO
11 Jun 2024 | 13:56
Türkiyədə olan rusiyalı oliqarxdan Alla Puqaçovaya dəvət - 100 milyon dollar qonorar vəd edib
11 Jun 2024 | 13:50
Nərgiz Absalamovanın həbs müddəti uzadıldı
11 Jun 2024 | 13:46
Nərimanovda quldurluq yolu ilə 61500 manat ələ keçirənlər tutuldu - VİDEO
11 Jun 2024 | 13:41
Bütün sosial ödənişlər Qurban bayramı ərəfəsində tam ödəniləcək
11 Jun 2024 | 13:36
Media nümayəndələrinə kibertəhlükəsizliklə bağlı təlim keçirilib - FOTOLAR
11 Jun 2024 | 13:30
Bakıda zəncirvari qəza: 3 maşın toqquşdu - FOTO
11 Jun 2024 | 13:26
"Bu halda sülh müqaviləsini sabah da imzalamaq mümkündür..."
11 Jun 2024 | 13:25
Mirzoyan ABŞ dövlət katibinin köməkçisi ilə görüşdü
11 Jun 2024 | 13:20
Şuşada İlham Əliyevə dedim ki... - Lukaşenkodan Azərbaycanla bağlı MÜHÜM AÇIQLAMA
GÜNLÜK
11 Jun 2024 | 15:25
Qohum evliliyinin ləğvi problemlər yarada bilər - Rəşad Mahmudov
11 Jun 2024 | 07:38
Yayda çayı belə içmək lazımdır – Həkimlərdən tövsiyə
11 Jun 2024 | 07:15
Qorxulu xəbərdarlıq: Yalnız bu 5 ölkə qalacaq
11 Jun 2024 | 06:44
Nəyə görə səhərlər ayaq ağrıyır?- BUNA GÖRƏ
11 Jun 2024 | 07:28
“Bu, onun sonuncu addımı olacaq”-“Məhlədə kart oynayan babaların söhbəti”...
11 Jun 2024 | 09:23
Telefonlarımızın - ÖMRÜNÜ QISALDAN SƏHVLƏRİMİZ
11 Jun 2024 | 09:05
Diqqət! Bakının bu ərazilərində saat 10:00-dan...
11 Jun 2024 | 06:18
Telefonda hansı faylları saxlamaq təhlükəlidir?
11 Jun 2024 | 08:08
"Ukrayna Putini cavabsız olaraq alçaldır..." – "The Telegraph"
11 Jun 2024 | 08:48
Azərbaycan banklarında ən sərfəli - DOLLAR ƏMANƏTLƏRİ - SİYAHI, ŞƏRTLƏR 
HƏFTƏLİK
08 Jun 2024 | 18:45
"Mənim musiqi istedadım Vəfadan, Nəfəsdən daha çoxdur, amma..."
09 Jun 2024 | 11:58
Qardaşı “İstanbul NS” klinikasında öldürülən şəxs Prezidentə müraciət etdi - Bizə kömək edin!
08 Jun 2024 | 09:11
Arayik Arutyunyanın maaşı 22 dəfə artdı…
07 Jun 2024 | 18:28
Nicat Rəhimov: “6 il gözlədik, sonda...”
08 Jun 2024 | 17:56
“Rusiya son baş verənlərlə bağlı Güney Qafqazdan uduzaraq çıxmalıdır, amma...”
08 Jun 2024 | 21:28
Azərbaycan əsilli türkiyəli astronavt kosmosdakı missiyasını başa vurub - YENİLƏNİB
08 Jun 2024 | 17:05
Bərdə sakininin qulağını kəsiblər?
07 Jun 2024 | 12:09
KKTC Parlament Sədri Zorlu Töre Azərbaycanda rəsmi  səfərdədir
08 Jun 2024 | 12:47
“Belə müəllimlərin sinif otağına girməyə belə haqqı çatmır”
08 Jun 2024 | 06:40
Fransadan Xocalı qatilinin hesabına 2 milyon köçürülübmüş
AYLIQ
11 Jun 2024 | 15:25
Qohum evliliyinin ləğvi problemlər yarada bilər - Rəşad Mahmudov
11 Jun 2024 | 07:38
Yayda çayı belə içmək lazımdır – Həkimlərdən tövsiyə
11 Jun 2024 | 07:15
Qorxulu xəbərdarlıq: Yalnız bu 5 ölkə qalacaq
11 Jun 2024 | 06:44
Nəyə görə səhərlər ayaq ağrıyır?- BUNA GÖRƏ
11 Jun 2024 | 07:28
“Bu, onun sonuncu addımı olacaq”-“Məhlədə kart oynayan babaların söhbəti”...
11 Jun 2024 | 09:23
Telefonlarımızın - ÖMRÜNÜ QISALDAN SƏHVLƏRİMİZ
11 Jun 2024 | 09:05
Diqqət! Bakının bu ərazilərində saat 10:00-dan...
11 Jun 2024 | 06:18
Telefonda hansı faylları saxlamaq təhlükəlidir?
11 Jun 2024 | 08:08
"Ukrayna Putini cavabsız olaraq alçaldır..." – "The Telegraph"
11 Jun 2024 | 08:48
Azərbaycan banklarında ən sərfəli - DOLLAR ƏMANƏTLƏRİ - SİYAHI, ŞƏRTLƏR