(Go: >> BACK << -|- >> HOME <<)

AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
16.12.1997
QEYDİYYAT NÖMRƏSİ
413-IQR
ADI
R. B. Quliyevin Azərbaycan Respublikası Milli Məclisi deputatının səlahiyyətlərini itirməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Milli Məclisinin Məlumatı (Dərc olunma tarixi: 30-09-1997, Nəşr nömrəsi: 03-04, Son tarix: 16-12-1997)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
R

R. B. Quliyevin Azərbaycan Respublikası Milli Məclisi deputatının səlahiyyətlərini itirməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının deputat Rəsul Bayram oğlu Quliyevin deputat səlahiyyətlərini itirməsi barədə təklifini müzakirə edərək aşağıdakıları müəyyən etmişdir:

Deputat Rəsul Bayram oğlu Quliyev 1996-cı il sentyabrın 11-də Milli Məclisin növbədənkənar sessiyasında Milli Məclisin sədri vəzifəsindən istefaya getdikdən sonra bir il üç ay müddətində Milli Məclisin iclaslarında iştirak etmir. Bu vaxt ərzində deputat R. B. Quliyev Milli Məclisə iclasları buraxmasının səbəblərini izah edən heç bir sənəd təqdim etmədən Milli Məclisin 1996-cı ilin payız sessiyasında, 1997-ci ilin yaz və növbədənkənar sessiyalarında, habelə 1997-ci ilin payız sessiyasının əvvəlindən indiyə kimi keçirilmiş 80 iclasında üzrsüz səbəbdən iştirak etməmişdir. Bundan başqa həmin müddətdə deputat R. B. Quliyev özü haqqında, harada olduğu və nə ilə məşğul olduğu barədə Milli Məclisə heç bir məlumat verməmiş, seçiciləri ilə görüşməmiş və ümumiyyətlə Milli Məclislə əlaqəsini tam itirmişdir.

Azərbaycan Respublikasının Milli Məclisi yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının R. B. Quliyevin deputat səlahiyyətlərini itirməsi barədə qənaətini nəzərə alaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin II hissəsinə, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 23-cü maddəsinin birinci və üçüncü hissələrinə, 46-cı maddəsinin 5-ci bəndinə və 47-ci maddəsinin altıncı hissəsinə əsasən qərara alır:

Rəsul Bayram oğlu Quliyev Azərbaycan Respublikası Milli Məclisi deputatının səlahiyyətlərini itirmiş sayılsın.

 

Azərbaycan Respublikası Milli Məclisinin sədri

M. ƏLƏSGƏROV.

 

Bakı şəhəri, 16 dekabr 1997-ci il.

413-I QR.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status