(Go: >> BACK << -|- >> HOME <<)

Keçid linkləri

Təcili xəbərlər
2022, 21 Mart, Bazar ertəsi, Bakı vaxtı 20:03

Əli Bayramlı Şirvan, Xanlar isə Göygöl oldu


Sabir Rüstəmxanlı deyir ki, Əli Bayramlının adı Qırxçıraq olsaydı, daha yaxşı olardı
Milli Məclisin aprelin 25-də qəbul etdiyi qərarla Əli Bayramlı şəhərinin adı Şirvan, Xanlar rayonunun adı isə Göygöl olub. Parlamentin həm iqtidardan, həm də müxalifətdən olan bəzi üzvləri qərarın əleyhinə çıxıblar.

Hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Səyavuş Novruzov deyib ki, bu məntiqlə gərək Nərimanov və Əzizbəyov rayonlarının da adı dəyişdirilsin: «Çünki onlar Əli Bayramlıdan daha böyük bolşevik olublar».

Vətəndaş Həmrəyliyi Partiyasından deputat Sabir Rüstəmxanlı isə deyib ki, Əli Bayramlının adı Qırxçıraq olsaydı daha yaxşı olardı: «Əli Bayramlının qədim adı Qırxçıraqdır».


Parlamentin qərarı ilə həmçinin Mərəzə qəsəbəsi Qobustan adlandırılıb və Xızı qəsəbəsinə şəhər statusu verilib. Bərdə rayonunun Canavarlı kəndinin adı isə Seyid Yusifə dəyişdirilib.


XS
SM
MD
LG