Şahin

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
?Şahin
Falco peregrinus
Falco peregrinus nest USFWS.jpg
Elmi təsnifat
Aləmi:Heyvanlar
Yarımaləm:Eumetazoylar
Bölmə:İkitərəflisimmetriyalılar
Yarımbölmə:Sonağızlılar
Tip:Xordalılar
Yarımtip:Onurğalılar
Sinif:Quşlar
Yarımsinif:Yenidamaqlılar
Dəstə:Qızılquşkimilər
Fəsilə:Qızılquşlar
Cins:Qızılquş
Növ: Şahin
Elmi adı
Falco peregrinus Tunstall, 1771
Areal
şəkil
Mühafizə statusu
Status iucn3.1 LC az.svgen:Least Concern
Az qayğı tələb edənlər
Least Concern (IUCN 3.1)Least Concern45354964
Wikispecies-logo.svg
Vikinövlərdə
sistematika
Commons-logo.svg
Şəkil
axtarışı
ITIS  
NCBI  
EOL  
PBDB  

Şahin (lat. Falco peregrinus) — qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[1]

Təsviri və yayılması[redaktə | mənbəni redaktə et]

Göyərçindən xeyli iridir (0,8 kq-a qədər). Bel tərəfi, qanadları və quyruğu göyümtülə çalan boz, qarın tərəfi isə açıq rənglidir və köndələn naxışları var. Döşündəki naxışlar damcı formalıdır. “Bığları” parlaq qara, ayaqları sarıdır. Geniş yayılıb: Avropa, Asiya, Afrika, Avstraliya, Şimali Amerika, Cənubi Amerikanın cənub-qərb hissəsi. Azərbaycanda dağların yüksək qurşaqlarında məskunlaşıb nəsil verir. Oturaq, qışlayan və miqrant populyasiyaları var.

Yaşayış yeri və həyat tərzi[redaktə | mənbəni redaktə et]

Sıldırım qayalıqlarda nəsil verir, amma yemlənmək üçün müxtəlif landşaftlara uçur. Əlçatmaz sıldırım qayalarda nəsil verdiyi üçün biologiyası Qafqazda zəif öyrənilib. Fevralın axırında—martda yuva sahəsində görünür. Yuvası qayada olur. Eyni yuvadan uzun müddət istifadə edir. Aprel ayında 2-3 yumurta verir, adətən 2 bala böyüdür. Avqustda pərvaz balaları görünür. Əsas yemi quşlardır: göyərçin, kəklik, ular, qışda ördək, qaz və s. Şikarını havadan çalıb ovlayır.

Sayı və azalma səbəbi[redaktə | mənbəni redaktə et]

Qafqazda heç vaxt çoxsaylı olmayıb. XX əsrdə sayı fasiləsiz azalıb. Son illərdə kritik vəziyyətə düşmə təhlükəsi var. Böyük və Kiçik Qafqazın Azərbaycana məxsus hissəsində nəsil verənlər 10 cütdən çox deyil. Talış dağlarında nəsil vermir. Qışda Rusiyadan gələn populyasiyanın hesabına nisbətən çox olur.

Məhdudlaşdırıcı amillər: Qədim dövrlərdən ovçu quş kimi istifadə edilmiş, sonralar ovçuların rəqibi hesab edilib tələf olunmuş, eyni vaxtda yem bazası zəifləmişdir.

Qorunması üçün qəbul edilmiş tədbirlər: Ovlanması və satışı qadağandır. Azərbaycan Respublikasının və Naxçıvan MR-in Qırmızı kitablarına daxil edilib. Qorunan ərazilərdə nəzarət altında saxlanılır. CİTES, Bern və Bonn konvensiyalarına daxildir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər: Qorunan ərazilərdən kənarda yuva sahələrinə təbiət abidəsi statusunun verilməsi, süni şəraitdə yetişdirilib təbiətə buraxılması, əhalinin qorunmasına geniş cəlb edilməsi.

Sinonimləri[redaktə | mənbəni redaktə et]

  • Falco atriceps Hume
  • Falco kreyenborgi Kleinschmidt, 1929
  • Falco pelegrinoides madens Ripley & Watson, 1963
  • Rhynchodon peregrinus (Tunstall, 1771)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycanda təhlükədə olan quşlar". 2013-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-22.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • AZƏRBAYCAN RESPUBLİKASININ QIRMIZI KİTABI FAUNA, II NƏŞR. 143səh, Adi qızılquş. (2013)