(Go: >> BACK << -|- >> HOME <<)

Şənbə , Sentyabr 18 2021
azfa

İrqçi fars rejimdən Təbriz Universitetinin Azərbaycan Milli Hökuməti tərəfindən təsis edilməsinə etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Təbriz Universitetinə direktor təyin etdiyi dr.Məhəmmədrza Purməhəmmədi Təbriz Universitetinin Azərbaycan Milli Hökuməti tərəfindən təsis edildiyinə etiraf etməyə məcbur qalıb.

Rejimin rəsmisi bundan əvvəl tam şəkildə Azərbaycan həqiqətlərini təhrif edərək, Təbriz Universitetinin Güney Azərbaycanın Pəhləvi rejimi tərəfindən işğal edildiyindən sonra təsis edildiyini iddia edirdi. Lakin azərbaycanlı fəalların kütləvi etirazları onu müəyyən dərəcədə geri çəkilməyə məcbur edib.

Dr. Məhəmmədrza Purməhəmmədi qeyd edib ki, Təbriz Universiteti 1945-ci ildə təsis edilməyə lisenziya alıb. Lakin 1946 və 1947-ci illərdən öyrənciləri qəbul edib.

Rejim Təbriz Universitetinin tarixini təhrif etmək üçün avqust ayının 29-da Təbriz Universitetinin “Vəhdət” zalında mərasim də keçirib. Keçirilən tədbirdə çox sayda yerli və ölkə məsulları, o cümlədən Təbriz Universitetinin rəisi Dr. Məhəmmədrza Purməhəmmədi, Elm, tədqiqatlar və texnologiyalar nazirinin müavini dr.İbrahim Xudayi, Əli Xamneyinin Şərqi Azərbaycan nümayəndəsi Məhəmmədəli Al-i Haşim, Şərqi Azərbaycan valisi Məcid Xudabəxş və s. kimi məsullar iştirak edib. Mərasimə Türkiyə, Azərbaycan Respublikası, Gürcüstan və s. kimi ölkələrin universitetlərindən də qonaqlar dəvət olunub.

Hər şeyə rəğmən Təbrizin Universitetinin təsis edilməsindən 72 il ötsə də, rejim Azərbaycan həqiqətlərini təhrif edərək, Təbriz Universitetinə 70 illik mərasim keçirir.

 

Həmçinin yoxlayın

Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti …

Ermənistana yardım edən İran Araz qırağına qoşun yeridərək hərbi təlim keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycana qarşı Ermənistana hərbi yardım edən İran Araz …

Bir cavab yazın