(Go: >> BACK << -|- >> HOME <<)

Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsinin müəllimləri Cümhuriyyət medalı ilə təltif olunublar

11/07/2019

İyulun 10-da Təhsil Nazirliyində Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli 1205 saylı sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-1920)” yubiley medalı ilə təltif edilmiş təhsil işçilərinə, bir qrup media, qeyri-hökumət təşkilatları nümayəndələri və ictimai xadimlərə həmin medalın təqdimetmə mərasimi keçirilib. Azərbaycanın Təhsil Naziri Ceyhun Bayramov qısa təbrik nitqindən sonra 50 nəfərədək ali məktəb işçisinə medalları təqdim edib. Bütün dövlət ali məktəblərinin rektorları, habelə Azərbaycan Cümhuriyyəti tarixini araşdırmış bir çox görkəmli professor və müəllimlər bu mükafata layiq görülüblər.

BDU-nun Jurnalistika fakültəsi Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professorları Nəsiman Yaqublu, Şamil Vəliyev, dosent Qərənfil Quliyeva “Azərbaycan Xalq Cümhuriyyətinin Yubiley Medalı” ilə təltif ediliblər.


Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009