Azərbaycanda yeni kitab.Modern klassiklərin ən tanınmışlarından olan Frans Kafkanın "Cəza Koloniyası" adlı kitabı Azərbaycanlı oxucular üçün nəşr olunub. Oxucuların da xüsusi maraqla yanaşdığı bu kitab artıq şəhərimizin əksər kitab mağazalarında öz yerini tutub. İdiot Yayın Evinin nəşr etdiyi "Cəza Koloniyası" yayın evinin "Modern Klassiklər" seriyasının ilk kitabıdır.

Frans Kafkanın "Cəza Koloniyası" adlı kitabı nəşr olunub


Əsər, qərib və tükürpədici atmosferiylə,
oxucuya, “Nəysə ki, bir yuxuymuş” deməyi istədəcək qədər narahat
edici, eyni zamanda cinayət və cəza arasındakı əlaqəyə fərqli bir baxış
bucağı gətirməsiylə diqqət çəkir.