(Go: >> BACK << -|- >> HOME <<)

Məşhur müğənni “Şəhid arzuları”nı səsləndirdi (VİDEO)

Çingiz Mustafayev şəhid Azərbaycan əsgərlərinə mahnı həsr edib
Məşhur gitara ifaçısı və müğənni Çingiz Mustafayev Dağlıq Qarabağda və Ermənistanla sərhəddə baş vermiş son insidentlər zamanı şəhid olan Azərbaycan əsgərlərinə mahnı həsr edib.

ANS PRESS-in xəbərinə görə, müğənni “Şəhidin arzuları” adlı mahnını ifa edərək sosial şəbəkədəki səhifəsində paylaşıb.

Qeyd edək ki, şəhidin dilindən səsləndirilən mahnının sözləri və bəstəsi Çingiz Mustafayevin özünə aiddir.

Şəhid arzuları

Mənim xəyallarım vardı,
Mənim öz dünyam vardı.
Mənim sevdiyim vardı,
Mənim sevgilim vardı.

Ana, mən şəhid oldum
Yerim gözəldir, təki ağlama.
Canım, canım sevgilim,
Bağışla məni, səni tək qoydum.
Vətən, vətən sağolsun!
Vətən, vətən sağolsun!

Mənim, çox deyiləcək,
Sözlərim vardı, ürəyimdə qaldı.
Mənim bir vətənim var,
Azərbaycanım, doğma diyarım.