(Go: >> BACK << -|- >> HOME <<)

1045
Bu gün 27 fevral — 21:06

Məşhur alman bəstəkarından “Xaraba Ağdam” əsəri - (Audio)

Məşhur alman bəstəkarı və pianoçusu Hauska (Hauschka) Azərbaycanın erməni işğalı altındakı Ağdam şəhərinə xüsusi musiqi əsəri ithaf edib.

Virtualaz.org saytı musiqiçinin saytına istinadən xəbər verir ki, fortepiano üçün yazılan “Xaraba Ağdam” əsəri 1993-cü ildə işğal edilmiş və ermənilər tərəfindən tamamilə dağıdılaraq yer üzündən silinmiş şəhərdən bəhs edir. Əsər bəstəkarn gələn ay təqdim olunacaq albomunda yer alır.

Klassik üslubda yazılmış əsər bəstəkarın albomunda ən lirik əsər hesab edilir. Albomun təqdimatı martın 18-də olacaq.

Maraqlananlar əsərin diskini elektron ünvanla əlaqə saxlamaqla əldə edə bilərlər

Virtualaz.org saytı bəstəkarın Ağdamdan bəhs edən əsərini təqdim edir:

Virtualaz.org

Xəbərlər